Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-24/2023 31.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Masallı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Yardımlı rayonu Şıxhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Şıxhüseynli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu əsasında kifayət qədər ittiham olunur ondan ötrü ki, o, meşəqırma bileti və order olmadan 2023-cü ilin mart-aprel ayları ərzində 11 saylı X3 Mərkəzinin Yardımlı rayonu üzrə 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının 29, 30 və 36-cı kvartallarında 4 sm diametrdə 1 ədəd, 08 sm diametrdə 5 ədəd, 12 sm diametrdə 19 ədəd, 16 sm diametrdə 8 ədəd, 20 sm diametrdə 7 ədəd, 24 sm diametrdə 5 ədəd, 28 sm diametrdə 1 ədəd, 32 sm diametrdə 4 ədəd, 36 sm diametrdə 7 ədəd, 40 sm diametrdə 2 ədəd, 44 sm diametrdə 3 ədəd, 48 sm diametrdə 1 ədəd, 322 sm diametrdə 6 ədəd, 56 sm diametrdə 4 ədəd, 60 sm diametrdə 1 ədəd, 64 sm diametrdə 2 ədəd, 72 sm diametrdə 1 ədəd fıstıq cinsli, 04 sm diametrdə 4 ədəd, 24 sm diametrdə 1 ədəd palıd cinsli, 28 sm diametrdə 1 ədəd, 32 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 1 ədəd vələs cinsli olmaqla ümumilikdə 49,88 m3 həcmində 86 ədəd ağacları özündə olan motorlu mişarla qəsdən qanunsuz olaraq kəsmiş, həmin ağaclardan 80 ədədini doğrayaraq meşə sahəsindən daşıyıb aparmaqla dövlət meşə fonduna 3486,12(üç min dörd yüz səksən altı manat on iki qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Şıxhüseynli kəndində yaşayır. Yaşadığı Şıxhüseynli kəndində qaz təchizatı yoxdur. Buna görə də məcbur qalıb Şıxhüseynli kəndinin yaxınlığında yerləşən 4 saylı meşəbəyliyin 14 saylı meşə dolayından odun gətirərək qış aylarında istifadə edir. 2023-cü ilin mart ayında yaşadığı evdə yandırmaq üçün odun olmadığı üçün 4 saylı meşəbəyliyin 14 saylı meşə dolayına gedərək özünə məxsus motorla təxminən 86 ədəd müxtəlif cinsli və diametrli ağacları kəsmişdir. Həmin ağacların çox hissəsini motorlu mişarla doğrayaraq yaşadığı evə gətirərək evı qızzdırmaq üçün istifadə etmiş, bir hissəsini isə çörək bişirmək üçün təndirdə istifadə etmişdir.Ağaclardan təxminən 5-6 ədədi isə meşədə qalmışdır. Ondan şübhələnməmələri üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək Yardımlı rayonunda yerləşən 4 saylı meşəbəyliyin 14 saylı meşə dolayında müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi barədə məlumat vermişdir. Müraciəti əsasında onun iştirakı ilə 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında yoxlamalar keçirilmişdir. Həmin yoxlamalar zamanı ümumilikdə 86 ədəd ağacların kəsilməsi müəyyən edilmiş və bu barədə akt tərtib olunmuş, o da həmin aktı imza etmişdir. Etdiyi əmələ görə səmimi peşmandır və dövlət meşə fonduna vurduğu maddi ziyan tam ödəmişdir.Qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Masallı X3 Mərkəzində baş mütəxəssishüquqşünas vəzifəsində işləyir. 19 aprel 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və 11 saylı X3 Mərkəzinin əməkdaşları birlikdə Yardımlı rayonu ərazisində yerləşən 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında araşdırma aparmış, 86 ədəd müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Həmin ağacların qanunsuz kəsilməsi nəticəsində meşə fonduna ümumilikdə 3486,12(üç min dörd yüz səksən altı manat on iki qəpik) manat maddi ziyan vurulmuşdur. Araşdırma zamanı həmin ağacların Yardımlı rayonu Şıxhüseynli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən meşə fonduna dəymiş ziyan tam ödənilmişdir. Əlisa Alışanova qarşı şikayət və tələbi yoxdur. Ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Masallı X3 Mərkəzinin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi vəzifəsində işləyir.11 saylı X3 Mərkəzinin 4 saylı meşəbəyliyinin meşəbəyisi Faiq Əbişovdur. 2022-ci ilin dekabr ayının sonlarında 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında ərazini gəzərkən bəzi ağacların yarımçıq formada motorlu mişarla kəsildiyini, lakin həmin kəsiklərin ağacların aşmasına səbəb olmadığını görmüşdür. Əvvəllər də bu kimi hallar olduğundan həmin ağacların qəsdən kimsə tərəfindən bu formada kəsildiyini bilmiş, bu barədə meşəbəyi Faiq Əbişova və mühafizə mühəndisi Şahid1 məlumat vermişdir. Bundan sonra ona həmin şəxlər tərəfindən ağacların kimlər tərəfindən kəsilməsini müəyyən etmək tapşırılmışdır. Ağacların natamam şəkildə kəsilməsindən bir neçə gün sonra ərazidə şiddətli külək olmuş və həmin ağaclar aşmışdır. Həmin ağacları yarımçıq formada kəsən şəxslərin artıq aşmış vəziyyətdə olan ağacları doğramaq üçün ağacların yanına gələcəklərini güman etmiş və həmin əraziyə nəzarət etməyə başlamışdır. 01 mart 2023-cü il tarixdə X4 aşmış ağaclardan birini motorlu mişarla doğrayan zaman onu görmüş və bu barədə idarəyə məlumat vermişdir. 08 mart 2023-cü il tarixidə Əlisa Alışanov barəsində akt tərtib olunmuş, eyni zamanda onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bundan sonra 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının və onun iştirakı ilə 19 aprel 2023-cü il tarixdə 11 saylı RMTM-nin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında yoxlamalar keçirilmişdir. Həmin yoxlamalar zamanı, ümumilikdə 86 ədəd ağacların qanunsuz kəsilməsi müəyyən edilmiş və həmin ağaclar N143 nömrəli meşə damğası ilə damğalanmışdır. Qanunsuz kəsilən ağaclardan fıstıq cinsində 52 sm diametrdə 6 ədəd quru halda yerində qalmış, qalan 80 ədəd ağac isə yaş halda kəsilib aparılmışdı. Məhkəmə istintaqında şahid qismində dindirilən Masallı X3 Mərkəzinin 4 saylı meşəbəyliyinin meşəbəyi vəzifəsində işləyən X6 ifadəsində göstərdi ki,2022-ci ilin dekabr ayının sonlarında Masallı X3 Mərkəzinin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi X5 ərazini gəzərkən bəzi ağacların yarımçıq formada motorlu mişarla kəsildiyini, lakin həmin kəsiklərin ağacların aşmasına səbəb olmadığını görməsi barədə ona və mühafizə mühəndisi Şahid1 məlumat vermişdir. Bundan sonra o, Xalid Adışova ağacların kimlər tərəfindən kəsilməsini müəyyən etməsini tapşırmışdır. Ağacların natamam şəkildə kəsilməsindən bir neçə gün sonra ərazidə şiddətli külək olmuş və həmin ağaclar aşmışdır. Həmin ağacları yarımçıq formada kəsən şəxslərin artıq aşmış vəziyyətdə olan ağacları doğramaq üçün ağacların yanına gələcəklərini güman etmişlər. 01 mart 2023-cü il tarixdə X4 aşmış ağaclardan birini motorlu mişarla doğrayan zaman meşə gözətçisi Xalid Adışov onu görmüş və bu barədə idarəyə məlumat vermişdir. 08 mart 2023-cü il tarixidə Əlisa Alışanov barəsində akt tərtib olunmuş, eyni zamanda onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Daha sonra X4 ərizə ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək ərazidə qanunsuz ağacların kəsildiyini bildirmişdir.19 aprel 2023-cü il tarixdə 11 saylı RMTM-nin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında yoxlamalar keçirilmişdir. Həmin yoxlamalar zamanı, ümumilikdə 86 ədəd ağacların qanunsuz kəsilməsi müəyyən edilmiş və həmin ağaclar N143 nömrəli meşə damğası ilə damğalanmışdır. Qanunsuz kəsilən ağaclardan fıstıq cinsində 52 sm diametrdə 6 ədəd quru halda yerində qalmış, qalan 80 ədəd ağac isə yaş halda kəsilib aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1, şahidlər X5 və X6 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş “hadisə yerinə baxış aparılması” haqqında protokoldan görünür ki, 01 iyun 2023-cü il tarixdə Masallı X3 Mərkəzinin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayına ağacların kəsildiyi əraziyə baxış keçirilmiş və baxış zamanı dolayın 29, 30, 36-cı kvartallarında fıstıq cinsində 04 sm-də 1ədəd, 08 sm-də 5 ədəd, 12 sm-də 19 ədəd, 16 sm-də 8 ədəd, 20 sm-də 7 ədəd, 24 sm-də 5 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 4 ədəd, 36 sm-də 7 ədəd, 40 sm-də 2 ədəd, 44 sm-də 3 ədəd, 48 sm-də 1ədəd yaş, təbii fəlakətdən ayaqüstə quruyaraq kəsilmiş 52 sm-də 6 ədəd yerində, 56 sm-də 4 ədəd, 60 sm-də 1 ədəd, 64 sm-də 2 ədəd, 72 sm-də 1 ədəd, vələs cinsində 28 sm-də 1 ədəd, 32 sm-də 2 ədəd, 36 sm-də 1 ədəd, palıd cinsində 4 sm-də 4 ədəd, 24 sm-də 1 ədəd yaş olmaqla, ümumilikdə 86 ədəd ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının 26 iyul 2023-cü il tarixli, 19/743 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologioya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi 19 aprel 2023-cü il tarixli 79608 nömrəli akt və ona əlavə edilmiş həcm qiymətləndirilməsi cədvəlinə əsasən 11 saylı X3 Mərkəzinin Yardımlı meşəbəylikləri üzrə 4 saylı meşəbəyliyin 14 saylı meşə dolayının 29, 30 və 36-cı kvartallarında ümumilikdə 86 ədəd müxtəlif diametrli və müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində AR-nın Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarına və bu qərarla əlavə edilmiş 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsinə əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 3486,12 manat müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 259.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin 06 iyul 2023-cü il tarixli etibarnaməsindən və 12 iyul saylı məktubundan görünür ki, baş mütəxəssis-hüquqşunas Nümayəndə 11 saylı X3 Mərkəzinin adından məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində təmsil edilməsi etibar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dövlət meşə fonduna vurduğu 3486,12(üç min dörd yüz səksən altı manat on iki qəpik) manat dəyərində maddi ziyanı tam ödəmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs dövlət meşə fonduna vurduğu 3486,12(üç min dörd yüz səksən altı manat on iki qəpik) manat dəyərində maddi ziyan ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 26 iyul 2023-cü il tarixli,7- 245 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı Rayon İHB-nın Alar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 iyul 2023-cü il tarixli, 19\743 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsinin sanksiyası daxilində islah işi növündə cəzaya məhkum edilməsi, cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut yoxdur, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğu cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs oğundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən X8
Məhkəmə qərarları › İş №1(038)-24/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-24/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver