Məhkəmə qərarları › İş №1(038)-25/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-25/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-25/2023 14.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 oğlunun sədrliyi, məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsnın və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Yardımlı rayonu Çayüzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Çayüzü kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri, Xəqani küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış kifayət qədər sübutların məcmusu əsasında ittiham olunur ondan ötrü ki, o, 13 iyun 2023-cü il tarixdə saat 17 radələrində Yardımlı şəhərində yaşayan Zərərçəkmiş şəxs Yardımlı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yolda aralarında borc pul üstündə yaranmış mübahisə zamanı sonuncuya istintaqa məlum olmayan mənbədən əvvəlcədən əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı ilə qəsdən bir zərbə vuraraq Zərərçəkmiş şəxs sol aşağı ətrafın bud hissəsinin yan /tış/ tərəfinin yuxarı 1/3-i nahiyəsinin deşilmişkəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayonu Çayüzü kəndində qeydiyyatda olsa da, Şirvan şəhərində yaşayır. Yardımlı şəhərində yaşayan qohumu X1 şəhər sakini Zərərçəkmiş şəxs ona 800 manat borcu olduğunu və həmin pulun müqabilində Nizaminin ona mişar daşı verməli olduğunu bildirmişdir. 11 iyun 2023-cü il tarixdə yaşadığı Şirvan şəhərindən Yardımlı rayonu Çayüzü kəndində gəlmiş, 13 iyun 2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getmiş və Zərərçəkmiş şəxs mobil nömrəsini bilmədiyi üçün onu həyətdən çağırmışdır. Zərərçəkmiş şəxs həyətə çıxmış və ona əsəbi halda “şalvardan çıxmısız” demişdir. Evin həyəti olduğu üçün O, Zərərçəkmiş şəxs evin həyətindən kənarda söhbət etmək istədiyini bildirmiş və birlikdə söhbət edə-edə həyətdən küçəyə çıxmışlar. Söhbət zamanı Zərərçəkmiş şəxs onunla aqressiv danışmağa başlamış və onu təhqir etmişdir. O, əsəbləşmiş və qabaqcadan özü ilə gətirərək üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sol bud nahiyyəsinin yuxarı hissəsinə bir zərbə vurmuş və hadisə yerindən çıxıb getmişdir. Səhvini başa düşmüş və hərəkətindən peşman olmuşdur. “Vətən” müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə onu X10 tanış etmişdir. Rauf Ağaşov ondan istifadə olunmuş mişar daşı istəmiş, o da Raufa mişar daşı verəcəyinə söz vermişdir. Aralarında olan razılığa görə Rauf mişar daşının pulunu verəcəyi təqdirdə mişar daşlarını ona verəcəyini Raufa vəd etmişdir. Ancaq Rauf tutulmuş və iş alınmamışdır.13 iyun 2023-cü il tarixdə saat 17-00 radələrində Yardımlı şəhəri M.Ə.Sabir küçəsində yerləşən yaşadığı evdə olarkən evin həyətindən səs eşitmiş və evin həyətinə çıxmışdır. Həyətdə çağıran şəxsin Yardımlı rayon Çayüzü kəndində yaşayan Təqsirləndirilən şəxs olmasını görmüşdür. O, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gəlməsinin səbəbini soruşmuş, Amid ona Yardımlı şəhər sakini X6 800 manat borcu olduğunu və həmin pulu almaq üçün gəldiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs heç kimə borcunun olmadığını bildirmişdir. Sonra Amidlə söhbət edə-edə yaşadığı evin həyətindən çıxmış və evin yaxınlığından keçən yola getmişlər. Amid onu evdən bir az da uzaqlaşdırmaq istəmiş, lakin o, irəli getməmişdir. Bu zaman Təqsirləndirilən şəxs şalvarının remeninə keçirdiyi bıçağı çıxarıb onun sol bud nahiyyəsinin yuxarı ətrafına bir zərbə vurmuşdur. Aldığı xəsarətdən o, qışqırmış və Amid isə hadisə yerindən qaçaraq getmişdir. O, yaşadığı evin həyətinə gəlmiş və təcili tibbi yardıma məlumat vermişdir. Bir müddət sonra təcili tibbi yardıma həkimlər gələrək onu Yardımlı rayon Mərkəzi Xəstəxanasına aparmışlar.Təqsirləndirilən şəxs ona barışıq təklif etməmiş və barışmamışlar. Göstərdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qızı göstərdi ki,Zərərçəkmiş şəxs onun əridir. 13 iyun 2023-cü il tarixdə saat 17 radələrində Yardımlı şəhərində yaşadığı evdə olarkən bir şəxs əri Nizamini çağırmışdır. Nizami də yaşadığı evin həyətindən çölə çıxmışdır. Bundan təxminən beş dəqiqə sonra Nizami yaşadığı evin həyətinə qayıtmış və onun bud nahiyəsindən qan axmasını görmüşdür. O, Nizamidən nə baş verdiyini soruşduqda, Nizami ona Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Əri Nizami xəsarət alması barədə təcili tibbi yardıma məlumat vermiş və bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək Nizamini xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X8 Rayon MTE və PA Şöbəsinin 14 iyun 2023-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət-sol aşağı ətrafın bud hissəinin yan /tış/ tərəfinin yuxarı 1/3-i nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının 24 iyun 2023-cü il tarixli, 3/965 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 24 iyun 2023-cü il tarixli, 3\965 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 22 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan qaçaraq gizləndiyi üçün ona həmin maddələrlə verilmiş ittihamı elan etmək mümkün olmamış və 22 iyul 2023-cü il tarixdə barəsində axtarış elan eldilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Abdiyev X3 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə Bakı şəhərində saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Yardımlı Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı Rayon İHB-nın Çayüzü İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı Mərkəzi Rayon X7 Şəxsin 07 iyul 2023-cü il tarixli, 7-229 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş №1-1446 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş №1-1443 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146cı maddələrində nəzərdə tutulmuş əsaslarla hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs və qardaşı X2 “Vətən” müharibəsi” iştirakçısı olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxsnın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxsnın islah olunmağa meyilli olmasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsnın ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 128 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə, həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutulduğu- azadlığı məhdudlaşdırmaqla Yardımlı Rayon Polis X4 Yerində saxlanıldığı 02 gün (07- 08 avqust 2023-cü il) müddəti nəzərə alır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin ediliməli (CM-nin 66.2-ci maddəsi), tutularaq saxlanıldığı 2 (iki) gün (07-08 avqust 2023-cü il) müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə qəti cəzadan çıxılmalıdır (CM-nin 69.3-cü maddəsi). Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1(bir) ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə, CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutularaq saxlanıldığı iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar