Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-25/2024 05.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X9 sədrliyi, məhkəmə iclasının katibi kk katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonu Avaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Avaş kəndində yaşayan və qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,515 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 11:19 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Avaş kəndi ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1(bir) ədəd kağız bükümdə 0,515 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da o CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri
Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 11-12 radələrində kafedən çıxıb evə gedərkən Yardımlı rayonu Avaş kəndi ərazisində yerləşən «Bərəncü» adlanan ərazidə yerdə yolun kənarında bir büküm olduğunu görmüş, həmin bükümü götürüb açmış və bükümün içərisində metamfetamin olduğunu görüb cibinə qoymuşdur.Əvvəllər narkotik maddə qəbul etdiyinə görə bükülünün içindəki maddənin metamfetamin olmasını bilmişdir. Həmin ərazidən təxminən yarım saat yol getdikdən sonra polis əməkdaşları onu saxlamışlar.Polis əməkdaşları ona narkotik vasitə daşımaqda şübhəli oluğunu və üzərində yoxlama keçirəcəklərini bildirmişlər. O da videoçəkiliş vasitəsi ilə üzərində daşıdığı 1 ədəd kağız bükümdə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0,72 qram olmuşdur. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir mənəvi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 ifadəsində göstərdi ki, Yardımlı Rayon Polis Şöbəsində müstəntiq vəzifəsində işləyir. Həmin dövrdə Yardımlı Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə Şöbəyə dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə yenə də Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmış və polis əməkdaşları Şahid2, Şahid3 və X3 ilə birlikdə Yardımlı rayonu Avaş kəndi ərazisində gedərək Təqsirləndirilən şəxs həmin ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən 1 ədəd kağız bükümü çıxararaq təqdim etmiş və bükümün içərisundəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,72 qram olmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən həmçinin onun əynində olan şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazları və 1 ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetamini Yardımlı rayonu Avaş kəndi ərazisində yolun kənarından tapdığını bildirmişdir. Daha sonra psixotrop maddə metamfetaminə oxşar kütlə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs Yardımlı Rayon Polis Şöbəsinə gətirmişlər. Şahid3 ifadəsində göstərdi ki, Yardımlı Rayon Polis Şöbəsində sürücü vəzifəsində işləyir və həmin tədbirdə o sürücü kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat qürupunun tərkibində xx.xx.2024-cü il tarixdə Yardımlı rayonu Avaş kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Həmin vaxt əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmiş və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, polis əməkdaşı Fariz Mahmudov videoçəkiliş çəkmiş və Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən 1 ədəd bükümü çıxardaraq təqdim etmişdir.Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisi 0,72 qram olmuşdur. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bükülünü Yardımlı rayonu Avaş kəndi ərazisində yolun kənarından tapdığını bildirmişdir. Şahid2, şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. 2.1.1.2. cinayət işinin materialları
xx.xx.2024-cü il tarixli «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:19-da saxlanılmış, saat 14:30-da isə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız büküm təqdim etmiş, həmin bükümün içində olan maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni yol kənarından tapdığını bildirmişdir. Psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 0,72 qram olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazları və 1 ədəd alışqan aşkar olunmuşdur. Yardımlı Rayon Polis X1 təhqiqatçısı Cavad Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli «əşyalara baxış keçirilməsi və onların götürülməsi»ni özündə əks etdirən protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:19 dəqiqədə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aliyev X2 rayonu Avaş kəndi ərazisində saxlanılmış və üstü yoxlanılmışdır. Mehman Alıyevin üzərindən 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması,1 mobil telefon, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazları və 1 ədəd alışqan aşkar olunmuş və təhqiqata təqdim edilmişdir. Təqdim edilmiş 1 ədəd zərfə,1 mobil telefona, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazlarına, 1 ədəd alışqana və DVD-yə baxış keçirilmiş və götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 21519 nömrəli məktubla "xxxx" MMC-dən daxil olmuş DVD-yə məhkəmə iclasında baxış keçirilmiş və həmin diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi Mehman Alıyevin adına qeydiyyata alınmışdır. Həmin telefon nömrəsi ilə aparılan danışıqların sıyahısında olan şəxslərin bəziləri onun yaxın qohumları və tanışlarıdır. Digər şəxsləri isə tanımır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə.» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,515 qram olan, ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,515 qram, tədqiqata sərf edilmişdir-0,05 qram, qalıq-0,465 qram olmuşdur. «Təqsirləndirilən şəxsin X5 saxlanılmaqdan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Aliyev X2 RPŞ-nin MSY-də saxlanılmaqdan azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan seçilmiş və tutulmadan azad olunmuşdur xx.xx.2024-cü il tarixli «maddi sübutun tanınması və təhvil verilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar edilərək götürülmüş və ekspertiza zamanı tədqiqata sərf olunduqdan sonra qalmış o,465 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» Qərardan görünür ki, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD, əməliyyat- axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd DVD iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 728 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X10 xx.xx.2024-cü il tarixli, 249 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu katotekasında heç bir mələmat yoxdur. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Avaş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Yardımlı rayonu, Avaş kəndində yaşayır, himayəsində xx.xx.2017-ci ildə doğulmuş X7 və xx.xx.2019-cu ildə doğulmuş X6 adında iki azyaşı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1.əməlin tövsifi ilə bağlı
CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu İİ siyahının 118-ci bəndində qeyd olunmuşdur ki, metametaminin xeyli miqdarının aşağı həddi 0,15 qram yuxarı həddi isə 2 qramadək kimi müəyyən edilmişdir. Göründüyü kimi Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Avaş kəndi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə, dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddə olan metamfetamindir və onun çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş xeyli miqdarı həddində olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni xeyli miqdarda olan 0,515 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və üzərində gəzdirməsi və daşıması özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/657 nömrəli rəyi, xx.xx.2024-cü il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokol və protokola əlavə edilmiş DVD disk və işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı
CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş X7 və xx.xx.2019-cu ildə doğulmuş X6 adında iki azyaşı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəratinə və eyni zamanda Mehman Alıyevin özünün islah olmasına təsiri nəzərə alınmalı və sonuncuya ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin onu da qeyd edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutularaq saxlandığı 2(iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır.
2.2.3. maddi sübutlar, qətimkan tədbiri, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Maddi sübut-Yardımlı Rayon PŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,465 qram pisxotrop maddə metamfetamin məhv edilməli, 3 ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, lakin o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; -yaşadığı Yardımlı rayonun Avaş kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; -Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; -cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,465 qram psixotrop maddə metamfetamin məhv edilsin, 3(üç) ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X9