Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-26/2023 14.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Yardımlı rayonu Porsova kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, "xxxx" MMC-nin X2 Yardımlı şöbəsində elektrik mantyoru işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 29 iyun 2023-cü il tarixdə saat 18 radələrində Yardımlı rayonu Porsova kəndində yaşadıqları evdə aralarında ailə münasibətləri zəmnində baş vermiş narazılıq zamanı yumruq və təpiklə arvadı Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ bazu, sol bud və baldır nahiyələrinin qançırları, sağ baldırın aşağı 1/3-i hissəsinin və sağ aşıq baldır oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" MMC-nin X2 Yardımlı şöbəsində elektrik mantyoru işləyir. Zərərçəkmiş şəxs arvadıdır. 29 iyun 2023-cü il tarixdə səhər saatlarında evdən çıxaraq dayısı X4 həyətyanı sahəsinə getmiş və orada qurban kəsmişlər. Bir müddət sonra O, qurban payını götürmüş və yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqda arvadı Zərərçəkmiş şəxs çörək bişirmək üçün xəmir yoğurduğunu, oğlu Asimanının isə ağladığını görmüşdür. O, Sonaya uşağı sakitləşdirməsini demiş, buna görə də aralarında narazılıq yaranmışdır. Narazılıq zamanı həyətdə olan kauçuk qabı Sonaya tərəf atmış, lakin həmin qab Sonaya dəyməmişdir. Həmin tarixdə saat 18 radələrində yaşadıqları evdə oturduqları zaman Zərərçəkmiş şəxs evə qoyduğu mobil telefondan istifadə etdiyi üçün Sonaya acıqlanmış və telefonu ondan almışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs uşaqları da, götürərək evdən getmək istədiyini bildirmişdir. O, Sonanın getməsinə mane olmaqdan ötrü Sonanın sağ qolundan tutub özünə tərəf çəkmiş, lakin Sona getməkdə israrlı olduğu üçün qoluna bir zərbə vurmuşdur. Bir neçə dəqiqə sonra isə Sona uşaqları da götürüb evdən çıxmış və Telavar kəndinə getməyə başlamışdır. O, Sonanın getməsinin qarşısını almağa çalışmış və qohumlarını köməyi ilə Sonanı sakitləşdirərək evə qayıtmışlar. Təxminən bir saat sonra qaynanası Şahid onların yaşadığı evə gəlmişdir. Qaynanası Şahid Sonanı və uşaqları rayonun Telavar kəndinə yaşadıqları evə aparacağını, 3- 4 gün orada qaldıqdan sonra geri gətirəcəyini bildirmişdir. O, qaynanası Şahid razılıq vermiş və Şahid Sonanı azyaşlı uşaqları ilə birlikdə Telavar kəndinə aparmışdır. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, 24 oktyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah əsasında ailə həyatı qurmuş, birgə nikahdan 4 övladları vardır. Ailə qurduqdan təxminən 1-2 ay sonra Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu söyərək təhqir etməyə və mübahisələr yaratmağa başlamışdır. O, bu barədə dəfələrlə anası Şahid məlumatlar vermiş, lakin ailəsi dağılmasın deyə anası ailə məsələlərinə qarışmamış və Elyarla söhbətlər etmişdir. Buna baxmayaraq heç bir nəticə olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında ot biçini vaxtı sahədən qayıtdıqdan sonra onunla heç bir səbəb olmadan mübahisə etməyə başlamış və yemək yedikləri çini qabı süfrənin üzərindən götürərək sifət nahiyəsinə vurmuş və nəticədə xəsarət almışdır. 15 iyun 2023-cü il tarixdə də əri Təqsirləndirilən şəxs övladları Amidin ulağa minməsini bəhanə edərək onun sol ayağından bıçaqla vuraraq xəsarət yetirmişdir. Lakin ailəsinin dağılmasını istəmədiyi üçün Təqsirləndirilən şəxs tərəfindən əvvəllər döyülməsi barədə heç bir dövlət orqanına və tibb müəssisəsinə müraciət etməmişdir. Hazırda əvvəllər döyülməsi ilə bağlı aldığı xəsarətlərin yerləri sağalmışdır. 29 iyun 2023-cü il tarixdə isə saat 18 radələrində Yardımlı rayonu Porsova kəndində yerləşən yaşadıqları evin həyətyanı sahəsində olan təndirdə çörək bişirdiyi zaman Təqsirləndirilən şəxs onun yanına gələrək niyə görə bu vaxt çörək bişirdiyini soruşmuşdur. O isə Elyara hazırda yeməyə çörəkləri olduğunu, işləri gec yekunlaşdırdığı üçün çörəyi indi bişirdiyini bidirmişdir. Bu zaman Elyar kauçuk materialdan olan su qabını onun sifətinin sağ nahiyəsindən vurmuşdur. Bundan sonra o, çörəyi bişirməyə davam etmişdir. Elyar isə həyətyanı sahədə oturub, çay içmişdir. O, çörəyi bişirib qutardıqdan sonra Elyara Yardımlı rayon Telavar kəndinə anasının yaşadığı evə gedəcəyini demişdir. Bu zaman Elyar yerindən qalxaraq üzərinə hücum etmiş, yumruq və təpiklə sağ qol və ayaq nahiyələrinə zərbələr vurmuşdur. O, həmin zərbələrdən sağ qol və ayaq nahiyələrindən xəsarətlər almışdır. Bu vaxt yaxınlıqda olan Şaiq Verdiyev və Eltac Xudiyevi səsləyərək köməyə çağırmışdır. Onlar da gəlib, onu Elyarın əlindən almışlar və Elyarı tutub saxlamışlar. O isə anasına xəbər vermək üçün əvvəlcə evin içərisinə daxil olub telefonla danışmaq istəmiş, lakin Elyar telefon xəttini qırdığı üçün anası ilə danışa bilməmiş, evdən çıxıb qaçmağa başlamışdır. Bu zaman Elyarın dayısı Mais Xudiyev onu saxlayaraq getməməsi üçün xahiş etmiş, buna görə də geriyə qayıtmışdır. Bundan sonra Şaiq Verdiyevdən telefonunu ona verməsini xahiş etmiş, Şaiq də telefonunu ona vermiş, Elyar tərəfindən döyülməsi barədə anası Axanıma mobil telefonla məlumat vermişdir. Bir müddət sonra anası Şahid oraya gəlmiş, onun həqiqətəndə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü dəqiqləşdirmiş, onu rayonun Telavar kəndində yerləşən yaşadığı evə aparmışdır. Övladları Nuray, Amid, Damla və Asiman da onunla birlikdə anasının yaşadığı evə getmişlər. 30 iyun 2023-cü il tarixdə Yardımlı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onu əvvəllər döyən zaman ondan heç bir şey tələb etməmiş, adətən onu sərxoş vəziyyətdə döymüş, onu soyuq otaqda, ac və ya susuz saxlamamış, ona qarşı ləyaqəti alçaldan hərəkətlərə yol verməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza növünün verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Şahid ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, 29 iyun 2023-cü il tarixdə təxminən saat 18 radələrində Cəlilabad rayonunda olduğu vaxt qızı Zərərçəkmiş şəxs ona zəng edərək Elyarın onu döydüyünü bildirmiş və telefonu söndürmüşdür. O, da həmin tarixdə saat 20 radələrində Cəlilabad rayonundan qayıdaraq Yardımlı rayonu Porsova kəndinə qızı Sonanın yaşadığı evə getmişdir. Ora çatdıqda qızı Sonanın döyülmüş vəziyyətdə olduğunu görmüş, bu səbəbdən də qızı Sonanı götürüb rayonun Telavar kəndində yerləşən yaşadığı evə aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X1 Rayon MTE və PA Şöbəsinin 30 iyun 2023-cü il tarixli, 46 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər---- sağ bazu, sol bud və baldır nahiyələrinin qançırları, sağ baldırın aşağı 1/3-i hissəsinin və sağ aşıq baldır oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC CRF-nin Yardımlı rayon Şöbəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı Rayon İHB-nın Porsova İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 18 iyul 2023-cü il tarixli,5-81-7/2-108/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Yardımlı Mərkəzi Rayon X3 Şəxsin 20 iyul 2023-cü il tarixli, 7-243 sayı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. “Sübutların qiymətləndirilməsi haqqında” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1 və 133-cü maddələrinin təkibi olmadığı üçün barəsində həmin epizodlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxsnın himayəsində 4 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, iş yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, Təqsirləndirilən şəxsnın şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxsnın islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsnın ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsn barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizamvermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən X5
Məhkəmə qərarları › İş №1(038)-26/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-26/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver