Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-26/2024 19.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X16 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Yardımlı rayonu Gendərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Gendərə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində ibtidai istintaqı aparılan digər cinayət işi üzrə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,618 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 13:23 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Yardımlı rayonu Gendərə kəndi ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan-balaca cibindən 1 (bir) ədəd sellofan bükümdə 0,618 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bununlada da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri
Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Yardımlı rayonu Gendərə kəndi ərazidə sahədən bir bükümdə psixotrop maddə metamfetamin tapmış və həmin metamfetamindən o, bir dəfə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Yardımlı rayonu Gendərə kəndi ərazidə sahədə heyvan otararkən polis əməkdaşları tərəfindən saxlanılmış və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuş və aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi yarım qramdam çox olmuşdur.Həmçinin Təqsirləndirilən şəxs göstərdi ki, psixotrop maddə metamfetamini qısa müddətdir ki, istifadə edir və metamfetamindən başqa digər psixotrop və ya narkotik maddə qəbul etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir mənəvi və ya fiziki zor tətbiq edilməməsini göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. X3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 11 oktyabr 2024-cü il tarixdə saat 13:20 radələrində rayon polis şöbəsinin əməkdaşları X13 və X12 ilə birlikdə Yardımlı rayonu Gendərə kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin (patı) olduğunu, videoçəkiliş vasitəsi ilə əynində olan şalvarın yan-balaca cibindən 1(bir) ədəd sellofan bükümü çıxararaq təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Yardımlı rayonu Gendərə kəndi ərazisində heyvan otararkən sərhəd kənarından tapdığını bildirmişdir. Həmin bükümə baxdıqda içərisində həqiqətən psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,70 qram olmuşdur. Psixotrop maddə metamfetaminə oxşar kütlə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 4 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuşdur. X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliiyat müvəkkili Vasif Məmmədliyə əməliyyat məlumatı daxil olduğu üçün. X11 və X13 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində Yardımlı rayonu Gendərə kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Əməliyyat müvəkkili Vasif Məmmədli tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş videoçəkiliş vasitəsi ilə əynində olan şalvarın yan-balaca cibindən metamfetaminə oxşar maddə çıxararaq təqdim etmişdir. Metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,70 qram olmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini heyvan otararkən sərhəd kənarından tapdığını bildirmişdir Həmçinin Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan şalvarın sol yan cibindən 4 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuşdur. X5 şahidlər X11 və X12 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. 2.1.1.2. cinayət işinin materialları
xx.xx.2024-cü il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:23-də şübhəli şəxs qismində saxlanılmış, saat 15:10-da isə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamada şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu Gendərə kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs üstündə fasiləsiz videoçəkiliş vasitəsi ilə yoxlama aparılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmazdan əvvəl ona üzərində qanunla qadağan olunan əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan-balaca cibindən 1 (bir) ədəd sellofan bükümü çıxararaq təqdim etmiş və həmin bükümə baxdıqda içərisində psixotorop maddə metamfetaminə oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni heyvan otaran zaman sərhəd kənarından tapdığını bildirmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,70 qram olmuşdur. Aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlə 1 (bir) ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan şalvarın sol yan cibindən 4 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuşdur. Yardımlı Rayon Polis X6 təhqiqatçısı Cavad Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli «əşyalara baxış keçirilməsi və onların götürülməsi»ni özündə əks etdirən protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:23 dəqiqədə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Feyziyev X2 rayonu Gendərə kəndi ərazisində saxlanılmış və üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən 1 ədəd şəffaf rəngli selofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması,4 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuş və təhqiqata təqdim edilmişdir. Təqdim edilmiş 1 ədəd zərfə və 4 ədəd 1 manatlıq pul əskinazlarına və DVD-yə baxış keçirilmiş və götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/692 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,618 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0,618 qram, tədqiqata sərf edilmişdir-0,05 qram., qalıq -0,568 qram olmuşdur.. «Təqsirləndirilən şəxsin X10 saxlanılmaqdan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Feyziyev X2 RPŞ-nin MSY-də saxlanılmaqdan azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və tutulmadan azad olunmuşdur. xx.xx.2024-cü il tarixli «maddi sübutun tanınması və təhvil verilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar edilərək götürülmüş və ekspertiza zamanı tədqiqata sərf olunduqdan sonra qalmış 0,568 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» Qərardan görünür ki, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD, əməliyyat- axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 756 nömrəli rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs X1 psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olmuş, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilməmişdir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X18 xx.xx.2024-cü il tarixli, 279 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu katotekasında heç bir mələmat yoxdur. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən, həmçinin iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş X7 və xx.xx.2019-cu ildə doğulmuş X9 adında iki azyaşı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş və ibtidai istintaqı aparılan digər cinayət işi üzrə Yardımlı Rayon Məhkəməsinin 4(038)-33/2024 №-li xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətinə «həbs» qətimkan tədbirinin seçilməsinin nəzərə alınması qərara alınmışdır.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1.əməlin tövsifi ilə bağlı
CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu İİ siyahının 118-ci bəndində qeyd olunmuşdur ki, metametaminin xeyli miqdarının aşağı həddi 0,15 qram yuxarı həddi isə 2 qramadək kimi müəyyən edilmişdir. Göründüyü kimi Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Gendərə kəndi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə, dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddə olan metamfetamindir və onun çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş xeyli miqdarı həddində olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni xeyli miqdarda olan 0,618 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və üzərində gəzdirməsi və daşıması özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/692 nömrəli rəyi, xx.xx.2024-cü il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokol və protokola əlavə edilmiş DVD disk və işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-in 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı
CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş X7 və xx.xx.2019-cu ildə doğulmuş X9 adında iki azyaşı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-in 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin onu da qeyd edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutularaq saxlandığı 2(iki) gün müddət, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
2.2.3. maddi sübutlar, qətimkan tədbiri, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı Maddi sübut-Yardımlı Rayon PŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,568 qram pisxotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edildiyindən və ibtidai istintaqı aparılan digər cinayət işi üzrə barəsində «həbs» qətimkan tədbirinin seçildiyindən, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin barəsində hər hansı qətimkan tədbirinin seçilməsinə zərurət görmür və hesab edir ki, təqsirləndiirlən şəxsin barəsində ibtidai istintaqı aparılan digər cinayət işi üzrə barəsində «həbs» qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, lakin o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 2(iki) iki gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan digər cinayət işi üzrə «həbs» qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,568 qram psixotrop maddə metamfetamin məhv edilsin və 2(iki) ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X19