Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-27/2023 26.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,201 qram çəkidə psixotrop maddə olan metamfetami əldə edib daşıyaraq üzərində saxlamış, 04 iyul 2023-cü il tarixdə saat 16-00 radələrində Yardımlı rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Yardımlı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Yardımlı rayon PŞnə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan boz-qara rəngli cins şalvarının sağ yan cibindəki “Bakı” markalı siqaret qutusundan bir ədəd gümüşü rəngli kağız bükümdə 1,201 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkotik vasitələr qəbul edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. 04 iyul 2023-cü il tarixdə səhər saatlarında Yardımlı şəhərinin mərkəz hissəsində Arzu adlı şəxsin işlətdiyi kafenin yaxınlığından keçən zaman yerdə bir ədəd siqaret qutusu görmüş və həmin siqaret qutusunun içərisinə baxan zaman qutunun içərisində 1 ədəd gümüşü kağız büküm olduğunu görmüşdür. Həmin gümüşü rəngli kağız bükümü açmış və içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Narkotik maddə istifadəçisi olduğu üçün metamfetamini özü istifadə etmək üçün şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. Daha sonra parkda pivə içərkən Yardımlı rayon polis əməkdaşları yaxınlaşaraq və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Yardımlı rayon polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman şalvarının sağ yan cibindən siqaret qutusunun içərisindən bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Səhvini etiraf edir və əməlindən peşmandır. Vərəm və “Hepatit-C” virusu xəstəliyindən əziyyət çəkir. Odur ki, həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Yardımlı rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 04 iyul 2023-cü il tarixdə Yardmlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddələr qəbul etməsi ilə əlaqədar ona əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat məlumatı üzrə Yardımlı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakları ilə qrup yaradılmış və həmin gün saat 16:00 radələrində tədbir keçirilmiş və Şirinov X1 şəhəri ərazisində saxlanılmış, Yardımlı rayon polis şöbəsinə gətirilmişdir. Yardımlı rayon PŞ-də otaqlardan birində şöbənin KTQ-nun inspektoru Fariz Mahmudovun,Yardımlı rayon PŞ-nin təhqiqatçısı Samir İbişlinin, Müdafiəçi iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibindən “Bakı” markalı siqaret qutusunun içərisindən gümişi rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmışdir. Aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmış, bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Yardımlı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə СD-yə məhkəmə iclasında baxış keçirilmiş və həmin videoçəkilişdən görünür ki, Yardımlı rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış və onun əynində olan boz-qara rəngli cins şalvarının sağ yan cibindəki “Bakı” markalı siqaret qutusundan bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metafetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, 04 iyul 2023-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə Yardımlı rayon Polis Şöbəsində baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz-qara rəngli cins şalvarının sağ yan cibindən “Bakı” adlı içərisi boş olan siqaret qutusunun içərisindən gümüşü rəngli kağız bükümdə psixotrop maddə metafetaminə oxşar kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 05 iyul 2023-cü il tarixli 19/698 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd kağız bükümdə olan metamfetamin “ sozləri və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi:-1,201 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.Tədqiqata sərf olunduqdan sonra 1,151 qram metamfetamin qalıq almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 05 iyul 2023-cü il tarixli, 19\698 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 iyul 2023-cü il tarixli, 767 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindiromu ilə nəticələnən (narkomaniya xəstəliyi)” aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 24 iyul 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,201 qram,ekspertizaya 0,05 qram sərf edildikdən sonra qalıq almış 1,151 qram psixotrop maddə matamfetamin maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübüt kimi tanınmış və saxlanması üçün Yardımlı Rayon Polis şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 06 iyul 2023- cü il tarixli “təqsirləndirilən şəxsin X7 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 06 iyul 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Yardımlı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmişdir. İş materiallarında olan Yardımlı Rayon Polis Şöbəsinin 20 sentyabr 2023-cü il tarixli, 3- 13-116/2-7005/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023cü il tarixdə Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yardımlı Rayon Polis X5 Yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Şirinov X4 Rayon Xalq Məhkəməsinin 11 may 1998-ci il tarixli hökmü ilə CM-nin 226-1, 55 AR (köhnə red) maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təyin edilmiş cəza 02 il sınaq müddətinə şərt tətbiq edilmiş, həmçinin Ağır Cinayətlərə dair Məhkəmənin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 318.2-ci maddələri ilə təqsirli bilinib,CM-nin 66 maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Yardımlı Rayon Mərkəzi X8 Şəxsin 28 iyul 2023-cü il tarixli, 7-246 sayı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan Yardımlı Rayon Mərkəzi X8 Şəxsin 09 oktyabr 2023-cü il tarixli, 1230/2 sayı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “xroniki hepatit tez-tez kəskinləşmə” diaqnozu ilə 2012-ci il tarixdən Yardımlı RMX-da dispanser qeydiyyatında dayanır. İş meteriallarında olan “X13” və Uşaq Nevroloji xəstəxanın verdiyi müayinə sənədlərindən görünür ki, X6 nevroloji xəstədir. X10 və Unikal Klinikanın təqdim etdiyi sənədlərlə Təqsirləndirilən şəxs ezofaqit, Les çatışmamazlığı, eroziv antral gastrit xəstəlikləri aşkar edilmişdir. İş materiallarında Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 24 avqust 2023-ci il tarixli, 767 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı və bir azyaşlı olmaqla, iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə həmçinin onun himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını, “xroniki hepatit tez-tez kəskinləşmə” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmum cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, “xroniki hepatit tez-tez kəskinləşmə” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə CM-in 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir.sanksiyası daxilində cərimə növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün və 28 sentyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 28 gün müddəti nəzərə alır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlandığı 30 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs nakomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Yardımlı rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,151 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02(iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün və həbsdə saxlandığı 28 (iyirmi səkkiz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 02 (iki) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası müddətinə daxil edilsin və üzərində 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “Opioidlərin qəbulundan yaranan asılılıq sindiromu ilə nəticələnən” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut və Yardımlı rayon Polis Şöbəsində saxlanılan 1,151 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01(bir) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(038)-27/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-27/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver