Məhkəmə qərarları › İş №1(038)-28/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-28/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-28/2023 28.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Yardımlı rayonu Bürzünbül kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ dərəcə əlil, məhkumluğu olmayan, Yardımlı rayonu Bürzünbül kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə saat 12 radələrində Yardımlı rayonu Bürzünbül kəndində yaşadıqları evdə aralarında ailə münasibətləri zəminində baş vermiş narazılıq zamanı yumruq və təpiklə qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs başın tüklü hissəsinin sağ və sol təpə, gövdənin arxasının sağ kürək və sol aşağı ətrafın baldır hissəsinin iç tərəfinin yuxarı 1/3-i nahiyələrinin qançırları, sol bazunun yuxarı 1/3-i və sol bazu oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, özünü ona verilmiş ittiham üzrə təqsirli hesab edir. 2017-ci ildə Yardımlı rayonu Bürzünbül kənd sakini X3 ilə ailə həyatı qurmuş və nikahlarından iki övladı vardır. X8 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayır və o, arabir işləmək üçün X8in yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs X8in yaşadığı evə gedən zaman görmüş və tanış olmuşdur. Sevanə mobil nömrəsini ona vermiş və mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Həmin telefon danışıqları zamanı bir-birlərini sevdiklərini bildirmişlər. Sevanə ona əri ilə birlikdə yaşamaq istəmədiyini, aralarında narazılıqlar olduğunu demişdir. O, Sevanəyə evli olduğunu da bildirmişdir. 05 iyul 2023-cü il tarixdə Sevanə ilə mobil telefon vasitəsi ilə danışan zaman Sevanə onunla evlənmək üçün getmək istədiyini bildirmişdir. O da Sevanə ilə razılaşmışdır. 05 iyul 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs azyaşlı qızı ilə birlikdə çantasını götürərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşadıqları evdən təxminən 400-500 metr kənara piyada gələrək onun idarə etdiyi “Vaz 2106” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, birlikdə Yardımlı rayonu Bürzünbül kəndinə gəlmişlər. O, Zərərçəkmiş şəxs yaşadıqları evə aparmamış, Yardımlı rayonu Bürzünbül kəndində yerləşən babası Məmmədağa Rəciyevə məxsus hazırda yaşayış olmayan evə aparmışdır. O, Zərərçəkmiş şəxs və sonucunun azyaşlı qızı həmin evdə üç gün ailə kimi bir yerdə yaşamışlar. Sevanənin valideynləri şikayət etdiyi üçün 07 iyul 2023-cü il tarixdə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə getmişlər, orada pollislər onlardan izahatlar almışdır. 08 iyul 2023-cü il tarixdə axşam üstü Yardımlı rayonu Bürzünbül kəndinə yaşadıqları evə qayıtmışlar. 23 iyul 2023-cü il tarixədək anası Hafizəyə məxsus evdə birlikdə yaşamışlar və aralarında heç bir narazılıq olmamışdır. Lakin Sevanə ona evli olmasını demədiyinə və onu aldatdığına görə aralarında mübahisə yaranmış və o, əsəbləşərək Zərərçəkmiş şəxs yumruq və təpiklə zərbələr vurmuşdur. Hazırda əməlindən peşmandır, himayəsində 2 azyaşlı uşağının olmasını, İİ dərəcə əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir azyaşlı qız övladı vardır. Onun yaşadığı ev Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Təqsirləndirilən şəxs X8in yaşadığı evlə qonşuluqda yerləşir. Təqsirləndirilən şəxs X8in yaşadığı evə gələrkən onu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona subay olduğunu, onunla evlənmək istədiyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs evli olduğunu və bir azyaşlı qız uşağı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onunla təkidlə evlənmək istədiyini bildirdikdən sonra Əvəzlə razılaşmışdır. 05 iyul 2023-ci il tarixdə yaşadığı evdə heç kim olmadığı vaxt Əvəz ona mobil telefon vasitəsi ilə zəng vuraraq hazırlaşıb paltarlarını götürməsini və onunla Yardımlı rayonu Bürzünbül kəndinə getməsini demişdir. O da Əvəzlə razılaşmışdır. Həmin tarixdə təxminən saat 16:00 radələrində azyaşlı qızı ilə birlikdə Əvəzin idarə etdiyi nömrəsini bilmədiyi ağ rəngli avtomobilə əyləşmiş və birlikdə Yardımlı rayonu Bürzünbül kəndinə getmişlər. Onlar üç gün Əvəzin babasına məxsus evdə yaşamışlar. Evdə onlardan başqa heç kim yaşamamışdır. Həmin vaxt öz razılığı əsasında Əvəzlə cinsi əlaqədə olmuşdur. Orada üç gün qaldıqdan sonra Əvəz onu Yardımlı rayonu Bürzünbül kəndində yerləşən yaşadığı evə gətirmişdir. O, bundan sonra Əvəzin evli və iki uşağının olduğunu bilmiş, buna görə də Qaradağ rayonu, Lökbatan qəsəbəsinə qayıtmaq istəmişdir. Lakin Əvəz buna imkan verməmişdir. O Əvəzə onu aldatmasını, evli ola-ola ona subay olduğunu deməsini bildirdikdə Əvəzlə aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, həmin zərbələrdən xəsarətlər almışdır. Lakin həmin vaxt şikayət etməmişdir. 25 iyul 2023-ci il tarixdə anası Nəciyeva X5 rayonu Bürzünbül kəndinə gəlmiş və anası ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsinə yaşadıqları evə getmişdir. Evdə anasına Əvəz tərəfindən döyüldüyünü demiş və həmçinin hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə və Yardımlı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur və ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki, oğlu Vətən Müharibəsində şəhid olmuşdur. Qızı Zərərçəkmiş şəxs qohumu X4 ilə ailə həyatı qurmuşdur. 05 iyul 2023-cü il tarixdə evdə olmadıqları vaxt qızı Zərərçəkmiş şəxs Yardımlı rayonu Bürzünbül kənd sakini Təqsirləndirilən şəxs ilə evlənmək məqsədi ilə getmişdir. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs aldatmış, ona subay olduğunu bildirmişdir. Buna görə də qızı Sevanə onunla getməyə razılıq vermişdir. Qızı Zərərçəkmiş şəxs Yardımlı rayonu Bürzünbül kəndinə getdikdən sonra Əvəzin evli olduğunu bilmiş, buna görə də onunla mübahisə etmişdir. 25 iyul 2023-cü il tarixdə Yardımlı rayonu Bürzünbül kəndinə gedərək qızı Zərərçəkmiş şəxs Bakışəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparmışdır. Ora getdikdən sonra qızı Sevanənin bədəninin müxtəlif nahiyələrində xəsarətlərin olmasını görmüşdür. Ondan xəsarətləri necə almasını soruşduqda Sevanə 23 iyul 2023-cü il tarixdə Yardımlı rayonu Bürzünbül kəndində yaşadıqları evdə Təqsirləndirilən şəxs onu yumruq və təpiklə döyərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdiyini bildirmişdir. Bundan sonra qızı Sevanə döyülməsi ilə bağlı əvvəlcə 102 xidmətinə məlumat vermiş, sonra isə Yardımlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X2 rayon şöbəsinin 27iyul 2023-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- başın tüklü hissəsinin sağ və sol təpə, gövdənin arxasının sağ kürək və sol aşağı ətrafın baldır hissəsinin iç tərəfinin yuxarı 1/3-i nahiyələrinin qançırları; sol bazunun yuxarı 1/3-i və sol bazu oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 15 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Yardımlı rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 saat ictimai işlər cəzasına məhkum edilmiş, 20 iyun 2019-cu il tarixdə cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 16 avqust 2023-cü il tarixli 8-260 nömrəli məktubunda göstərilmişdir ki, Yardımlı rayonu Bürzünbül kəndində yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı RİHB-nın Bürzünbül İƏD üzrə nüməyəndəsinin 18 avqust 2023-cü il tarixli xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. Yardımlı RİHB-nın Bürzünbül kənd İƏD üzrə nüməyəndəsinin 18 avqust 2023-cü il tarixli,3-13-116/2-3798/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında Təqsirləndirilən şəxs sonuncu müayinəyə dair məlumatından görünür ki, o, Postravmatik epilepsiya, tez-tez (ayda 6-8 dəfə) təkrarlanan qıcolma tutmaları diaqnozu ilə İİ dərəcəli əlildir. “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə ittiham elan edilmiş, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər istintaq materialları sübut növü kimi qiymətləndirilmiş və tanınmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahid ifadəsi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş əsaslarla hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğundur, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallların mövcudluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyil. Belə ki, təqsirləndirilən şəxs Rəcili X1 Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 saat ictimai işlər cəzasına məhkum edilmiş, məhkumıuğu ödənilsə də, o, yenidən şəxsiyyət əleyhinə hazırki cinayət əməlini törətmişdir. Onun islah olunmaması, törətmiş olduğu cinayət əməlinin törədilmə üsulu və xarakteri, zərərçəkmiş şəxlə barışıq əldə etməməsi və zərərçəkmiş şəxsin ciddi şəkildə şikayətçi olması əsas verir ki, o, daha ciddi cəza çəkməklə islah oluna bilər, bununla da sosial ədalətin bərpası və cəzanın məqsədinə nail olmaq mümkün olmuş olar. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalı, haqqında “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar