Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-28/2025 03.11.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Yardımlı rayonu, Oduraqaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:
2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,239 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2025-ci il tarixdə saat 12:23 radələrində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu, Odurakəran kəndi ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə 0,239 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri
Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərərmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən özü-özünə xəsarət yetirmişdir, polis əməkdaşları tərəfindən ona hər hansı bir fziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını və ailə vəziyyətinin nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Yardımlı rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində ona Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə məlumat daxil olmuş və daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı X1 ilə birlikdə Yardımlı rayonu, Odurakəran kəndi ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmaq istərkən Təqsirləndirilən şəxs qaçmağa başlamış və əlində olan bıçaq və qayçı ilə qollarına və boyun nahiyəsinə xəsarətlər yetirməyə başlamışdır. Onlar Təqsirləndirilən şəxs saxlamışlar və əlindəki bıçaq və qayçı ilə təkrar özünə xəsarətlər yetirməsinin qarşısını almaq üçün onu qandallanmışdır. Daha sonra isə fasiləsiz videoçəkilişə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükümə baxış keçirilmiş, həmin bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu aşkar olunmuşdur. Aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,28 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 (bir) ədəd büküm 01 (bir) ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlanış aparılmış, üzərindən belinə bağladığı 01 (bir) ədəd hərbi bel çantası və 01 (bir) ədəd hərbi bıçaq qabı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 (bir) ədəd hərbi bel çantasına baxış keçirilmiş, həmin çantadan 01 (bir) ədədi açıq və 04 (dörd) ədədi qablaşdırılmış formada olmaqla ümumilikdə 05 (beş) ədəd şpris, üzərindən götürülmüş 01 (bir) ədəd hərbi bel çantasından pambıq, 01 (bir) ədəd tutacaq hissəsi qırmızı və qara rəngli plastik materialdan olan burğac aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 (bir) ədəd hərbi bel çantasından 02 (iki) ədəd ağ rəngli rezin kəmər, 01 (bir) ədəd qara rəngli ayaqqabı ipi, 01 (bir) ədəd həmin çantaya məxsus dağarcıq və 01 (bir) ədəd dəmir qaşıq aşkarlanmışdır. 01 (bir) ədəd hərbi bel çantasından aşkar olunmuş əşyalar təkrar həmin çantada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs onlardan qaçan zaman özünə xəsarətlər yetirdiyi və saxlanıldıqdan sonra götürülmüş 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd qayçıya baxış keçirilmişdir və zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasına gətirmişlər və Yardımlı rayon polis şöbəsinin inzibati binasında bu barədə protokol tərtib etmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Yardımlı RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 sentyabr 2025-ci il tarixində Yardımlı Rayon Polis Şöbəsininin CAB-ın əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə məlumat daxil olmuşdur.xx.xx.2025-ci il tarixdə əməliyyat qrupunun tərkibində o, da iştirak etmiş və Təqsirləndirilən şəxs Yardımlı rayonu, Odurakəran kəndi ərazisində saxlamışlar. Fasiləsiz videoçəkilişə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid Yardımlı rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 şahidlər - Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (Buna görə də məhkəmə həmin ifadəni təkrarlamağa zərurət görmür.)
2.1.1.2. cinayət işinin materialları;
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəza müddəti 12 ilə endirilmiş, xx.xx.2019cu il tarixdə cəzası başa çatmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşsizdir. Mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr istifadə edir. Tutulmamışdan təxminən 1 həftə əvvəl Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən çayxanada olan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq metamfetamin satdığını demiş və istəyib-istəmədiyini soruşmuşdur. O da almaq istədiyini demişdir. Həmin şəxs 01 (bir) bükümdə metamfetamini 10 manata satdığını və bükümdə təxminən 0,20 qram metamfetamin olduğunu demişdir. O da həmin şəxslə razılaşmış və 10 manat verərək 01 (bir) bükümdə metamfetamin almışdır. Aldığı bükümü cibinə qoymuşdur. Tutulmamışdan təxminən 2-3 gün əvvəl Yardımlı rayonu, Odurakəran kəndində yerləşən ata evinə gəlmişdir. 12 sentyabr 2025-ci il tarixində saat 12 radələrində bel çantasına bıçaq, qayçı və burğac qoyaraq çəpərlərini düzəltmək və ağacları budamaq üçün Odurakəran kəndində yerləşən ata evinin yaxınlığında olan sahəyə getmişdir. Sahəyə gedən zaman ağrıları olarsa istifadə etmək üçün metamfetamini də şalvarının sağ yan cibinə qoymuşdur. Bir az vaxt keçdikdən sonra tanımadığı şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona çatmağa 5-6 metr qalmış polis olduqlarını demişdir. O üzərində narkotik vasitə olduğu və əvvəllər də məhkum olunduğu üçün tutulacağını bilmiş və bu səbəbdən qaçmışdır. Polis əməkdaşlarının onu saxlayacaqlarını anladığından əlində olan bıçaq və qayçı ilə qollarına və boyun nahiyəsinə xəsarətlər yetirmişdir. Daha sonra polislər onu saxlamışdır. Əlində olan bıçaq və qayçını almışlar. Sonra isə videoçəkilişə başlanılmışdır. Ondan özünü təqdim etməsi tələb edilmiş, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ondan üzərində narkotik vasitə və ya qanunla dövriyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. O da əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmişdir. Ondan təqdim etdiyi bükümdə nə olduğu soruşulmuş, o da həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqdim etdiyi 01 (bir) ədəd bükümə baxış keçirilmiş, həmin bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu aşkar olunmuşdur. Aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,28 qram olmuşdur. Ondan üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini haradan əldə etdiyi soruşulmuş, o da Sumqayıt şəhərində yerləşən bazarda tanımadığı şəxsdən 10 manat müqabilində aldığını demişdir. Üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 (bir) ədəd büküm 01 (bir) ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş, iştirakçılar tərəfindən imzalanmış və o da həmin zərfin qablaşdırılmasını imzalamışdır. Üzərində yoxlanış aparılmış, belinə bağladığı 01 (bir) ədəd hərbi bel çantası və 01 (bir) ədəd hərbi bıçaq qabı aşkar edilərək götürülmüşdür. 01 (bir) ədəd hərbi bel çantasına baxış keçirilmiş, həmin çantadan 01 (bir) ədədi açıq və 04 (dörd) ədədi qablaşdırılmış formada olmaqla ümumilikdə 05 (beş) ədəd şpris aşkar olunmuşdur. Ondan aşkar edilmiş şprisləri hansı məqsədlə istifadə etdiyi soruşulmuş, o da şəkər xəstəsi olduğunu və bu səbəbdən istifadə etdiyini demişdir. Üzərindən götürülmüş 01 (bir) ədəd hərbi bel çantasından pambıq, 01 (bir) ədəd tutacaq hissəsi qırmızı və qara rəngli plastik materialdan olan burğac aşkar olunmuşdur. Ondan aşkar edilmiş 01 (bir) ədəd tutacaq hissəsi qırmızı və qara rəngli plastik materildan olan burğacı nə məqsədlə daşıdığı soruşulmuş, o da əl ağacı düzəltmək üçün istifadə etdiyini demişdir. Üzərindən götürülmüş 01 (bir) ədəd hərbi bel çantasından 02 (iki) ədəd ağ rəngli rezin kəmər, 01 (bir) ədəd qara rəngli ayaqqabı ipi, 01 (bir) ədəd həmin çantaya məxsus dağarcıq və 01 (bir) ədəd dəmir qaşıq aşkarlanmışdır. 01 (bir) ədəd hərbi bel çantasından aşkar olunmuş əşyalar təkrar həmin çantada qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə saxlanılan zaman polis əməkdaşlarının ondan aldığı 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd qayçıya baxış keçirilmişdir. Ondan 01 (bir) ədəd bıçağı haradan əldə etdiyi və nə məqsədlə istifadə etdiyi soruşulmuş, o da bazardan əldə etdiyini, ağac kəsmək üçün istifadə etdiyini, qolundakı xəsarətləri həmin bıçaq və qayçı ilə özü-özünə yetirdiyini demişdir. Ondan aşkarlanmış 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd qayçı 01 (bir) ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş, iştirakçılar tərəfindən imzalanmış və o da həmin zərfin qablaşdırılmasını imzalamışdır. Ondan narktoik vasitə istifadə edib-etmədiyi soruşulmuş, o da istifadə etdiyini demişdir. Ondan hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etdiyi soruşulmuş, o da psixotrop maddə metamfetamin istifadə etdiyini demişdir. Ondan saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi zora məruz qalıb-qalmadığı soruşulmuş, o da heç bir fiziki və ya psixi zora məruz qalmadığını bildirmişdir. Ondan qolları və boynunda olan xəsarətləri hansı şəraitdə aldığı soruşulmuş, o da saxlanılmazdan əvvəl özü-özünə xəsarətlər yetirdiyini demişdir. Daha sonra onu Yardımlı RPŞ-nin inzibati binasına gətirmişlər. Yardımlı RPŞ-nin inzibati binasında protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq psixotrop maddə metamfetamini aldığı şəxsi tanımadığını, üzərindən aşkar edilmiş 01 (bir) ədəd bıçağı təxminən 01 (bir) il əvvəl Sumqayıt şəhərində yerləşən bazarda tanımadığı şəxsdən 5 manat müqabilində aldığını, üzərində psixotrop maddə olması səbəbindən polislərin onu saxlayacağını bildiyini, özünə xəsarətlər yetirəcəyi təqdirdə polis əməkdaşlarının onu tutmayacağını düşündüyündən saxlanılmazdan əvvəl əlində olan bıçaq və qayçı ilə öz-özünə xəsarətlər yetirdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamada şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu, Odurakəran kəndi ərazisində saxlanılmışdır. Saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs əlində olan bıçaq və qayçı ilə özünə xəsarətlər yetirdiyi üçün bıçaq və qayçı ondan götürülmüşdür və Təqsirləndirilən şəxs üstündə fasiləsiz videoçəkiliş vasitəsi ilə yoxlama aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükümə baxış keçirilmiş, həmin bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu aşkar olunmuşdur. Aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,28 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 (bir) ədəd büküm 01 (bir) ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlanış aparılmış, onun belinə bağladığı 01 (bir) ədəd hərbi bel çantası və 01 (bir) ədəd hərbi bıçaq qabı aşkar edilərək götürülmüşdür. 01 (bir) ədəd hərbi bel çantasına baxış keçirilmiş, həmin çantadan 01 (bir) ədədi açıq və 04 (dörd) ədədi qablaşdırılmış formada olmaqla ümumilikdə 05 (beş) ədəd şpris aşkar olunmuşdur. Üzərindən götürülmüş 01 (bir) ədəd hərbi bel çantasından pambıq, 01 (bir) ədəd tutacaq hissəsi qırmızı və qara rəngli plastik materialdan olan burğac, daha sonra 02 (iki) ədəd ağ rəngli rezin kəmər, 01 (bir) ədəd qara rəngli ayaqqabı ipi, 01 (bir) ədəd həmin çantaya məxsus dağarcıq və 01 (bir) ədəd dəmir qaşıq aşkarlanmışdır. 01 (bir) ədəd hərbi bel çantasından aşkar olunmuş əşyalar təkrar həmin çantada qablaşdırılaraq götürülmüşdür. Daha sonra saxlanılan zaman polis əməkdaşlarının ondan aldığı 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd qayçıya baxış keçirilmişdir və aşkarlanmış 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd qayçı 01 (bir) ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür və iştirakçılar tərəfindən imzalanmışdır. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 12:23-də şübhəli şəxs qismində saxlanılmış, saat 15:00-da isə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-cü il tarixli, 19/369 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlə.....» sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: 0,239 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,189 qram hisssəsi isə qalıq qalmışdır. (Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatların dəyəri 65 manat təşkil edir.) Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(038)-38/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-cü il tarixdən saat 12:23-dən hesablanması qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/1057 nömrəli rəyindən görünür ki; 1) tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş məişət təyinatlı qayçıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. 2) Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. (ekspertiza xərclərinə dair bildirişə əsasən, aparılmış tədqiqatların dəyəri 64 manat təşkil edir) Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 501 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi eekspertiza tədqiqatından sonar qalıq qalmış 0,189 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonar ondan götürülmüş 1 ədəd bıçaq və 1 ədəd qayçı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD, əməliyyat- axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD, 0,189 qram çəkidə miqdarda psixotrop maddə metamfetamin, 01 (bir) ədəd hərbi bel çantası, 01 (bir) ədəd həmin çantaya məxsus dağarcıq(zəncirbənd), 01 (bir) ədədi açıq və 04 (dörd) ədədi qablaşdırılmış formada olmaqla ümumilikdə 05 (beş) ədəd şpris, pambıq, 01 (bir) ədəd tutacaq hissəsi qırmızı və qara rəngli plastik materialdan olan burğac, 02 (iki) ədəd ağ rəngli rezin kəmər, 01 (bir) ədəd qara rəngli ayaqqabı ipi, 01 (bir) ədəd dəmir qaşıq və 01 (bir) ədəd hərbi bıçaq qabı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22.09. 2025-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 206.3.1, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələrinə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Əli Bayramlı Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 12 ilə endirilmiş və sonuncu xx.xx.2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnsitiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 338 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Psixatriya Xəstəxanasına müraciət etməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfaları İstehsalat birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə ev 10/19, mənzil 20-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1. əməlin tövsifi ilə bağlı
CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu İİ siyahının 118-cu bəndində qeyd olunmuşdur ki, metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram, yuxarı həddi isə 2 qramadək kimi müəyyən edilmişdir. Göründüyü kimi keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Odurakəran kəndi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə, dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddə metamfetamindir və onun çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş xeyli miqdarı həddində olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı
CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanı ağırlaşdıran halların olmamasını, onun islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı ümumilikdə 1 ay 21 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməli və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır.
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Maddi sübutlarlar-Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,189 (sıfır tam mində yüz səksən doqquz) qram çəkidə psixotrop maddə metamfetamin, 01 (bir) ədədi açıq və 04 (dörd) ədədi qablaşdırılmış formada olmaqla, ümumilikdə 05 (beş) ədəd şpris, pambıq, 02 (iki) ədəd ağ rəngli rezin kəmər, 01 (bir) ədəd dəmir qaşıq məhv edilməli, 2(iki) ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd hərbi bel çantası, 01 (bir) ədəd həmin çantaya məxsus dağarcıq (zəncirbənd), 1(bir) ədəd qara rəngli ayaqqabı ipi, 01 (bir) ədəd tutacaq hissəsi qırmızı və qara rəngli plastik materialdan olan burğac, 01 (bir) ədəd hərbi bıçaq qabı, 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd qayçı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınmalıdır.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 6(altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı ümumilikdə 1 ay 21 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 3(üç) ay 12(on iki) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 2 (iki) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın.
4. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
5. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; 5.1 - yaşadığı ünvan 1 ünvanında yerləşən mənizilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; 5.2 - Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək; 5.3 - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 5.4 - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; 5.5 - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq;
6. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunsun.
7. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın.
8. İş üzrə maddi sübutlar; 8.1 Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,189 (sıfır tam mində yüz səksən doqquz) qram çəkidə psixotrop maddə metamfetamin, 1(bir) ədədi açıq və 4(dörd) ədədi qablaşdırılmış formada olmaqla, ümumilikdə 5 (beş) ədəd şpris, pambıq, 2 (iki) ədəd ağ rəngli rezin kəmər, 1(bir) ədəd dəmir qaşıq məhv edilsin. 8.2 2(iki) ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. 8.3 1(bir) ədəd hərbi bel çantası, 1(bir) ədəd həmin çantaya məxsus dağarcıq (zəncirbənd), 1(bir) ədəd qara rəngli ayaqqabı ipi, 1(bir) ədəd tutacaq hissəsi qırmızı və qara rəngli plastik materialdan olan burğac, 1(bir) ədəd hərbi bıçaq qabı, 1(bir) ədəd bıçaq və 1(bir) ədəd qayçı Təqsirləndirilən şəxs qaytarılsın.
9. Aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 129(yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.
10. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
11. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X4