Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-3/2025 19.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X11 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Cəbrayıl rayonu Şükürbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, barəsində Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi olan, Cəbrayıl rayonu Şükürbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə; xx.xx.1987-ci ildə Yardımlı rayonu Avun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Yardımlı rayonu Avun kənd ümumi orta məktəbində sosial pedaqoq vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Avun kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 178.2.1, 32.5, 178.2.2 və 32.5, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs1 xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı xxxx ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bir müddət əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olub müəllimlərin, o cümlədən özünün sertifikatlaşdırma imtahanından keçirilməsinə kömək edilməsi üçün x xya müraciət edən Yardımlı rayonu Avun kəndində yaşayan Təqsirləndirilən şəxs2 tanışı olan səlahiyyətli rəhbər vəzifəli şəxsin “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası»na uyğun olaraq 08 iyun 2024-cü il tarixdə keçiriləcək ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsinə cəlb edilmiş hər bir şəxs üçün 5000 manat (beş min) manat müqabilində 08 iyun 2024-cü il tarixdə keçiriləcək imtahanın nəticələrinə təsir göstərmək səlahiyyətlərinin olmasını yalandan bildirərək yaranmış inam və etibardan sui-istifadə edib həmin məsələni müsbət həll edəcəyini, yəni qeyd edilən imtahanın nəticələrini onların xeyrinə dəyişdirməklə məqbul bal toplamalarını təmin edəcəyinə yalandan vəd etməklə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini, yəni cinayət yolu ilə ələ keçirəcəyi əmlakı əldə etməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs2 tərəfindən alınıb x xya şəxsən, habelə istifadəsində olan plastik bank kartı hesablarına köçürülməsinə dair sövdələşib razılıq əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 bu məqsədlə 02 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs3 2500 manat, Masallı rayonu ərazisində X1 3000 manat, Zərərçəkmiş şəxs1 2000 manat olmaqla cəmi 7500 manat pulun eyni qayda ilə imtahandan keçmək üçün müraciət edərək tələb olunan məbləği düzəldə bilməyən müəllimlərin verəcəyi pulun üzərinə əlavə etmək məqsədi ilə 1000 manatını özündə saxlamış, 6500 manatını həmin tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində şəxsən x xya vermiş, sonuncu isə aralarında olan cinayətkar plana əsasən həmin tarixdə ünvan 2 ünvanında ona vermiş, Təqsirləndirilən şəxs2 eyni məqsədlə 10 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs4 3000 manat pulu götürərək eyni qayda ilə imtahandan keçmək üçün müraciət edərək tələb olunan məbləği düzəldə bilməyən müəllimlərin verəcəyi pulun üzərinə əlavə etmək məqsədi ilə 500 manatını özündə saxlamış, 2500 manatını Yardımlı rayonu ərazisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus x xnın adına açılmış 4169 73** **** 7249 nömrəli plastik kart hesabına köçürmüş, Təqsirləndirilən şəxs2 eyni məqsədlə 18 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs2 götürdüyü 1000 manat, əvvəl müəllimlərdən alaraq özündə saxladığı 1500 manat və danışılmış məbləğlərin tamamlanması üçün öz hesabına 5000 manat olmaqla cəmi 7500 manat pulu həmin tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində “Əhmədli” metrostansiyasının yaxınlığında x xya vermiş, sonuncu isə həmin tarixdə həmin məbləği ünvan 2 ünvanında ona vermiş, Təqsirləndirilən şəxs2 eyni məqsədlə 28 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs2 2500 manat, Zərərçəkmiş şəxs1 1000 manat olmaqla cəmi 3500 manat pulu götürərək 1800 manatını əvvəl razılaşdırılmış məbləğlərin tamamlanması üçün öz hesabına x xya göndərdiyi pulun müqabilində özündə saxlayıb 1700 manatını həmin tarixdə Yardımlı rayonu ərazisindən “Milliön” ödəmə terminalı vasitəsi ilə “Unibank” Kommersiya Bank” ASC məxsus sonuncunun adına açılmış 54** **** **** 3807 nömrəli plastik kart hesabına köçürmüş, Təqsirləndirilən şəxs2 eyni məqsədlə 31 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs6 4000 manat pulu götürərək 1600 manatını əvvəl razılaşdırılmış məbləğlərin tamamlanması üçün öz hesabına x xya göndərdiyi pulun müqabilində özündə saxlayıb 2400 manatını həmin tarixdə Yardımlı rayonu ərazisindən “Milliön” ödəmə terminalı vasitəsi ilə “Unibank” Kommersiya Bank” ASC-yə məxsus sonuncunun adına açılmış 54** **** **** 3807 nömrəli plastik kart hesabına köçürmüş, x x isə sonuncu məbləğin 1868 manatını həmin tarixdə "xxxx" ASC-yə məxsus onun adına açılmış 4169 73** **** 6535 nömrəli kart hesabına köçürərək ümumilikdə 20600 (iyirmi min altı yüz) manat olmaqla xeyli miqdarda özgə əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 qeyd edilən formada köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı xxxx ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq 08 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsindən məqbul bal toplaya bilməmiş müəllimlərin, o cümlədən özünün mövcud nəticələrinin dəyişdirilməsi üçün x xya müraciət edən Yardımlı rayonu Avun kəndində yaşayan Təqsirləndirilən şəxs2 əlavə məbləğlər qarşılığında tanışı olan səlahiyyətli rəhbər vəzifəli şəxsin 08 iyun 2024-cü il tarixdə keçirilmiş imtahanın nəticələrini dəyişdirmək səlahiyyətlərinin olmasını bildirərək yaranmış inam və etibardan sui-istifadə edib həmin məsələni müsbət həll edəcəyini, yəni imtahan ballarını dəyişdirəcəyinə dair yalandan vəd etməklə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini, yəni cinayət yolu ilə ələ keçirəcəyi əmlakı əldə etməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs2 tərəfindən alınıb istifadəsində olan plastik bank kartı hesablarına köçürülməsinə dair sövdələşib razılıq əldə etdikdən sonra sonuncu bu məqsədlə 11 iyun 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs1 2000 manat, Zərərçəkmiş şəxs3 2500 manat, Zərərçəkmiş şəxs6 2000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs2 1500 manat pulları götürərək tələb olunan məbləğin tamamlanması üçün üzərinə 900 manat pul əlavə etməklə ümumilikdə 9900 manat vəsaiti Yardımlı rayonu ərazisindən "xxxx" ASC-yə məxsus x xnın adına açılmış 5239 15** **** 8713 nömrəli kart hesabına, sonuncu isə 12 iyun 2024-cü il tarixdə 30 manat, 6320 manat və 1000 manat olmaqla cəmi 7350 manat pulu ona məxsus 4169 73** **** 6535 nömrəli kart hesabına köçürərək ümumilikdə 9900 manat (doqquz min doqquz yüz) manat olmaqla xeyli miqdarda özgə əmlakını təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 qeyd edilən formada köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs2 qabaqcadan əl bir olan bir qrup şəxsin təkrarən xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, Yardımlı rayonu Avun kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işlədiyi dövrdə bir müddət əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu xxxx və sonuncunun qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müəllimlərin, o cümlədən özünün sertifikasiya imtahanından keçirilməsinə kömək edilməsi üçün müraciət etmiş, qrup üzvlərinin ona tanışları olan səlahiyyətli rəhbər vəzifəli şəxsin “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq 08 iyun 2024-cü il tarixdə keçiriləcək ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsinə cəlb edilmiş hər bir şəxs üçün 5000 manat (beş min) manat müqabilində, şəxsləri cəlb etdiyinə görə isə onun üçün qarşılıqsız olaraq 08 iyun 2024-cü il tarixdə keçiriləcək imtahanın nəticələrinə təsir göstərmək səlahiyyətlərinin olması, yəni qeyd edilən imtahanın nəticələrini onların xeyrinə dəyişdirməklə məqbul bal toplamalarını təmin edəcəyini yalandan bildirdikdən sonra imtahandan qeyri-qanuni yolla keçmək istəyən şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini, yəni qrup üzvləri tərəfindən cinayət yolu ilə ələ keçiriləcək əmlakı əldə etməyi qabaqcadan vəd edərək həmin vəsaitləri x xya şəxsən, habelə istifadəsində olan plastik bank kartı hesablarına köçürülməsinə dair sövdələşib razılıq əldə edib, bu məqsədlə 02 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs3 2500 manat, Masallı rayonu ərazisində X1 3000 manat, Zərərçəkmiş şəxs1 2000 manat götürüb əldə edərək cəmi 7500 manat pulun qeyri-qanuni yolla imtahandan keçmək üçün müraciət edib tələb olunan məbləği düzəldə bilməyən müəllimlərin verəcəyi pulun üzərinə əlavə etmək məqsədi ilə 1000 manatını özündə saxlayıb 6500 manatını həmin tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində şəxsən x xya vermiş, sonuncu həmin vəsaiti aralarında olan cinayətkar plana əsasən həmin tarixdə ünvan 2 ünvanında qrup üzvü Təqsirləndirilən şəxs1 vermiş, eyni məqsədlə 10 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs4 3000 manat pulu götürüb əldə edərək qeyri-qanuni yolla imtahandan keçmək üçün müraciət edib tələb olunan məbləği düzəldə bilməyən müəllimlərin verəcəyi pulun üzərinə əlavə etmək məqsədi ilə 500 manatını özündə saxlayıb 2500 manatını Yardımlı rayonu ərazisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus x xnın adına açılmış 4169 73** **** 7249 nömrəli plastik kart hesabına köçürmüş, eyni məqsədlə 18 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs2 götürüb əldə etdiyi 1000 manat, əvvəl müəllimlərdən alaraq özündə saxladığı 1500 manat və razılaşdırılmış məbləğlərin tamamlanması üçün öz hesabına 5000 manat olmaqla cəmi 7500 manat pulu həmin tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində “Əhmədli” metrostansiyasının yaxınlığında x xya, sonuncu isə həmin tarixdə həmin məbləği ünvan 2 ünvanında Təqsirləndirilən şəxs1 vermiş, eyni məqsədlə 28 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs2 2500 manat, Zərərçəkmiş şəxs1 1000 manat olmaqla cəmi 3500 manat pulu götürüb əldə edərək 1800 manatını əvvəl razılaşdırılmış məbləğlərin tamamlanması üçün öz hesabına x xya göndərdiyi pulun müqabilində özündə saxlayıb 1700 manatını həmin tarixdə Yardımlı rayonu ərazisindən “Milliön” ödəmə terminalı vasitəsi ilə “Unibank” Kommersiya Bank” ASC məxsus sonuncunun adına açılmış 54** **** **** 3807 nömrəli plastik kart hesabına köçürmüş, eyni məqsədlə 31 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs6 4000 manat pulu götürüb əldə edərək 1600 manatını əvvəl razılaşdırılmış məbləğlərin tamamlanması üçün öz hesabına x xya göndərdiyi pulun müqabilində özündə saxlayıb 2400 manatını həmin tarixdə Yardımlı rayonu ərazisindən “Milliön” ödəmə terminalı vasitəsi ilə “Unibank” Kommersiya Bank” ASC-yə məxsus x xnın adına açılmış 54** **** **** 3807 nömrəli plastik kart hesabına, sonuncu isə həmin məbləğin 1868 manatını həmin tarixdə "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs1 adına açılmış 4169 73** **** 6535 nömrəli kart hesabına köçürmüş, bununla da qabaqcadan əl bir olan bir qrup şəxsin ümumilikdə 20600 (iyirmi min altı yüz) manat olmaqla xeyli miqdarda özgə əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa o, Yardımlı rayonu Avun kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işlədiyi dövrdə bir müddət əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu xxxx və sonuncunun qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq 08 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsindən məqbul bal toplaya bilməmiş müəllimlərin, o cümlədən özünün mövcud nəticələrinin qeyri-qanuni yolla dəyişdirilməsi üçün müraciət etmiş, qrup üzvlərinin ona əlavə məbləğlər qarşılığında tanışları olan səlahiyyətli rəhbər vəzifəli şəxsin 08 iyun 2024-cü il tarixdə keçirilmiş imtahanın nəticələrini dəyişdirmək səlahiyyətlərinin olmasını bildirərək yaranmış inam və etibardan sui-istifadə edib həmin məsələni müsbət həll edəcəyini, yəni imtahan ballarını dəyişdirəcəyinə dair yalandan vəd verdikdən sonra imtahan nəticələrini qeyri-qanuni yolla dəyişdirmək istəyən şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini, yəni qrup üzvləri tərəfindən cinayət yolu ilə ələ keçiriləcək əmlakı əldə etməyi qabaqcadan vəd edərək həmin vəsaitləri x xya şəxsən, habelə istifadəsində olan plastik bank kartı hesablarına köçürülməsinə dair sövdələşib razılıq əldə edib, bu məqsədlə 11 iyun 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs1 2000 manat, Zərərçəkmiş şəxs3 2500 manat, Zərərçəkmiş şəxs6 2000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs2 1500 manat pulları götürüb əldə edərək tələb olunan məbləğin tamamlanması üçün üzərinə 900 manat pul əlavə etməklə ümumilikdə 9900 manat vəsaiti Yardımlı rayonu ərazisindən "xxxx" ASC-yə məxsus x xnın adına açılmış 5239 15** **** 8713 nömrəli kart hesabına, sonuncu isə 12 iyun 2024-cü il tarixdə 30 manat, 6320 manat və 1000 manat olmaqla cəmi 7350 manat pulu Təqsirləndirilən şəxs1 məxsus 4169 73** **** 6535 nömrəli kart hesabına köçürmüş, bununla da qabaqcadan əlbir olan bir qrup şəxsin ümumilikdə 9900 manat (doqquz min doqquz yüz) olmaqla xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirməklə dələduzluq etməsində köməkçi qismində iştirak etmişdir. 2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
təqsirləndilən şəxslər, zərərçəkmiş şəxs və şahidin ifadələri:
Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq göstərmişdir ki, onun kartında olan 9.900 manat pulu x x öz borcuna görə vermiş, ondan əlavə pul almamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona CM-nin 32.5,178.2.1, 32.5,178.2.2 və 32.5,178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xxxxnı sosial şəbəkədən tanıyır. Bakı şəhərində qardaşına ehsan verərəkən x x ilə görüşmüşdür. Söhbət zamanı x ona sertifikasiya imtahanından kəsilmiş müəllimlərin imtahandan keçirə bilən tanışı olduğunu ona bildirmişdir. Bir müddətdən sonra x həmin adamla danışığını wotçapla ona göndərmiş və o, xyə inanmışdır. O, sertifikasiya imtahanından kəsilmiş müəllimlərlə söhbət etmiş, onlardan aldığı pulları xyə vermiş, x də həmin pulları öz növbəsində həmin şəxsə çatdırdığını bildirmişdir. X14 Əliyevi qohumu və vəzifəli şəxs olduğunu, xın isə başqa bir şəxslə görüşərək bu məsələdə onlara kömək edəcəyini ona bildirmişdir. O, müəllimlərdən aldığı pulları xyə vermiş, müəllimlərdən biri Zərərçəkmiş şəxs5 pulu əskik olduğu üçün isə çatmayan 2200 manatı özündən vermişdir. Təqsirləndirilən şəxs1lə onun bir başa əlaqəsi olmasa da, x x onun yanında Təqsirləndirilən şəxs1lə telefonda danışmışdır.x x onlara imtahanda iştirak etmələrini, qiymətləndirilmə vaxtı isə sistem tərəfindən onların hər birinə 50-dən yuxarı balla qiymətləndiriləcəklərini vəd etsədə, müəllimlərlə birlikdə o, da sertifikasiya imtahanında iştirak etmiş, lakin kəsilmişlər. Aldanıldığını başa düşüb x xdan ondan aldığı pulları geri qaytarmağı bildirsədə x x aldığı pulun az hissəsi onda qaldağını, pulu Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin göstərdi ki, müəllimlərdən aldığı puldan özü götürməmiş, pulun hamısını x xya vermiş, qarşılığında x onun imtahandan pulsuz keçərəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs2 son sözündə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, həmçinin himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Yardımlı şəhəri 1 saylı məktəbdə təşkil olunmuş kursda iştirak etmişdir. Həmin vaxt əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Təqsirləndirilən şəxs2 ona müəllimlərin sertifikatlaşdırma imtahanından kəsilənləri bu il keçiriləcək imtahandan tanışları vasitəsi ilə keçirə biləcəyini demişdir. Əvvəlcə imtahana özü hazırlaşaraq bildirsə də bir müddətdən sonra x ona zəng edərək onu inandırmış, imtahan vaxtı 50 baldan cox bal toplayacağını, bunun üçün 3000 manat pul lazım olduğunu ona bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, lazım olan pulu Təqsirləndirilən şəxs2 vermişdir. x onun mobil telefonuna whatsapp proqramı vasitəsi ilə səs göndərmiş və həmin səsdə kişi cinsində olan şəxs imtahan vaxtı bildiyikləri sualları yazmağı, çətin suallara isə dəyməməyi bildirmişdir. Bundan sonra O,xa tam inanmışdır. O, imtahanda iştirak etmiş, lakin 29 bal toplamış və imtahandan keçə bilməmişdir. Həmin vaxt o, xu görmüş və imtahandan keçə bilmədiyini bildirdikdə, x ona narahat olmamağı bildirmişdir. Bir müddətdən sonra x ona işin həll edilməsi üçün əlavə 2000 manat pul lazım olduğunu bildirmiş, o da həmin pulu xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 4000 manat pul verdiyini bildirsədə, xa 5000 manat pul verdiyini və Təqsirləndirilən şəxs2 həmin pulu ona qaytarmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsildiyi üçün Təqsirləndirilən şəxs2 onun Təhsil Nazirliyində x adlı tanışı olduğunu, həmin adam vasitəsi ilə onun imtahandan keçirə biləcəyini və bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. O,Təqsirləndirilən şəxs2 inanmış və ayrı-ayrı vaxtlarda 3200 və 1700 manat olmaqla, 4900 manat pul vermişdir. Lakin imtahan kəsilmiş və aldandığını başa düşmüşdür. Ona dəymiş ziyanın 3200 manatını Təqsirləndirilən şəxs2 qaytarsa da 1700 manat ödənilməmiş qalmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, oğlu Şahid1 müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsildiyi üçün Təqsirləndirilən şəxs2 Niyaməddini imtahandan keçirmək üçün əvvəlcə 4000 manat, daha sonra isə 2000 manat olmaqla, ümumilikdə 6000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 ona tanışının olduğunu və narahat olmamasını bildirsə də Niyaməddin imtahandan keçə bilməmişdir. O, aldanıldığını başa düşüb xa verdiyi pulu qaytarmağı bildirmişdir. Təqsirləndirilən şəxs2 onun verdiyi 6000 manatdan 4300 manatını qaytarsada, 1700 manat ödənilməmiş qalmışdır. Xəstədir, hazırda müalicə alır və pula ehtiyacı vardır. Ona dəymiş 1700 manat maddi ziyanının Təqsirləndirilən şəxs2 alınmasına köməklik göstərilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə Yardımlı şəhərində təşkil olunmuş kursda bir yerdə iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona Təhsil Nazirliyində tanışı olduğunu və müəllimlərin sertifikatlaşdırma imtahanından kəsilənləri bu il keçiriləcək imtahandan həmin tanışıı vasitəsi ilə keçirə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 birinci dəfə ondan 3000 manat, daha sonra 2000 manat pul lazım olduğunu ona bildirmişdir. O kredit götürmüş və Masallı şəhərində 3000 manatı vermiş,daha sonra isə 2000 manatı Təqsirləndirilən şəxs2 kartına köçürmüşdür.İş alınmamış və Təqsirləndirilən şəxs2 ondan aldığı pulu geri qaytarmışdır. İbtidai istintaq zamanı x xnın adını eşitsədə nə x xnı nə dəki Təqsirləndirilən şəxs1 tanımır.Ona dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun tələbə yoldaşı olmuşdur. Müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsildiyi üçün Təqsirləndirilən şəxs2 3000 manat pul vermişdir. Aldanıldığı üçün Təqsirləndirilən şəxs2 barəsində Yardımlı Rayon Polis Şöbəsinə şikayət etmişdir. Araşdırma zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 da digər şəxslər aldatmışdır. Ona dəymiz ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Yardımlı rayonu Gügavar kənd ümumi orta məktəbində müəllimi işləyir. Təqsirləndirilən şəxs2 ilə kursa bir yerdə olmuşdur və oradan tanıyır. O, Təqsirləndirilən şəxs2la telefon əlaqəsi saxlamış və x ona müəllimlərin sertifikatlaşdırma imtahanından kəsilənləri bu il keçiriləcək imtahandan Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə keçirə biləcəyini demişdir. Bunun üçün isə 3500 manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə «Qaragilə» adlanan kafenin yanında xa 1000 manat vermiş.qalan pulu isə 10 gündən sonra çatdıracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə xla görüşmüş əskik verdiyi pulu-2500 manatıda Təqsirləndirilən şəxs2 vermişdir. O, müəllimlərin sertifikatlaşdırılması imtahanına getmiş, lakin imtahandan kəsilmişdir. Daha sonra xa zəng edib kəsildiyini bildirdikdə x ona narahat olmamasını bildirmişdir.Bir müddətdən sonra yenidən xa zəng edərkən x əlavə 1500 manat pul lazım olduğunu bildirmişdir. Məcbur olub həmin pulu tapmış və 12.06. 2024-cü il tarixdə Yardımlı rayonu Porsava kəndinin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşərək pulu ona vermişdir. Təqsirləndirilən şəxs2 verdiyi puldan 3800 manatını qaytarsa da,1200 manatı qaytarmamışdır. 1200 manatdan 200 manatını ona bağışlayır qalan 1000 manatın qaytarmasını xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsildiyi üçün Yardımlı rayonunda təşkil olunmuş kurslarda iştirak etmişdir. Həmin vaxt onunla kursda olan müəllimlərdən Təqsirləndirilən şəxs2 tanışları vasitəsi ilə müəllimləri imtahandan keçirə bildiyini ona demişlər. Təqsirləndirilən şəxs2la söhbət etmiş və x ona Təhsil Nazirliyində tanışının olduğunu və imtahandan keçməsində ona kömək edə biləcəyini bildirmişdir. x ondan əvvəcə ona 4000 manat, daha sonra isə əlavə 2000 manat pul lazım olduğunu bildirmişdir. O, əvvəcə razılaşmaq istəməsədə, atası razılaşmış və 6000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Məhkəmə istintaqında şahid xxxx ifadəsində göstərmişdir ki, o, yurnalist kimi fəaliyyət göstərmişdir, lakin 7 aydın fəaliyyət göstərmir. Təqsirləndirilən şəxs2 2 il olarki Facebook sosial şəbəkəsindən şəhid ailəsi kimi tanımışdır.O, qızılca xəstəliyi tutduğuna görə Yardımlı rayonuna gələ bilməmişdir. Bundan sonra x Bakıya gəlmiş və tanış olmuşlar. Müəllimlərin sertifikatlaşdırılması imtahanı ilə bağlı x ona müraciət etmişdir. Təqsirləndirilən şəxs1 taksı sürücüsü kimi tanımışdır və onu bir neçə dəfə aparıb gətirmişdir.Söhbət zamanı x ona ətrafının geniş olduğunu, Bakı Dövlət Universitetində işləyən Arif adlı tanışının olduğunu və bu məsələdə onun kömək edə biləcəyini bildirmişdir. Hətta ona aliment təyin edilməsində də köməklik göstərə biləcəyini də demişdir.Birinci dəfə x ona 7500 manat, ikinci dəfə isə 6500 pul gətirmişdir. Həmin vaxt x 7500 manatdan 200 manat, 6500 manatdanda 200 manatını götürmüşdür.Özü isə o pullardan 300 və 500, cəmi 800 manat götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Qalan pullları isə xa vermişdir. Pulları aprel-may aylarında xa vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 onun kartına 2000 manat köçürmüş, lakin faiz tutulduğu üçün 1810 manat qalmışdır. xun verdiyi puldan 2500-3000 manat ona qalmışdır.Qalan pulları xa vermişdir. O, xa Əliyevi özünə qardaş hesab edib inanmışdır.
2.1.1.2. cinayət işinin materialları:
Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xxxxnı təxminən 2023-cü ilin dekabr ayından tanıyır. Həmin vaxt idarə etdiyi avtomobil ilə “Uber” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. x x da müştəri kimi onun idarə etdiyi avtomobilə əyləşmiş və onu lazım olan ünvana aparmışdır. Həmin vaxt x onun mobil nömrəsini götürmüş, sonradan taksi kimi onunla əlaqə saxlamış, onu yenə də lazım olan ünvanlara aparmışdır. Bundan sonra onunla münasibəti yaranmışdır. ünvan 4ini Təqsirləndirilən şəxs2 tanımır, onunla bir dəfə x xnın mobil telefonu vasitəsi ilə əlaqə saxlamışdır. 2024-cü ilin aprel-may aylarından birində x x ona Yardımlı rayonunda sertifikasiya imtahanından kəsilmiş təxminən 70 müəllim olduğunu demiş və həmin müəllimləri sertifikasiya imtahanından keçirmək lazım olduğunu bildirmişdir. Hər müəllimdən təxminən 3000-4000 manat arası pul alınmalı imiş. x x onun Bakı Dövlət Universitetində tanışı olduğunu bilirmiş. x x ona “həmin tanışınla danış, imtahandan kəsilmiş müəllimləri imtahandan keçir, hər müəllimlə görə hərəmiz 500-600 manat xeyir götürək” demişdir. O da x x ilə razılaşmışdır. Bundan sonra tanışı ilə danışmış, həmin tanışı müəllimləri sertifikasiya imtahanından keçirə biləcəyini bildirmişdir. O da bu barədə x xya demişdir. x x ona Yardımlı rayonunda x adlı tanışı olduğunu, orada olan müəllimlərdən pulları xun yığacağını, xun da orada xeyri olacağını demişdir. Bundan təxminən 20-25 gün sonra x x ona zəng vuraraq tanışı xun Bakı şəhərinə gələcəyini bildirmiş və axşam onunla görüşmələrini demişdir. O da x ilə razılaşmışdır. Həmin gün axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında x ilə görüşmüşdür. Onunla görüşməmişdən əvvəl tanışı ilə danışmış, tanışı artıq sertifikasiyanın başladığını və buna görə də müəllimləri imtahan keçirməyin mümkün olmadığını bildirmişdir. Həmin vaxt x istifadəsində olan mobil telefon vasitəsi ilə x zəng vurmuş, o, həmin telefonla xla danışmışdır. x ona “mən hələ Bakı şəhərinə gəlməmişəm, Bakı şəhərinə gəlib həmin tanışınla görüşmək istəyirəm, çünki, 70 müəllimin söhbəti olacaqdır” demişdir. O da xa “artıq tanışım olan adam deyir ki, sertifikasiya imtahanı başlayıb, buna görə də gəlməsin” demişdir. Bundan sonra telefonu söndürmüşdür. O, müəllimləri sertifikasiya imtahanından keçirmək üçün Təqsirləndirilən şəxs2 və x xdan pul almamış, x xnın onun barəsində dedikləri yalandır. 2024-cü ilin may-iyun aylarından birində Bakı şəhərində polis tərəfindən saxlanılan zaman ona pul lazım olmuş, o, x xdan pul istəmiş, x x da onun plastik kart hesabına 1868 manat pul köçürmüşdür. 2024-cü ilin aprel-may aylarından birində x xya 8000 manat borc pul vermiş, x x da 2024-cü ilin iyun ayında aldığı borc pulu qaytarmaq üçün onun plastik kart hesabına pullar köçürmüşdür. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş şahid xxxxnın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olsa da hazırda ünvan 2, mənzil 14 ünvanında yaşayır. 2016-cı ildə ailə həyatı qurmuş, bir oğlan və bir qız övladı vardır. 2020-ci ildə isə boşanmışdır. Uşaqlara ümumilikdə 320 manat aliment təyin edilmişdir. Hazırda aliment məsələsinə Ağdam Rayon İcra və Probasiya şöbəsində baxılır, lakin keçmiş əri X5 alimenti ödəmir. O ayrı-ayrı internet sayılarında jurnalist işləyir, ayrı-ayrı şəhidlər barədə tədbirlərdə iştirak edir və öz “Facebook” sosial şəbəkəsində iştirak etdiyi tədbirlər barədə paylaşımlar edir. Təqsirləndirilən şəxs2 da “Facebook” sosial şəbəkəsində ona mesaj yazaraq qardaşının vətən müharibəsində şəhid olduğunu bildirmişdir. Bundan sonra aralarında münasibət yaranmışdır. 2024-cü ilin fevral ayında Bakı şəhərində Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs2la görüşmüş, o, qardaşı barədə kitab çap etdirmək istəmişdir. 2024cü ilin mart-aprel ayları ərzində ramazan ayı ilə bağlı şəhid ailələrinə iftar təşkil etmiş, Təqsirləndirilən şəxs2 da anası və oğlu ilə birlikdə həmin iftarda iştirak etmişdir. Həmin vaxtlar Təqsirləndirilən şəxs2la mobil telefon vasitəsi ilə danışan zaman ona imtahana hazırlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 imtahanın nə ilə bağlı olduğunu soruşduqda müəllim işlədiyi üçün sertifikasiya imtahanı verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs2 ondan imtahanda yaxşı bal toplaya bilməyəcəyi təqdirdə ona imtahandan keçməsində köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O xa Təhsil Nazirliyində tanış adam olduğunu, lakin həmin adamın bu işlərə girişmədiyini demişdir. Həmin vaxtlar təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs1 aliment işində ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 də ona köməklik edəcəyini bildirmişdir. 2024-cü ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1lə Bakı şəhərində Nizami rayonu ərazisində görüşmüş, ona şəhid qardaşı olan tanışının olduğunu, müəllimlərin sertifikasiya imtahanında iştirak edəcəyini bildirmiş və keçid balını toplaya bilməyəcəyi təqdirdə ona köməklik edib-etməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 köməklik edə biləcəyini bildirmişdir. O Təqsirləndirilən şəxs1 nə qədər pul lazım olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 bir müəllimin imtahandan keçirilməsi üçün 5000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayırmış. O, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yanında olduğunu bildirmiş, telefonu Təqsirləndirilən şəxs1 vermiş, onlar telefonda danışıqlar aparmışlar. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ümumilikdə 70 müəllimin sertifikasiya imtahanından keçirilməsini istəmişdir. Təqsirləndirilən şəxs1 hər müəllim üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 həmin məbləğin çox olduğunu demişdir. Təqsirləndirilən şəxs1 lazım olan adamlarla telefon əlaqəsi saxlayıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra x əyləşdiyi yerdən kənarlaşaraq telefonla danışmış, sonra geri qayıtmışdır. x ona hər müəllimi imtahandan keçirmək üçün 2500 manat pul lazım olacağını demişdir. O da mobil telefonunu xa vermiş, x onun telefonundan “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 səs göndərmişdir. x da bu barədə müəllimlərlə danışıb əlaqə saxlayacağını bildirmişdir. x xdan bu qədər müəllimin işini həll etdikdə onun xeyrinin nə olacağını soruşmuş, x xa iş bitdikdən sonra özünün, x və xun hər müəllimin pulundan 250 manat xeyir götürəcəyini demişdir. x xa 250 manatın sərf etmədiyini, hər müəllimdən 500 manat xeyir götürməyi demişdir. X12 razılaşmamış, aralarındakı söhbətin nəticəsi olaraq hər müəllimdən 300 manat xeyir götürmək üçün razılaşmışlar. Həmçinin xun özünündə pulsuz imtahandan keçiriləcəyi barədə razılaşmışlar. Bundan iki-üç gün sonra Təqsirləndirilən şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 məsələnin nə yerdə qalmağı ilə maraqlanmağını bildirmişdir. O da Təqsirləndirilən şəxs2la telefon vasitəsi ilə əlaqə saxlamış, x ona müəllimlərin razılaşdığını, aprel ayının 20-dən sonra pulları verəcəklərini bildirmişdir. 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Bakı şəhərinə gəlmiş, bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Təqsirləndirilən şəxs1 hazırda işinin olduğunu və Təqsirləndirilən şəxs2la görüşməsini bildirmişdir. Həmin tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Hicaz” restoranında Təqsirləndirilən şəxs2la görüşmüşdür. x ona 6500 manat pul və pul verən müəllimlərin sənədlərini gətirdiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs1lə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 pulu götürməsini bildirmiş və sənədlərin isə şəkillərinin çəkilib ona göndərilməsini demişdir. O da sənədlərin şəkillərini çəkərək “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs1 pulu və sənədləri götürməsini istəmişdir. Bundan sonra xla birlikdə restoranın yaxınlığında olan ona məxsus avtomobilin yanına getmiş, x avtomobildən 6500 manat pulu götürmüş, pulu olmadığını bildirərək puldan 200 manat istəmiş, o, bu barədə xa telefon vasitəsi ilə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 razılaşmış, Təqsirləndirilən şəxs2 200 manat pulu götürmüş və ona 6300 manat pul vermişdir. Bundan sonra x oradan getmişdir. Həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1lə görüşmüş, Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında olan körpünün altında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevralit Kobalt” markalı ** JF *** dövlət nömrə nişanlı avtomobilə əyləşmiş, 6300 manat pulu və sənədləri Təqsirləndirilən şəxs1 vermişdir. Həmin sənədlər Təqsirləndirilən şəxs2 və ondan əlavə 7 müəllimə məxsus olmuşdur. 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 "xxxx" ASC-dən götürdüyü 5239 1517 2466 8713 nömrəli kartın nömrəsini göndərmiş, x kart hesabına 2500 manat pul göndərmişdir. O da həmin tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs1lə görüşmüş, Bakı şəhəri Sabunçu rayonu ərazisində kartını Təqsirləndirilən şəxs1 vermiş, o da həmin pulu kartdan çıxararaq götürmüşdür. x qalan pulları xun nə vaxt gətirəcəyini soruşmuş, x da 15 may 2024-cü il tarixdən sonra gətirəcəyini demişdir. 18 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Bakı şəhərinə gəlmiş, onunla Bakı şəhəri Xətai rayonu ərazisində Əhmədli metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 məlumat versə də o işinin olduğunu bildirmiş, ona xdan pulu götürməsini tapşırmışdır. Təqsirləndirilən şəxs2 7500 manat pul gətirmiş, həmin puldan 200 manatını götürmüş və ona 7300 manat pul vermişdir. O da həmin pulu sayıb götürmüşdür. Həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 onun yaşadığı binanın yanına gəlmiş, yaşadığı binanın qarşısında xla görüşmüş, binanın üçüncü mərtəbəsində liftin qarşısında 7300 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra evə qayıtmış, x da oradan getmişdir. 2024cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs2 həmin yeddi müəllimdən birinin işinin 2000 manata həll olunmasını xahiş etmişdir. O bu barədə Təqsirləndirilən şəxs1 demiş, x da kiminləsə danışaraq razılaşmışdır. Təqsirləndirilən şəxs2 2000 manat pulu düzəltdiyini bildirmişdir. Ondan kart nömrəsini istəmiş, o da "xxxx" ASC-dən götürdüyü 5239 1517 2466 8713 nömrəli kartın nömrəsini Təqsirləndirilən şəxs2 göndərmiş, x kart hesabına 1868 manat pul göndərmiş və 132 manat pulu özünün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra qalan müəllimlərin pulu ilə maraqlanmış, Təqsirləndirilən şəxs2 qalan müəllimlərin əvvəlki müəllimlərin işləri həll olunmayacağı təqdirdə pul verməyəcəklərini dediklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə 2500 manat pul ilə 7 müəllimin işi həll olunmayacağını, müəllim sayı az olduğu üçün hər müəllimin 4000 manat pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 müəllimlərlə söhbət etmək üçün vaxt istəmiş, sonra isə razılaşmışdır. 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona məxsus "xxxx" ASC-dən götürdüyü 5239 1517 2466 8713 nömrəli kartın hesabına 7400, 2000, 300, 100 və 100 manat olmaqla 9900 manat pul köçürmüşdür. O da həmin tarixdə ayrı-ayrı məbləğlərdə pulları Təqsirləndirilən şəxs1 məxsus Kapital Bank ASC tərəfindən verilmiş 4169 7388 1088 6535 saylı kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs1 2024-cü ilin iyun ayının sonlarında müəllimlərin imtahandan keçəcəyini bildirmişdir. Lakin həmin vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 işi həll etməmişdir. x x həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 28 may 2024-cü il tarixdə 1700 manat, 31 may 2024-cü il tarixdə isə 2400 manat pulu ona məxsus “X7” ASC tərəfindən verilmiş “Leobank” kart hesabına köçürmüş, o da həmin puldan 1868 manatını Təqsirləndirilən şəxs1 məxsus 4169 73** **** 6535 nömrəli kart hesabına köçürmüş, qalan 2232 manat pulu da Təqsirləndirilən şəxs1 üçün xərcləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD-yə məhkəmə istintaqında baxış keçirilmişdir. Həmin CD-də olan səs yazısı Təqsirləndirilən şəxs1 məxsusdur. Səs yazısında x qeyd etmişdir ki, “Axşamın xeyir x müəllim, nətəhərsən, nə var nə yox, x müəllim biz sizinlə danışanda mənim səsim sizə gedib, sizin səsiniz mənə gəlib, deyəsən sənnən bir dəfə də telefonda danışdıq, dedin ki, yetmiş nəfər olacaq, hamısının qiymətini danışdıq, dedin ki, bu qiymətə olacaq, elə olacaq, belə olacaq, indi siz deyirsiniz ki, imtahana onlar girməyəcəklər, niyə girmirlər ki imtahana, imtahana girəcəklər, müsabiqədə də olacaqlar, 21, 23, 24-ü olan imtahanların yekunundan sonra onların ayın axırı şəxsi kabinetində balları da görsənək, imtahandan keçdikləridə görsənəcək”. Həmin səs yazısının ikincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “Yaxşı qardaş yaxşı, hansını desəniz, hansılar var bizdə hansılarki orada yoxdur hamısı doğranacaq”. Həmin səs yazısının üçüncüsü Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “ Salam x xanım, nətəhərsiz, nə var nə yox, siz demişdinizdə 68-70 dənə sənəd veriləcək bu qiymətnən düzdür, sənədlər verilmədiki, o qiymətnəndə biz razılaşmırıq, indi biz deyən qiymətnən siz pulunuzu verin, ayın axırına kimi sistemdə də, şəxsi kabinetlərində də həmin o balı görəcəklər yaxşı, məni narahat eləməyin”. Həmin səs yazısının dördüncüsü xxxxna məxsusdur. Həmin səs yazısında x x qeyd etmişdir ki, “Axşamın xeyir x, mənim başım qarışıqdır, yas yerindəyəm, səninlə teztez əlaqə saxlaya bilmərəm, aça bilmirəm zəngi, qonaqlar da var, səhər tezdən mənim xalam oğlu Bakıdadır, həmin o içəridəki adam yoxdur onunla görüşəcək, onu mən yollamışam ora, onunla görüşəndə mən də mənə atılan səslərin hamsıını atacam sənə, mən onlarla ciddi şəkildə danışmışam ki, belə eləməyin, prosto onlar mənə deyir ki, imtahanlar bitsin ki, sistemdə hamısı görsənsin, dedim elə şey yoxdur, iki-iki vurun, onlar da mənimlə danışdılar dedilər ki yaxşı bu gündən, sabah səhər tezdəndən saat 12-dən sonra xalam oğlu gedəcək ora, məni mərkəzdən yığacaqlar, mənə hər şeyi deyəcəklər, sən narahat olma, bir dənə sabahlıq səbr elə, burda yeddidi başım çox qarışıqdır, inşallah sabah işi yekunlaşdıracam, sən narahat olma”. Həmin səs yazısının beşincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “ Hə siz birdə x müəllimə deyin ki, o, bir nəfər də x müəllimdir, yerdəkilərdə yeddi müəllimdir, onlara nazirlikdən özləri zəng vuracaqlar, deyəcəklər ki, yerdə qalan pulu da gətirin verin, balınız yazılsın, yəni bu gün o pulları, yerdə qalan pulları həll edin, inşallah sabah sistemdə dəyişkənlik eləyək, camaatın balı yazılsın qurtarsın, bizə deyilməyib ki, dəqiq deyin bax 10 nəfər var bu qiymətnən eləyirsiniz, 70-68 nəfər deyirsiz, gətirib sonra 7 nəfər çıxardırsınız, yaxşı x xanım x müəllimə deyərsiz mənim dediklərimi”. Həmin səs yazısının altıncısı Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “Birdə sabahları siz nəyisə bizə sənəd atılacaq yoxsa yox, yəni atılacaqsa saat 12-yə qədər onların pulu oturmalıdır, bidənə onu qabaqdan deyin ”. Həmin səs yazısının yeddincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “İmtaha girilsin, otursun, yazsın, 10 yazacaq, 5 yazacaq, nə yazacaqsa burdan riqlovkasında verəcəyik, əsas odur ki, girsin imtahana, pul verib deyə imtahana girilməsin söhbəti yoxdur”. Həmin səs yazısının səkkizincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “Birdə x xanım dedi bizə, siz demisiniz deyə o bizdən soruşdu, 20-24-nə olanlar da var onların da haqqısabları çatmalıdır, əgər istəyirsinizsə, bir də o 70 nəfər var, siyahı var bizdə, oradada kimi deyirsizsə problem deyil, onu da eləmək bizdikdi, qaldı ki, içərinində pulu verilib hamısı da verilib, getsin otursun imtahanda imtahanlarını da yola versinlər çıxsınlar”. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD-yə məhkəmə istintaqında baxış keçirilmişdir. Həmin CD-də olan səs yazılarından görünür ki, həmin səs yazıları Təqsirləndirilən şəxs2 məxsusdur. Həmin səs yazısının birincisində Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, “Siyahının hamısını, yəni sizə gələn adlar ki var o adlardan başqa hamısın nə bilirsiniz edin”. Həmin səs yazısının ikincisində Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, “X2, o imtahandan keçibdir, onu kəsirsiz siz konkret surətdə, o mənə söz vermişdi, o kimnənsə iş görübdür, onu konkret surətdə kəsin, özüdə 33 balnan keçibdir, onu kəsin, o müsahibəyə girməyəcək, onu kəssəniz, o müsahibəyə girməsə biləcəyəmki həqiqətən doğrudur, onu kəsməlisiniz siz, o adam kəsilməlidir, qısa və konkret şəkildə”. 09 avqust 2024-cü il tarixli «təqdim edilmiş edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, istintaqa 8 ədəd ödəniş qəbzləri və 1(bir) ədəd CD təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ********** nömrəli qəbzdən görünür ki, 10 may 2024-cü il tarixdə A***** J***** Ə***** qızı qeyd olunmuş 4169 73** **** 7249 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına ünvan 6 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 2500(iki min beş yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ********** nömrəli qəbzdən görünür ki, 31 may 2024-cü il tarixdə xxxx qeyd olunmuş “Leobank” tərəfindən verilmiş son səkkiz rəqəmi 12051535 olan kart hesabına ünvan 6 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 2400(iki min dörd yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ********* nömrəli qəbzdən görünür ki, günü oxunmayan iyun 2024-cü il tarixdə A***** J***** Ə***** qızı qeyd olunmuş 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına ünvan 6 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 100(yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ********** nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə A***** J***** Ə***** qızı qeyd olunmuş 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına ünvan 6 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 100(yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş digər 4 ədəd ödəniş qəbzlərindəki məlumatlar tam oxunmur. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 1 ədəd CD-də səs yazıları qeyd olunmuşdur. Həmin səs yazısının birincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “ Axşamın xeyir x müəllim, nətəhərsən, nə var nə yox, x müəllim biz sizinlə danışanda mənim səsim sizə gedib, sizin səsiniz mənə gəlib, deyəsən sənnən bir dəfə də telefonda danışdıq, dedin ki, yetmiş nəfər olacaq, hamısının qiymətini danışdıq, dedin ki, bu qiymətə olacaq, elə olacaq, belə olacaq, indi siz deyirsiniz ki, imtahana onlar girməyəcəklər, niyə girmirlər ki imtahana, imtahana girəcəklər, müsabiqədə də olacaqlar, 21, 23, 24-ü olan imtahanların yekunundan sonra onların ayın axırı şəxsi kabinetində balları da görsənək, imtahandan keçdikləridə görsənəcək”. Həmin səs yazısının ikincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “Yaxşı qardaş yaxşı, hansını desəniz, hansılar var bizdə hansılarki orada yoxdur hamısı doğranacaq”. Həmin səs yazısının üçüncüsü Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “ Salam x xanım, nətəhərsiz, nə var nə yox, siz demişdinizdə 68-70 dənə sənəd veriləcək bu qiymətnən düzdür, sənədlər verilmədiki, o qiymətnəndə biz razılaşmırıq, indi biz deyən qiymətnən siz pulunuzu verin, ayın axırına kimi sistemdə də, şəxsi kabinetlərində də həmin o balı görəcəklər yaxşı, məni narahat eləməyin”. Həmin səs yazısının dördüncüsü xxxxna məxsusdur. Həmin səs yazısında x x qeyd etmişdir ki, “Axşamın xeyir x, mənim başım qarışıqdır, yas yerindəyəm, səninlə tez-tez əlaqə saxlaya bilmərəm, aça bilmirəm zəngi, qonaqlar da var, səhər tezdən mənim xalam oğlu Bakıdadır, həmin o içəridəki adam yoxdur onunla görüşəcək, onu mən yollamışam ora, onunla görüşəndə mən də mənə atılan səslərin hamsıını atacam sənə, mən onlarla ciddi şəkildə danışmışam ki, belə eləməyin, prosto onlar mənə deyir ki, imtahanlar bitsin ki, sistemdə hamısı görsənsin, dedim elə şey yoxdur, iki-iki vurun, onlar da mənimlə danışdılar dedilər ki yaxşı bu gündən, sabah səhər tezdəndən saat 12-dən sonra xalam oğlu gedəcək ora, məni mərkəzdən yığacaqlar, mənə hər şeyi deyəcəklər, sən narahat olma, bir dənə sabahlıq səbr elə, burda yeddidi başım çox qarışıqdır, inşallah sabah işi yekunlaşdıracam, sən narahat olma”. Həmin səs yazısının beşincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “ Hə siz birdə x müəllimə deyin ki, o, bir nəfər də x müəllimdir, yerdəkilərdə yeddi müəllimdir, onlara nazirlikdən özləri zəng vuracaqlar, deyəcəklər ki, yerdə qalan pulu da gətirin verin, balınız yazılsın, yəni bu gün o pulları, yerdə qalan pulları həll edin, inşallah sabah sistemdə dəyişkənlik eləyək, camaatın balı yazılsın qurtarsın, bizə deyilməyib ki, dəqiq deyin bax 10 nəfər var bu qiymətnən eləyirsiniz, 70-68 nəfər deyirsiz, gətirib sonra 7 nəfər çıxardırsınız, yaxşı x xanım x müəllimə deyərsiz mənim dediklərimi”. Həmin səs yazısının altıncısı Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “Birdə sabahları siz nəyisə bizə sənəd atılacaq yoxsa yox, yəni atılacaqsa saat 12-yə qədər onların pulu oturmalıdır, bidənə onu qabaqdan deyin ”. Həmin səs yazısının yeddincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “İmtaha girilsin, otursun, yazsın, 10 yazacaq, 5 yazacaq, nə yazacaqsa burdan riqlovkasında verəcəyik, əsas odur ki, girsin imtahana, pul verib deyə imtahana girilməsin söhbəti yoxdur”. Həmin səs yazısının səkkizincisi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin səs yazısında x qeyd etmişdir ki, “Birdə x xanım dedi bizə, siz demisiniz deyə o bizdən soruşdu, 20-24-nə olanlar da var onların da haqqısabları çatmalıdır, əgər istəyirsinizsə, bir də o 70 nəfər var, siyahı var bizdə, oradada kimi deyirsizsə problem deyil, onu da eləmək bizdikdi, qaldı ki, içərinində pulu verilib hamısı da verilib, getsin otursun imtahanda imtahanlarını da yola versinlər çıxsınlar”. 14 avqust 2024-cü il tarixli «təqdim edilmiş edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, x x tərəfindən istintaqa 9 ədəd ödəniş qəbzi və 1(bir) ədəd CD təqdim edilmişdir. Həmin qəbzlərdən beşində Təqsirləndirilən şəxs2 x xya göndərdiyi pullar, dördündə isə X8 Əliyevə göndərdiyi pulların məbləğləri göstərilmişdir. x xnın təqdim etdiyi **********2 nömrəli qəbzdən görünür ki, 10 may 2024-cü il tarixdə 4169 73** **** 7249 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 2500(iki min beş yüz) manat pul köçürülmüşdür. x xnın təqdim etdiyi **********1 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 300(üç yüz) manat pul köçürülmüşdür. x xnın təqdim etdiyi **********1 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 100(yüz) manat pul köçürülmüşdür. x xnın təqdim etdiyi **********9 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 7400(yeddi min dörd yüz) manat pul köçürülmüşdür. x xnın təqdim etdiyi **********9 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 7400(yeddi min dörd yüz) manat pul köçürülmüşdür. x xnın təqdim etdiyi **********3 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 2000(iki min) manat pul köçürülmüşdür. x x həmin qəbzlərdə Təqsirləndirilən şəxs2 ona göndərdiyi pulların məbləğlərinin qeyd olunduğunu bildirmişdir. x xnın təqdim etdiyi 505852 nömrəli qəbzdən görünür ki, 31 may 2024-cü il tarixdə x x tərəfindən “Leobank” vasitəsi ilə 4169 73** **** 6535 nömrəli kart hesabına 1850 manat pul köçürülmüş, 18,02 manat komissiya tutulmuşdur. x xnın təqdim etdiyi **********4 nömrəli qəbzdən görünür ki, 08 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabından 100(yüz) manat pul "xxxx" tərəfindən verilmiş 4169 73** **** 6535 nömrəli kartın hesabına köçürülmüşdür. x xnın təqdim etdiyi **********8 nömrəli qəbzdən görünür ki, 12 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabından 6320(altı min üç iyirmi) manat pul "xxxx" tərəfindən verilmiş 4169 73** **** 6535 nömrəli kartın hesabına köçürülmüşdür. x xnın təqdim etdiyi **********8 nömrəli qəbzdən görünür ki, 13 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabından 1000(min) manat pul "xxxx" tərəfindən verilmiş 4169 73** **** 6535 nömrəli kartın hesabına köçürülmüşdür. x x həmin qəbzlərdə Təqsirləndirilən şəxs1 göndərdiyi pulların məbləğlərinin qeyd olunduğunu bildirmişdir. x x tərəfindən təqdim edilmiş 1 ədəd CD-də səs yazıları qeyd olunmuşdur. Həmin səs yazıları Təqsirləndirilən şəxs2 məxsusdur. Həmin səs yazısının birincisində Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, “Siyahının hamısını, yəni sizə gələn adlar ki var o adlardan başqa hamısın nə bilirsiniz edin”. Həmin səs yazısının ikincisində Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, “X2, o imtahandan keçibdir, onu kəsirsiz siz konkret surətdə, o mənə söz vermişdi, o kimnənsə iş görübdür, onu konkret surətdə kəsin, özüdə 33 balnan keçibdir, onu kəsin, o müsahibəyə girməyəcək, onu kəssəniz, o müsahibəyə girməsə biləcəyəmki həqiqətən doğrudur, onu kəsməlisiniz siz, o adam kəsilməlidir, qısa və konkret şəkildə”. 18 sentyabr 2024-cü il tarixli «təqdim edilmiş edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, xxxxna məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 73** **** 7249 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 13 may 2024-cü il tarixdə 2500 manat pulun köçürüldüyü aşkar olunmuşdur. xxxxna məxsus "xxxx" ASC tərəfindən verilmiş 5239 15** **** 8713 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 11 iyun 2024-cü il tarixdə saat 22:29-da 7400(yeddi min dörd yüz) manat, saat 22:31-də 100(yüz) manat, saat 22:35-də 2000(iki min) manat, saat 22:42-də 300(üç yüz) manat və saat 22:52-də 100(yüz) manat olmaqla ümumilikdə 9900(doqquz min doqquz yüz) manat pulun köçürüldüyü müəyyən edilmişdir. x x həmin kart hesabından 12 iyun 2024-cü il tarixdə saat 00:07-də 30(otuz) manat, 12 iyun 2024-cü il tarixdə saat 11:24-də 6320(altı min üç yüz iyirmi) manat və 13 iyun 2024-cü il tarixdə saat 01:38-də 1000(min) manat olmaqla ümumilikdə 7350(yeddi min üç yüz iyirmi) manat pulu 4169 73** **** 6535 nömrəli plastik kart hesabına köçürmüşdür. x x kart hesabına köçürülmüş qalan 2550(iki min beş yüz əlli) manat pulu isə ayrı-ayrı kart hesablarına köçürmüşdür. xxxxna məxsus “Unibank” Kommersiya Bankı” ASC tərəfindən verilmiş 54** **** **** 3807 nömrəli “Leobank” plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 28 may 2024-cü il tarixdə saat 18:13-də 1700(min yeddi yüz) manat və 31 may 2024-cü il tarixdə saat 21:24də 2400(iki min dörd yüz) manat olmaqla ümumilikdə 4100(dörd min yüz) manat pulun köçürülməsi aşkar edilmişdir. xxxxna məxsus “Unibank” Kommersiya Bankı” ASC tərəfindən verilmiş 54** **** **** 3807 nömrəli “Leobank” plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabından 31 may 2024-cü il tarixdə saat 22:29-da 1868(min səkkiz yüz altımış səkkiz) manat pulun 4169 73** **** 6535 nömrəli kart hesabına köçürülməsi müəyyən edilmişdir. 31 oktyabr 2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş məktuba 24(iyirmi dörd) vərəq hesabdan çıxarışlar və 1(bir) ədəd disk əlavə olunmuşdur. xxxxna məxsus 5239 15** **** 0421, 5103 07** **** 6762, 4169 74** **** 8808 və 5103 07** **** 7802 nömrəli plastik kart hesablarından həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 məxsus 4169 74** **** 8910 nömrəli plastik kart hesablarından həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda da iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar olunmamışdır. xxxxna məxsus 4169 73** **** 7249 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 13 may 2024-cü il tarixdə 2500 manat pulun köçürüldüyü aşkar olunmuşdur. x xnın kart hesabına köçürülmüş 2500 manat pulu hər hansı bankomatdan nağdlaşdırmaması, həmin pulu hissə-hissə ayrı-ayrı hesablara köçürməsi müəyyən edilmişdir. xxxxna məxsus 5239 15** **** 8713 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 11 iyun 2024-cü il tarixdə saat 22:29-da 7400(yeddi min dörd yüz) manat, saat 22:31-də 100(yüz) manat, saat 22:35-də 2000(iki min) manat, saat 22:42-də 300(üç yüz) manat və saat 22:52-də 100(yüz) manat olmaqla ümumilikdə 9900(doqquz min doqquz yüz) manat pulun köçürüldüyü aşkar olundu. x x həmin kart hesabından 12 iyun 2024-cü il tarixdə saat 00:07-də 30(otuz) manat, 12 iyun 2024-cü il tarixdə saat 11:24-də 6320(altı min üç yüz iyirmi) manat və 13 iyun 2024-cü il tarixdə saat 01:38-də 1000(min) manat olmaqla ümumilikdə 7350(yeddi min üç yüz əlli) manat pulun Təqsirləndirilən şəxs1 məxsus 4169 73** **** 6535 nömrəli plastik kart hesabına köçürməsi aşkar olunmuşdur. x xnın kart hesabına köçürülmüş qalan 2550(iki min beş yüz əlli) manat pulu isə ayrı-ayrı kart hesablarına köçürməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus 4169 73** **** 6535 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 12 iyun 2024-cü il tarixdə saat 00:07-də 30(otuz) manat, 12 iyun 2024-cü il tarixdə saat 11:24-də 6320(altı min üç yüz iyirmi) manat və 13 iyun 2024-cü il tarixdə saat 01:38-də 1000(min) manat olmaqla ümumilikdə 7350(yeddi min üç yüz əlli) manat pulun xxxxna məxsus 5239 15** **** 8713 nömrəli plastik kart hesabından köçürülməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 isə 7350(yeddi min üç yüz əlli) manat pulu ayrı-ayrı kart hesablarına köçürməsi müəyyən edilmişdir. "xxxx" ASC-dən daxil olmuş məktuba 1(bir) ədəd diskdə isə yuxarıda qeyd olunan kart hesablarından ayrı-ayrı bankomatlar vasitəsi ilə nağdlaşdırma aparılan zaman çəkilmiş fotoşəkillər əks olunması aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-116997/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X17 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kömpüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1994-cü il təvəllüdlü xxxxnın adlarına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X13 18 oktyabr 2024-cü il tarixli,3-21-3- 02/2-12844/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və xxxxnın adına Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X9 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 oktyabr 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli hökmü ilə CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Daha sonra o Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli qərarı ilə 14 oktyabr 2013-cü il tarixli hökm dəyişdirilərək CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 01 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 01 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin icraatında CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət işi 09 avqust 2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində DİN-in BƏSİİ-nin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Yardımlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti iki ay müddətə uzadılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 haqqında xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kapital Bank ASC-dən,X4 ASC-dən daxil olmuş kart hesablarından çıxarışlar, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 8 ədəd ödəniş qəbzləri və 1 ədəd CD, xxxxnın təqdim etdiyi 9 ədəd ödəniş qəbzləri və 1 ədəd CD, xxxxnın təqdim etdiyi Kapital Bank ASC-dən, X4 ASC tərəfindən verilmiş plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar, Təqsirləndirilən şəxs2 ilə xxxx arasında keçirilən üzləşmə zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 2 ədəd CD və Kapital Bank ASC-dən daxil olmuş 24 vərəq hesabdan çıxarış iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Urakəran İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki az yaşlı uşaqları vardır. Yardımlı Rayon Avun kənd ümumi orta məktəbin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2iş yeri üzrə müsbət xarakterizə edilir. Cəbrayl Rayon İcra Hakimiyyəti Başçısının Şükürbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmişdir.Ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmişdir.Ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs2la barışmışdır ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs2la barışmışdır.Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs2la barışmışdır ona qarşı şikayət və tələbi yoxdur.Ərizəsinizi nəzərə alaraq Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini xahiş edir.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1 əməlin tövsifi ilə bağlı:
Məhkəmə, məhkəmə istintaqında cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1,178.2.2, 178.2.4-cü və Təqsirləndirilən şəxs2 32.5,178.2.1,32.5,178.2.2, 32.5,178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Belə ki, CM-nin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməli hesab edilir. CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 178.2.1-ci, təkrar törədildikdə CM-nin 178.2.2.-ci, xeyli miqdarda ziyan vurmaqla törədildikdə CM-in 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci və 3-cü bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-nin 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etmiş və törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində tərədilmiş cinayət hadisəsində iştirak etməməsini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr işin faktiki hallarına uyğun gəlmədiyindən və məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda sadlanan sübütlarla təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır və təqsirləndirilən şəxsin barəsində elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən CM-in 178.2.1 və 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsini özü etiraf etməsə də, ona istinad edilən əməllərin törədilməsində təqsiri iş üzrə digər Təqsirləndirilən şəxs2 və hazırki iş üzrə şahid qismində dindirilmiş x xnın ifadələri ilə yanaşı iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Sadalanan sübutlar təqsirləndirilən şəxsə istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etməsi və Təqsirləndirilən şəxs2 qabaqcadan əl bir olan bir qrup şəxsin təkrarən xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etməsində köməkçi qismində iştirak etməsi Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, Təqsirləndirilən şəxs1 əməli CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü və Təqsirləndirilən şəxs2 əməli CM-nin 32.5, 178.2.1, 32.5, 178.2.2 və 32.5, 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü və Təqsirləndirilən şəxs2 CMnin 32.5, 178.2.1, 32.5, 178.2.2 və 32.5, 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı:
CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilməli olan cəza ilə bağlı aşağıdakıları qeyd edir:
Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələbi baxımından ona CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmayan həddə, yəni 2 il 6 aydan az olmayan həddə cəzanın təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır.
Məhkəmə Təqsirləndirilən şəxs2 təyin edilməli olan cəza ilə bağlı aşağıdakıları qeyd edir:
Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, törətdiyi əməlindən peşman olmasını və iş yerindən müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyəti, cəzalsını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə onu da qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Yardımlı rayonu Avun kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur.
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Azərbaycan Respyblikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzləri, plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar və 4 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, ekspertiza xərci və mülki iddia yoxdur.
3. NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
2. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024cü il tarixdən hesablansın.
3. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
4. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.2.1, 32.5, 178.2.2 və 32.5, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin
5. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
6. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
7. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; 7.1-yaşadığı Yardımlı rayonu Avun kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; 7.2. - Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; 7.3 - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 7.4 - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; 7.5 - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq;
8. Hökmün icrası Təqsirləndirilən şəxs2 münasibətdə sonuncunun yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 münasibətdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun.
9. Maddi sübutlar – ödəniş qəbzləri, plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar və 4 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın.
10. Zərərçəkmiş şəxs6 ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia vermək hüququ izah edilsin.
11. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 hökmün surətinin verilidiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
12. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X11