Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-30/2023 02.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxsnın və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayon Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində həmkəndlisi Şahid2 Hüseynəli oğlunun Yardımlı rayonu Vərgədüz kəndində yerləşən yeməkxanasında aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs yumruqla qəsdən bir zərbə vuraraq Zərərçəkmiş şəxs “sağ yuxarı ətrafın əl hissəsinin beşinci əldarağı sümüyünün qapalı fraqmentlərinin yerini dəyişmiş sınığı” ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayon Vərgədüz kəndində kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Vərgədüz kəndində həmkəndlisi Şahid2 məxsus yeməkxana olmuş və 3-4 stəkan pivə içmişdir. İçdiyi piyvələrin pulunu isə qohumu Şahid4 ödəmişdir. Yeməkxanadan çıxıb evə gedərkən orada olan Şahid2 oğlu Zərərçəkmiş şəxs ona “dünən də burada pivə içmisən, 1 manat borcun var, borcunu ver” demişdir. O, Zərərçəkmiş şəxs dünən yeməkxanaya gəlmədiyini və borcunun olmadığını bildirdikdə, aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs onu təhqir etdiyinə görə əsəbləşmiş və yumuruqla Zərərçəkmiş şəxs vurmuşdur. Etdiyi əməldən peşman olmuş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəyən maddi və mənəvi ziyanı tam ödəmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərərək ona yüngül cəza verilməsini xahiş edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid2 Hüseynəli oğlunun iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Vərgədüz kəndində atasına məxsus yeməkxanada atasına kömək etmişdir. Həmin vaxt atası yeməkxanada olmamışdır. Yeməkxanada həmkəndlisi Təqsirləndirilən şəxs və digər şəxslər olmuşdur. Təqsirləndirilən şəxs pivə içmiş və içdiyi pivələrin pulunu başqa şəxs ödəmişdir. O, Rüstəmə yeməkxanaya 1 manat borcunun olmasını və həmin pulu verməsini bildirmişdir. Təqsirləndirilən şəxs cavabında dünən yeməkxanaya gəlmədiyini və borcunun olmadığını bildirmiş, daha sonra isə “sən sübut et ki, sənə dünən içdiyim pivələrin pulunu verməmişəm” demiş və əsəbi halda, “sən yalan danışırsan” deyərək əli ilə onu itələmişdir. Daha sonra əlləri ilə onun boğazından tutmuş və sifət nahiyyəsinə yumruqla vurmaq istəmışdir. O, Təqsirləndirilən şəxs yumruq zərbələrindən yayınmaq üçün əlini sifət nahiyəsinə tutmuş, yumruq zərbəsi onun sağ əlinə dəymiş və əlindən xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Ondan şikayət və tələbi yoxdur. Barışmaqlarını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Hüseynəli oğlu ifadəsində göstərdi ki, Vəgədüz kəndinin mərkəzində yeməkxana işlədir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yeməkxanada dəsmala ehtiyac olduğu üçün evə zəng edib dəsmal istəmiş və bir neçə dəqiqə sonra oğlu Zərərçəkmiş şəxs dəsmalı gətirmişdir. O, Amilə “sən burda gözlə mən gələcəyəm” deyərək yeməkxanadan çıxaraq sıqaret almaq üçün yaxınlıqda olan dükana getmişdir. Geri qayıdanda oğlu Amili döyülmüş vəzyətdə görmüş və baş verdiyini soruşduqda o, Təqsirləndirilən şəxs onu olan borcunu istədiyinə görə yumruqla vurduğunu bildirmişdir. Şahid2 Hüseynəli oğlu həmçinin Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi məhkəməyə barışıq ərizəsi təqdim edərək bildirmişdir ki, Rüstəm Əsədvdan heç bir şikayət və tələbləri yoxdur, xəsarətə görə 500 manat müalicəyə xərc çəkmiş, həmin məbləği Təqsirləndirilən şəxs tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Vərgədüz kəndində oğlu Şahid2 məxsus yeməkxananın həyətində oturarkən yeməkxananın içərisindən səs küy səsləri eşidib yeməkxanaya daxil olmuşdur. Həmin vaxt nəvəsi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görüb onları sakitləşdirmiş və Təqsirləndirilən şəxs yeməkxanadan çölə çıxarmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs içkili halda olduğunu və nəvəsi Zərərçəkmiş şəxs sağ əlinə yumruqla vuraraq xəsarət yetirdiyini görmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Rayon MTE və PA Şöbəsinin xx.xx.2023-cü il tarixli, 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ yuxarı ətrafın əl hissəsinin beşinci əl barmağı sümüyünün qapalı fraqmentlərinin yerini dəyişmiş sınığı” xəsarəti vardır, göstərilən xəsarət ağır bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin təkibi olmadığı üçün barəsində həmin epizod üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmamış şəxs Zərərçəkmiş şəxs atası Şahid2 Hüseynəli oğlu Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kmi tanınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 30.08. 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yardımlı Mərkəzi Rayon X3 Şəxsin xx.xx.2023-cü il tarixli, 8-282 sayı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı Rayon İHB-nın Vərgədüz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 127.2.3ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxlə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, Təqsirləndirilən şəxsnın şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxsnın islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsnın ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 127.2.3-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübutlar və ekspertiza, o cümlədən Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(038)-30/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-30/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver