Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-32/2023 12.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X13 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, mənəvi ziyana görə 3000 manat, maddi ziyana görə 755 manat pulun alılnıb ona verilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazrlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayətlə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin mənəvi ziyana görə 3000 manat, maddi ziyana görə 755 manat pulun alılnıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2 Mətin Nicat oğlu ilə İsmayıllı rayonunda birlikdə işlədiyi müddətdə Mətin Manaflı onunla ailə həyatl qurmaq məqsədi ilə tanış olmuşdur. Bu fikrini Mətin dəfələrlə Günayın valideynlərinə də demişdir. Valideynləri bu məsələdə Mətin Manaflıya “yox” cavabını vermişlər. Çünki, X11 9 yaş kiçikdir və aralarında yaş fərqi çoxdur. Bir müddətdən sonra X15 Manaflının Sumqayıtda polis tərəfindən saxlanılmasını eşitmişdir. Mətinin Zaur adlı dostu telefonla ona zəng edib yalvarmışdır ki, Mətin həbs olunub, köməksiz vəziyyətdədir, onunla danışmaq istəyir.Əvvəlcə maraqlanmasa da, sonradan Zaurun təkidi ilə məcbur olub maraqlanmışdır. Zaur ona Mətinin polis tərəfindən tutulduğunu, onun Günayla köməkləşib Mətini qurtarmasını demişdir. Onun Mətinə yazığı gəlmiş və necə kömək edə biləcəyini Zaurdan soruşmuşdur. Zaur ona polislərin xeyli pul istəyini, pulun bir hissəsini özü düzəltdiyini, cəmi 1000 manat çatmadığını bildirmişdir. Həmin vaxt 1000 manat pulunun olmadığını o, Zaura bildirmiş, lakin Zaur ona yalvararaq borc kredit götürməsini və Mətin həbsdən çıxdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. O, da məcbur olub deyilən məbləğdə pulu borc tapıb vermişdir. Bir müddət sonra, o, Mətin Manaflıya zəng edib onun həbsdən çıxması üçün verdiyi 1000 manat pulu istəmişdir. Mətin isə ona ”sən pul vermisən ki, indi də istəyirsən...?” demişdir və telefonda bu barədə aralarında mübahisə etmişlər. Bir müddətdən sonra Mətin Manaflı ona zəng edib, verdiyi pulun 250 manatını qaytarmasını bildirmiş və borcan 250 manatı Mətindən geri almışdır. Lakin 755 manat borcu hələdə ala bilməmişdir. Qalan borc pulu əvəzləşdirmək üçün Mətin ona təklif etmişdir ki, onda evdə və qapı-bacada geyinmək üçün mallar vardır. Həmin malları ona versin və malları satıldıqdan sonra borcu götürsün. Mətin Manaflı dediyi malı ona vermiş, lakin həmin malları sata bilmədiyi üçün Mətin gəlib həmin malları aparmışdır. Bir müddət sonra isə Mətin ona zəng edib malların qaytarmamasını ona bildirdikdə (gətirdiyi və sonar isə apardığı şəpitləri nəzərdə tutur) malların hamısını anası ilə birgə onun gətirdiyi maşına yığaraq aparmasını, ona şər-böhtan atmamasını və yalan danışmamasını bildirmişdir. Belə deyəndə Mətin Manaflı telefonda ona ən ağır küçə söyüşləri söymüş və təhqir etmişdir.Bununla kifayətlənməyib ona məxsus telefonun statusundakı şəkillərini götürüb, şəkillərin üzərində əxlaqsız təkliflər və sözlər yazaraq, özünə aid Tik-Tok səhifəsində paylaşıb ictimaiyyət arasında, sosial şəbəkələrdə onun şərəf və ləyaqətini olduqca ağır formada təhqir etmişdir. Bundan əlavə Mətin Manaflı onu biabır edəcəyi və öldürəcəyi ilə hədələməkdədir. Mətin Manflının hərəkətləri barədə etdiyi şikayətə Şamaxı Rayon Prokurorluğunda baxılmış və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri əsasında xüsusi ittiham qaydasında məhkəməyə şikayət etməyi tövsiyyə olunmuşdur. X5 şəkillərini götürüb üzərində ünvanına çoxsaylı şər-böhtanlar və təhqiramiz sözlər yazaraq Tiktok sosial şəbəkəsində paylaşmış və bununla onun işgüzar nüfuzunu aşağılamaqla və onu təhqir etməklə məşğul olmuşdur. O, həm də onun ünvanına böhtanlar danışmaqdan çəkinməmiş və onu ağır işgəncə ilə öldürəcəyi ilə hədələmişdir. Bunlara dair sübutlarım vardır və sübutları məhkəməyə təqdim edəcəkdir. Mətin Manaflı bu əməlləri ilə onun işgüzar nüfuzunu nümayişkaranə surətdə aşağılamışdır. Onun belə ifadələri onu aşağılayıb gözdən salmaq, hərəkətlərində məqsədi - nəticə etibarı ilə ictimaiyyət içində şərəf və ləyaqətini, işgüzar nüfuzunu müxtəlif formalarda olduqca kəskin aşağılamaq olmuşdur. Ona qarşı törədilmiş bu haqsızlıqlar nəticəsində normal yaşayış tərzi və istirahəti pozulmuşdur.Bu səbəbdən mənəvi-psixoloji sarsıntı keçirirmiş və ona qarşı törədilmiş belə qanunsuzluq və haqsızlıq ağır mənəvi işgəncədir və bu səbəbdən dəymiş mənəvi ziyanı 3000 (üç min) min manat civarında qiymətləndirirmişdir. Qeyd etdiklərini nəzərə alaraq X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və mənəvi ziyana görə 3000 manat, maddi ziyana görə 755 manat pulun alılnıb ona verilməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında dindirilən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə X6 izahatını dinləyib və iş materiallarınə nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və aşağıda qeyd edilən əsaslara görə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 32.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. CPM-nin 37.1 və 37.2-ci maddələrinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-nin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-nin 299.1,299.3.1 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında “ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli,3 nömrəli qərarının 12-ci bəndində Məhkəmələrin diqqətinə çatdırılır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasında öyrənilərkən müəyyən olundu ki, xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X10 tərəfindən törədilməsinə dair sübutlar əlavə edilməmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi də qeyd edilməmişdir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi;şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Bundan başqa şikayətin məzmunundan görünür ki, şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayətdə Mətin Manfov haqqında heç bir məlumat qeyd olunmamışdır. Bundan əlavə CPM-nin 74.1-ci maddəsinin tələbinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Lakin şikayət kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə məhkəmə tərəfindən baxılmalı olduğu halda, xüsusi ittihamçı X1 informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanının müəyyən edilməsinin mümkün olmaması barədə sənədi şikayətə əlavə etməmiş və şikayəti baxılması üçün barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 qeydiyyat yeri üzrə göndərmişdir. Halbu ki, şikayətdə X4 yaşadığı ünvan Sumqayıt şəhəri, Dəmiryol Çay stansiyası kimi qeyd edilmiş, şikayət isə onun qeydiyyat yeri üzrə göndərilmişdir. Şikayətə isə X7 rayonunda qeydiyyatda olması barədə sübut əlavə edilməmişdir. CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. CPM-nin 302.1.3-ci maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, X3 X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin mənəvi ziyana görə 3000 manat və maddi ziyana görə 755 manat pulun alılnıb ona verilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığına görə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 298-300 və 302-ci maddələrini rəhbər tutaraq qərara aldı: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin mənəvi ziyana görə 3000 manat və maddi ziyana görə 755 manat pulun alılnıb ona verilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən X13
Məhkəmə qərarları › İş №1(038)-32/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-32/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver