Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-34/2023 16.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə. Xamiyev Sədrəddin Həsən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazrlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək Xamiyev Sədrəddin Həsən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsiilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2023-cü il tarixdıə X2 baş direktoru Ruslan Əliyev “facebook “sosial şəbəkəsi üzərindən əhali ilə canlı yayımda olarkən Yardımlı şəhəri Ünəç küçəsində yaşayan Xamiyev Sədrəddin Həsən oğlu canlı yayımda “niyə mənim hüquqlarım sizin əməkdaş Təhməzov Bəxtiyar kimi saxtakar tapdamalıdır” məsajını yazmış və həmin mesaj canlı yayımda olan əməkdaşlar, o cümələdən əhali tərəfindən oxunaraq ona qarşı mənfi fikir formalaşdırmışdır. Halbuki, o, X5 İdarəsinin Yardımlı Xidmət Sahəsində Təbii qazın qəbulu və satışı xidmətində mühədis vəzifəsində işləyir. Sayğac göstəricilərini isə nəzarətçi-çilingər götürür. O, nəzarətçi- çilingərlər tərəfindən təqdim edilmiş sayğacın göstəricilərini proqramın yaddaşına qeyd edir. O, Yardımlı rayonu Ünəç küçəsində yaşayan abonent Xamiyev Sədrəddin Həsən oğlunun fərdi yaşayış evində heç vaxt olmamış və həmin evdən sayğacın göstəricilərini o, götürməmişdir. Xamiyev Sədrəddin Həsən oğlunun bu yalan məlumatından sonra o, iş yoldaşları arasında, eləcə də rəhbərliyin qarşısında nüfuzdan düşmüşdur. Xamiyev Sədrəddin Həsən oğlu sosial şəbəkədə onun şərəf və ləyaqətini qəsdən alçaltmış, onu iş yoldaşları, həmçinin cəmiyyət arasında nüfüzdan salan “saxtakar” kimi təqdim etməklə ona böhtan atmış və yalan olduğunu bilə-bilə onu nüfuzdan salmışdır. Xamiyev Sədrəddin Həsən oğlunun hərəkətlərində Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsininn əlamətləri olduğu üçün onun cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxılması xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş və tərəflərin ünvanına bildiriş göndərilmişdir. Tərəflər məhkəmə bildirişini almalarına baxmayaraq, heç bir üzrlü səbəb olmadan təkrar məhkəmə iclasına gəlməmişlər. Belə ki, xüsusi ittiham qaydasında şikayətinə əlavə edilmiş SMS bildirişlərindən və tərəflərin ünvanına göndərilmiş bildirişlərdən görünür ki, tərəflər məhkəmə bildirişlərini almışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 32.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. CPM-nin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-nin 299.1, 299.3.1 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılmalıdır. CPM-nin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı Bəxtiyar Təhməzovun üzrlü səbəb olmadan təkrar məhkəmənin hazırlıq iclasına gəlməməsi səbəbindən xüsusi ittihamdan imtinaya bərabər tutulmalı və xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 298-300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xamiyev Sədrəddin Həsən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(038)-34/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-34/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver