Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-35/2023 07.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi k1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil, Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 24 avqust 2023-cü il tarixdə saat 15 radələrində Yardımlı rayonu Vərgədüz kəndi ərazisində yerləşən həmin kənd sakini X3 məxsus yeməkxanada sərxoş halda ucadan nalayiq söyüşlər deməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək yumruqla və təpiklə həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ və sol bazu nahiyələrinin qançırları, sol budun yuxarı 1/3-i hissəsinin və sol bud çanaq oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla həmkəndlidir, münasibətləri həmişə yaxşı olmuşdur. 24 avqust 2023-cü il tarixdə saat 15 radələrində pivə içmək məqəsədilə Vərgədüz kəndi ərazisində yerləşən həmkəndlisi Cabir Cəbiyevə məxsus yeməkxanaya getmişdir. Yeməkxanada əmisi oğlu Niaməddin Mamedovla eyni masada əyləşmiş və 2 bakal pivə içmişdir. Pivə içdikdən sonra Niaməddin Mamedov yeməkxanadan çölə çıxmış, o, isə Zərərçəkmiş şəxs hesabı soruşmuşdur. Zərərçəkmiş şəxs hesabın 6 manat olduğunu bildirdikdə, hesabla razılaşmamış, 5 manat olmasını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs stolun üstündə olan ona məxsus iki telefondan birini götürmüş və 6 manat pulu verəcəyi təqdirdə telefonu qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs israrla onun hesabının 6 manat olduğunu demiş və qonşu stolda əyləşmiş Zərərçəkmiş şəxs yaxasından tutub ayağa qaldırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yumruqla onun sol gözaltı nahiyyəsinə zərbə vurduğu üçün əsəbləşmiş, Zərərçəkmiş şəxs yaxasından tutaraq təpiklə vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və Zərərçəkmiş şəxs onu bağışlamışdır. Törətdiyi hadisə zamanı yeməkxanada onlardan başqa digər şəxs olmamış, o, ictimai qaydanı pozmamış və cəmiyyətə qarşı hər hansı bir hörmətsizlikdə ifadə olunan hərəkət etməmiş, nalayiq ifadələr işlətməmişdir. Aralarında yaranmış mübahisə 2-3 dəqiqə ərzində başlamış və bitmişdir. Mübahisə vaxtı Amil onu yumruqla vurmuş olmayasaydı, onu təpiklə vurmayacaqdı. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs xx.xx.2008-ci ildə doğulmuşdur və məhdud fəaliyyət qabiliyyətlidir.Qanunvericiliyin tələbinə uyğun olaraq Amill Cəbilinin atası X6 onun qanuni nümayəndəsi təyin edilmişdir. Qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilıə ədavəti yoxdur. 24 avqust 2023-cü il tarixdə saat 15 radələrində Vərgədüz kəndi ərazisində yerləşən atası Cabir Cəbiyevə məxsus olan yeməkxanaya getmişdir. Atası Cabir heyvan kəsmək üçün getdiyinə görə yeməkxanada o, qalmışdır. Həmin vaxt yeməkxanada həmkəndliləri Təqsirləndirilən şəxs əmisi oğlu Niaməddin Mamedov ilə birlikdə stolda əyləşib pivə içmişlər. Pivə içdikdən sonra Niaməddin Mamedov yeməkxanadan getmiş, Təqsirləndirilən şəxs hesabı özü verəcəyini bildirmişdir. O, hesabın 6 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hesabın 6 manat deyil, 5 manat olduğunu bildirmiş və aralarında mübahisə yaranmışdır. Buna görə də o, stolun üstündə olan Kənana məxsus 2 ədəd mobil telefondan 1 ədəd telefonu götürmüş, Təqsirləndirilən şəxs hesabı ödədikdən sonra telefonu qaytaracağını bildirmiş və digər stulda əyləşmişdir. Təqsirləndirilən şəxs stuldan qalxıb onun oturduğu stula yaxınlaşmış, onun sinə nahiyəsindən tutmuş və telefonu tələb etmişdir. Həmin an o, özünü müdafiə etmək məqsədilə əli ilə Təqsirləndirilən şəxs üz nahiyyəsinə bir zərbə vurmuşdur. Təqsirləndirilən şəxs onu itələmiş, daha sonra təpiklə vuraraq yerə yıxmış və təpiklə onun bədənin müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. Səsə gələn Nazim Hacıəlizadə yeməkxanaya daxil olmuş və onları ayırmışdır. Mübahisə 2-3 dəqiqə olmuş, mübahisə başqa şəxlərin narahatçılığına səbəb olmamış, yeməkxananın işləmə fəaliyyətinə təsir etməmiş, hər hansı əmlaka ziyan dəyməmiş, orada başqa şəxs olmamış, Nazim Hacıəlizadə sonradan gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Ondan şikayət və tələbi yoxdur. Qanuni nümayəndəsi X4 iştirakı ilə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, ona dəyən maddi və mənəvi ziyanın ödənilmsini, Təqsirləndirilən şəxs ilə barışmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, oğlu X15 rayonu Vərgədüz kəndi ərazisində yeməkxana işlədir. 24 avqust 2023-cü il tarixdə sat 15 radələrində həmkəndlisi X5 ilə birlikdə həmin yeməkxananın yaxınlığında əyləşərək söhbət etdikləri zaman, yeməkxanadan səs-küy səsi eşitdikləri üçün birlikdə yeməkxanaya doğru getmişlər. Nazim ondan cavan olduğu üçün yeməkxanaya daha tez daxil olmuşdur. O, yeməkxanaya daxil olduqda isə artıq X14 Əsədli ilə Zərərçəkmiş şəxs bir birindən kənarlaşdırdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yeməkxanadan çıxaraq getmişdir. Mübahisə başqa şəxlərin narahatçılığına səbəb olmamış, yeməkxananın işləmə fəaliyyətinə təsir etməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X7 Rayon MTE və PA Şöbəsinin 25 avqust 2023-cü il tarixli, 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sağ və sol bazu nahiyələrinin qançırları, sol budun yuxarı 1/3-i hissəsinin və sol bud çanaq oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və X7 Rayon MTE və PA Şöbəsinin 25 avqust 2023-cü il tarixli, 57 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs başın önünün sol gözaltı nahiyyəsinin qançırı müəyyən edilmiş, küt alətlə küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vuramayan xəsarət olduğu üçün, dərəcəsi təyin olunmur. Maddi sübut kompakt diskə məhkəmə iclasında baxış keçirilərkən, müşahidə kamerasından götürülmüş videogörüntündən məlum olur ki, Zərərçəkmiş şəxs yeməkxanada stulda əyləşmiş, həmin vaxt yeməkxanada olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından yapışaraq onu stuldan qaldırmış, yeməkxanada onu sağ və sol istiqamətlərə doğru hərəkət etdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yumruqla bir dəfə Təqsirləndirilən şəxs sifət nahiyəsinə zərbə vurmuş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxmış, ona təpiklə zərbələr vurmuşdur. Bu zaman yeməkxanaya daxil olan X1 Əsədlini Zərərçəkmiş şəxs kənarlaşdırmışdır. Hadisə zamanı başqa şəxs olmamış, digər şəxslərin narahat olması, orada olan əmlaka ziyan dəyməsi halı müşahidə olunmamışdır, mübahisə təqribən 2-3 dəqiqə davam etmişdir. Beləliklə, məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144- 146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, lakin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 221.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun deyil. Belə ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlillləri hesab edilən iş üzrə zərərçəkmiş şəxsin və onun babası olan şahidin ifadəsi Təqsirləndirilən şəxs əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyildir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüququ nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Əməlin tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsi Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər- ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması- təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə-döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, həm İbtidai istintaq zamanı, həmdə məhkəmə istintaqında hadisə ilə bağlı araşdırılan sübutlardan müəyyən olunur ki, baş vermiş hadisə 24 avqust 2023-cü il tarixdə saat 15 radələrində qısa müddət kəsiyində-təxminən 2-3 dəqiqə ərzində başlamış və bitmişdir. Həmin vaxt təqsirləndirilən şəxs tərəfindən ictimai qayda kobud surətdə pozan hərəkətlər icra olunmamış, həmin hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Verilmiş ifadələrdən və maddi sübut videogörüntüdən aydın olur k, mübahisənin yaranmasına səbəb pivənin içilməsinə görə pul haqq-hesabı deyil, məhz zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin mobil telefonunu götürməsi, daha sonra bunun davamı olaraq zərərçəkmiş şəxsin yüngül bədən xəsarəti almasına səbəb isə əvvəlcə onun özünün təqsirləndirilən şəxsin sifət nahiyyəsinə yumruqla vurması olmuşdur. Beləliklə məhkəmə işin faktiki hallarını və qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisə onların qarşılıqlı hərəkətləri nəticəsində, şəxsi münasibətlər zəminində baş vermişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “ B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qəraında göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti şəxsi münasibətlər zəminində, yəni xuliqanlıq niyyəti olmadan törətmişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları, iş üzrə dindirilmiş şəxslərin ( təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin) ifadələrini, ekspertiza rəyini və digər sənədləri araşdırıb sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə deyil, məhz CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və atası X2 iştirakı ilə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onlarla barışmalarını və onlara dəymiş ziyanı ödəmələrini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışmasını və onlara dəymiş ziyanı ödəməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat sorğu kartotekasında məlumat aşkar edilməmişdir. Yardımlı Rayon Mərkəzi X9 şəxsin 22 sentyabr 2023-cü il tarixli, 9-309 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübüt və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikasının CPM-nin 40.1, 40.2.2, 43.3, 321, 346, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən хitam vеrilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltiziam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: X17
Məhkəmə qərarları › İş №1(038)-35/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-35/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver