Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-4/2023 16.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1980-cı ildə Yardımlı rayonu Telavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 may 2021 -ci il tarixdə saat 08 radələrində Yardımlı rayon Telavar kəndi ərazisində yerləşən “Qobular” deyilən ərazidə heyvanlarını həmin əraziyə gətirməməyi Zərərçəkmiş şəxs tələb edən qardaşı X1 ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs istintaqa məlum olmayan bərk küt əşya ilə qəsdən zərbə vuraraq sonuncuya sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı oğlu və eyni zamanda bacısının əridir. Həmçinin Zərərçəkmiş şəxs bacısı onun qardaşı Fuad Zabidovun arvadıdır. Zərərçəkmiş şəxslə münasibətləri yaxşı olmamışdır. 01 may 2021-ci il tarixdə saat təxminən 08 radələrində qardaşı Coşqun Zabidov şəxsi təsərrüfatlarında olan iri və xırda buynuzlu heyvanları rayonun Telavar kəndi ərazisində yerləşən “Səmənd yeri” deyilən otlaq sahəsindən keçirməklə özlərinə məxsus “İməci yeri” adlanan əraziyə aparan zaman Hamlet qardaşı Coşqunu görmüş və ona sizə deməmişəm heyvanlarınızı oradan aparmayın demişdir. Coşqun ona heç nə demədən heyvanları aparmışdır. Bir müddət sonra o, Hamletin əlində tüfəng yaşadıqları evin aşağı hissəsi ilə getdiyini görmüşdür. Aralarındakı razılaşmaya əsasən o heyvanların yanına gedərək orada qalmalı imiş, Coşqun isə evə gəlib naharını yeməliymiş. O, “İməci” adlanan sahəyə yaxınlaşanda Hamlet qardaşı Coşquna “ mən Səmənd yeri adlanan örüş sahəsini qoruyuram, niyə heyvanlarını oradan gətirirsən” demişdir. Coşqun Hamletə həmin sahənin kənd mal-qarası üçün ayrılmış otlaq sahəsi olmasını bildirmişdir. Bu zaman Hamlet Coşquna həmin sahəni öz heyvanları üçün qoruduğunu, onu güllə ilə vuracağını demişdir. Sonra o, Hamletə “güllə nədir, güllə ilə adam vurarlar” demişdir. Bu zaman Hamlet 1-2 metr arxaya çəklib, tüfəngi Coşquna tərəf tuşlayaraq ona iki güllə atmışdır. Güllələrdən bir Coşqunun döş qəfəsinə dəymiş, digərini isə onun baş nahiyəsinə vurmaq istəyəndə Coşqun əlindəki odun parçasını Hamletə atmış, odun parçasının Hamletin hansı nahiyəsinə dəyməsini görməmiş, bu zaman güllə Coşqunun ayağına dəymişdir. Bundan sonra o, dərhal onların olduğu yerə tərəf qaçmış və onların olduğu yerə çatmışdır. O, həmin yerə çatana qədər Coşqun Hamletə badalağ verib onu yerə yıxmışdır. Ora çatanda Hamlet artıq ayağa qalxmış vəziyyətdə olmuşdur. O, həmin yerə çatan kimi əli ilə silahın lülə hissəsindən yapışmışdır. O, silahın lüləsindən tutan zaman Hamlet əlindəki ağac parçası ilə onun sağ ayağının topuq nahiyəsindən bir zərbə vurmuşdur. Bu vaxt o da əlində olan ağac parçası ilə bir dəfə Hamletin baş nahiyəsindən zərbə vurmuşdur. Bu zaman Coşqun da ona çatmış və birlikdə tüfəngi Hamletin əlindən almışlar, Hamlet özünü qayadan atıb qaçmışdır. X2 rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Qardaşını müdafiə etmək üçün cinayəti törətməsində özünü tam təqsirli bilir. Göstərdiklərini nəzərə alaraq 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində də tətbiq olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, şəxsi təsərrüfatlarında iri və xırda buynuzlu heyvanları rayonun Telavar kəndi ərazisində yerləşən “Qarağaclı" deyilən yerdə özünə məxsus torpaq sahəsində otarmışdır. 01 may 2021 -ci il tarixdə saat 08 radələrində səhər tezdən yuxudan ayılmış, evin həyətyani sahəsinə düşdükdə tülkünün şəxsi təsərrüfatlarında olan toyuqları məhv etdiyini görmüşdür. Buna görə də yaşadığı evdə saxladığı 16 kalibrli, qoşalülə, 110080-66 nömrəli ov silahını götürərək içərisinə zavod istehsalı olan 2 ədəd patron qoyub çiynindən asmışdır. Məqsədi toyuq-cücələrini yeyən tülkünü vurmaq olmuşdur. Bundan sonra oğlu Şahid1 ilə birlikdə şəxsi təsərrüfatlarında olan xırda və iri buynuzlu heyvanları “Qarağaclı” adlı örüş sahəsinə aparmışlar. Oğlu Şahid1 heyvanların yanında qalmış, o isə yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. O rayonun Telavar kəndi ərazisində yerləşən “Qobular” deyilən ərazinin aşağı yol olan hissəsi ilə piyada geri qayıdan zaman həmin ərazinin yuxarı hissəsindən Coşqun Zabidovun onu çağırdığını eşitmişdir. Ondan təxminən 5-6 metr aralıda da qardaşı Təqsirləndirilən şəxs və bacısı oğlu Elmiyar Sultanzadə irəliləyirmiş. Onların hər üçünün əlində təxminən 1,5 metr uzunluğunda ağac parçası olmuşdur. İlk öncə Coşqun onun qabağında dayanmışdır. Seymur sağ tərəfində, Elmiyar isə solunda, nisbətən arxa tərəfində dayanmışdır. Coşqun həmin ərazinin Elmiyarın ərazisi olduğunu, həmin ərazidən gəlib-getməməyi demişdir. Əlavə olaraq ona bir daha həmin ərazidən keçməməyi bildirmiş və keçəcəyi halda onu hədələmişdir. Söhbət zamanı Seymur anidən onun sağ çiynində olan silahın əvvəlcə sağ əli ilə lüləsindən, sonra isə sol əli ilə qundaq hissəsindən yapışıb ondan almağa çalışmışdır. Həmin an əlbəyaxa olmuşlar və Seymur silahı özünə tərəf, o da özünə tərəf dartmağa başlamışdır. Onlar dartışanda Coşqun onunla üzbə-üz durmuş, onun sol-arxa tərəfində olan Elmiyar isə əlindəki ağac parçası ilə onun sol təpə nahiyəsindən zərbə vurmuşdur. Həmin zərbənin təsirindən aşağı əyilmiş, bu vaxt silah açılmışdır. O özünü tarazlayıb ayaq üstə qalxmaq istəyəndə silahın lüləsi yuxarı istiqamətlənmiş və ikinci atəş açılmışdır. O Elmiyarın vurduğu zərbə nəticəsində aşağı əyilən zaman və yenidən qalxan zaman Seymur silahdan yapışmış vəziyyətdə olmuşdur. Hadisə zamanı silahın tətiyinə kimin basdığını hiss etməmişdir. Belə ki, onun sağ əli, Seymurun isə sol əli silahın tətik olan hissəsində olmuşdur. O, açılan atəşlərin Coşquna dəydiyini də bilməmişdir. Atəşlər açıldıqdan sonra Seymur yenə də silahı buraxmamış, onun əlindən almaq istəmişdir. Onlar dartışa-dartışa nisbətən aşağıya doğru gəlmişlər.Həmin şəxslər onu vura-vura aşağıda qayalığın üzsünə gətirmişlər.Həmin qayalığın kənarında Seymur onun xayalığına bir zərbə vurmuş və aldığı zərbədən o, yerə yıxılmışdır. Bu zaman Seymur tüfəngi əlindən almış, tüfəngi ona tərəf tutub tətiyi çəkmiş, lakin tüfəngdə güllə olmamış, tüfəngin lüləsini tutub qundağı ilə onun sol qoluna zərbələr vurmuşdur. Barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 11 may 2021-ci il tarixli, 317 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası, sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sağ kürək və sol bud nahiyyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 01 may 2021-ci il tarixə uyğun gəlir. Vət. Zərərçəkmiş şəxs aşkar olunan başın təpə nahiyəsinin əzilmiş yarası və sol bazu nahiyyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı dərəcəsinə görə ayrı- ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 xx.xx.2021-ci il tarixli, T191/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-başın təpə nahiyyəsinin əzilmiş yarası, sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı, sağ kürək və sol bud nahiyyəsinin qançırı-bərk küt əşyanın(əşyaların) o, cümlədən də ağacın, yumruğun və s. təsirindən törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs aşkar olunan başın təpə nahiyyəsinin əzilmiş yarası, sol bazu nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı, dərəcəsinə görə istər ayrıayrılıqda, istərsədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ kürək və sol bud nahiyyəsinin qançırları isə hər biri ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər qısa zaman kəsiyində müxtəlif istiqamətlərdən yetirildiklərindən Zərərçəkmiş şəxs xəsarətləri alarkən həmlə edənlərə münasibətdə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Yetirilən zərbələrin gücü xəsarət əmələ gəlməsi üçün kifayət etmişdir. Həmin xəsarətlərin şəxsin özünün göstərdiyi şəraitdə əmələ gəlməsi inkar olunmur. Vətəndaş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin lokalizasiyasına və xarakterinə görə onların şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİnin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatətlə müraciət edərək cinayət təqibini istisna edən hal aşkar edildiyindən təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etməsini bildirmiş və vəsatətini onunla əsaslandırmışdır ki, 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 -ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir. Odur ki, təqsirləndirilən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduğundan cinayət işinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1,12-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ayrıayrılıqda dövlət ittihamçısının vəsatətinin təmin edilməsinə etirazlarının olmadıqlarını və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. "8 Noyabr-Zəfər Günü" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 -ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarının 14-cü bəndində qeyd edilir ki, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.1 -ci maddəsinə əsasən məhkəmə dövlət ittihamçısı və ya xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2- ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 01 may 2021 -ci il tarixdə törətdiyi üçün, “8 Noyabr-Zəfər Günü" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 -ci bəndində əsasən, eləcə də təqsirləndirilən şəxs və onun müdafiəçisi amnistiya aktının tətbiq edilməsinə razı olduqları üçün, cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilmədi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltiziam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(038)-4/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-4/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver