Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-4/2024 01.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Konlüşad oğlunun və onun müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Yardımlı Rayon Şəfəqli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayon Şəfəqli kənd orta məktəbində gözətçi vəzifəsində işləyən, Yardımlı rayon Şəfəqli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltiziam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Gönlüşad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Yardımlı rayonu Şəfəqli kəndi ərazisində, yaşadığı evin həyətində qardaşı Zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs hamamına çəkilmiş elektrik xəttini ayırması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə sonuncuya qəsdən zərbələr vuraraq ona “başın önünün sol qaş, sol gözaltı və sol almacıq nahiyyələrinin qançırları, sağ aşağı ətrafın bud hissəsinin yuxarı1/3-i və sağ bud çanaq oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi” ilə müşayət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşıdır. Onlar ailələri ilə birlikdə Yardımlı rayonu Şəfəqli kəndində atasına məxsus evdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində işıq sayğacından birgə istifadə etdikləri hamama gedən elektrik enerjisinin verilişini dayandırdığı üçün qardaşı Pərviz gəlib ondan elektrik xəttini ayırmısanın səbəbini soruşmuş, o Pərvizə “enerjinin sərfiyyatının haqqını mən verirəm, hamamdan isə sən istifadə edirsən, hamama gedən elektrik mənim sayğacımdan gedir” demişdir. Bundan sonra Pərviz onun elektrik sayğacını söndürmüşdür. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşib Pərvizə bir neçə yumruq və təpik vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirir. Qardaşı Zərərçəkmiş şəxs üzr istəmiş, o, da onu bağışlamış və barışmışlar. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Konlüşad oğlu zərərçəkmiş şəxs qardaşı Zərərçəkmiş şəxs Könlüşad oğlu ilə barışmalarına dair ərizəni məhkəməyə təqdim edərək, əməlindən peşman olduğunu nəzərə alaraq, barəsində olan cinayət işinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Könlüşad oğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Konlüşad oğlu onun qardaşıdır. Onlar Yardımlı rayonu Şəfəqli kəndində atasına məxsus evdə birlikdə yaşayırlar. Qardaşı ilə əvvəllər münasibətləri yaxşı olsada, sonradan münasibətləri pozulmağa başlamışdır. xx.xx.2023cü il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı kəndin mərkəzində olmuş və evə qayıdıqda qardaşı Pərvinin hamama gedən elektrik xəttinin verlişini kəsərək yerə atdığını və arvadı Şahid nəlayiq sözlərlə təhqir edildiyini görmüşdür. O, Pərvindən niyə hamama çəkilmiş elektrik xəttini kəsdiyini soruşduqda, Pərvin ona “əcəb eləmişəm kəsmişəm” demişdir. Buna görə aralarında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs onu yumruq və təpiklə başına, sifətinə və sağ aşağı ətraf nahiyyələrinə zərbələr vuraraq xəsarətlər yetirmişdir. Hazırda qardaşı Təqsirləndirilən şəxs Gönlüşad oğlu ilə barışmışdır və onu bağışlamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Gönlüşad oğlu ilə barışmasına dair ərizəsini məhkəməyə təqdim edərək, qardaşının ondan üzr istəyib, hərəkətindən peşman olduğunu bildirmiş, Təqsirləndirilən şəxs Gönlüşad oğlunu bağışlayaraq onunla barışdığını, ona dəymiş ziyanı tam ödəməsini, ona qarşı şikayət və tələbi olmadığını bildirərək, barışmalarını nəzərə alıb qardaşı Təqsirləndirilən şəxs Gönlüşad oğlunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Gönlüşad oğlunun barəsində olan cinayət işinin icraatına xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və X2 rayon MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 68 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “başın önünün sol qaş, sol gözaltı və sol almacıq nahiyyələrinin qançırları, sağ aşağı ətrafın bud hissəsinin yuxarı1/3-i və sağ bud çanaq oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi” kimi xəsarətlərin olması, göstərilən xəsarətlərin küt əşyanın təsirindən törənməsi, törənmə müddətinin xx.xx.2023-cü il tarixə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aidddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gönlüşad oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gönlüşad oğlu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs Gönlüşad oğlu ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə özünü təqsirli bilir, törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışmışdır. Barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs Gönlüşad oğlu barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən cinayət işi üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Konlüşad oğlunun ərzəsindən görünür ki, Təqsirləndirilən şəxs Gönlüşad oğlu onun qardaşıdır və barışmışlar. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1,143, 156,1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edililr. CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Gönlüşad oğlunun zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin ayrı-ayrılıqda cinayət işinin icraatına xitam verilməsi haqqında xahişlərini nəzərə alaraq belə qərara gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Gönlüşad oğlunun barəsində olan cinayət işinin icraatına xitam verilməli və CM-nin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Gönlüşad oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikasının CPM-nin 40.1, 40.2.2, 43.3, 344- 347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Gönlüşad oğlu cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə хitam vеrilsin. Təqsirləndirilən şəxs Gönlüşad oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən x3
Məhkəmə qərarları › İş №1(038)-4/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-4/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver