Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-4/2025 23.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X6 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Rusiya Federasiyası Salsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş 08 il 02 ay 06 günü Nizami Rayon Məhkəməsinin 09 iyun 2010-cu il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq 08 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş hissəsi Qaradağ Rayon Məhkəməsinin 28 sentyabr 2012-ci il tarixli hökmü ilə CM-nin 317-2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş hissəsi Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, X4 küçəsi ev 85 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 272,842 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 29 oktyabr 2024-cü il tarixdə saat 19:41 radələrində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu Arus kəndi ərazisində saxlanılmış, həmin yerdə üstü və əlindəki qara rəngli idman çantası yoxlanılan zaman qara rəngli idman çantasındakı 1(bir) ədəd sellofan torbadan 272,842 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bununlada da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri
Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək, törətdiyi cinayət əməlinə görə peşman olduğunu göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir, psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, üzərində aşkar edilmiş narkotik vasitəni könüllü təqdim etməsini və ailə vəziyyətinin nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 ifadəsində göstərdi ki, Yardımlı rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 oktyabr 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs Yardımlı Rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr istifadə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan əlavə Şahid2 və Şahid3 daxil edilmişdir. Axşam saat 19:40 radələrində Yardımlı rayonu Arus kəndi yaxınlığında onlar Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əlində olan qara çantanın içərisində qurudulmuş marixuana olduğunu etriaf etmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 10 manatlıq pul əskinazı və «Samsung» markalı mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasına baxış keçirilmiş, idman çantasından 1 ədəd bel çantası və şokoladlar aşkar olunmuşdur.Aşkar edilmiş şakaladları Təqsirləndirilən şəxs Masallı rayonundan aldığını bildirmişdir. Daha sonra sellofan büküm aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin sellofan bükümdə nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs bükülünün qurudulmuş marixuana olduğunu bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 300 qram olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı “İnstagram” sosial şəbəkəsində tanış olduğunu İran İslam Respublikası vətəndaşı “Əlikram” adlı şəxslə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladıqdan sonra, Əlikram adlı şəxsin ona konum atdığı yerdən götürdüyünü bildirmişdir. Daha sonra narkotik vasitə qurudulmuş marixuna videoçəkiliş vasitəsi ilə qablaşdırıraq möhürlənib götürülmüş və Yardımlı Rayon Polis Şöbəsinə təqdim etmişlər. Şahid3 ifadəsində göstərdi ki, Yardımlı Rayon Polis Şöbəsinin konvoy hissəsində konvoy vəzifəsində işləyir. Şöbənin əməliiyat müvəkkili Şahid1 məlumatına əsasən Rayonun Arus kəndi yazılan işarənin yanına getmişlər və həmin yerdə Təqsirləndirilən şəxs dayandığını görmüşlər. Şahid1 özünü təqdim etmiş Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və cibindən 10 manat pul və samsung markalı mobil telefon aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasına baxış keçirilmiş, idman çantasından 1 ədəd bel çantası və şokoladlar, onun altında isə sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar aşkar olunmuşdur.Narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 300 qram olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir müqavimət göstərməmiş və narkotik vasitəni özü könüllü təqdim etmişdir.Aşkar edilmiş narkotik vasitə bir bükümdə olmuşdur. Şahid Yardımlı Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid2, şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. (Buna görə də məhkəmə həmin ifadəni təkrarlamağa zərurət görmür.) 2.1.1.2. cinayət işinin materialları
29 oktyabr 2024-cü il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamada şübhəli olduğu üçün 29 oktyabr 2024-cü il tarixdə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu, Arus kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs üstündə fasiləsiz videoçəkiliş vasitəsi ilə yoxlama aparılmış, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əlindəki qara rəngli idman çanatasında narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış, şalvarın cibindən 1 (bir) ədəd 10 manatlıq pul əskinazı və 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasında yoxlanış aparılmış və çantadan 1 (bir) ədəd bel çantası, 1 (bir) ədəd sellofan torbada müxtəlif növ şirniyyat məmulatları və şokoladlar aşkar olunmuşdur. Daha sonra çanatadan1 (bir) ədəd sellofan torba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan torbada nə olduğu soruşulmuş və o, torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 300 qram olmuşdur. Aşkar olunumuş narkotik vasitə qurudulmuş marixunaya oxşar kütlə sellofan torbada qablaşdırılaraq möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Yardımlı Rayon Polis X2 təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli «əşyalara baxış keçirilməsi və onların götürülməsi»ni özündə əks etdirən protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, 29 oktyabr 2024-cü il tarixdə saat 19:41 dəqiqədə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov X3 rayonu Arus kəndi ərazisində saxlanılmış və üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs əlində olan qara rəngli çanatadan 1 ədəd sellofon bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək,1 ədəd sellofon bükümdə qablaşdırılması və ondan 1 (bir) ədəd 10 manatlıq pul əskinazı və 1 (bir) ədəd «Samsung A03» markalı mobil telefon aşkar olunmuş və təhqiqata təqdim edilmişdir. Təqdim edilmiş 1 ədəd zərfə və 1 ədəd 10 manatlıq pul əskinazlarına,1 (bir) ədəd «Samsung A03» markalı mobil telefon və DVD-yə baxış keçirilmiş və götürülmüşdür. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 19:41-də şübhəli şəxs qismində saxlanılmış, saat 21:50-də isə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 19/709 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş marixuanaya oxşar kütlə...» sözlər və imzalar olan bir ədəd bükülüdəki təmiz çəkisi -272,842 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi -272,842 qram, tədqiqata sərf edilmişdir -0,1 qram., qalıq -272,742 qram olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60(altmış) manat müəyyən edilmişdir Yardımlı Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 4(038)-27/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən saat 19:41-dən hesablanması qərara alınmışdır. «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və əlindəki qara rəngli idman çantasında yoxlama aparılan əlindəki qara rəngli idman çantasındakı 1(bir) ədəd sellafon torbadan aşkar edilərək götürülmüş və ekspertiza zamanı tədqiqata sərf olunduqdan sonra qalmış 272,742 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 noyabr 2024-cü il tarixli, 810 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asıllıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. «Sübutların qiymətləndirilməsi haqqında» 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD, əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD, Bakcell MMC-dən daxil olmuş 1 ədəd CD və DİN-nin Baş İnformasiya Kommukasiya İdarəsindən daxil olmuş 1 ədəd CD iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. «Hacıqabul Rayon Mərkəzi Xəstəxanası» X7 19 noyabr 2024-cü il tarixli, 18-1-41/2- 980/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Hacıqabul MRX-nın konsultativ-poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubliksı Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Daha sonra Bakı şəhəri Əzizbəyaov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Daha sonra Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 234.1, 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 dekabr 2008-ci il tarixli hökmü ilə CM-nin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2010-cu il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 sentyabr 2012-ci il tarixli hökmü ilə CM-nin 317- 2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X1 şəhəri, H.Z.Tağıyev küçəsi 85 saylı evdə yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. 2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1.əməlin tövsifi ilə bağlı CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu İİ siyahının 119-cu bəndində qeyd olunmuşdur ki, qurudulmuş marixuananın (kannabis) xeyli miqdarının aşağı həddi 5 qram yuxarı həddi isə 500 qramadək kimi müəyyən edilmişdir. Göründüyü kimi keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Arus kəndi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilən maddə, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadır və onun çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş xeyli miqdarı həddində olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni 272,842 qram xeyli miqdarda olan qurudulmuş marixuananı (kannabis) əldə etməsi, saxlaması və üzərində gəzdirməsi və daşıması özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokol və protokola əlavə edilmiş DVD disk və işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-in 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı
CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, onun törətdiyi cinayət əməlləri hər biri böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunduğuna görə cəza təyini zamanı CM-nin 18.3.1-ci maddəsinin tələbi nəzərə alınmamalı, lakin sonuncu ona ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib bitirdiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən yenidən qəsdən az ağır cinayət törətməsi əməlində cinayətlərin sadə residivini yaradır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar olunmuş narkotik vasitə marixuanın miqdarının şəxsi istehlak miqdarından təxminən 55 dəfə çox olmasını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, cəzasının yüngülləşdirən halın olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələbi baxımından ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmayan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2024-cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Maddi sübut-Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 272,742 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 2 (iki) ədəd DVD, 2 (iki) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalı və 1 (bir) ədəd «Samsung Galaxy A03» markalı mobil telefon sahibinə qaytarılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 272,742 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 2 (iki) ədəd DVD, 2 (iki) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın və 1 (bir) ədəd «Samsung Galaxy A03» markalı mobil telefon sahibinə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X8