Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-5/2023 02.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 1986-ci ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, 22 sentyabr 2006-cı il tarixdə Fizuli-Qubadlı hərbi məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək üzərində 01 il şərti sınaq müddəti təyin edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilmiş, Yardımlı şəhəri H.Əliyev küçəsi ev 220-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM)128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu əsasında kifayət qədər ittiham olunur ondan ötrü ki, o, 11 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Yardımlı şəhərində yerləşən yaşadıqları evdə aralarında ailə münasibətləri zəmnində baş vermiş narazılıq zamanı yumruq və təpiklə arvadı Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs gövdənin arxasının yuxarı hissəsinin sol kürəkarası, sağ kürəkaltı və sağ bud nahiyələrinin qançırları, sol budun yuxarı 1/3-i hissəsinin və sol bud çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 09 dekabr 2022-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs azyaşlı uşaqları ilə birlikdə qaynatası Şahid1 yaşadığı evə getmiş və 11 dekabr 2022-ci il tarixdə saat 19 radələrində evə qayıtmışlar. Həmin vaxt yaşadıqları evin təmirsiz otaqlarından birinə zibil tökdüyü üçün arvadı Zərərçəkmiş şəxs iradlarını bildirmiş və bu səbəblə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Aygün Fərzıyeva ona cavab qaytarmış, odur ki, əsəbləşərək Zərərçəkmiş şəxs sillə ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs atası Allahşükürə zəng edərək döyülməsini bildirmiş və gəlib onmu aparmışlar.Hazırda törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxs üzr istəmiş, o, da onu bağışlamış və barışmışlar. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışmalarına dair ərizəni məhkəməyə təqdim edərək, əməlindən peşman olduğunu nəzərə alaraq, barəsində olan cinayət işinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxsla birgə nikahlarından 2 azyaşlı övladları vardır. 09 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onu və uşaqları Yardımlı şəhəri Ünəç küçəsində yerləşən atası evinə qonaq aparmışdır. Onlar 2 gün atası evində qalmış və 11 dekabr 2022-ci il tarixdə saat 18 radələrində qardaşı Şahid2 idarə etdiyi avtomobillə yaşadıqları evə qaytarmışdır. Onlar evə gedərkən evin ön hissədə olan pəncərənin aşağı hissəsinin divarının qopduğunu görmüş və Zaurdan pəncərənin aşağı hissəsinin qopmasının səbəbini soruşmuş, Zaur da anası Zərifədən pəncərənin aşağı hissəsinin qopmasının səbəbini soruşmuşdur. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Mubahisə vaxtı Təqsirləndirilən şəxs yumruq və təpiklə onun kürək və ayaq nahiyələrinə zərbələr vurmuş və o, aldığı zərbələrdən yerə yıxılmışdır. Həmin vaxt səs-küyə qaynatası X2 gəlmiş və Təqsirləndirilən şəxs qucaqlayaraq evin digər otağına aparmışdır. Daha sonra qaynatası İslam Təqsirləndirilən şəxs mobil telefonunu ona vermiş, o da mobil telefonla atası Şahid1 zəng edərək Zaur tərəfindən döyüldüyünü atasına demişdir. Bir müddət sonra polis əməkdaşları onların yaşadıqları evə gəlmiş və o,polislərlə birlikdə azyaşlı uşaqlarınıda götürərək atası evinə getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ilə barışmalarına dair ərizəsini məhkəməyə təqdim edərək, ərinin ondan üzr istəyib, hərəkətindən peşman olduğunu bildirmiş, Təqsirləndirilən şəxs bağışlayaraq onunla barışdığını, ona dəymiş ziyanı tam ödəməsini, ona qarşı şikayət və tələbi olmadığını bildirərək, barışmalarını nəzərə alıb əri Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X6 rayon MTE və PA şöbəsinin 24 dekabr 2022-ci il tarixli, 79 nömrəli rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər-gövdənin arxasının yuxarı hissəsinin sol kürəkarası, sağ kürəkaltı və sağ bud nahiyələrinin qançırları, sol budun yuxarı 1/3-i hissəsinin və sol bud çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sol kürəkarası, sağ kürəkaltı və sağ bud nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, sol budun yuxarı 1/3-i hissəsinin və sol bud çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi isə dərəcəsinə görə sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Fizuli- Qubadlı Hərbi Məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. 22 sentyabr 2006-cı il tarixdə Fizuli-Qubadlı hərbi məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək üzərində 01 il şərti sınaq müddəti təyin edilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə özünü təqsirli bilir, törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışmışdır. Barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək əri Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən cinayət işi üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş X1 ərzəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir, Təqsirləndirilən şəxs öndan üzr istəmiş və onlar barımışlar 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1,143, 156,1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edililr. CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ər-arvad olmaqla barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin ayrı-ayrılıqda cinayət işinin icraatına xitam verilməsi haqqında xahişlərini nəzərə alaraq belə qərara gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməli və CM-nin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikasının CPM-nin 40.1, 40.2.2, 43.3, 344- 347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə хitam vеrilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(038)-5/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-5/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver