Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-5/2024 29.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1956-cı il tarixdə Yardımlı rayon Soxulcan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Yardımlı rayon Alçabulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yardımlı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Qasımov X5 rayonu “Ə.Y.Xurşudov" adına Alçabulaq kənd tam orta məktəbinin direktoru vəzfəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib oğlu Şahid1 Alçabulaq kənd tam orta məktəbində santexnik vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq 15 noyabr 2021-ci il tarixdə Yardımlı rayonu Alçabulaq kəndi ərazisində 2550 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 1992-ci ildən 2022-ci ilin avqust ayınadək Yardımlı rayon Alçabulaq kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. X2 xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Onun xəstəliyi ilə əlaqədar bütün xərcləri o, çəkmiş, lakin, son dövrdə xəstə qardaşının müalicə xərclərini ödəməkdə çətinlik çəkmişdir. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs oğlu Şahid1 Alçabulaq kənd tam orta məktəbində işə götürməsini ondan xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün Şahid1 məktəbdə işə düzəlməsinə köməklik göstərəcəyini və bunun üçün Zərərçəkmiş şəxs 2550 manat pul almış və iki ay müddətində məsələni həll edəcəyini Zərərçəkmiş şəxs bildirmişdir. Hesab etmişdir ki, həmin müddətdə Sadiqin işə düzəlməsinə köməklik göstərəcək və ya pulu geri qaytaracaqdır. Lakin həmin müddətdə o, Şahid1 işə düzəldə bilməmiş və Zərərçəkmiş şəxs ona verdiyi 2550 manatı geri istəmişdir. Lakin pulu geri qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs barəsində şikayət etmişdir. Hazırda səhvini başa düşüb hərəkətindən peşman olmuş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurduğu maddi ziyanı tam ödəmişdir. Bundan başqa vurduğu ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Ona görə də cinayət təqibinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs X4 dəymiş 2550 manat maddi ziyanı, həmçinin dövlət büdcəsinə dəymiş ziyanın 25 faizini, yəni 638 manat pul ödəməsini nəzərə alaraq barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 göstərdi ki, Yardımlı rayon Teleradio yarımstansiyasında elektrik mexaniki vəzifəsində işləyir. Oğlu Şahid1 İİ Qarabağ müharibəsinin veteranıdır. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə danışaraq, oğlu Sadiqı Alçabulaq kənd tam orta məktəbində işə götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Sadiqi məktəbdə santexnik vəzifəsinə təyin edəcəyinə köməklik göstərəcəyini söz vermiş və bunun üçün ondan 2550 manat pul istəmişdir. O, da 15 noyabr 2021-ci il tarixdə Yardımlı rayonu Alçabulaq kəndində 2550 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Sadiqi işə düzəltmək üçün 2 ay vaxt lazım olduğunu ona bildirmişdir. Lakin həmin müddətdə Təqsirləndirilən şəxs Sadiqi işə düzəlməmişdir. Ona görədə verdiyi pulu geri istəmiş lakin, Ağali hər dəfə bir bəhanə göstərərək pulu qaytarmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb barəsində şikayət etmişdir. X7 barışmış və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, İİ-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Alçabulaq kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs onu onun həmin məktəbində işə düzəltmək adı ilə atasından 2550 manat pul almışdır. Onlar bir müddət gözləsələrdə bir xəbər çıxmadığı üçün atası Təqsirləndirilən şəxs aldı pulu geri qaytarmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirərək pulu verməkdən yayınmışdır. Bundan sonra atası aldadıldığını başa düşüb şikayət etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də, işin faktiki halları ilə tam sübuta yetirildi ki, təqsirləndirilən şəxs Qasımov X5 rayonu “Ə.Y.Xurşudov" adına Alçabulaq kənd tam orta məktəbinin direktoru vəzfəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib oğlu Şahid1 Alçabulaq kənd tam orta məktəbində santexnik vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq 15 noyabr 2021-ci il tarixdə Yardımlı rayonu Alçabulaq kəndi ərazisində 2550 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən CM-nin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Yardımlı Rayon Mərkəzi X3 şəxsin xx.xx.2023-cü il tarixli,12-30 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Sırıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qasımov X5 rayonu, Alçabulaq kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və Ağalı Qasımov ona dəymiş 2550 manat maddi ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. "xxxx" ASC-nin Yardımlı rayon filialının xx.xx.2024-cü il tarixli, 29463 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurduğu ziyanın 25 faizini təşkil edən 638 manat məbləğində pulu X1 hesabına ödəmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı, həmçinin həmin ziyanın 25 faizi dövlət büdcəsinə ödəməsini nəzərə alaraq barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə dəymiş 2550 manat məbləğində maddi ziyanı və həmin ziyanın 25 faizini təşkil edən 638 manatı dövlət büdcəsinə tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsi və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Rеspublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Rеspublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş 2550 manat məbləğində maddi ziyanı və həmin ziyanın 25 faizini təşkil edən 638 manat məbləğində pulu dövlət büdcəsinə tam ödəməsinin, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq barəsində Azərbaycan Rеspublikası CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübüt olan 1 ədəd CD cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikasının CPM-nin 43, 321, 346, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən хitam vеrilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltiziam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübüt olan 1 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №1(038)-5/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-5/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver