Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-5/2025 23.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 sədrliyi, məhkəmə iclasının katibi xx oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Masallı rayonu, Masallı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.7, 120.2.11, 181.3.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audiovideo çəkiliş vasitəsi ilə baxaraq, aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə 02 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Yardımlı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 məxsus Yardımlı şəhəri, Heydər Əliyev prospekti 156 ünvanında yerləşən dükana pəncərənin şüşəsini sındıraraq qanunsuz daxil olmuş, həmin dükandan 15 (on beş) manat dəyərində 1 (bir) ədəd qara rəngli üzərində “X5 Collection” yazıları olan uzunqol köynək, 15 (on beş) manat dəyərində 1 (bir) ədəd qara rəngli üzərində “Noos” yazıları olan papaq, 1 (bir) ədədi 3 (üç) manat olmaqla 12 (on iki) manat dəyərində 4 (dörd) ədəd ağ rəngli üzərində “Ceysan” yazıları olan iç geyimi(mayka), 1 (bir) ədədi 15 (on beş) manat olmaqla 45 (qırx beş) manat dəyərində 3 (üç) ədəd üzərində “KT Kayhanbey” yazıları olan uzunqol klasik köynək, 1 (bir) ədədi 20 (iyirmi) manat olmaqla 40 (qırx) manat dəyərində 2 (iki) ədəd üzərində “Aristokrat” yazıları olan uzunqol klassik köynək, 1 (bir) ədədi 6 (altı) manat olmaqla 24 (iyirmi dörd) manat dəyərində 4 (dörd) ədəd üzərində “Ersa” yazıları olan iç geyimi(mayka), 5 (beş) manat dəyərində 1 (bir) ədəd ağ rəngli üzərində “Enzo” yazıları olan iç geyimi(mayka), 1 (bir) ədədi 6 (altı) manat olmaqla 12 (on iki) manat dəyərində 2 (iki) ədəd üzərində "Ersa" yazıları olan alt geyimi, 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd ağ rəngli üzərində markalanma göstəricisi olmayan üç düymə köynək, 12 (on iki) manat dəyərində 1 (bir) ədəd ağ rəngli üzərində "Armani Junior" yazıları olan uzunqol köynək, 15 (on beş) manat dəyərində 1 (bir) ədəd ağ rəngli üzərində "Davidoff" yazıları olan uzunqol klassik köynək, 16 (on altı) manat dəyərində 1 (bir) ədəd boz rəngli üzərində "Royesh" yazıları olan isti alt geyim(pijama) dəsti, 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd ağ-qırmızı-boz rəngli üzərində markalanma göstəricisi olmayan uşaq şalvarı(pijama), 16 (on altı) manat dəyərində 1 (bir) ədəd üzərində "Tommy Hilfiger" yazıları olan uşaq şalvarı(cins), 17 (on yeddi) manat dəyərində 1 (bir) ədəd üzərində "X7" yazıları olan uşaq şalvarı(cins), 5 (beş) manat dəyərində 1 (bir) ədəd üzərində "X9" yazıları olan alt geyim, 5 (beş) manat dəyərində 1 (bir) ədəd ağ rəngli üzərində "Berrak" yazıları olan iç geyimi (mayka), 4 (dörd) manat dəyərində 1 (bir) ədəd üzərində markalanma göstəricisi olmayan uşaq şortiki(cins), 20 (iyirmi) manat dəyərində 1 (bir) ədəd üzərində "X8" yazıları olan uzunqol köynək, 01 (bir) ədədi 3 (üç) manat olmaqla 6 (altı) manat dəyərində 02 (iki) ədəd ağ rəngli üzərində "Prens Underwear" yazıları olan iç geyimi (mayka), 17 (on yeddi) manat dəyərində 1 (bir) ədəd üzərində "X6 1982" yazıları olan şalvar(cins), 23 (iyirmi üç) manat dəyərində 1 (bir) ədəd üzərində "Haqi Jean" yazıları olan şalvar(cins), 23 (iyirmi üç) manat dəyərində 1 (bir) ədəd üzərində "Zaragon" yazıları olan şalvar, 14 (on dörd) manat dəyərində üzərində "Fireprake" yazıları olan uşaq üçün nəzərdə tutulmuş idman ayaqqabısı, 30 (otuz) manat dəyərində 1 (bir) ədəd qara rəngli parça materialından olan "YuRongFu" markalı, uşaq üçün gödəkçə, 40 (qırx) manat dəyərində 1 (bir) ədəd qara rəngli parça materialından olan üzərində "Jdyg" yazıları olan zəncirbəndlə açılıb-bağlanan gödəkçə, 25 (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd üzərində markalanma göstəricisi olmayan zəncirbəndlə açılıb-bağlanan uşaq üçün gödəkçə, 15 (on beş) manat dəyərində 1 (bir) ədəd qara rəngli, üzərində "Nike" yazıları olan zəncirbəndlə açılıb-bağlanan tutacaqlı bel çantası, 17 (on yeddi) manat dəyərində 1 (bir) ədəd üzərində "D&G Dolce&Gabbana" yazıları olan şalvar(cins), 1 (bir) ədədi 23 (iyirmi üç) manat olmaqla 46 (qırx altı) manat dəyərində 2 (iki) ədəd üzərində "Dolce&Gabbana" yazıları olan şalvar(cins), 23 (iyirmi üç) manat dəyərində 1 (bir) ədəd üzərində "Philipp Plein" yazıları olan şalvar(cins), 20 (iyirmi) manat dəyərində 1 (bir) ədəd üzərində "Yakari" yazıları olan şalvarı(cins) gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 627 (altı yüz iyirmi yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə 03 noyabr 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən “OBA Yardımlı 1” mağazasının arxa giriş qapısına zor tətbiq edərək kilidini deformasiyaya uğratmaqla qanunsuz daxil olmuş, oradan 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 52 (əlli iki) manat dəyərində 20 (iyirmi) qutu "ARGO KS BLUE" markalı, 1 (bir) qutusu 2,40 (iki manat qırx qəpik) manat olmaqla 24 (iyirmi dörd) manat dəyərində 10 (on) qutu "ARGO KS RED" markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 15,60 (on beş manat altmış qəpik) manat dəyərində 6 qutu "ARGO NANO SWEET" markalı, 1 (bir) qutusu 2,40 (iki manat qırx qəpik) manat olmaqla 86,40 (səksən altı manat qırx qəpik) manat dəyərində 36 (otuz altı) qutu "BAKİ KS" markalı, 1 (bir) qutusu 3,30 (üç manat otuz qəpik) manat olmaqla 33 (otuz üç) manat dəyərində 10 (on) qutu "CARDİNAL CASTEL NANO" markalı, 1 (bir) qutusu 3,30 (üç manat otuz qəpik) manat olmaqla 23,10 (iyirmi üç manat on qəpik) manat dəyərində 7 (yeddi) qutu "CARDİNAL SİLVER NANO" markalı, 1 (bir) qutusu 4,50 (dörd manat əlli qəpik) manat olmaqla 40,50 (qırx manat əlli qəpik) manat dəyərində 9 (doqquz) qutu "DUNHİLL GOLDEN AROMA" markalı, 1 (bir) qutusu 2,80 (iki manat səksən qəpik) manat olmaqla 56 (əlli altı) manat dəyərində 20 (iyirmi) qutu "İMPERİAL CLASSİC QS SİLVER" markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 52 (əlli iki) manat dəyərində 20 (iyirmi) qutu "KENO COMPACT BLUE" markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 44,20 (qırx dörd manat iyirmi qəpik) manat dəyərində 17 (on yeddi) qutu "KENO NANO NİGHT " markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 101,40 (yüz bir manat qırx qəpik) manat dəyərində 39 (otuz doqquz) qutu "KENO NANO PLATİNUM" markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 7,80 (yeddi manat səksən qəpik) manat dəyərində 3 (üç) qutu "KENO NANO ROYAL" markalı, 1 (bir) qutusu 4,20 (dörd manat iyirmi qəpik) manat olmaqla 42 (qırx iki) manat dəyərində 10 (on) qutu "KENT 8" markalı, 1 (bir) qutusu 4,20 (dörd manat iyirmi qəpik) manat olmaqla 29,40 (iyirmi doqquz manat qırx qəpik) manat dəyərində 7 (yeddi) qutu "KENT NANO 4" markalı, 1 (bir) qutusu 2,50 (iki manat əlli qəpik) manat olmaqla 50 (əlli) manat dəyərində 20 (iyirmi) qutu "KİNGSTON SİLVER" markalı, 1 (bir) qutusu 3,60 (üç manat altmış qəpik) manat olmaqla 93,60 (doxan üç manat altmış qəpik) manat dəyərində 26 (iyirmi altı) qutu "LD CLUB KSSS PLATİNUM" markalı, 1 (bir) qutusu 3,40 (üç manat qırx qəpik) manat olmaqla 40,80 (qırx manat səksən qəpik) manat dəyərində 12 (on iki) qutu "LD COMPACT WHİTE" markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 83,20 (səksən üç manat iyirmi qəpik) manat dəyərində 32 (otuz iki) qutu “MAGNA NANO SİLVER" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 31 (otuz bir) manat dəyərində 10 (on) qutu "PALL MALL AM NİGHTS QARAĞAT" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 43,40 (qırx üç manat qırx qəpik) manat dəyərində 14 (on dörd) qutu "PALL MALL NANO SİLVER" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 31 (otuz bir) manat dəyərində 10 (on) qutu "ROTHMANS BLUE" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 31 (otuz bir) manat dəyərində 10 (on) qutu "ROTHMANS CLİCK AMBER" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 34,10 (otuz dörd manat on qəpik) manat dəyərində 11 (on bir) qutu "ROTHMANS SİLVER" markalı, 1 (bir) qutusu 4,50 (dörd manat əlli qəpik) manat olmaqla 45 (qırx beş) manat dəyərində 10 (on) qutu "SOBRANİE KS BLUE" markalı, 4,50 (dörd manat əlli qəpik) manat dəyərində 1 (bir) qutu "SOBRANİE KS WHİTE" markalı, 4,50 (dörd manat əlli qəpik) manat dəyərində 1 (bir) qutu “SOBRANİE KSS BLUE" markalı, 1 (bir) qutusu 4,50 (dörd manat əlli qəpik) manat olmaqla 27 (iyirmi yeddi) manat dəyərində 6 (altı) qutu "SOBRANİE KSS CASTER" markalı, 4,50 (dörd manat əlli qəpik) manat dəyərində 1 (bir) qutu "SOBRANİE KSSS BLACK" markalı, 1 (bir) qutusu 4,50 (dörd manat əlli qəpik) manat olmaqla 40,50 (qırx manat əlli qəpik) manat dəyərində 9 (doqquz) qutu "SOBRANİE KSSS BLUE" markalı, 1 (bir) qutusu 4,50 (dörd manat əlli qəpik) manat olmaqla 45 (qırx beş) manat dəyərində 10 (on) qutu "SOBRANİE KSSS WHİTE" markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 26 (iyirmi altı) manat dəyərində 10 (on) qutu "VİCEROY N-SERİES BLUE" markalı, 1 (bir) qutusu 2,60 (iki manat altmış qəpik) manat olmaqla 5,20 (beş manat iyirmi qəpik) manat dəyərində 2 (iki) qutu "VİCEROY N-SERİES SİLVER” markalı, 2,90 (iki manat doxsan qəpik) manat dəyərində 1 (bir) qutu "WEST SİLVER " markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 37,20 (otuz yeddi manat iyirmi qəpik) manat dəyərində 12 (on iki) qutu "WİNCHESTER COMPACT BLUE" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 46,50 (qırx altı manat əlli qəpik) manat dəyərində 15 (on beş) qutu "WİNCHESTER COMPACT SİLVER" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 34,10 (otuz dörd manat on qəpik) manat dəyərində 11 (on bir) qutu "WİNCHESTER KS SS BLUE" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 40,30 (qırx manat otuz qəpik) manat dəyərində 13 (on üç) qutu "WİNCHESTER KSS SİLVER" markalı, 1 (bir) qutusu 4 (dörd) manat olmaqla 56 (əlli altı) manat dəyərində 14 (on dörd) qutu "WİNSTON XS SİLVER" markalı, 1 (bir) qutusu 4 (dörd) manat olmaqla 28 (iyirmi səkkiz) manat dəyərində 7 (yeddi) qutu "WİNSTON XSTYLE BLUE" markalı, 1 (bir) qutusu 4 (dörd) manat olmaqla 20 (iyirmi) manat dəyərində 5 (beş) qutu "WİNSTON XSTYLE CASTER" markalı, 1 (bir) qutusu 4 (dörd) manat olmaqla 76 (yetmiş altı) manat dəyərində 19 (on doqquz) qutu "WİNSTON XSTYLE COMPACT SİLVER" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 31 (otuz bir) manat dəyərində 10 (on) qutu "X7 COMPACT AROMA MİX" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 31 (otuz bir) manat dəyərində 10 (on) qutu "X7 COMPACT BLUE" markalı, 1 (bir) qutusu 3,10 (üç manat on qəpik) manat olmaqla 27,90 (iyirmi yeddi manat doxsan qəpik) manat dəyərində 9 (doqquz) qutu "X7 COMPACT SİLVER" markalı siqaretləri gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 1678,60 (min altı yüz yetmiş səkkiz manat altmış qəpik) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və və bununlada da o, CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri
Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, cəzaçəkmə müssisəsindən çıxdığı 1 il 7 ay müddətində iş axtaran kimi bir çox təşkilata, Yardımlı Rayon İcra Hakimiyyətinə, Su idarəsinə, Yaşıllaşdırma idarəsinə, Məşğulluq mərkəzinədə müraciət etsədə iş tapa bilməmişdir. Dəfələrlə qəbullarda olmuşdur. Anası xəstədir, onun dərmanlarını aptekdən nisyə alır. Cinayət hadisəsini maddi imkansızlıqdan və sərxoş halda törətmişdir. Götürdüyü əmlaklara hara qoymasını unutmuşdur. Həmçinin Təqsirləndirilən şəxs göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 5 ünvanında yaşayır. İşsizdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.7, 120.2.11, 181.3.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2023-cü il aprel ayında isə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olmuş, həmin vaxt Yardımlı şəhəri ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus dükandan oğurluq etmək qərarına gəlmişdir. Həmin tarixdə evdən çıxaraq piyada Zərərçəkmiş şəxs1 məxsus dükana doğru hərəkət etmişdir. Yolda olarkən Zərərçəkmiş şəxs2 MMC-nin “Oba Yardımlı-1” mağazasını görmüş və oradan da oğurluq etməyə qərar vermişdir. Həmin tarixdə saat 22 radələrində “OBA” marketin aşağı mərtəbəsində yerləşən çayxananın arxasına getmişdir. “OBA” marketə arxa giriş qapısından girməyi planlaşdırmışdır. Əvvəllər həmin marketdə olduğu üçün çayxananın arxasında yerləşən kameranın marketə qalxan dəmir pilləkanları çəkdiyini bilmişdir. Orada yerləşən kameranın görüntü istiqamətini dəyişdirərək pilləkanların videogörüntüsünü qeydə almamasını təmin etmişdir. “OBA” marketin gec saatlarda bağlandığını bilmiş, bu səbəbdən orada kimlərinsə ola biləcəyini düşünüb ilk öncə Zərərçəkmiş şəxs1 məxsus dükandan oğurluq etməyi qərarlaşdırmışdır. Həmin dükana gedərək onun arxa hissəsinə keçmişdir. Dükanın arxa hissəsindəki plastik materialdan olan pəncərəsini daşla vuraraq sındırmışdır. Sonra həmin balaca pəncərədən dükana daxil olmuşdur. Dükandan müxtəlif markada və sayda kişi, qadın və uşaq geyimlərini oğurlayaraq dükana daxil olduğu pəncərədən çölə atmışdır. Sonra özü də dükandan çölə çıxmışdır. Oğurladığı geyim əşyalarının bir qismini özü ilə gətirdiyi 1 (bir) ədəd ağ rəngli və 1 (bir) ədəd qara rəngli kisələrə, eyni zamanda həmin dükandan oğurladığı 1 (bir) ədəd qara rəngli bel çantasına yığmışdır. Sonra həmin əşyaları piyada yaşadığı evə apararaq evin 2-ci mərtəbəsində gizlətmişdir. Daha sonra “OBA” marketdən oğurluq etmək məqsədi ilə piyada geri qayıtmışdır. Bir müddət gəzdikdən sonra ətrafda heç kimin olmadığını görüb marketə girməyi qərarlaşdırmışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində çayxananın arxasında yerləşən dəmir pilləkanlarla yuxarı qalxıb “OBA” marketin arxa giriş qapısına yaxınlaşmışdır. Qapı plastikdən olduğu üçün onu asanlıqla açacağını bilmişdir. Həmin qapını biraz irəli-geri hərəkət etdirdikdən sonra kilidi boşalmışdır. Qapını yarı aralıyıb arxasında yerləşən karton qutudan siqaret qutularını götürmüşdür. Həmin siqaret qutularını yaxınlıqda qoyduğu daha iri həcmli bir qutuya yığmışdır. Təkrar geri qayıdaraq müxtəlif saatlarda 3 (üç) dəfə eyni qaydada oradan siqaret qutularını götürüb həmin iri həcmli qutuya yığmışdır. Siqaretləri oradan piyada yaşadığı evin yuxarısında meyvətərəvəz satmaq üçün tikdiyi yarım tikliyə yığıb geri qayıtmışdır. Saat 3-4 radələrində təkrar arxa giriş qapısından “OBA” marketə daxil olmaq istəyən zaman siqnalizasiyanın işə düşdüyünü görüb oradan uzaqlaşıb, siqaretləri yığdığı yarım tikiliyə gəlmişdir. Orada bir müddət gözləmişdir. Daha sonra saat təxminən 06 radələrində yoldan avtomobil keçdiyini görüb həmin avtomobilə durması üçün işarə vermişdir. İçərisində siqaretlər olan qutuları həmin avtomobilə qoyub Masallı rayonuna yola düşmüşdür. Oradan isə Cəlilabad rayonu Göytəpə şəhərinə getmişdir. Həmin müddətdə nə iş gördüyünü, siqaretləri kimə satdığını və ya verdiyini xatırlamır. Daha sonra yenidən Yardımlı rayonuna geri qayıtmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşiman olmasını, Zərərçəkmiş şəxs1 dükanından götürdüyü əmlakları geri qaytarmasını, anasının xəstə olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 göstərdi ki, hadisə törədilən vaxt o, səhəti ilə əlaqədar Bakı şəhərində olmuş və hadisəni eşitdikdən sonra geri qayıtmışdır. ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmçinin dükanından Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar tam şəkildə ona qaytarıldığı üçün Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yardımlı şəhəri, H.Əliyev prospekti 156 ünvanında yerləşən paltar dükanını işlədir. Həmin dükanda kişi, qadın və uşaq geyimləri satır. Hadisə baş verməmişdən təxminən 20 gün əvvəl şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Dükana nəzarət etməyi atası Şahid1 tapşırmışdır. Atası da dükana nəzarət etmişdir. 04 noyabr 2024-cü il tarixdə saat 08:30 radələrində atası onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq dükanda oğurluq edildiyini bildirmişdir. O da dərhal Bakı şəhərindən çıxaraq Yardımlı rayonuna gəlmişdir. Dükanda olan təhlükəsizlik kamerasına baxdıqda oğurluq edən şəxsin Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Dükanı müşahidə etdikdə dükanın arxa hissəsində olan plastik pəncərənin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Ona məxsus dükandan təxminən 600-700 manat dəyərində 1 ədəd “X5 COLLECTİON” markalı uzunqol köynək, 1 ədəd “NOOS” markalı papaq, 4 ədəd “Ceysan” markalı mayka, 3 ədəd “KAYHANBEY” maraklı uzunqol köynək, 2 ədəd “Aristokrat” markalı uzunqol köynək, 3 ədəd “Ersa” markalı mayka, 1 ədəd “Ersa” markalı mayka, 1 ədəd “ENZO” markalı mayka, 2 ədəd “Ersa” markalı trusi, 1 ədəd ön hissəsində 3 ədəd düyməsi olan və markası olmayan ağ rəngli uzunqol köynək, 1 ədəd “ARMANİ JUNİOR” markalı uzunqol köynək, 1 ədəd “DAVİDOFF” markalı uzunqol köynək, 1 ədəd “Royesh” markalı pijama dəsti, 1 ədəd markası olmayan üzərində ağ-qırmızı-boz rəngli zolaqları olan şalvar, 1 ədəd “TOMMY HİLFİGER” marakalı uşaq şalvar, 1 ədəd “X7” marakalı uşaq şalvarı, 1 ədəd “BOXER” markalı trusi, 1 ədəd “Berrak” markalı mayka, 1 ədəd markası olmayan cins materialdan hazırlanmış uşaq şortiki, 1 ədəd “Törkoğlu” markalı uzunqol köynək, 1 ədəd “PRENS” markalı mayka, 1 ədəd “Mtxmus Dutit” markalı şalvar, 1 ədəd “HAQİ JEAN” markalı cins şalvar, 1 ədəd “ZARAGON” markalı şalvar, 1 ədəd “Fireprake” markalı uşaq üçün idman ayaqqabısı, 1 ədəd “YuRongFu” markalı uşaq üçün gödəkçə, 1 ədəd “JDYG” markalı gödəkçə, 1 ədəd “PRENS” markalı mayka, 1 ədəd üzərində markası olmayan uşaq üçün gödəkçə, 1 ədəd “NİKE” markalı bel çantası, 1 ədəd “D&G” markalı şalvar, 2 ədəd “DOLCE&GABBANA ” markalı cinsi şalvar, 1 ədəd “PHİLİPP PLEİN” markalı cins şalvar, 1 ədəd “YAKARİ” markalı cins şalvar oğurlanmışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini və göndərdiyi mülki iddanın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2n nümayəndəsi Nümayəndə mülki iddasını məhkəmə öz icraatına qəbul etmişdir. Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2n Yardımlı Rayon Filialında satıcı işləyir. Satıcı olmadığına görə marketi hər gün o, açır və bağlayır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində işə gəlmişdir. Marketə daxil olarkən hadisəni görüb müdiriyyətə məlumat vermiş, müdiriyyətdə bölgə müdirinə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir.
2.1.1.2. cinayət işinin materialları
«Hadisə yerinə baxış keçirilməsi haqqında» 03 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, OBA MARKET» Məhdud Məsuliyyətli Cəmiyyətin ünvan 7 ünvanında yerləşən marketdən oğurluq edilməsi faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Həmin tikili iki mərtəbəlidir.Tikilinin birinici mərtəbəsində fəaliyyət göstərən çayxananın təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülərdə həmin dükandan oğurluq edən şəxsin Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülər 1 (bir) ədəd DVD-yə köçürülərək hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus geyim dükanının təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülərdə həmin dükandan oğurluq edən şəxsin Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülər 1 (bir) ədəd DVD-yə köçürülərək hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmişdir. «Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. Yardımlı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 4(038)-28/2024 nömrəli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 3 ay həddində «həbs» qətimkan seçilmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-11860/2024 nömrəli məktubundan görünür ki, Yardımlı şəhəri, Heydər Əliyev prospekti 160-da yerləşən “Oba” marketlər şəbəkəsinin Yardımlı rayon filialında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 07 noyabr 2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Yardımlı PRŞ-dən daxil olan) xx.xx.1971-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi (dükanın arxa qapısının çöl tərəfindən götürülmüş iz) ilə, 01 ədədi isə (ADİS-in məlumat bankına Yardımlı RPŞ-dən zərərçəkmiş şəxs qismində daxil olan) xx.xx.1985-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Şahid2 sol əlinin orta barmağının əksi (dükanın arxa qapısının çöl tərəfindən götürülmüş iz) ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-11883/2024 nömrəli məktubundan görünür ki, Yardımlı şəhəri, Heydər Əliyev prospekti 156 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs1 məxsus geyim dükanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 07 noyabr 2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Yardımlı PRŞ-dən daxil olan) xx.xx.1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta və sol əlinin böyük barmağlarının (dükanın arxa pəncərəsinin şüşəsinin qırıntısından götürülmüş) əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının 09 dekabr 2024-cü il tarixli, 24/1760 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus H.Əliyev prospekti 160-da yerləşən "OBA Yardımlı 1" mağazasında bas vermiş oğurluq və xx.xx.2024-cü il tarixdə Yardımlı şəhəri, H.Əliyev prospekti 156 ünvanında yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus geyim dukanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerlərinin müayinəsi zaman götürülərək tadqiqata təqdim edilmiş, 02 ədəd zərfə qoyulmuş, ümumilikdə 07 ədəd ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsiyi üzərində olan 05 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl izi xx.xx.1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta, sol əlinin böyük və orta barmaqlarının əksləri ilə, 02 ədəd əl izi isə xx.xx.1985-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Şahid2 sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 dekabr 2024-cü il tarixli 19/728 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların təzə vəziyyətdə 2024cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 547,00 manat, təqdim edilməmiş malların 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1678,60 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda olan malların satışı barədə yerli internet saytlarında məlumat olmadığından qiymətini müəyyən etmək mümkün olmadı və üzərində "Fireprake" yazıları olan uşaq idman ayaqqabısının tək tay olaraq satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80(səksən) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə CM-nin 120.2.7, 120.2.11, 181.3.3, 177.2.2 və 177.2.3 -cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. «Subutların qiymətləndirilməsi haqqnda» 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın 6-cı bəndində göstərilmiş istintaq zamanı hadisə yerinə baxış keçirilən zaman götürülmüş əl-barmaq izləri, hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2n «Oba Yardımlı-1» mağazasının, həmin mağazanın yerləşdiyi binanın birinci mərtəbəsində fəaliyyət göstərən çayxananın və Zərərçəkmiş şəxs1 məxsus geyim dükanının təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD, DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd CD və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD işüzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X3 11 noyabr 2024-cü il tarixli, 304 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2n nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddiadan görünür ki. Təqsirləndirilən şəxs 1678 manat 60 qəpik məbləində dəymiş ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 manat 40 qəpiyin, ümumilikdə 1709 manat məbləğinin sonuncudan tutularaq Zərərçəkmiş şəxs2nə ödənilməsini xahiş edir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, mülki iddianın verilməsi üçün Zərərçəkmiş şəxs2 tərəfindən 23 yanvar 2025-ci il tarixdə 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir.(Mədaxil qəbzi **********, xx.xx.2025) Zərərçəkmiş şəxs1 23 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır,ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Ərizəsi nəzərə alınaraq Təqsirləndirilən şəxs köməklik göstərilməsini xahiş edir. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 06 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1950-ci ildə doğulmuş anası Mələk Yunusova ilə birlikdə ünvan 8 ünvanında yaşamışdır və yaşadığı ərazidə müsbət xarakterizə edilir.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1.əməlin tövsifi ilə bağlı
CM-nin 177-ci maddəsinə əsasən: 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.3. Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.4. Bu Məcəllənin 177.1-177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə - on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeyd hissəsindən görünür ki;
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
3. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla gizli yolla talama, yəni oğurluq cinayətini törətmişdir. CM-nin 177.1-ci maddəsinə görə özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin tərkibini yaradır. Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin dispozisiyasına görə isə təkrar və saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlaməti hesab olunur, CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinin tələbi baxımından oğurluq cinayətinin təkrar və saxlanc yerlərinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə 100 manatdan artıq məbləğdə ziyan vurulması halında həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi yaranmış olur. Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspertiza rəyləri və yuxarıda adları çəkilən digər mötəbər sübutlarla tam təsdiq olunur. Vurulmuş ziyanın məbləğindən də görünür ki, törədilmiş hər bir cinayət üzrə vurulmuş zərərin məbləği 100 manatdan artıq olmuşdur. Beləliklə, törədilmiş əməl CM-in 177.2.2 və 177.2.3-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. 2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı
CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən, yəni zərərçəkmiş şəxslərdən yalnız birinə vurulmuş ziyanı tam ödənilməsini CM-nin 59.1.14-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələbi baxımından ona CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan həddə cəzanın təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2024-cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur.
2.2.3. mülki iddia, məhkəmə xərcləri və maddi sübutlarla bağlı
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə edə bilər. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş verilmiş mülki iddiadan görünür ki, zərərçəkmiş şəxs oğurluq cinayət nəticəsinə ona vurulmuş zərərə görə Təqsirləndirilən şəxs 1678 manat 60 qəpik məbləğində pul vəsaiti tələb etmiş və mülki iddianın verilməsinə görə dövlət rüsumu kimi 30 manat 40 qəpik məbləğində pul vəsaiti ödəmişdir. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan hüquq normasının tələbi baxımından Zərərçəkmiş şəxs2 MMC 1678,60 manat məbləğində pul tələbinə görə iddia verilməsi üçün 36,80 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından mülki iddiaçı qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Odur ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2n nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs2nə dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Maddi sübut - Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 2 ədəd DVD, 2 ədəd CD və içərisində 8 ədəd hadisə yerindən götürülmüş əl-barmaq izləri olan 2 ədəd zərf iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınmalıdır.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- 2 ədəd DVD, 2 ədəd CD və içərisində 8 ədəd hadisə yerindən götürülmüş əl-barmaq izləri olan 2 ədəd zərf iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2n nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və sonuncuya vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X4