Məhkəmə qərarları › İş №1(038)-6/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-6/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-6/2023 20.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X28 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Müdafiəçilər-Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə. xx xxxxxx 1991-ci ildə Yardımlı rayonu Arvana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Arvana kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyi 450 qəsəbəsində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 318.2, 318-1.1 və 228.4-cü maddələri ilə, xx xxxxx 1970-ci ildə Yardımlı rayonu Arvana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Yardımlı rayonu Arvana kənd tam orta məktəbində müəllim vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Arvana kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xdmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,318.1, 32.5,318.2 və 318-1.1-ci maddələri ilə, xx xxxxxx 1971-ci ildə Əfqanıstan İslam Respublikası Javzjan şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikası Javzjan şəhərində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, xx.xx.1980-ci ildə Əfqanıstan İslam Respublikası Sare-pul şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikası Javzjan şəhərində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, bundan başqa qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməklə əcnəbi vətəndaşların Azərbaycan Respublikasına qanunsuz gəlməsini və qalmasını təşkil etmiş (qanunsuz miqrasiyanı təşkil etmiş), bundan başqa qanunsuz olaraq soyuq silahı əldə etmiş və üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Seyid Əmin adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əcnəbi vətəndaşların İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmələri və qalmalarını təşkil etmək barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılıq əldə etmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, həmin şəxsləri İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmək məqsədilə 19 iyun 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 24cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, orada Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə görüşərək sonuncularla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyun 2022-ci il tarixdə saat 01 radələrində təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, daha sonra həmin şəxsləri cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Yardımlı rayonu Arvana kəndindəki evinə aparmaqla sonuncuya təhvil verərək özü Bakı şəhərinə qayıtdıqdan sonra İsayev X5 İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Bakı şəhərinə yola salmış, bundan sonra o, sonuncuları qarşılayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi 450 ünvanındakı yaşadığı evinə aparmış, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3in qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmələrini və qalmalarını təşkil etmiş (qanunsuz miqrasiyanı təşkil etmiş), keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə saxlanılmışdır. Bundan əlavə o, soyuq silah hesab edilən, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını istintaqa məlum olmayan şəxsdən, istintaqa məlum olmayan vaxtda və yerdən qəsdən qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 20 iyun 2022-ci il tarixdə saxlanıldıqdan sonra həmin bıçaq onun üzərindən aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.1, 318.2, 318-1.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməyə görə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2, İran İslam Respublikası vətəndaşı X9 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməsinə qabaqcadan vəd etməklə qəsdən köməklik etmiş, bundan başqa İran İslam Respublikası vətəndaşı X9 və Türkiyə Respublikası vətəndaşı Çalık Mehmetin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmələrinə qabaqcadan vəd etməklə təkrarən qəsdən köməklik etmiş, bundan başqa tanışı Təqsirləndirilən şəxs1 Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmələrinə qabaqcadan vəd etməklə təkrarən qəsdən köməklik etmiş, həmçinin əcnəbi vətəndaşların Azərbaycan Respublikasına qanunsuz gəlmələrini və qalmalarını təşkil etmişdir, (qanunsuz miqrasiyanı təşkil etmişdir). Belə ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin noyabr ayında tamah məqsədilə İran İslam Respublikası vətəndaşı X9 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qəsdən qanunsuz olaraq keçməsinə öz məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmək və onu yaşadığı Yardımlı rayonu, Arvana kəndində yerləşən evində gizlədəcəyi barədə qabaqcadan vəd etməklə həmin cinayətdə köməkçi qismində iştirakçılıqla bağlı razılıq əldə edib cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Yousef Khodadad 2021-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət- buraxılış məntəqəsindən kənarda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə qanunsuz keçərək qabaqcadan vəd edilmiş köməkliyə əsasən onun Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gəlmiş, o, X7rşılayaraq gizlədib gecəni evində saxlamış, növbəti gün o, Yousef Khodadadı cinayətdən xəbərsiz olan qohumu və həmkəndlisi X8 ilə Bakı şəhərinə yola salmış, 2021ci ilin noyabr ayının sonlarında istintaqa məlum olmayan tarixdə X19 rayonunda yenidən qarşılamış, yaşadığı Yardımlı rayonu Arvana kəndində yerləşən evinə aparmış və həmin tarixdə sonuncu Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqəsindən kənarda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasına qanunsuz keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, 2021-ci ilin dekabr ayında tamah məqsədilə İran İslam Respublikası vətəndaşı X14 və Türkiyə Respublikası vətəndaşı Çalık Mehmetin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qəsdən qanunsuz olaraq keçmələrinə öz məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmək və onları yaşadığı Yardımlı rayonu, Arvana kəndində yerləşən evində gizlədəcəyi barədə qabaqcadan vəd etməklə həmin cinayətdə köməkçi qismində iştirakçılıqla bağlı razılıq əldə edib cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, 2022-ci ilin yanvar ayının əvvəllərində qabaqcadan vəd etdiyi kimi Yousef Khodadad və Çalık Mehmetlə mobil telefonda danışaraq sərhədi nə vaxt qanunsuz keçmələrinin daha uyğun olacağı ilə bağlı məsləhətlərini vermiş, aralarında olan razılaşmaya uyğun olaraq Yousef Khodadad və Çalık Mehmet 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə qanunsuz keçmiş, qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq onun Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gəlmiş, o, Yousef Khodadı və Çalık Mehmeti qarşılayaraq gizlədib gecəni evində saxlamış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında isə cinayətdən xəbərsiz olan qohumu və həmkəndlisi X3 idarə etdiyi "Niva" markalı **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yousef Khodadad və X27 rayonuna yola salmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 2022-ci ilin iyun ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının ərazisində yaşayan şəxsiyyəti istintaqa Seyid Əmin adı ilə məlum olan şəxs və qeyriləri ilə əcnəbi vətəndaşların İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmələri və qalmalarını təşkil etmək barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib razılıq əldə etmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxsləri qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirməsi üçün Təqsirləndirilən şəxs1 maneəsiz dövlət sərhədini keçməsi və qaranlıqda yolu və əcnəbi vətəndaşları müşayiət edə bilməsi məqsədilə qabaqcadan vəd etdiyi köməkliyi göstərərək Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində tanımadığı şəxsdən gecəgörmə cihazı götürməsini tapşırmış, sonuncu 19 iyun 2022-ci il tarixdə gecə saatlarında Cəlilabad rayonuna gedərək tanımadığı “Mercedes-Benz E-class” markalı avtomobillə gəlmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qara rəngli “REEBOK” markalı çantada gecəgörmə cihazını götürərək taksi ilə Yardımlı rayonunun Arvana kəndinə getmiş, oradan da, həmin gün saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə görüşərək sonuncularla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyun 2022-ci il tarixdə saat 01 radələrində təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıdaraq həmin şəxsləri onun Yardımlı rayonu Arvana kəndindəki evinə gətirərək təhvil vermiş, o, həmin Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 evində saxlamaq və növbəti gün Bakı şəhərinə yola salmaqla sonuncuların ölkəyə qanunsuz gəlmələrini və qalmalarını təşkil etmişdir (qanunsuz miqrasiyanı təşkil etmişdir). Bu əməllərinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,318.1, 32.5,318.2 və 318-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı Təqsirləndirilən şəxs4 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 20 iyun 2022-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittiham verilmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əri Təqsirləndirilən şəxs3 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 20 iyun 2022-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Əfqanistan İslam Respublikası vətəndaşları olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvəllər tanımamışdır, Təqsirləndirilən şəxs2 ilə həmkəndlidir, anasının dayısı oğludur. Təqribən 2022-ci ilin aprel ayında istifadəsində olan mobil nömrəsinə Seyid Əmin adlı şəxs İran İslam Respublikası mobil telefon şəbəkəsinə məxsus mobil nömrə ilə zəng edərək pul müqabilində İran İslam Respublikasından Azərbaycan Respublikasına sərhəddən qanunsuz əcnəbi vətəndaşları keçirməyə köməklik etməsini təklif etmiş və buna görə ona 200 manat pul verəcəyini vəd vermişdir. O, əvvəlcə Seyid Əmin adlı şəxsin təklifini rədd etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Seyid Əmin gün ərzində bir neçə dəfə ona “WhatsApp” sosial şəbəkəsi proqramı vasitəsilə zəng edərək 200 manat pul müqabilində İİR-dən qeyri-qanuni yolla Azərbaycan Respublikasına keçən 4 nəfər X6 vətəndaşını Yardımlı rayonunun Arvana kəndində qarşılamasını, Təqsirləndirilən şəxs2 da bu məsələdən məlumatlı olduğunu bildirmişdir. O, kənd yaxınlığında olan, sərhəddən 5-6 kilometrə qədər uzaq olan 3x5 metr ölçüdə, üstü örtülü olan “Pir” adlandırılan tikili ziyarətgahın yanında Ənvərlə qarşılamışdır. Həmin türbənin təxminən 50 metrliyində Arvana kənd sakini X4 məxsus, hündürlüyü təqribən 1 metr olan tikanlı məftillə hazırlanmış torpaq sahələri vardır. O, Ənvərlə birlikdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 uşaqları ilə türbənin yaxınlığında olmalarını görmüşlər. Gecəni Ənvərgildə qalmışlar, səhəri günü taksi fəaliyyəti ilə məşğul olan Rövşənin idarə etdiyi maşınla Masallı rayonuna gəlmişlər. O, oradan Bakı şəhərinə getmişdir. Bakı şəhərində Seyid Əmin adlı şəxsin deməsi ilə “Koroğlu” metrosunun yanında qırmızı rəngli “Toyota” markalı avtomobilin sürücüsü ilə görüşmüşdür. Həmin avtomobildə Əfqanistan İslam Respublikası vətəndaşları da olmuşdur. Onlar birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi “Şuşa şəhərciyi 450” qəsəbəsində yerləşən “Qəbələ” kafesinin yanına gəlmişlər. Avtomobil orada dayanmış, o, isə bir qədər aralıda olan evinə getmişdir. Evdə paltarlarını dəyişib qayıtmış və avtomobilə yaxınlaşanda DTX-nin əməkdaşları onları saxlamışlar. Orada onun razılıq ərizəsi alınmış və evinə baxış keçirmişlər. Saxlanıldıqdan sonra müvəqqəti saxlama yerində işgəncələrə məruz qalmışdır, ona görə məcbur olub əvvəlki ifadələrinə imza etmişdir. Bundan başqa o, ifadəsinə davam edərək bildirmişdir ki, tanımadığı İran İslam Respublikası vətəndaşı ona zəng vuraraq, gedərkən magistral yoldan Cəlilabad rayonuna dönən yolun kənarında bir nəfər tanımadığı şəxsin onu gözlədiyini, onda çanta olmasını, Bakı şəhərində ondan çantanı götürəcəklərini bildirmişdir. O, həmin adamdan çantanı götürmüş, həmçinin ona 200 manat pul vermişdir. Gecəgörmə cihazı çantada olmuş və Bakı şəhərində tutularkən çantanı da ondan götürmüşlər. Təqsirləndirilən şəxs1 CM-in 228.4-cü maddəsi ilə olan ittiham üzrə həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vermiş olduğu ifadəsində şəhid dostundan yadigar qalan bıçağın üstündə olmasını və tutularkən üstündən götürülməsini bildirsə də, sonrakı məhkəmə iclasında bıçağın üzərində olmadığını, Bakı şəhərində yaşadığı evə baxış keçirilərkən evdə olan paltonun cibində olduğunu, həmin bıçağın cinayət işi materiallarında olan və maddi sübut kimi tədqiq edilmiş bıçaq olmadığını, onun evindən götürülmüş bıçağın üzərində “Elçin” adının yazılmasını, dəstəyinin narıncı rəngdə, suvenir bıçaq olmasını bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ibtidai istintaqda vemiş olduğu ifadədən qismən fərqli ifadə verdiyi üçün, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir, onun həmin ifadəsində qeyd olunmuşdur ki, 2022-ci ilin aprel ayında istifadəsində olan 070 ***-**-** saylı mobil nömrəsinə İİR-ə mobil telefon şəbəkəsinə məxsus Seyid Əmin adlı şəxs zəng edərək onunla yoldaşlıq edəcəyini, eləcə də pul müqabilində İİR-dən AR-ə və əks istiqamətdə sərhəd zolaqlarından qeyri-qanuni yollarla əcnəbi vətəndaşların keçirməsinə köməklik etməyi təklif etmişdir. Söhbət əsnasında Seyid Əmin ona köməklik edəcəyi təqdirdə hər bir şəxsə görə 200 manat pul verəcəyini vəd vermişdir. İlk dəfə Seyid Əmin adlı şəxsin təklifini rədd etsə də, sonrakı telefon danışıqlarında onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində Seyid Əmin gün ərzində bir neçə dəfə ona “WhatsApp” sosial şəbəkəsi proqramı vasitəsilə zəng edərək 200 manat pul müqabilində İİR-dən qeyri-qanuni yolla AR-ə keçən 4 nəfər əcnəbini Yardımlı rayonunun Arvana kəndində qarşılamasını tələb etmiş, həmçinin kəndçiləri olan və “müəllim” kimi tanıdığı Təqsirləndirilən şəxs2 da bu məsələdən xəbərdar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə qohumluq münasibətləri vardır, həmçinin onu Yardımlı rayonunun Arvana kənd məktəbinin müəllimi kimi tanıyır. Lakin onunla daha əvvəllər aralarında insanların qanunsuz yolla sərhəddən keçirilməsi barədə hər hansı danışıq olmamışdır. Seyid Əmin ona Cəlilabad rayonu ərazisində tanımadığı şəxsdən gecəgörmə cihazı götürməsini tapşırmış, həmin gecəgörmə cihazı ilə əcnəbi vətəndaşların sərhədi qanunsuz keçməsi zamanı müşayiət etdikdən və əcnəbiləri təhvil verdikdən sonra cihazı təhvil verməsini tapşırmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, Cəlilabad rayonunda magistral yoldan Cəlilabad rayonuna dönən yolun kənarında gözlədiyini Seyid Əminə məlumat verdikdən sonra tanımadığı bir şəxs metal rəngli “dörd göz” deyilən Mercedes markalı avtomobillə gələrək qara rəngli üzərində “REEBOK” sözləri yazılmış çanta ona verib getmişdir. Həmin avtomobilin dövlət qeydiyyat nişanını görməmişdir. Sonradan çantanı açdıqda içərisində olan ayaqqabının içərisində gecəgörmə cihazı olduğunu görmüşdür. Cihazı götürdükdən sonra taksi ilə Yardımlı rayonunun Arvana kəndinə getmişdir. Gecə saat 05 radələrində o, Arvanaya çatdıqda Seyid Əminə məlumat vermiş, sonuncu da adamların artıq kəndlərində olan türbənin yaxınlığında olduqlarını bildirmişdir. Qeyd etdiyi türbə Azərbaycan-İran sərhədinin yaxınlığında yerləşmişdir. O, türbənin yaxınlığına çatdıqda Təqsirləndirilən şəxs2 artıq orada olduğunu görmüşdür. Ənvərlə birlikdə ərazini gecəgörmə cihazı ilə müşayiət etdikdə əcnəbilərin artıq türbənin yaxınlığında olduqlarını görmüşdür. Aralarında təxminən 300 metr məsafə olmuşdur. Əcnəbiləri oradan götürərək Təqsirləndirilən şəxs2 yaşadığı Arvana kəndindəki evinə yerləşdirmişlər. O, isə səhər saat 7-8 radələrində Bakı istiqamətində yola çıxmış və axşam saat 17-18 radələrində Bakı şəhərinə çatmışdır. Bakı şəhərində “Koroğlu” metrostansiyasının yaxınlığında olan zaman saat 18-19 radələrində Seyid Əmin ona zəng edərək harada olmasi ilə maraqlanmışdır. O, Seyid Əminə yerini bildirdikdə orada gözləməsini və gələn əcnəbiləri qarşılamasını, gecə saat 12-yə qədər evində saxlamasını tapşırmışdır. O, razılaşmadıqda Seyid Əmin əlavə olaraq ona 100 ABŞ dolları verəcəyini bildirmişdir. O, da Seyid Əminin təklifi ilə razılaşmışdır. Bundan sonra o, “Koroğlu” metrostansiyasının yaxınlığında qırmızı rəngli “Toyota” markalı avtomobillə mobil telefonla əlaqə saxlayaraq görüşmüşdür. Elə həmin avtomobilə əyləşərək əcnəbilərlə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi 450” qəsəbəsində kirayə yaşadığı ünvana çataraq əcnəbiləri evə dəvət etmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər onunla görüşüb söhbət etmək istədiklərini bildirmişdir. Bundan sonra onun razılığı ilə mənzilinə baxış keçirilmişdir. Baxış zamanı mənzildə olan əcnəbilərin qanuni yolla Azərbaycana gəlmədikləri müəyyən olunmuşdur. Həmçinin mənzilə baxış zamanı qara çantada olan 01 ədəd ov bıçağı və gecə görmə cihazı da aşkar edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 gecəgörmə cihazı ilə bağlı ibtidai istintaqda vemiş olduği ilkin ifadəsi elan olunmuş, həmin ifadəsində o, əvvəlcə gecə görmə cihazını əldə etməsini, daha sonra əcnəbiləri qarşılamağa getməsini, orada Təqsirləndirilən şəxs2lə müşahidə aparmaqla onların yerini müəyyən etmələrini bildirmişdir. Təqsirləndirilən şəxs X17 çıxışında ona Azərbaycan Respublikası CM-nin 228.4, 318.1, 318.2. və 318-1.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özün təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2015-ci ildə İran İslam Respublikasına həkimə gedərkən, Ərdəbil şəhərində xəstəxanada Rəhim adlı İİR vətəndaşı ilə tanış olmuşdur. Rəhim ona təklif etmişdir ki, qanunsuz olaraq sərhəddən qaçaq mal və ya digər vasitələr keçirməkdə köməklik etsin, əvəzində haqqın alsın. O, bununla əlaqədar sərhəddə xidmət edən hərbçilərlə məsləhətlər aparmış, onlar da bu cür məlumatların onlara çatdırılmasını bildirmişlər. Bundan sonra Rəhim onun telefon nömrəsini Seyid Əmin adlı İİR vətəndaşına vermişdir. Təqribən 2 il əvvəl, Seyid Əmin ona zəng vuraraq sərhəddən qanunsuz olaraq adamlar keçirməsini istəmişdir. Lakin əslində onun göndərdiyi adamları o qəsdən sərhəd xidmətinə xəbər etməklə tutdurmuşdur. Sonuncu dəfə Seyid Əminin zəngi əsasında Təqsirləndirilən şəxs1 Əfqanistan İslam Respublikası vətəndaşları olan iki valideyn və iki uşağı onlara gətirmişdir. Həmin şəxsləri Rasif qarşılamış, taksi müəyyən olunmuş vaxtda gəlmədiyi üçün onları onun yaşadığı evə gətirmişdir. O, həmin şəxsləri 20 iyun 2022-ci il tarixdə səhər saat 4-5 radələrində Təqsirləndirilən şəxs1lə onların evinin yanında olduqlarını görmüş və evinə aparmışdır. Bir neçə saat onların evində qaldıqdan sonra o, qonşu kənddən tanıdığı Rövşən adlı şəxsi taksi kimi çağıraraq onunla birlikdə yaşıl rəngli VAZ 21015 markalı 032 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin çıxacağınadək aparmışdır. X34 göndərdiyi “Toyota” markalı qırmızı rəngli avtomobillə əcnəbiləri Bakı şəhəri istiqamətində yola salmışdır. Əcnəbiləri yola saldıqdan sonra isə Təqsirləndirilən şəxs1 Rövşənlə onun yanına gələrək birlikdə Yardımlı rayon mərkəzinə getmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, 2021-ci ilin sentyabr-oktyabr aylarında İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan tanışı “Eynulla” adlı şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə Whatsapp vasitəsi ilə zəng etmişdir. Söhbət zamanı Eynulla Yusif adlı bir dostunun olduğunu və Yusifin Azərbaycana borclarını almaq məqsədilə gəlmək istədiyini və həmin şəxsin pulunun alınmasında onun köməklik göstərməsini bildirmişdir 2021-ci ilin təxminən noyabr ayında axşamüstü saat 5-6 radələrində 1 nəfərin onun evinin qapısını döydüyünü görmüş, ona Eynullanın tanışı Yusif olduğunu bildirmiş, o da evə qəbul etmişdir. Yusif bildirmişdir ki, İran İslam Respublikası ərazisindən sərhəddən qanunsuz keçmişdir. Həmin gecəni Yusif onun evində qalmış, sabahı gün qaynı X23 gətirib qonşu kənd olan Şəfəq kəndində yerləşən avtovağzaldan Bakı şəhərinə yola salmışdır. Dediyinə əsasən Yusifi Bakıda hansısa dost-tanışları qarşımalı idi. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayının sonlarında Yusif öz telefonundan Whatsapp vasitəsilə onun mobil telefon nömrəsinə zəng edərək yenidən Azərbaycana qanunsuz yolla keçib onun evində gəlib qalacağını bildirmiş, yanında şəriki olan türk Mehmet adlı şəxsin də gələcəyini demişdir. 2022-ci ilin yanvarın 10-dan 11-ə keçən gecə Yusif və Mehmet onun evinə gəlmişlər. Yusif və X39 Respublikası ərazisindən Yardımlı rayonu Arvana kəndinin ərazisində olan yüksəkliklərdən qanunsuz olaraq gəldiklərini bildirmişlər. Sabahısı gün Yusif və Mehmet demişdirlər ki, onlar Masallı rayonuna getməlidirlər. O, qaynı Camal Səfərova zəng edərək evə çağırmış və həmin şəxslərin qaçaq yolla İrandan onun evinə gəldiklərini və onları Masallı rayonuna aparmalı olduğunu demişdir. Camal da ilk olaraq onlarda nəsə qanunsuz bir şey olub-olmadığını soruşmuş, lakin Yusif və Mehmet onlarda qanunsuz maddələr olmadığını və pullarını almaq üçün gəldiklərini demişdirlər. Camalla danışığa əsasən onları Masallı rayonuna aparması müqabilində Camala pul verməli imişlər. Daha sonra Camal onları idarə etdiyi “Niva” markalı maşınla Masallı rayonuna aparmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ibtidai istintaqda vemiş olduğu ifadədən qismən fərqli ifadə verdiyi üçün, onun ibtidai istintaq zamanı və tədqiq edilmiş ifadəsi elan olunmuşdur. İfadədə qeyd olunmuşdur ki, 1984-1987-ci illərdə C.Naxçıvanski adına hərbi məktəbdə oxumuş, bundan sonra 1987-1991-ci illərdə Latviyanın paytaxtı Riqa şəhərində X42 Hərbi məktəbdə təhsil almışdır. Təhsilini bitirəndən sonra Orenqburq şəhərinə hərbi diviziyaya təyinat almış, orada şəxsi heyət və tərbiyəvi işlər üzrə müavin qismində 4 il leytenant rütbəsi ilə xidmət etmişdir. İxtisara düşdüyündən xidməti yarımçıq qalmışdır. 1995-ci ildən Riqa şəhərinə qayıtmış və müxtəlif özəl işlərlə məşğul olmuşdur. 1998-ci ildə doğma kəndinə qayıtmışdır. 2000-ci ildən isə qeyd etdiyi məktəbdə çalışmağa başlamışdır. Kəndləri İİR-lə həmsərhəd olduğundan qanunsuz sərhəd keçmək istəyənlərin sayı çox olmuşdur. O, təxminən 2015-ci ildə ilk dəfə İİR-ə həkimə getmək məqsədi ilə səfər etmişdir. Bir neçə dəfə gedib gələndən sonra Ərdəbil şəhərində xəstəxanada Rəhim adlı İİR vətəndaşı ilə tanış olmuşdur. Onun sərhəd zonasında yaşadığını biləndən sonra ona qanunsuz olaraq sərhəddən qaçaq mal və ya digər vasitələr keçirməyi təklif etmişdir. Bu təklifə əsasən sərhəddə xidmət edən hərbçilərlə məsləhətlər aparmışdır. Hərbiçilər ondan belə təkliflər olduğu təqdirdə tutulmaları üçün xəbər verməsini istəmişlər. O, Rəhimə razılığını bildirmişdir. Bundan sonra Rəhim onun telefon nömrəsini Seyid Əmin adlı İİR vətəndaşına vermişdir. Həmin şəxs onunla əlaqə quraraq müxtəlif sahələrdə ticarətlə məşğul olduğunu bildirmiş və növbəti zənglərin birində, təxminən il yarım əvvəl, sərhəddən qanunsuz olaraq adamlar keçirməyi istəmişdir. Həmin şəxsə cavabında bunu edə biləcəyini bildirmişdir. Göndərdiyi adamları o qəsdən sərhəd xidmətinə xəbər etməklə tutdurmuşdur. Sonuncu dəfə təxminən 10 gün əvvəl zəng etmişdir. Söhbət zamanı kəndlisi və həyat yoldaşının xalası oğlu olan Təqsirləndirilən şəxs1 vasitəsilə “türkmənlərdən ibarət 4 nəfərlik bir ailəni qarşılayıb Bakıya yola salmağı tapşırmışdır. Ailə 1 kişi, 1 qadın və 2 uşaqdan ibarət olmuşdur. Bunun müqabilində olara 1750 ABŞ dolları verəcəyinə söz vermişdir. O, da Seyid Əminin təklifini qəbul etməmişdir. Lakin ona sonradan məlum olmuşdur ki. həmin şəxsləri Rasif qarşılamış, taksi müəyyən olunmuş vaxtda gəlmədiyi üçün onları onun yaşadığı evə gətirmişdir. O, həmin şəxsləri 20 iyun 2022-ci il tarixdə səhər saat 4-5 radələrində Təqsirləndirilən şəxs1lə onların evinin yanında olduqlarını görmüş və evinə aparmışdır. Bir neçə saat onların evində qaldıqdan sonra o, qonşu kənddən tanıdığı Rövşən adlı şəxsi taksi kimi çağıraraq onunla birlikdə yaşıl rəngli VAZ 21015 markalı 032 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin çıxacağınadək aparmışdır. X34 göndərdiyi “Toyota” markalı qırmızı rəngli avtomobillə əcnəbiləri Bakı şəhəri istiqamətində yola salmışdır. Əcnəbiləri yola saldıqdan sonra isə Təqsirləndirilən şəxs1 Rövşənlə onun yanına gələrək birlikdə Yardımlı rayon mərkəzinə getmişlər. Bundan başqa təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin sentyabr-oktyabr aylarında İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan tanışı “Eynulla” adlı şəxs istifadəsində olmuş +**********65 saylı mobil telefon nömrəsinə Whatsapp mobil tətbiqindən zəng etmişdir. Eynulla 50-55 yaşlarında, İranın Ərdəbildə şəhərində yaşayır. 5-6 il olar ki onu tanıyır. Rayon və kəndlərindən İranın Ərdəbil şəhərinə gedən çox adamları Eynulla qarşılayıb evində qonaq kimi qəbul etmişdir. Əvvəllər onların da kəndinə də gəlib-getmiş, lakin evində olmamışdır. Söhbət zamanı Eynulla Yusif adlı bir dostunun olduğunu və Yusifin Azərbaycana borclarını almaq məqsədilə gəlmək istədiyini və həmin şəxsin pulunun alınmasında onun köməklik göstərməyini bildirmiş, o pulun məbləğini soruşduqda Eynulla pulun miqdarının çox olduğunu və hansısa şirkətdən həmin pulu almalı olduğunu bildirmişdir. Eynulla pulu almağa köməklik edəcəyi təqdirdə Yusifin ona da pul verəcəyini demişdir. Lakin “Eynulla” Yusifin nə vaxt və hansı ərazidən keçib gələcəyini deməmişdir. Ona görə də o Eynulla ilə razılaşmışdır. Bu danışığın üzərindən təxminən 1 ay sonra, yəni 2021-ci ilin təxminən noyabr ayında axşamüstü saat 5-6 radələrində 1 nəfərin onun evinin qapısını döydüyünü görmüş, yaxınlaşıb ondan kim olduğunu soruşduqda Eynullanın tanışı Yusif olduğunu bildirmiş, o da evə qəbul etmişdir. Yusifi ilk dəfə həmin vaxt görmüşdür. Evdə danışıq zamanı Yusif bildirmişdir ki, İran İslam Respublikası ərazisindən Yardımlı rayonunun Arvana kəndinə ərazidəki yüksəkliklərdən qaçaq yolla keçib gəlmişdir və gəlməkdə məqsədi isə vaxtilə Bakı şəhərində tikinti şirkəti olan “Paşa Hoİding”də işləyib və həmin şirkətdən ona 70.000 ABŞ dolları borclu qalıblar və pulunu ala bilməyib. Hazırda isə həmin pulu almaq üçün sərhədlər bağlı olduğundan Azərbaycan ərazisinə qaçaq yolla gəlib və onu da ölkə ərazisinə kimsə keçirib, lakin həmin şəxs barədə məlumat verməmişdir. Bundan başqa Yusif göstərmişdir ki, pulunu almaq üçün bundan əvvəl də Azərbaycana gəlib geri qayıdıb. Həmin gecəni Yusif onun evində qalmış, sabahı gün qaynı X23 gətirib qonşu kənd olan Şəfəq kəndində yerləşən avtovağzaldan Bakı şəhərinə yola salmışdır. Dediyinə əsasən Yusifi Bakıda hansısa dost-tanışları qarşımalı idi. Bakı şəhərinə yola saldıqdan sonra onunla əlaqə saxlamamışdır. Növbəti dəfə, 2021-ci ilin dekabr ayının sonlarında Yusif öz telefonundan Whatsapp vasitəsilə onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək yenidən Azərbaycana qanunsuz yolla keçib onun evində gəlib qalacağını bildirmiş, əlavə olaraq bu səfər yanında şəriki olan türk Mehmet adlı şəxsin də gələcəyini demişdir. Yusif həmin şəxsin də pulunun “batdığını və biryerdə pullarını almaq üçün Bakı şəhərinə gedəcəklərini demişdir. Yusiflə danışığı zamanı İranın Rəşt şəhərində olan bir ərazidən öz avtomobili ilə gələcəyini, təxminən 500-600 km məsafə qət edəcəyini, ona görə də maşınını İran tərəfdə yanında qoyub Azərbaycan ərazisinə keçmək üçün etibarlı bir adam tapmağını xahiş etmişdir. O isə Yusifə Ərdəbildə yaşayan Hüseyn adlı tanışının nömrəsini vermiş və taksi sürücüsü olduğunu bildirmiş, Hüseynlə əlaqə saxlamasını, onların ərazini yaxşı tanıdığını, gətirib kəndin istiqamətində yola sala biləcəyini, həmçinin avtomobilini Hüseynə etibar edə biləcəyini demişdir. Ona görə də Hüseynlə Yusifi tanış etmişdir. Lakin Hüseynə pul vermələri yaxud pul müqabilində razılaşmaları ilə bağlı məlumatı yoxdur. Hüseyn 22-23 yaşlarında, İranın Ərdəbil şəhərinə yaxın “Razey” adlı kənddə yaşayır, taksi fəaliyyəti ilə məşğuldur, bu səbəbdən də sərhədyanı İran kəndlərini yaxşı tanıyır. Hüseyni 3-4 il olar ki tanıyır. Belə ki, İran İslam Respublikasına müalicə məqsədi ilə gedərkən orada onu xəstəxanaya apararkən Hüseynlə tanış olmuş və beləcə münasibətləri yaranmışdır. Daha sonra Hüseyn ilə də Yusif və onun tanışının Azərbaycana gəlmələri barədə danışıqları olmuşdur. Danışıqlar vaxtı o bayramla əlaqədar rayonda olmayacağını demişdir və razılaşmaya əsasən Yusif və Mehmet yeni il bayramından sonra yəni 2022-ci ilin yanvar ayının əvvəllərində onun evinə gəlməli imişlər. Beləcə 2022-ci ilin yanvarın 10-dan 11-ə keçən gecə Yusif və Mehmet onun evinə gəlmişdirlər. Yusif və X39 Respublikası ərazisindən Yardımlı rayonu Arvana kəndinin ərazisində olan yüksəkliklərdən qaçaq yolla keçib gəlmişdir. Gələrkən onların üzərilərində 1 ədəd qara rəngli idman çantası var imiş. O, həmin şəxslərdən qanunsuz nəsə gətirib gətirmədiklərini soruşmuş, sonuncular isə belə bir maddələr gətirmədiklərini demişlər. Hətta Yusif çantanın içərisindən müəyyən şəxsi geyim əşyalarını çıxarıb göstərmiş, ondan sonra özü də çantaya baxmış və orada şəxsi geyim əşyalarını və ayaqqablarını, bir də 1 listdə üzərində “Aspirin” yazılmış dərman görmüşdür. Həmin şəxslərin gətirdikləri qara rəngli çanta böyük və uzun olmuş, onun altında başqa bir hissə və cibləri də olmuşdur. Yusif və Mehmet nəsə gətirmişdilərsə həmin yerdə gizlətmişdilər. Bu barədə məlumatlı deyildir. Evdə söhbət zamanı ona məlum olmuşdur ki, Yusif bundan daha öncə gəlib onun evində qalıb Bakıya getikdən sonra geri İran İslam Respublikasına Biləsuvar ya da Cəlilabad istiqamətindən qayıtmışdır. Bu barədə Yusif özü ona demişdir. Lakin kimin vasitəsilə və necə qayıtdığını soruşmamışdır. Bundan başqa o Yusifdən birinci dəfə ölkəyə gələrkən şirkətdən pulunu alıb-ala bilmədiyini soruşmuş, Yusif isə ala bilmədiyini, ona görə də təkrar ölkəyə qanunsuz gəldiyini demişdir. Həmçinin sənədlərinin də qaydasında olmadığından qaçaq gəldiyini demişdir. Türk Mehmet isə demişdir ki, ona da borcludurlar, o da pulunu almaq üçün ölkəyə gəlmişdir. Gecəni Yusif və Mehmetə digər otaqda bir yer ayırmış və onlarda qalmışdırlar. Sabahısı gün o səhər tezdən məktəbə dərsə getmişdir. Günorta saatlarında qayıdarkən Yusif və Mehmet demişdirlər ki, onlar Masallı rayonuna getməlidirlər. Evdə olarkən Yusif telefonla kiminləsə danışırmış və belə başa düşmüşdür ki, danışdığı adam Yevlax rayonundan imiş və onları qarşılamalı imiş. Lakin kimin qarşılayacağı ilə bağlı dəqiq məlumatım yox imiş. Qonşuluqda yaşayan qaynı Camal Səfərova zəng edərək evə çağırmış və həmin şəxslərin qaçaq yolla İrandan onun evinə gəldiklərini və onları Masallı rayonuna aparmalı olduğunu demişdir. Camal da ilk olaraq onlarda nəsə qanunsuz bir şey olub-olmadığını soruşmuş, lakin Yusif və Mehmet onlarda qanunsuz maddələr olmadığını və pullarını almaq üçün gəldiklərini demişdirlər. Camalla danışığa əsasən onları Masallı rayonuna aparması müqabilində Camala 200 manat pul verməli imişlər. Lakin Yusif və Mehmetin üzərilərində pulları az olduğuna görə Yusif Camala onun yanında 120 ya 130 manat pul vermişdir. Daha sonra Camal onları idarə etdiyi “Niva” markalı maşınla aparıb Masallı rayonunun girişində endirmişdir. Dediklərinə görə onları Masallıda kimsə qarşılayacaqmış. Həmin gün, yəni 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında onları yola saldıqdan sonra axşama yaxın İran İslam Respublikasından “Afşin” adlı şəxs ona zəng etmişdir. X24 şəhərində ərzaq mağazası işlədirmiş və 2016-cı ildən İrana gedib gələrkən mağazasından da alver etmişdir deyə onu tanıyır. Həmçinin Afşin narkotik vasitələri Azərbaycana göndərir. Hətta bu barədə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarında da məlumat var imiş. Ona görə də, Dövlət Sərhəd Xidmətinin əməliyyatçıları ona demişdilər ki, Afşin zəng edib narkotiklə bağlı məlumat versə, onlara məlumat versin. Eləcə də onun özü də yaşadığı kənddən qanunsuz narkotik vasitə keçirən şəxslərin aşkar olunmasında maraqlı olduğundan bu barədə Dövlət Sərhəd Xidmətinin əməliyyatçıları ilə əməkdaşlıq edirmiş. Afşin axşam saatlarında ona zəng edərək bildirmişdir ki, Yusiflə birgə 2-3 kq marixuana narkotik vasitəsi göndərmişdir və Yusif onun evinin arxasında olan “padval" kimi deyilən yerdə gizlətmişdir. Onu götürməyini və gəlib ondan bir nəfər tanışının təhvil alacağını bildirmişdir. O, bu barədə dərhal Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına məlumat vermiş, lakin həmin narkotik vasitənin Yusif vasitəsilə göndərildiyini onlara deməmişdir. Əməkdaşlar ona bildirmişdilər ki, o Afşinə razılıq versin və kimsə gəlib götürəcəksə həmin şəxsi tutsunlar. Beləcə bununla bağlı əməkdaşlarla razılıq əldə edildikdən sonra o Afşinə zəng edib bildirmişdir ki, kim gələcəksə gəlib götürsün. Həmçinin gedib dediyi yerə baxmış və 1 ədəd qara rəngli sellofan torbada marixuana olduğunu görmüşdür. Lakin sonra Afşin zəng edib bildirmişdir ki, həmin narkotik vasitəni götürməyə gələn adamı yolda gələrkən Salyan rayonu ərazisində saxlayıblar, “nəşə” istifadə etdiyinə görə 10-15 sutka inzibati həbs ediblər, ona görə də 10-15 gün sonra gəlib götürəcəkmiş. Bu barədə o yenə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına məlumat vermiş və tədbir alınmadığına görə ərazi Sərhəd Xidmətinin əməkdaşları- əməliyyatçı Rahib, sürücü və hazırda adını xatırlamadığı işçiləri gəlmiş, ondan ərizə almış və yiyəsiz mal kimi sənədləşdirib həmin narkotik vasitəni götürmüşdürlər. Yusifin Afşinin “malım” gətirməsini o bilmirmiş və Yusif həmin “malı” evə daxil olmamışdan qabaq həmin yerdə gizlətmişdir. Bu barədə isə ona deməmişdilər. Əgər Yusifgil onun evində olarkən Afşin ona zəng edib bu barədə bildirsə imiş, o ərazi Sərhəd Xidmətinin əməkdaşlarına Yusifgil barədə də məlumat verəcəkmiş. Çox güman Yusifgil bunu bilirmiş deyə, evdə olarkən Afşin ona zəng etməmişdi, Yusif və Mehmet Bakıya çatdıqdan sonra Afşinə “malı” harada gizlətdiklərini demişdilər, Afşin də ona zəng edib demişdir. Daha sonra Yusif və Mehmetlə danışığı olmamışdır. Yusif və Mehmetin tutulduqlarını isə qaynı Səfərov Camal gəlib istintaqda ifadə verdikdən sonra öyrənmişdir və ona məlum olmuşdur ki, Yusif və Mehmetin üzərilərində narkotik vasitələr aşkar olunmuşdur. Yusif və Mehmetin üzərilərində qadağan olunmuş maddələr olmasından onun əvvəlcədən məlumatı olmamış yaxud ona bu barədə heç nə bildirməmişdirlər. Təqsirləndirilən şəxs2 çıxışında ona Azərbaycan Respublikası CM-nin 32.5,318.1, 32.5,318.2 və 318-1.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Əfqanistan İslam Respublikasını vətəndaşıdır. Tayfa olaraq “Hazar” tayfasındandır və İslam dininin şiə məhzəbindədir. Taliban rejimi hakimiyyətə gəldikdən sonra onların tayfasını kafir elan etmişlər. Ona görə də, tayfanın hər hansı üzvü saxlanıldıqda işgəncələrə məruz qalırlar, ya da öldürülürlər. Bu barədə internet səhifələrində kifayət qədər məlumat vardır və həmin məlumatlardan məhkəməyə də təqdim etmişdir. O və arvadı Momena əvəllər ictimai fəaliyyətlə məşğul olmuşlar, qardaşı Taliban rejiminə qarşı döyüşlərdə iştrak etmişdir. Hakimiyyət ölkənin hər yerində olduğuna görə özü və ailəsini qorumaq üçün Əfqanistanda bir neçə dəfə yaşayış yeri dəyişmişdir. Onların axtarışda olmaları barədə arayışı da məhkəməyə təqdim etmişdir. Onun arvadının bacısı və anası Bakı şəhərində yaşayırlar və qaçqın kimi sığıncaq statusu almışlar. Onlar Bakı şəhərinə rəsmi qaydada gələ bilmədikləri üçün İran İslam Respublikasına gələrək, oradan Azərbaycana gəlmək qərarına gəlmişlər. Bu məqsədlə 01 yanvar 2022-ci il tarixdə rəsmi qaydada Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasının Məşhəd şəhərinə keçmişlər. İran İslam Respublikasının Məşhəd şəhərində onun baldızı Tahirə Fahimi yaşayır. İranda yaşamaq üçün əvvəlcə viza almaq üçün müraciət etsə də onlara İranda yaşamaq üçün icazə verilməmişdir. Bundan sonra Azərbaycana gəlmək istəmişlər. Əvvəlcə Azərbaycanda yaşayan həyat yoldaşının qohumu Rəsul Rezai ilə əlaqə saxlayıb Azərbaycana getmək istədiklərini bildirmişlər. Rəsul Rezai Azərbaycanda müvafiq orqanlardan viza almaq üçün maraqlanmış və ölkəyə gəlmələrinin mümkün olmadığını bildirmişdir. Onlar Səftər adlı şəxs vasitəsi ilə Seyid Əmin adlı şəxslə tanış olmuşlar. Seyid Əmin onları Azərbaycana keçirə biləcəyini bildirmişdir. X35 danışıb ümumilikdə 6000 ABŞ dollarına qanunsuz yolla onları Azərbaycana keçirəcəyini bildirmişdir. Onlar bu qiymətlə razılaşmış və bu barədə baldızı Məşhəd şəhərində yaşayan Tahirəyə məlumat vermiş və ödənişi baldızı Tahirə etmişdir. 3 gün sonra onlar Azərbaycan ilə sərhədə yola düşmüşlər. İranın Germi şəhərinə gəldikdən sonra Morad adlı şəxs onları müşayiət etməyə başlamışdır. Sərhədə yaxın ərazidə piyada bir neçə saat yol getmişlər. 20 iyun 2022-ci il tarixdə sərhəd ərazisində Morad adlı şəxs onlara bildirmişdir ki, “Ramon” adlı şəxs onları qarşılayacaqdır. Onlar yol boyu Moraddan soruşanda ki, haradadırlar, Morad onlara Azərbaycan Respublikasının ərazisində olmalarını bildirmişdir. Morad onlara demişdir ki, o, özü də gecəni qalacaq və zəli alıb geri qayıdacaqdır. Lakin o, “Ramonu” gözləməmiş və getmiş, onlar bir qədər getdikdən sonra işıq görmüşlər və həmin istiqamətə getdikdən sonra “Ramon” adlı şəxs, yəni sonradan adını bildiyi Rasif onları qarşılamışdır. Onlar gedərkən tikanlı məftillərlə rastlaşmışlar. Lakin o, bilməmişdir ki, həmin ərazi sərhəddir, ya yox. Rasif onları “müəllim” dediyi şəxsin evinə apamışdır. Həmin şəxsin Ənvər adlı şəxs olmasını sonradan bilmişdir. Səhər tezdən onlar bir avtomobillə kəndən çıxmışlar, oradan da qırmızı rəngli avtomobil onları Bakı şəhərinə gətirmişdir. Bakı şəhərində avtomobildə olarkən onları tutmuşlar. Onlar xx.xx.2022-ci il tarixdə qaçqın statusu almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinə müraciət etsələr də, onlara qaçqın statusu verilməsindən imtina edilməsi haqqında Qərar qəbul edilmişdir. Həmin qərardan məhkəməyə şikayət olunmuş, lakin şikayətləri birinci, apellyasiya və kasassiya instansiyaları məhkəmələrində baxılaraq təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina edilməsi haqqında Qərar qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs3 sonuncu ifadəsində yuxarıda qeyd olunanları bildirsə də, məhkəmə istintaqında olan ilk ifadəsində sərhəddə olan tikanlı məftilləri məhz “Ramon” adlı şəxslə görüşdükdən sonra keçdiklərini, Moradın deməsinə görə bir yerdə gözlədiklərini, bundan sonra “Ramon” adlı şəxsin gəlib onları dayandıqları yerdən aparmasını qeyd etmiş, ümumiyyətlə Morad adlı şəxsin zəli almaq üçün Azərbaycan Respublikası ərazisində qalması, onları Azərbaycan Respublikası ərazisinə keçirməsi barədə ilk ifadəsində bildirməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ibtidai istintaqda vemiş olduğu ifadədən qismən fərqli ifadə verdiyi üçün, onun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Həmin ifadədə qeyd olunmuşdur ki, 1980-ci ildə Əfqanıstan İslam Respublikasının Sare-pul şəhərində doğulmuş, 2000-ci ildə Təqsirləndirilən şəxs4 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2005-ci il təvəllüdlü Yalda Fahimi və 2009-cu il təvəllüdlü Sina Fahimi adlı 2 övladı olmuşdur. Əfqanıstandanda Taliban hakimiyyətə gəldikdən sonra o, ailəsi ilə birlikdə Əfqanıstanı tərk etmək qərarına gəlmişdir. Çünki, onlar Əfqanıstanda Şiə təriqətinə aid olduqlarından başlarına təhlükəli hadisələr gələcəyinə əmin olmuşlar. 01 yanvar 2022-ci il tarixdə rəsmi qaydada Əfqanıstan İslam Respublikasının Herat şəhərindən İran İslam Respublikasının Məşhəd şəhərinə keçmişlər. Qeyd etmişdir ki, İran İslam Respublikasının Məşhəd şəhərində baldızı X29 şəhərinin Pantjan küçəsində yaşamışdır. İranda yaşamaq üçün əvvəlcə viza almaq üçün müraciət etsə də onlara İranda yaşamaq üçün icazə verilməmişdir. Bundan sonra İrandan başqa ölkələrə getmək üçün yollar axtarmışlar. Əvvəlcə Türkiyə Respublikasında yaşamaq istəsələr də, orada qaçqın çox olduğu üçün ora gedə bilməyəcəklərini fikirləşmişlər. Azərbaycana gəlməkdə məqsədləri qaçqın kimi digər ölkələrdən şanslarının daha çox olması olmuşdur. Əvvəlcə Azərbaycanda yaşayan həyat yoldaşının qohumu Rəsul Rezai ilə əlaqə saxlayıb Azərbaycana getmək istədiklərini bildirmişlər. Rəsul Rezai Azərbaycanda müvafiq orqanlardan viza almaq üçün maraqlanmış və ölkəyə gəlmələrinin mümkün olmadığını bildirmişdir. Bundan sonra onun Almaniyada yaşayan bacısı Fatimə onları Rancbar adlı doktorla tanış etmiş, Rancbar isə öz növbəsində tanışı əmisi oğlu Cavad adlı şəxslə tanış etmişdir. Cavad da onları Səftər adlı şəxslə tanış etmişdir. Cavadla Səftər ailəsi ilə birlikdə onları İrandan Azərbaycana keçirtmək üçün əvvəlcə İran- Azərbaycan sərhədinə gətirmişlər. Orada onları əvvəlcə 4000 ABŞ dolları məbləğində pul tələb etmişlər. Azərbaycana keçdikdən sonra isə Azərbaycanda da 4000 ABŞ dolları pul verəcəklərini bildirmişlər. Həyat yoldaşı onlara verməyə pulunun olmadığını bildirmişdir. Bundan sonra Cavadla Səftər onları Tehran şəhəri adıyla Şut qəsəbəsi ətrafında dağlıq əraziyə apararaq bir gün saxlamışdır. Dağlıq ərazidə olanda onlar başa düşmüşlər ki, onları girov götürmüşlər. Cavadla Səftər onlardan pul tələb etməyə başlamışdır. Həyat yoldaşı Cavada İranda yaşayan bacısının nömrəsini verərək bacısı ilə əlaqə saxlamalarını xahiş etmişdir. Sonradan öyrəndiklərinə görə baldızına Nasir adlı şəxs zəng edərək 40 milyon İran rialı tələb etmişdir. Pulun 20 milyonu Nasirin İran bankına məxsus kartına köçürülmüş, 20 milyonu isə Səftərin İran bank kartına göndərilmişdir. Pul göndərildikdən sonra Səftər onları Qarquluq şəhərindəki yaşadığı evə apararaq orada 2 gün saxlamışdır. Orada onları Seyid Əmin adlı şəxslə tanış edərək onları Azərbaycana keçirə biləcəyini bildirmişdir. X35 danışıb ümumilikdə 6000 ABŞ dollarına qanunsuz yolla onları Azərbaycana keçirəcəyini bildirmişdir. Onlar bu qiymətlə razılaşmış və bu barədə baldızı Tahirəyə məlumat vermişdir. Baldızı Tahirə ödənişi onlara məlum olmayan şəraitdə etmiş və onlar X30 şəhərindəki evində 3 gün qalmışdır. Bundan sonra təxminən günorta saat 1 radələrində Azərbaycan ilə sərhədə yola düşmüşlər. Sərhədə kimi hər şəhərdə bir avtomaşın dəyişmişlər. Germi şəhərinə gəldikdən sonra Morad adlı şəxs onları müşayiət etməyə başlamışdır. Sərhədə yaxın ərazidə piyada bir neçə saat yol getmişlər. Sərhəd zonasının işarələrini gördükdə əsas yoldan sağ tərəfindən çıxaraq yolsuzluq şəraitdə sərhədə doğru getmişlər. 20 iyun 2022-ci il tarixdə saat 01 radələrində sərhəd ərazisində Morad adlı şəxs onları tərk edərək “Ramon” adlı şəxsin onları kamera vasitəsilə tapacağını demişdir. Təxminən 10 dəqiqə gözlədikdən sonra “Ramon” onları qarşılamışdır. Həmin şəxslər onları təxminən 3 saat qaranlıqda müşayiət edərək naməlum olan kənddə evlərinə aparmışlar. Ev “müəllim” kimi müraciət olunan şəxsə məxsus idi. O, həyat yoldaşının telefonunda Seyid Əminlə bütün vatsap yazışmalarını silmişdir. 1 gecə qaldıqdan sonra səhər saatlarında qara rəngdə markasını bilmədikləri avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Avtomobildə onlar, “müəllim” və “Ramon” adlı şəxs olmuşdur. Saat yarım yol getdikdən sonra avtomobil dayanmış, “Ramon” və “müəllim” və onlar gözləmişlər. Daha sonra qırmızı avtomobil gəlmiş və onlar əyləşib yollarına davam etmişlər. “Ramon” və “müəllim” isə onların qarşısında digər markasını bilmədiyi avtomobildə hərəkət etmişdir. Müəyyən yerdən sonra qabaqdakı qara rəngli avtomobil istiqamətini dəyişmiş və onlar Bakı şəhəri istiqamətində hərəkətlərini davam etdirmişlər. Bakı şəhərinə çatanda Seyid Əmin telefonla həyat yoldaşına demişdir ki, sürücüyə 300 dollar pul versin. O, bu pulu sürücüyə vermişdir. Təxminən 2-3 dəqiqədən sonra Ramon adlı şəxslə görüşmüşlər. “Ramon” onların olduqları avtomobilə minmiş və yollarına davam etmişlər. Təxminən 15 dəqiqədən sonra onlar “Ramon” adlı şəxsin yaşadığı mənzilə çatmışlar. Mənzilə daxil olduqdan bir neçə dəqiqə sonra dövlət orqanının əməkdaşları tərəfindən saxlanılmışlar və onların qanunsuz yolla Azərbaycan Respublikasına daxil olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 çıxışında həyati təhlükələrinin olması, ailəsini və özünü qorumaq üçün məcburiyyət qarşısında qalaraq sərhəddi qanunsuz pozmasını, məqsədinin Azərbaycan Respubıikasında siyasi sığınacaq almaq olmasını bildirmiş və məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 ilə eyni məzmunda ifadə vermişdir. Odur ki, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədə qeyd olunmuşdur ki, 1971-ci ildə Əfqanıstan İslam Respublikasının Javzjan şəhərində doğulmuş, 2000-ci ildə Təqsirləndirilən şəxs3 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2005-ci il təvəllüdlü Yalda Fahimi və 2009-cu il təvəllüdlü Sina Fahimi adlı 2 övladları olmuşdur. Əfqanıstandanda Taliban hakimiyyətə gəldikdən sonra o ailəsi ilə birlikdə Əfqanıstanı tərk etmək qərarına gəlmişdir. Çünki onlar Əfqanıstanda Şiə təriqətinə aid olduqlarından başlarına təhlükəli hadisələr gələcəyinə əmin olmuşdur. 01 yanvar 2022-ci il tarixdə rəsmi qaydada Əfqanıstan İslam Respublikasının Herat şəhərindən İran İslam Respublikasının Məşhəd şəhərinə keçmişlər. Qeyd etmişdir ki, İran İslam Respublikasının Məşhəd şəhərində baldızı X29 şəhərinin Pantjan küçəsində yaşamışdır. İranda yaşamaq üçün əvvəlcə viza almaq üçün müraciət etsələr də onlara İranda yaşamaq üçün icazə verilməmişdir. Bundan sonra İrandan başqa ölkələrə getmək üçün yollar axtarmışdır. Əvvəlcə Türkiyə Respublikasında yaşamaq istəsələr də orada qaçqın çox olduğu üçün ora gedə bilməyəcəklərini fikirləşmişdir. Azərbaycana gəlməkdə məqsədi qaçqın kimi digər ölkələrdən şansının çox olması olmuşdur. Əvvəlcə Azərbaycanda yaşayan qohumu Rəsul Rezai ilə əlaqə saxlayıb Azərbaycana gəlmək istədiyini bildirmişdir. Rəsul Rezai Azərbaycanda müvafiq orqanlardan viza almaq üçün maraqlanmış və ölkəyə gəlmələrinin mümkün olmadığını bildirmişdir. Bundan sonra Almaniyada yaşayan bacısı Fatimə onları Rancbar adlı həkimlə tanış etmiş, Rancbar isə öz növbəsində əmisi oğlu Cavad adlı şəxslə tanış etmişdir. Cavad onları Səftər adlı şəxslə tanış etmişdir. Cavadla Səftər ailəsi ilə birlikdə onları İrandan Azərbaycana keçirtmək üçün əvvəlcə İran-Azərbaycan sərhədinə gətirmişdir. Orada onlara əvvəlcə 4000 ABŞ dolları məbləğində pul tələb etmişlər. Azərbaycana keçdikdən sonra isə Azərbaycanda da 4000 ABŞ dolları pul verəcəklərini bildirmişlər. O, həmin şəxslərə verməyə pulunun olmadığını bildirmişdir. Bundan sonra Cavadla Səftər onları Tehran şəhəri adıyla Şut qəsəbəsi ətrafında dağlıq əraziyə apararaq bir gün saxlamışdır. Dağlıq ərazidə olanda o, başa düşmüşdür ki, həmin şəxslər onları girov götürmüşdür. Cavadla Səftər ondan pul tələb etməyə başlamışdır. O, da Cavada İranda yaşayan bacısının nömrəsini verərək əlaqə saxlamalarını xahiş etmişdir. Sonradan öyrəndiyinə görə bacısına Nasir adlı şəxs zəng edərək 40 milyon İran rialı tələb etmişdirlər. Pulun 20 milyonu Nasirin İran bankına məxsus kartına köçürülmüş, 20 milyonu isə Səftərin İran bank kartına göndərilmişdir. Səftərin Vatsap nömrəsi +**********11-dir. Pul göndərildikdən sonra Səftər onları Qarquluq şəhərindəki yaşadığı evə apararaq orada 2 gün saxlamışdır. Orada onları Seyid Əmin adlı şəxslə tanış edərək həmin şəxsin onları Azərbaycana keçirə biləcəyini bildirmişdir. X35 danışıb ümumilikdə 6000 ABŞ dollarına qanunsuz yolla onu və ailəni Azərbaycana keçirəcəyini bildirmişdir. Onlar bu qiymətlə razılaşmış və bu barədə bacısı Tahirəyə məlumat vermişdir. Bacısı Tahirə ödənişi ona məlum olmayan şəraitdə etmiş və X30 şəhərindəki evində 3 gün qalmışdır. Bundan sonra təxminən günorta saat 1 radələrində Azərbaycan ilə sərhədə yola düşmüşlər. Sərhədə kimi hər şəhərdə bir avtomaşın dəyişmişlər. Germi şəhərinə gəldikdən sonra Morad adlı şəxs onları müşayiət etməyə başlamışdır. Sərhədə yaxın ərazidə 7 saat ərzində piyada yol getmişlər. Sərhəd zonasının işarələrini gördükdə əsas yoldan sağ tərəfindən çıxaraq yolsuzluq şəraitdə sərhədə doğru getmişlər. Sərhəd ərazisində Morad adlı şəxs onları tərk edərək “Ramon” adlı şəxsin onları kamera vasitəsilə tapacağını demişdir. Təxminən 10 dəqiqə gözlədikdən sonra “Ramon” onları qarşılamışdır. “Ramon” onlarla təxminən 3 saat qaranlıqda müşayiət edərək onlara naməlum olan kənddə evinə aparmışdır. Ev “müəllim” kimi müraciət olunan şəxsə məxsus olmuşdur. Həmin şəxs onun telefonunda Seyid Əminlə bütün vatsap yazışmalarını silmişdir. 1 gecə qaldıqdan sonra səhər saatlarında qara rəngdə markasını bilmədiyi avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Avtomobildə ailəsi, “müəllim” və “Ramon” adlı şəxs olmuşdur. Saat yarım yol getdikdən sonra avtomobil dayanmış, “Ramon”, “müəllim” və onlar gözləmişlər. Daha sonra qırmızı avtomobil gəlmiş və o ailəsi ilə əyləşib yollarına davam etmişlər. “Ramon” və “müəllim” isə onların qarşısında digər markasını bilmədikləri avtomobildə hərəkət etmişlər. Müəyyən yerdən sonra qabaqdakı qara rəngli avtomobil istiqamətini dəyişmiş və onlar Bakı şəhəri istiqamətində hərəkətlərini davam etdirmişlər. Bakı şəhərinə çatanda Seyid Əmin telefonla demişdir ki, sürücüyə 300 dollar pul versinlər. O, bu pulu sürücüyə vermişdir. Təxminən 2-3 dəqiqədən sonra “Ramon” adlı şəxslə görüşmüşlər. “Ramon” onların olduğumu avtomobilə minmiş və yollarına davam etmişlər. Təxminən 15 dəqiqədən sonra onlar “Ramon” adlı şəxsin yaşadığı mənzilə çatmışlar. Mənzilə daxil olduqdan bir neçə dəqiqə sonra dövlət orqanının əməkdaşları tərəfindən saxlanılmış və onların qanunsuz yolla Azərbaycan Respublikasına daxil olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs4 çıxışında həyati təhlükələrinin olmasını məcburiyyət qarşısında qalaraq sərhəddi qanunsuz pozmasını, məqsədinin Azərbaycan Respublikasında siyasi sığınacaq almaq olmasını bildirmiş və məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, onun istifadəsində **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili var həmin avtomobillə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ona Ənvər müəllim zəng vuraraq rayon mərkəzində banka getmək istədiyini bildirmişdir. Ənvər müəllimlə birlikdə rayon mərkəzində “Kapital Bank”ın filialına getmişlər. Ənvərin şəxsiyyət vəsiqəsi üzərində olmadığından onun işi alınmamış və onlar geriyə, Arvana kəndinə qayıtmışlar. Kənddə Ənvərin yaşadığı evə çatdıqda Ənvər ona qonaqlarının olduğunu və gedərkən kəndin çıxacağında onları da düşürtməsini xahiş etmişdir. O, da Ənvərin təklifi ilə razılaşaraq birlikdə 4 nəfər qonaq avtomobilin arxa oturacağında əyləşmişlər. Ənvər isə avtomobilin qabaq oturacağında əyləşərək yola çıxmışdır. Təxminən 600-700 metr getdikdən sonra onları kəndin çıxacağında düşürmüşdür. O, qonaqları düşürtdükdən sonra Ənvərin qohumu kənddə Təqsirləndirilən şəxs1 avtomobilə əyləşərək birlikdə Yardımlı rayon mərkəzinə getmişlər. Digər 4 nəfər qonağın isə hara getmələri barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Azərbaycan Respublikasına rəsmi qaydada 2019-cu ildə gəlmişdir, azərbaycan dilində sərbəst başa düşür. BMT-nin Bakı nümayəndəliyinin vasitəsilə qaçqın statusu almış və həmin dövrdən Azərbaycanda yaşayır. Fərdi qaydada mərmər ustası kimi fəaliyyət göstərir. Hal-hazırda ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Təqsirləndirilən şəxs3 ilə qohumluq əlaqələri var, Təqsirləndirilən şəxs3 həyat yoldaşı ilə onun həyat yoldaşı bacıdır. Onlar 2022-ci ilə qədər Əfqanıstan İslam Respublikasında yaşamışlar. Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra onlar Şiə təriqətinə mənsub olduqları üçün yaşamaqları təhlükə altına girmişdir. Hətta bir neçə dəfə Azərbaycana gəlmək üçün ona müraciət etmişlər, o da öz növbəsində Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və mənfi cavab almışdır. Bu barədə də Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 ailəsi ilə birlikdə İran islam Respublikasının Məşhəd şəhərinə getmişdir. Orada Təqsirləndirilən şəxs3 bacısı ailəsi ilə birlikdə yaşamışdır. Sonradan Təqsirləndirilən şəxs3 qanunsuz yolla Azərbaycana keçmək üçün adam tapdığını bilmişdir. 19 iyun 2022-ci il tarixdə İran nömrəsindən Seyid Əmin adlı şəxs zəng edərək qohumlarını, yəni Təqsirləndirilən şəxs3, arvadı və uşaqlarını qanunsuz yolla Azərbaycana göndərəcəklərini bildirmişdir və ondan 1750 ABŞ dolları məbləğində pul verməli olduğunu bildirmişdir. O, da qohumlarının pis vəziyyətdə olduqlarını bilərək pulu verəcəyinə razılıq vermişdir. 20 iyun 2022-ci il tarixdə Seyid Əmin onunla danışaraq qohumlarının artıq Azərbaycanda olduqlarını və təcili olaraq ödəniş etməsini tapşırmışdır. Pulu verməyəcəyi təqdirdə qohumlarını bir gün artıq saxlayacağını və əlavə ödəniş alacağını bildirmişdir. Bundan sonra istifadəsində olan mobil telefonuna tanımadığı şəxs zəng edərək ona pul verməli olduğunu bildirmişlər. Axşam saat 22 radələrində o, qeyd edilən şəxslə “Azadlıq” metrostansiyasının yaxınlığında görüşərək 425 manat və 1500 ABŞ dolları məbləğində pulu nağd şəkildə həmin şəxsə vermiş və videosunu çəkərək Seyid Əminə göndərmişdir. X32 zəng edərək pullarını verdiyi üçün qohumlarının olduğu məkanı göndərmiş və ora çatdıqda orada olan şəxsə əlavə olaraq 100 ABŞ dolları da verməsini bildirmişdir. O, da oradan taksi sifariş verərək baldızının oğlu Hassan Rahimi ilə birlikdə göndərilən məkana getmişdir. Cinayət işi materiallarında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş X15 28 fevral 2022-ci il tarixli ifadəsindən görünür ki, ....“Belə ki, o və onunla birgə Azərbaycan ərazisinə qanunsuz keçən X22rkən onun tanışı Hüseyn adlı biri var imiş. Hüseyn, onların Azərbaycan ərazisinə qanunsuz keçmələrinə köməklik göstərmişdir və həmin şəxsin tanışları onları burada qarşılamışdır. “Cahandar”la Azərbaycana gəlmələri barədə razılıq əldə etdikdən sonra 2022-ci ilin yanvar ayının təxminən 8-9-da “Hüseyn” adlı şəxs onları Azərbaycan ərazisinə keçirəcəyini öhdəsinə götürmüşdür. Bunun müqabilində isə Hüseynə 1000 ABŞ dolları pul verməliymişlər. Bununla bağlı Hüseynlə razılaşdıqdan sonra Hüseyn Azərbaycanda olan “Ənvər” adlı tanışına zəng eləmiş və onların gələcəklərini və onları qarşılamalı olduğunu bildirmişdir. Ənvəri o əvvəldən də tanımış və bundan öncə Azərbaycana qanunsuz gələrkən də Ənvərin evində gəlib qalmışdır. “Ənvərin” mobil telefon nömrəsini mobil telefonunda “Anvar bakoo” adı ilə qeyd etmişdir və nömrəsi də ***-***-**-** saylı nömrə imiş. Ənvər əvvəl dəfələrlə İrana gəlmiş, hətta həyat yoldaşını İranda xəstəxanaya gətirmiş, o onları qonaq etmiş, bir sözlə Ənvərlə münasibətləri yaxşı olmuşdur. Razılığa əsasən, 10 yanvar 2022-ci ildən 11 yanvar 2022-ci ilə keçən gecə Hüseyn və tanışı (hazırda adını xatırlamır) onları İran İslam Respublikasının Seyidlər kəndindən Azərbaycanın Yardımlı rayonunun ərazisinə keçmələri üçün bir yerə gətirmiş və izah etmişdir ki, onları burada biri qarşılayacaq və Azərbaycan ərazisinə keçirəcəkmiş. Hüseyn özü isə onlardan təxminən 100 metr məsafədə aralıda gözləyirmiş ki, onlar sərhədi keçsin. Təxminən 1 saat onlar İran tərəfində sərhəd ərazisində gözləmişlər. Gecə saatlarında bir nəfər onların gözlədiyi yerə gəlmiş və Ənvərin tanışı olduğunu bildirmişdir. Daha sonra onlara arxasınca gəlmələrini demişdir. Həmin şəxsin üzünü xatırlamır, çünki hava qaranlıq imiş, bundan başqa həmin şəxs başına papaq qoyubmuş və havanın soyuq olması ilə əlaqədar üzünü örtübmüş, lakin orta boyda, gözləri göy, arıq bir nəfər imiş. Onlar həmin şəxsin arxasınca gələrək sərhədi tikanlı simlərin arasından keçmişlər. Təxminən 1 saat yol gəlib Ənvərin evinə çatmışlar. Ənvərin evi sərhədə yaxın ərazidə olan Arvana kəndində imiş. Onlar isə səhv etmirsə Deman kəndindən Azərbaycana ərazisinə keçmişlər. Çünki hazırda həmin yerə getsə dəqiq göstərə bilməyəcək keçdikləri yeri, ona görə ki, həm hava qaranlıq imiş, həm də yerdə qar var imiş və düzənlik ərazi imiş. Ənvərin evinə çatdıqdan sonra Ənvər ona iradını bildirmiş və biraz danlamışdır. Demişdir ki, bu şəkildə, yəni qanunsuz sərhədi keçərək evinə bir daha gəlməsinlər, çünki hər yerdə yoxlama var, gəlib orada onları tutsalar Ənvərə də problem olarmış. Ənvər göy gözləri olan, ağ-qara saçları olan, 50-51 yaşlarında, dolu bədən quruluşlu, orta boyda bir nəfər imiş. Gecəni Ənvərin evində qalmışlar. Səhərisi yəni, 11 yanvar 2022-ci ildə saat təxminən 12 radələrində həmin şəxsin evində olarkən onlar “Cahandar’la danışmışlar. “Cahandar”a demişlər ki, onlar artıq Azərbaycan ərazisinə keçmişdir və hara gəlməli olduqlarını və onları kimin qarşılayacağını soruşmuşlar. Cahandar da demişdir ki, Masallı rayonuna adam göndərəcəkmiş, oraya gəlsinlər. Cahandar Təbriz adlı şəxsin +**********47 saylı mobil telefon nömrəsini ona vermiş və o da həmin şəxsin adını mobil telefonuna “Tabriz ramazan” adı ilə qeyd etmişdir. Daha sonra onları evində yerləşdirən Ənvərə demişlər ki, onlar Masallıya getməlidirlər. Ənvər Camal adlı bir nəfərə zəng etmişdir. Bir neçə saat sonra Camal adlı şəxs gəlmiş, razılığa əsasən Camal onları 200 manat müqabilində Masallıya aparmalı imiş. Həmin vaxt onun üzərində 245 manat pul var imiş. Camal onları həmin evdən götürərək idarə etdiyi ağ rəngli, markasını hazırda xatırlamadığı avtomobillə Masallıya gətirmişdir. Yol boyu Camal onlardan nə üçün Azərbaycan ərazisinə qanunsuz keçdiklərini soruşmuşdur. Onlar da bildirmişdir ki, pul alacaqları var, koronavirusa görə Azərbaycana qanuni keçə bilmədiklərindən, sərhədlər bağlı olduğundan həm də onun passportu olmadığından qanunsuz keçdiklərini bildirmişdir. Bundan sonra Camal öz mobil telefonunu ona vermiş və demişdir ki, nəsə problemləri olsa əlaqə saxlasınlar. O Camalın telefon nömrələri olan +**********26 saylı və +**********10 saylı nömrələri “Jamal bako” adı ilə telefonuna qeyd etmişdir. Yolda gələrkən Camalın telefonundan internetə qoşularaq Təbrizlə əlaqə saxlamış və Təbriz onları Masallı rayonunda “Madeyra” adlı mağazanın yanında ağ rəngli avtomobildə gözlədiyini bildirmişdir. Hətta avtomobilin və mağazanın şəkilini də çəkib ona atmışdır. Avtomobilin nömrəsini hazırda xatırlamır, lakin ön kapotunun üzərində qara rəngli dördbucaq var imiş. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Camal onları gətirib Madeyranın qarşısında düşürmüşdür. Cinayət işi materiallarında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Mehmet Çalıkın 01 mart 2022-ci il tarixli ifadəsindən görünür ki, ... ““Səbutər”lə (digər adları Ramazan yaxud Cahandarla) Azərbaycana gəlmələri barədə razılıq əldə etdikdən sonra 2022-ci ilin yanvar ayının təxminən 8-9-da Yousefin tanışı “Hüseyn” adlı şəxs onları Azərbaycan ərazisinə keçirəcəyini öhdəsinə götürübmüş. Bunun müqabilində isə Yousef Hüseynə pul verməli imiş. Lakin o pulun məbləğini bilmir. Bununla bağlı Hüseynlə razılaşdıqdan sonra Hüseyn Azərbaycanda olan “Ənvər” adlı tanışına zəng eləmiş və onların gələcəyini və onları qarşılamalı olduğunu bildirmişdir. Yousef də Ənvərlə danışmış və gələcəklərini bildirmişdir. Ənvərin telefonu Yousefdə var imiş. Yousef, Ənvərlə danışdıqdan sonra “Ənvərin mobil telefon nömrəsini də ona vermişdir. Və o həmin şəxsin adını mobil telefonunda “Enver” adı ilə qeyd etmişdir və nömrəsi də ***-***-**-** saylı nömrə imiş. Razılığa əsasən 10 yanvar 2022-ci ildən 11 yanvar 2022-ci ilə keçən gecə Hüseyn və tanışı Mehmet adlı şəxs onları İran İslam Respublikasının Seyidlər kəndindən Azərbaycanın Yardımlı rayonunun ərazisinə keçmələri üçün bir yerə gətirmiş və izah etmişdir ki, onları orada biri qarşılayacaq və Azərbaycan ərazisinə keçirəcəkmiş. Hüseyn özü isə onlardan təxminən 100 metr məsafədə aralıda gözləyirmiş ki, onlar sərhədi keçsin. Təxminən 1 saat onlar İran tərəfində sərhəd ərazisində gözləmişlər. Gecə saatlarında bir nəfər onların gözlədiyi yerə gəlmiş və Ənvərin tanışı olduğunu bildirmişdir. Daha sonra onlara arxasınca gəlmələrini demişdir. Onlar da həmin şəxsin arxasınca gələrək sərhədi tikanlı simlərin arasından keçmişlər. Həmin şəxsin üzünü xatırlamır, çünki hava qaranlıq imiş, bundan başqa həmin şəxs başına papaq qoyubmuş və havanın soyuq olması ilə əlaqədar üzünü örtübmüş, lakin orta boyda, gözləri göy, arıq bir nəfər imiş. Təxminən 1 saat yol gəlib Ənvərin evinə çatmışlar. Ənvərin evi sərhədə yaxın ərazidə olan Deman kəndi yaxud Arvana kəndində imiş, tam xatırlamır. Onlar isə səhv etmirsə, Deman kəndindən Azərbaycan ərazisinə keçmişlər. Ənvər göy gözləri olan, ağ-qara saçları olan, 50-51 yaşlarında, dolu bədən quruluşlu, orta boyda bir nəfər imiş. Gecəni Ənvərin evində qalmışlar. Ənvər evdə olarkən Yousefi biraz danlamış və bu şəkildə, yəni qanunsuz sərhədi keçərək evinə bir daha gəlməməyini bildirmişdir. Onun bildiyi qədərilə Ənvər və Yousef əvvəlcədən tanış imişlər, hətta Ənvər həyat yoldaşını həmin hadisədən bir neçə ay qabaq İrana aparmış və orada Yousefgilin evində qalmışdır. Səhərisi yəni, 11 yanvar 2022ci ildə saat təxminən 12 radələrində həmin şəxsin evində olarkən onlar “Səbutər’lə danışmışlar. “Səbutər”ə demişlər ki, onlar artıq Azərbaycan ərazisinə keçmişlər və hara gəlməli olduqlarını və onları kimin qarşılayacağını soruşmuşlar. Səbutər də demişdir ki, Masallı rayonuna adam göndərəcək, gəlsinlər ora. “Səbutər” Yousefə “Təbriz” adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Daha sonra onları evində yerləşdirən Ənvərə demişlər ki, onlar Masallıya getməlidir. Ənvər “Camal” adlı bir nəfərə zəng etmişdir. Bir neçə saat sonra Camal adlı şəxs gəlmiş, razılığa əsasən Camal onları 200 manat müqabilində Masallıya aparmalı imiş. Camal dolu bədən quruluşlu, qara saçlı, orta boyda 50-55 aralığında yaşda olan bir nəfər imiş. Camal onları həmin evdən götürərək idarə etdiyi ağ rəngli, “Niva” markalı, nömrəsini hazırda xatırlamadığı avtomobillə Masallıya gətirmişdir. Yol boyu Camal onlardan nə üçün Azərbaycan ərazisinə qanunsuz keçdiklərini soruşmuşdur. Onlar da bildirmişdir ki, pul alacaqları var, koronavirusa görə Azərbaycana qanuni keçə bilmədiklərindən, sərhədlər bağlı olduğundan qanunsuz keçdiklərini bildirmişlər. Bundan sonra Camal öz mobil telefon nömrəsini Yousefə vermiş və gələn səfər gələcəkləri təqdirdə maşın lazım olarsa əlaqə saxlamalarını bildirmişdir. Camal onları idarə etdiyi nəqliyyat vasitəsilə gətirərkən yolda bir neçə polis postundan keçmişlər, hamısı da Camala salam verirmiş və onları saxlamırmışlar. O belə başa düşmüşdür ki, Camal hörmətli adam imiş. Yolda gələrkən Yousef Camalın telefonundan internetə qoşularaq Təbrizlə əlaqə saxlamış və Təbriz onları Masallı rayonunda hansısa mağazanın yanında ağ rəngli avtomobildə gözlədiyini bildirmişdir. Hətta avtomobilin və mağazanın şəkilini də çəkib Yousefə atmışdır. Avtomobilin nömrəsini hazırda xatırlamır, lakin ön kapotunun üzərində qara rəngli dördbucaq var imiş. Hətta Camal da telefonu Yousefdən alıb Təbrizin dayandığı yeri dəqiqləşdirmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Camal onları gətirib Təbrizgilin avtomobilinin yanında düşürmüşdür. Cinayət işi materiallarında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X9 11 may 2022-ci il tarixli ifadəsindən görünür ki, təqsirləndirilən qismində xx.xx.2022-ci il tarixli ifadəsini qismən təsdiq edir. Və bununla bağlı gösərir ki, onunla eyni yerdə, yəni Ənzəli şəhərində azad iqtisadi zona olan bazarda enerji içkilərinin satışı ilə məşğul olan, təxminən 2018-ci ildən tanıdığı Mehdi Türkiyə Respublikasına gedib-gələrək İrana malların idxalı ilə məşğul olaraq qazanc əldə edirmiş. X41 Respublikası vətəndaşı olmaqla soyadı Xudaidir, yaşı təxminən onunla eynidir, 40 yaşlarındadır. Ailəlidir, onun bildiyinə görə həm Türkiyə Respublikası, həm də İran İslam Respublikasında ailəsi vardır. İran İslam Respublikasındakı ailəsini tanımır, onun bildiyi qədəri ilə 2-10 yaşlarında üç övladı vardır. Mehdi Türkiyə Respublikası ilə əlaqəli şəxsdir, hətta Türkiyə Respublikasında “X38” enerji içkisi şirkətinin şərikidir. 2021-ci ilin yaz ayında Türkiyə Respublikası vətəndaşı Mehmet Çalik onun qonağı olmuşdur. Bu zəmində onu Mehmet Çalik ilə Mehdi tanış etmişdir. Mehdi ona Mehmet Çalik ilə tanış edərkən onun da enerji içkilərinin ticarəti ilə məşğul olduğunu demişdir. Təxminən 2 aya yaxın orada qalan Mehmet ilə onun da sıx münasibəti yaranmışdır. Lakin, heç vaxt Türkiyəyə getməmişdir. Yəni, münasibətləri ancaq onun İrana gəlib-getdiyi vaxtlar ilə məhdudlaşmışdır. X31 Respublikasında olarkən aralarında WhatsApp proqramı vasitəsilə səsli danışıqları zamanı ona demişdir ki, İrana gələcək və İrandan Azərbaycana narkotik vasitələr göndərəcək. Bu danışıqlarında ona məlum olmuşdur ki, onun tanışı olan və elə Mehmeti də onun vasitəsilə tanıdığı Mehdi Türkiyədə yaşayan, əslən azərbaycanlı olan və Azərbaycan Respublikasının vətəndaşı “Cahandar” digər adları ilə “Ramazan” yaxud “Səbutər” kimi bilinən şəxs ilə Türkiyə, İran və Azərbaycan arasında narkotik vasitələrin nəqliyyatı işi ilə məşğul olurlar və bundan külli məbləğdə qazanc əldə edirlər. Mehmet Çalik ilə təxminən 2021-ci ilin oktyabr aylarında telefon danışıqlarında ona təklif etmişdir ki, İrandan narkotik vasitə əldə edərək Cahandarın təklifi ilə Azərbaycana aparsın və bunun müqabilində qazanc əldə etsinlər. Bildirmişdir ki, qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə qaçaq yolla keçirdikdən sonra Cahandarın tanışları ona orada qarşılayacaq və gətirdiyi maddələrin pulunu verib onu yola salacaqlar. Bu təklif onu qane etdiyindən Azərbaycan ərazisinə qaçaq yolla keçmək məqsədilə “Rza” adlı tanışı ilə maraqlanmışdır. “Rza” adlı tanışı vasitəsi ilə “Eynulla” adlı şəxslə tanış olmuşdur. Belə ki, Eynulla Azərbaycan ərazisinə qaçaq yolla adam keçirirmiş. Eynullaya bildirmişdir ki, Azərbaycan Respublikası ərazisində əvvəl işlədiyi şirkətdən ona borclu qalıblar, ona görə də borcunu almaq məqsədilə Azərbaycan ərazisinə keçməlidir. Azərbaycanda Ənvər adlı tanışının olduğunu və onun Azərbaycan ərazisinə keçdikdən sonra gedib onlarda qala biləcəyini, daha sonra ona həmin Ənvər adlı şəxsin kömək edə biləcəyini bildirmişdir. O Eynulla ilə Azərbaycan ərazisinə keçməklə bağlı razılaşma əldə etdikdən sonra təxminən 2021 -ci ilin noyabr aylarında Çalik Mehmetle danışmışdır və Azərbaycan ərazisinə narkotik vasitə apara biləcəyini bildirmişdir və bu barədə Cahandara bildirməsini xahiş etmişdir. X20 danışdıqdan sonra ona bildirmişdir ki, o Azərbaycan ərazisinə “malı” qaçaq yolla keçirdikdən sonra əlaqə saxlasın və oradan Bakı şəhərinə getsin, Bakı şəhərində Cahandarın adamları gəlib ondan “malı” təhvil alacaqmış və bunun müqabilində ona pul verəcəklərmiş daha sonra isə o geri qayıdacaqmış. Yəni, onun Azərbaycan Respublikası ərazisinə narkotik vasitə keçirəcəyini Mehmet və onun vasitəsilə Cahandar bilirmiş. Eynullanın rolu isə onun Azərbaycan ərazisinə qanunsuz yolla keçməyini təşkil etməkdən ibarət imiş. Eynulla isə bu işi Ənvər adlı tanışı vasitəsilə həyata keçirəcəkmiş və Ənvər onu evində qarşılayacaqmış. O Çalik Mehmetle razılaşma əldə etdikdən sonra İran İslam Respublikasından 600 qram “şişə” narkotik vasitəsi əldə etmişdir. Eynulla ilə əlaqə saxlamış və Azərbaycana getməli olduğunu demişdir. Eynulla isə Azərbaycanda olan və bundan əvvəlki ifadələrində də adını göstərdiyi Ənvər adlı tanışı ilə danışmış eləcə də onu Ənvərlə danışdırmışdır və onun gələcəyi barədə Ənvərlə razılaşmışlar. “Ənvərin” mobil telefon nömrəsini mobil telefonunda “Anvar bakoo” adı ilə qeyd etmişdir və nömrəsi də 055 *** ** ** saylı nömrə imiş. Bundan öncə Ənvəri görməmişdir və ilk dəfə Eynulla vasitəsilə tanımışdır. Beləcə təxminən 2021-ci il noyabr ayında o Eynulla ilə birgə İranın Seyidlər kəndi ətrafı deyilən yerə gəlmişdir. İran-Azərbaycan dövlət sərhəddinin yaxınlığında təxminən 1 saat gözlədikdən sonra Azərbaycan tərəfdən 1 nəfər onların gözlədiyi əraziyə gəlmişdir, Eynulla və onunla görüşmüş, daha sonra Eynulla ona bildirmişdir ki həmin şəxsin arxası ilə getsin, onu tikanlı simlərin altından keçirərək Azərbaycan ərazisinə aparacaqmış və Ənvərin evini ona göstərəcəkmiş. Beləcə hazırda adını xatırlamadığı həmin şəxsin ardınca tikanlı məftillərin altından keçərək Azərbaycan ərazisinə, daha doğrusu həmin şəxsin dediyinə görə Yardımlı rayonunun Deman kəndi ərazisinə daxil olmuşlar. Təxminən 1 saat yol getdikdən sonra həmin şəxs ona əli ilə işıq yanan bir evin istiqamətini göstərərək Ənvərin evi olduğunu bildirmişdir. Həmin ev Arvana kəndində yerləşirmiş. O həmin evə yaxınlaşıb darvazanı döydükdə bir şəxs çıxıb onun kim olduğunu soruşmuş,Ənvər olduğunu yəqin etdikdən sonra Eynullanın tanışı Yusif olduğunu demişdir, daha sonra onu evə qəbul etmişdir. Evdə olarkən Ənvərə üzərində qadağan olunmuş maddələr gətirdiyini bildirməmişdir. Çünki Eynullaya dediyi kimi Ənvərə də orada demişdir ki, vaxtı ilə Azərbaycanda “Paşa tikinti” şirkətində işləmişdir, indi isə gəlmişdir ki, həmin şirkətdən gedib qalıq pulunu geri alsın. Əlavə olaraq bildirmişdir ki, pasportu tam hazır olmadığına görə qaçaq yolla gəlmişdir. Gecəni o Ənvərin evində qalmış və sabahısı gün Ənvərə Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Ənvər adını xatırlamadığı bir tanışını çağırmış və həmin şəxsin onu Masallıya apara biləcəyini bildirmişdir. Bunun müqabilində o Ənvərə 150 manat pul vermişdir. Daha sonra həmin şəxs idarə etdiyi “Qazel” markalı avtomobillə onu Masallı rayonuna gətirmişdir. Masallı rayonunda isə o yol maşınlarına minərək Bakı şəhərinə getmişdir. Bu müddətdə də mütəmadi olaraq X21 üzərindən əlaqə saxlamışdır və ona Bakı şəhərinə gəlməyini orada Cahandarın adamlarının onu qarşılayacağını və malı ondan təhvil alaraq pulu verəcəklərini bildirmişdir. Bakı şəhərinə çatdıqdan sonra bu barədə Çalık Mehmete bildirmişdir.Çalık Mehmet isə Cahandarla danışıb ona xəbər edəcəyini demişdir. Lakin sonradan Cahandar onu qarşılamaq üçün adam göndərməkdən imtina etdiyindən Mehmet onu qarşılamaq və gətirdiyi malı ondan təhvil almaq üçün başqa bir tanışının adamını göndərəcəyini demişdir. Bir neçə saat sonra Bakıda onu özünü Orxan kimi təqdim edən saqqallı, başı keçəl, hündürboylu, normal bədən quruluşlu, hazırda xatırlamadığı Rusiya operatoruna məxsus (+7) nömrənin WhatsAppını işlədən şəxs qarşılamışdır. Orxan Mehmetin tanışı “İzzet” adlı şəxsin adamı imiş. Orxan onu Bakı şəhərində İnqilab deyilən ərazidə “NewBaku” adlı oteldə yerləşdirmişdir və üzərində olan həmin narkotiki götürüb getmişdir.O, 2-3 gün həmin oteldə qalmışdır. Bu işinə görə ona xidmət haqqı olaraq 4000 manat pul verilməli olduğundan o həmin müddət ərzində Mehmetlə mütəmadi əlaqə saxlayırmış, öz növbəsində Mehmet də ona bildirirmiş ki, oteldə gözləsin, pulun tez bir zamanda ona çatdırılmasını təmin edəcəkmiş. Lakin həmin pul ona verilməmişdir. 2-3 gündən sonra Orxan gətirib ona 400 ABŞ dolları vermişdir. Bundan sonra o Çalık Mehmetle danışmış və ona geri qayıdacağını demişdir. Bakı şəhərini az-çox tanıdığından elə həmin gün “20 yanvar” ərazisinə gələrək oradan “yol maşını” ilə Masallı rayonuna qayıtmışdır. Masallı rayonundan Ənvərə zəng edərək geri qayıtmaq istədiyini bildirmişdir. Ənvər həmin gün Masallı rayonuna gələrək onu bir tanışının avtomobili ilə qarşılamış və Yardımlı rayonuna Ənvərin evinə doğru istiqamət götürmüşdür. Yolda gələrkən yemək yeyib spirtli içki qəbul etmişlər, daha sonra isə Ənvər onu Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gətirmişdir. Həmin günün gecəsi isə Ənvərgilin evlərindən Ənvərin bir tanışı gələrək onu götürmüş və Azərbaycan- İran sərhəddində olan tikanlı məftillərin arasına gətirmişdir və İran ərazisinə keçirmişdir. Onun geri qayıtmağıyla bağlı Ənvər Eynulla ilə danışmışdı və ona deyilmişdir ki, məftillərin arasından İran ərazisinə keçdikdən sonra bir neçə yüz metr irəlidə Eynulla onu gözləyəcəkmiş. Lakin Ənvərin tanışı məftillərin arasından onu İran ərazisinə keçirdikdən sonra nə qədər getsə də Eynullanın onu qarşılamaq üçün gəlmədiyini görmüşdür. Nəticədə 6 saat yol qət edərək yaxınlıqdakı bir kəndə getmişdir oradan isə valideynlərinin yaşadığı Ərdəbil şəhərindəki evlərinə çatmışdır. Növbəti dəfə, 2021-ci ilin dekabr ayında “Cahandarla” əldə edilmiş razılığa uyğun olaraq Çalık Mehmetlə birgə İran İslam Respublikasında narkotik vasitələri əldə etdikdən sonra Cahandarla danışmış, Cahandar isə Azərbaycana gələcəkləri gün ona məlumat verməklərini bildirmişdir. Növbəti gün onun daha əvvəl Azərbaycana qaçaq yolla keçməyinə köməklik edən Eynulla ilə danışmış və yenidən Azərbaycana borclarını almaq məqsədilə gedəcəyini, bu səfər yanında bir türk vətəndaşının da olduğunu və Ənvərlə bu barədə danışmağını xahiş etmişdir. Eynulla isə bununla bağlı “Hüseyn” adlı bir şəxslə danışmağını bildirmişdir və telefon nömrəsini ona vermişdir. Eləcə də Eynulla bildirmişdir ki, Hüseyn də Ənvərin tanışıdır. X25 kəndində yaşayır. Hüseynlə zəng edib danışarkən Hüseyn bildirmişdir ki, Ənvərlə danışıb ona nə vaxt Azərbaycana keçə biləcəklərini bildirəcəkmiş. Həmin gün Hüseyn ona zəng edib bildirmişdir ki, Ənvərlə danışıb, lakin Ənvər hazırda Yardımlı rayonunda deyil, yeni il bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə qonaq getmişdir. Ona görə də onların gözləməli olduğunu, Ənvərin Yardımlıdakı evinə qayıtdıqdan sonra ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra yəni, 2022-ci ilin yanvar ayının əvvəllərində Hüseyn ona zəng etmiş və bildirmişdir ki, Ənvərlə danışıb, onları evində qarşılamağa razılıq verib və onları Azərbaycan tərəfinə keçirə biləcəkmiş. Mehmetlə birgə gəlib Razey kəndində Hüseynlə görüşmüşdür. Hüseyn 23-25 yaşlarında, orta boyda, ağ bəniz biri idi. Mobil telefon nömrəsi onda yoxdur, çünki Whatsappla danışırmışlar. Danışığa əsasən onları Azərbaycana qanunsuz keçirməyi və geri qayıtmaqları müqabilində Hüseynə 1000 ABŞ dolları pul verməliymişlər. Həmin məbləği isə Azərbaycana qayıtdıqdan sonra verəcəkləri barədə Hüseynlə razılaşmışlar. Bildiyi qədəri ilə sərhəddən qanunsuz keçirmək və geri qayıtmağı xərci çox olurmuş, lakin Hüseyn onlara qiymətdə endirim etmişdir. Həmin puldan Ənvərə pul verilib veril m əyəcəyini bilmirmiş. Lakin o özü Azərbaycandan geri qayıdarkən Ənvərə az miqdarda pul verməyi düşünürmüş. Hüseynlə görüşüb danışdıqdan sonra o özü də Ənvərə zəng etmişdir. Yenə ona bildirmişdir ki, borclarını almaq üçün Azərbaycana gəlmək istəyirmiş və bu səfər isə onunla birgə Mehmet adlı türk tanışının da gəldiyini demişdir. Yuxarıda dediyi kimi, Hüseynə də bu qaydada demişdir. Hətta telefonu yanında Mehmetə vermişdir və Mehmet də Ənvərlə kef-əhval tutmuşdur. Ənvər isə onları qarşılayacağını bildirmişdir. 2022-ci ilin yanvar ayının 10-da günorta saatlarında Hüseynlə telefonda danışmışlar və həmin gecəni Azərbaycan ərazisinə keçmək barədə razılaşmışlar. Bu barədə razılıq əldə etdikdən sonra, Hüseynlə görüşmək və oradan da onları gətirib Azərbaycan ərazisinə keçirməsi üçün Mehmetlə birgə Ərdəbil şəhərindən yol maşını .ilə Hüseynin yaşadığı Razey kəndinə yola düşmüşlər. Axşam vaxtı Hüseynlə Razey kəndində görüşmüşlər, oradan Hüseynin idarə etdiyi “pride” markalı avtomobillə Seyidlər deyilən əraziyə gəlmişlər. Həmin ərazidə çoxlu sayda kəndlər varıymış, lakin ərazi olaraq Seyidlər deyilirmiş və həmin ərazi İran-Azərbaycan sərhədinə yaxın ərazidə yerləşirmiş. Seyidlər ərazisinə çatanda saat təxminən 22:00 olarmış. Burada əvvəldən tanıdığı “Rza”nm evinin qarşısında dayanmış və Rza ilə görüşmüşdürlər. Ona Azərbaycana qaçaq yolla getdiyini bildirmişdir lakin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirəcəklərini deməmişdir. Rza da ona izah etmişdir ki, qarşıdakı dağın təpəsində yanan işıq Azərbaycanın sərhəd bölmələrinin nəzarət məntəqəsidir. Bu işıqdan sağ tərəfdə başqa bir yüksəkliyin kənarından küt ərazi sərhədçilərin müşahidəsindən gecə vaxtı kənar qalırmış. Elə buradan tikanlı məftillərin altından sivrilib çıxaraq Azərbaycan ərazisinə keçmək olar. Rzadan da belə məsləhəti aldıqdan sonra, Hüseynin avtomobili ilə onun tanışı “Məmməd” adlı şəxsin evinə getmişlər. Onları evində qonaq etmiş, orada axşam yeməyi yedikdən sonra Azərbaycana sərhəddən qanunsuz keçmək üçün yola düşmüşlər. Məmmədin evindən 2 saat 30 dəqiqə sərhədə doğru dağ-təpə yolu ilə piyada gəlmişlər. 10 yanvar 2022-ci ildən 11 yanvar 2022-ci il tarixə keçən gecə İran-Azərbaycan sərhədində simlərin yaxınlığında Azərbaycanın Yardımlı rayonunun ərazisinə keçməkləri üçün bir yerə çatmışlar. Orada o, Mehmet, Hüseyn və Hüseynin tanışı Məmməd var imiş. Hüseyn onlara izah etmişdir ki, onları burada biri qarşılayacaqmış və Azərbaycan ərazisinə keçirəcəkmiş. Hüseyn özü və Məmməd isə onlardan təxminən 100 metr məsafədə aralıda gözləyirmişlər ki, onlar sərhədi keçsinlər. Təxminən 1 saat onlar İran tərəfində sərhəd ərazisində gözləmişlər. Gecə saatlarında 2 nəfər sərhədi simlərin arasından keçib onların istiqamətində gəlmişlər. Onlardan biri Məmmədlə görüşüb İran tərəfə getmişlər, digəri isə Hüseynin yanına yaxınlaşmışdır, Hüseynlə nəsə danışdıqdan sonra Hüseyn onlara işarə etmişdir ki, həmin şəxsin arxasınca getsinlər. Həmin şəxsin üzünü xatırlamır, çünki hava qaranlıq imiş, bundan başqa həmin şəxs başına papaq qoymuşdur və havanın soyuq olması ilə əlaqədar üzünü örtmüşdür, lakin orta boyda, gözləri göy, arıq bir nəfər imiş. Onlar onun arxasınca gələrək Azərbaycan Respublikasının Yardımlı rayonun Deman kəndi ilə Azərbaycan dövlət sərhədindən tikanlı məftilləri qaldırıb altından qanunsuz keçmişlər. Bu zaman onların sərhəd pozuculuğunuzu aşkarlamamışdılar. Çünki əsgərlər əllərində fənərlər ilə işıq salırlarmış. Buna görə də onlar artıq əsgərlərin hərəkətlərini izləyə bilirmişlər. Bu səbəbdən sərhədçilərin xeyli uzaq olduğu vaxtda bu əməli törətmişlər. Təxminən 1 saat yarım yol gəlib Ənvərin evinə çatmışlar. Evi sərhədə yaxın ərazidə olan Arvana kəndində imiş. Onlar isə Deman kəndindən Azərbaycana ərazisinə keçmişlər. Gəldikləri ərazidə yerdə qar var imiş və düzənlik ərazi imiş. Yolda gələrkən qanunsuz maddələri götürdükləri çantanı Mehmetlə növbə ilə daşıyırmışlar. Ənvərin evinə çatanda isə çanta səhv etmirsə Mehmetin çiynində imiş. Ənvərin yaşadığı evin həyəti çox balaca imiş. Yerdən biraz hündürdə bir metr uzunluğunda su çəni var imiş, həyətə daxil olan kimi sağda tualet imiş, evə daxil olduqdan sonra sağ tərəfdə olan otaqda onlar gecələmişlər, ev isə gördüyü qədəri ilə ümumilikdə 3 otaqdan ibarət imiş. Evin ətrafı və evə gələn yol torpaq imiş, asfalt yox imiş. Onlar isə avtomobillərin gəldikləri yol ilə yox, evin yaxınlığında yerləşən təpənin üstündən keçib evə gəlmişdilər. Birinci dəfə o Ənvərgilin evinə gələndə onu “Eynulla” adlı tanışı yenə İranın Seyyidlər ərazisində İran- Azərbaycan dövlət sərhəddində yaxınlığına gətirmişdir. Orada “Eynullanın” tanışı bir nəfər şəxs Azərbaycan tərəfdən gələrək onu qarşılayıb yuxarıda göstərdiyi qaydada Ənvərin evinə gətirmişdir. Həmin vaxt 2021 -ci il noyabr ayları imiş və havada çovğun və qar var imiş. Ona görə də o gəldikləri yolu xatırlamırmış. Həmçinin birinci dəfə gələndə onun Ənvərgilin evinə gəlmə müddəti daha az vaxt çəkmişdi və evin qarşısında olan su çənindən müəyyən etmişdir ki, ikinci dəfə onlar evə fərqli istiqamətdən gəlmişdlər. Ənvərin evində olarkən Ənvər onlardan nə üçün ölkəyə gəldikləri və qanunsuz maddələr gətirib gətirmədiklərini soruşmuşdur, onlar isə onlarda belə maddələr olmadığını bildirmişlər. Söhbət zamanı ona Azərbaycanda vaxtıyla işlədiyi “Paşa İnşaat” firmasından pul alacağı olduğunu həmçinin, pasportunun itdiyinə görə və quru sərhədlər də bağlı olduğundan qaçaq yolla keçdiyini demişdir. Həmçinin Mehmetin də onunla birgə vaxtilə işlədiyini və ona da pul borclu olduqlarını bildirmişdir. Danışıq zamanı həmçinin Ənvərə demişdir ki, ona borclu olan şəxslərdən pulu alacağı təqdirdə cüzi hörmət edəcəkmiş. Lakin konkret məbləğ deməmişdir. Bundan sonra Ənvər, çantada gətirdikləri və üst hissədə olan geyim əşyalarını, ayaqqabıları, onun ağrı kəsici kimi istifadə etdiyi “aspirin” dərmanını, saç dərisi üçün istifadə etdiyi yağı, şampun, sabunu, qoltuq altı kimi istifadə olunan dezodorantı və digər şəxsi əşyalarını çantadan çıxararaq baxmış lakin çantanın ən altında yerləşdirdikləri gül kimi adlandırılan marixuananı müşahidə etməmişdir çünki həmin maddəni çantanın ən dib hissəsinə yerləşdirmişdirlər və üzərində qeyd etdiyi kimi başqa şəxsi əşyaları var imiş. Çantanın yan cibinə isə onlar “şişə” kimi adlandırılan maddəni qoymuşdular, onun da üzərinə şəxsi əşyalarını yerləşdirmişdilər həmin cibə isə ümumiyyətlə açıb baxmamışdır çünki çantanın cibləri də çox imiş və hamısını açıb baxmağa ehtiyac görməmişdir. Eləcədə onlarda Ənvəri inandırmışdılar ki, onlarda hər hansı qadağan olunmuş maddə yoxdur və çantada şəxsi geyim əşyaları və ayaqqabıları olduğunu bildirmişdilər. Gecəni Ənvərin evində qalmışlar. Səhərisi yəni, 11 yanvar 2022-ci ildə saat təxminən 12 radələrində Ənvərin evində olarkən onlar Whatsapp vasitəsilə “Cahandarla” danışmışlar. Həmin vaxt Ənvər evdə yox imiş və səhv etmirsə məktəbdə müəllim işlədiyindən dərsə getmişdir. “Cahandarla danışığa uyğun olaraq Masallı rayonuna getmək barədə razılıq əldə etdikdən sonra, günorta saatlarında Ənvər məktəbdən qayıtdıqdan sonra Ənvərə demişlər ki, onlar Masallıya getməlidirlər. O da Camala zəng etmişdir. Bir müddət sonra Camal gəlmişdir, razılığa əsasən Camal onları 200 manat müqabilində Masallıya aparmalı imiş. Həmin vaxt onun üzərində 245 manat pul var imiş. O puldan 200 manatını Ənvərə vermişdir. Camal evdə olarkən onlardan üzərilərində qadağan olunmuş maddələr gətirib gətirmədiklərini soruşmuşdur, onlar belə maddələr olmadığını bildirdimişlər, eləcə də Ənvər də onların sözünü təsdiq etmişdir və demişdir ki, onların gətirdikləri çantaya o da baxmışdır. Hətta Camalın yanında da çantanın orta hissəsini açıb paltarları çıxarıb ona göstərmişdir. Bundan sonra Camal demişdir ki, Ənvərin sözünə etibar edir və onlarda qadağan olunmuş maddələr olmadığına inanırmış. Daha sonra Camal onları həmin evdən götürərək idarə etdiyi ağ rəngli, “Niva” markalı avtomobillə Masallıya gətirmişdir. Yol boyu Camal onlardan nə üçün Azərbaycan ərazisinə qanunsuz keçdiklərini soruşmujşdur. Onlar da bildirmişdir ki, pul alacaqları var, sərhədlər bağlı olduğundan həm də onun pasportu olmadığından qanunsuz keçdiklərini bildirrmişlər. Bundan sonra Camal öz mobil telefonunu ona vermiş və demişdir ki, pulun alınması ilə bağlı problemləri olsa onunla əlaqə saxlasınlar. Onun telefon nömrələri olan +**********26 saylı və +**********10 saylı nömrələri “Jamal bako” adı ilə telefonuna qeyd etmişdir. Daha sonra Camal onları Masallı rayonuna gətirib yola salmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 20 iyun 2022-ci il tarixdə, saat 23:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 20 iyun 2022-ci il tarixdə, saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” 22 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmanın əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” 22 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqsirləndilən şəxs qismində cəlb edilmiş və onlara Azərbaycan Respublikası CM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 dekabr 2022-ci il il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs X10 keçirilmiş xx.xx.2022-ci il tarixli “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X11 ifadəsində “Ənvər” adı ilə göstərdiyi şəxsin Təqsirləndirilən şəxs2 olması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Çalık Mehmetlə keçirilmiş xx.xx.2022-ci il tarixli “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Çalık Mehmetin ifadəsində “Ənvər” adı ilə göstərdiyi şəxsin Təqsirləndirilən şəxs2 olması öz təsdiqini tapmışdır. Cinayət işin materiallarında olan ifadənin yerində yoxlanılması xx.xx.2022-ci il tarixli protokollardan və bu barədə qeydə alınmış videoçəkilişlərdən müəyyən olunur ki, təqsirləndirilən şəxslər X15 və Çalık Mehmet Təqsirləndirilən şəxs2 Yardımlı rayonu Arvana kəndində olan evini əyani şəkildə göstərərək, qaldıqları evi və ev sahibinin Təqsirləndirilən şəxs2 olmasını bildirmişlər, eləcə də sərhəddi qanunsuz keçdikdən sonra həmin evə gəldikləri ərazini uzaqdan göstərmişlər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2022-ci il tarixli, 07/94 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 28 iyul 2022-ci il tarixli 16/6436 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə (arvadı xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4, qızı xx.xx.2005-ci il təvəllüdlü Yalda Fahimi, oğlu xx.xx.2009-ci il təvəllüdlü Sina Fahimi) qaçqın statusunun verilməsi ilə bağlı 8 iyul 2022-ci il tarixli vəsatəti qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış, barələrində Dövlət Miqrasiya Xidməti tərəfindən 28 sentyabr 2022-ci il tarixli İQ-30/4 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında Qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən barəsində qaçqın statusu verməkdən imtina edilməsinə dair qərar qəbul edilmiş şəxslərin həmin qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin üzərində fotoşəkilləri olan xx.xx.2023-cü il tarixli şəxsiyyətin müəyyən edilməsi ilə bağlı arayış-müvəqqəti şəhadətnamədən görünür ki, həqiqətən xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4, qızı xx.xx.2005-ci il təvəllüdlü Yalda Fahimi, oğlu xx.xx.2009-ci il təvəllüdlü X26 İslam Respublikasının vətəndaşılarıdır, həmin arayış onların şəxsiyyətləri ilə bağlı sənəddir və xx.xx.2023-cü ilə qədər qüvvədədir. 20 iyun 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa qəsəbəsi 450" şəhərciyində yerləşən mənzildən 01 ədəd ov bıçağı və 01 ədəd gecə görmə cihazı aşkar edilərək götürülmüşdür. DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Əfqanıstan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Yalda Fahimi, Təqsirləndirilən şəxs4, Sina Fahiminin dövlət sərhədindən keçmələri barəsində İAMAS-da məlumat olmamışdır. xx.xx.2022-ci il tarixli 3/1511 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan düzəliş edilməmişdir. Maddi sübutun tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarla 01 ədəd ov bıçağı və 01 ədəd gecə görmə cihazı maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan 20 iyun 2022-ci il tarixli baxış protokolundan görünür ki, hal şahidləri E.Nəcəfovun və N.Bayramovun iştirakları ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən qara rəngli tutacağı olan, tiyəsində “Columbia B3154” yazılmış və rəqəmlər həkk olunmuş qatlanan bıçaq aşkar edilmiş, bıçaq qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan SD diskində olan “Whatssap” ani məsajlaşma proqramından xx.xx.2022-ci il tarixı aid olan Təqsirləndirilən şəxs2 məxsus səs yazıları olan dinlənilmiş, Təqsirləndirilən şəxs2 həmin səsləri İran İslam Respublikası vətəndaşı Seyid Əminə göndərməsini, Əfqanistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşılaması ilə bağlı danışıqlarının olmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 15 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 15 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 15 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Yardımlı RİHB-nın Arvana İƏD üzrə nüməyəndəsinin 10 oktyabr 2022-ci il tarixli xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə müsbət xarakterizə edilir. Yardımlı rayon Arvana kənd tam orta məktəbinin direktoru və həmkarlar təşkilatının sədri tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs2 iş yerində müsbət xarakterizə edilir. Yardımlı RİHB-nın Arvana kənd İƏD üzrə nüməyəndəsinin 14 iyul 2022-ci il tarixli, 91 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 yetkinlik yaşına çatmamış uşağı vardır. Yardımlı RİHB-nın Arvana kənd İƏD üzrə nüməyəndəsinin 14 iyul 2022-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 yetkinlik yaşına çatmamış uşağı vardır. Azərbaycan Respublikasının CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə, habelə məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq zamanı verilmiş ifadələrə, maddi sübut, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslərin təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini təqsirləndirilən şəxslərin törətmələri, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,318.1, 32.5,318.2 və 318-1.1-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onların həmin cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 verilmiş ittihamlar üzrə hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, ona verilmiş ittihamlardan göründüyü kimi, xx.xx.2022-ci il tarixdə əcnəbi vətəndaşlar Azərbaycan Respublikası ərazisinə qanunsuz keçməmişdən əvvəl o, Təqsirləndirilən şəxs2, şəxsiyyətləri “Morad” və “Seyyid Əmin” kimi bilinən İran İslam Respublikasının vətəndaşları ilə əvvəlcədən razılaşmaqla bir qrup təşkil etmişlər. Həmin razılaşmanın şərtlərinə uyğun olaraq, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə uşaqları ilə birlikdə qanunsuz olaraq sərhəd buraxılış məntəqəsindən kənar keçirmələri barədə onların hər birinin vəzifə bölgüsü aparılmış, hər biri həmin vəzifə bölgüsünə uyğun cinayət əməli üzrə funksiyalarını icra etmişlər. Belə olan halda Təqsirləndirilən şəxs1 sərhəddi əvvəlcə İran İslam Respublikası ərazisinə tək keçməsinin, oradan əcnəbi vətəndaşları yenidən qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə gətirməsinin hər biri ayrı-ayrı cinayət əməli kimi tövsif oluna bilməz. Əvvəlcədən bütün vəzifələr qrup üzvləri arasında müəyyənləşdirildiyi üçün, həmin hərəkət bütövlükdə Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin tərkib hissəsini yaradır. Belə olan halda əlavə olaraq Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 318.1-ci maddəsi üzrə ittiham verilməsi anlaşılan deyil və faktiki olaraq həmin ittihamın verilməsi bu anlama gəlir ki, qrup üzvləri arasında razılaşma Təqsirləndirilən şəxs1 sərhədi təkbaşına İİR-sı ərazisinə keçdikdən sonra yaranmışdır. Lakin işin faktiki hallarından göründüyü kimi, razılaşma və vəzifə bölgüsü daha əvvəl müəyyən olunmuşdur. Odur ki, həmin ittiham CM-in 318.2-ci maddəsi ilə tam əhatə olunduğuna görə, CM-in 318.1-ci maddəsi ittihamdan xaric olunmalı, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 318-1.1 və 228.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri barədə ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, onların həmin ifadələri özünü müdafiə xarakteri daşıyır və tədqiq edilmiş mötəbər və mümkün sübutlarla ifadələri təkzib olunduğuna görə, məhkəmə onların həmin ifadələrini sübut kimi qəbul etmir. Məhkəmə bununla bağlı qeyd edir: -Təqsirləndirilən şəxs1 sərhədi keçmədiyini, əcnəbi vətəndaşları kənd yaxınlığında yerləşən türbə tikilinin yanında gözlədiyini və qarşıladığını bildirir. Lakin işin hallarından göründüyü kimi, o, ilkin ifadəsində gecəgörmə cihazı ilə sərhədə getdiyini, məhz əcnəbiləri gecə görmə cihazı vasitəsi ilə tapdığını, həmin hərəkəti Seyyid Əmin adlı İİR vətəndaşının göstərişi ilə icra etdiyini bildirmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, “Morad” adlı şəxslə Təqsirləndirilən şəxs1 görüşmədiyi üçün həmin əcnəbi vətəndaşlar türbə olan tikilinin yerini bilə bilməzdilər və ora özləri gələ bilməzdilər. -Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tərcüməçinin iştirakı ilə vermiş olduqları ifadələrində qeyd etmişlər ki, “....Sərhəd zonasının işarələrini gördükdə, əsas yoldan sağ tərəfindən çıxaraq yolsuzluq şəraitdə sərhədə doğru getdik. Sərhəd ərazisində Morad adlı şəxs bizi tərk edərək Ramon adlı şəxsin bizi kamera vasitəsi ilə tapacağını dedi. Təxminən 10 dəqiqə gözlədikdən sonra Ramon onları qarşılamışdır. Həmin şəxs onu təxminən 3 saat qaranlıqda müşayiət edərək naməlum olan kəddə evlərinə aparmışdır.” Həmçinin o, məhkəmə istintaqında vermiş olduğu ilkin ifadəsində verilmiş suala cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs1lə görüşdükdən sonra sərhəddin tikanlı məftillərini keçmişlər. -Təqsirləndirilən şəxs1 CM-in 228.4-cü maddəsi üzrə verilmiş ittihama dair bir neçə dəfə ifadəsini dəyişmişdir. Belə ki, o, ibtidai istintaqda bıçağın nişanələrinə etiraz etməmiş, lakin evində olan qara rəngli çantadan aşkar olunmasını bildirir, məhkəmə istintaqında videoçəkilişlə aparılan xx.xx.2023-cü il tarixli məhkəmə iclasında üzərində olmasını bildirmiş, yenə də nişanələrinə dair etiraz etməmiş, daha sonrakı məhkəmə iclasında bıçağın evində olan paltosunun cibindən aşkar olunmasını, maddi sübut kimi tanınan bıçağın həmin bıçaq olmadığını bildirmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə olan məhkəmə iclasında bıçağın üzərindən aşkar olunmasını təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsə də, özünün, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadələrindən, Seyid Əmin adlı şəxslə olan səsli məsajlaşmasından göründüyü kimi, o, əvvəlcədən olan razılaşmaya əsasən evində əcnəbi vətəndaşlara, eləcə də Yusif və Mehmet adlı əcnəbi vətəndaşlara qabaqcadan vəd etməklə köməklik etməsi, yəni qarşılaması, evində saxlaması, onlara taksi təşkil etməsi, gedəcəkləri ünvana çatmaları üçün lazım olan bütün yarıdmları göstərməsi sübuta yetirilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına gəlmələrini bildirsələr də, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2022-ci il tarixli, 07/94 saylı məktubundan görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə (arvadı xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4, qızı xx.xx.2005-ci il təvəllüdlü Yalda Fahimi, oğlu xx.xx.2009-ci il təvəllüdlü Sina Fahimi) qaçqın statusunun verilməsi ilə bağlı 8 iyul 2022-ci il tarixli vəsatəti qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış, barələrində Dövlət Miqrasiya Xidməti tərəfindən 28 sentyabr 2022-ci il tarixli İQ-30/4 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında Qərar qəbul edilmişdir. İfadələrindən də göründüyü kimi, həmin qərardan məhkəmyə şikayət olunmuş, lakin şikayətləri birinci, apelyasiya və kasassiya instansiyaları məhkəmələrində baxılaraq təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina edilməsi haqqında Qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən haldır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməllərindən peşman olmalarını cəzalarını yüngülləşdirəm hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Nufəli oğluna təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunsa da, şəxsiyyəti, törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəliliyi, şəxsiyyəti, cinayət əməlindən sonrakı davranışları ilə islah olunmamasına yönəlmiş hərəkətləri əsas verir ki, ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində olan yüngülləşdirici halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, cinayətlərin məcmusu üzrə orta həddə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunsa da, şəxsiyyəti, törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəliliyi, şəxsiyyəti, cinayət əməlindən sonrakı davranışları ilə islah olunmamasına yönəlmiş hərəkətləri əsas verir ki, ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində olan yüngülləşdirici halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, cinayətlərin məcmusu üzrə orta həddə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunsa da, şəxsiyyəti, törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəliliyi, şəxsiyyəti əsas verir ki, ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində olan yüngülləşdirici halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, verilmiş ittiham üzrə orta həddə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunsa da, şəxsiyyəti, törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəliliyi, şəxsiyyəti əsas verir ki, ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Lakin məhkəmə onun əməlində olan yüngülləşdirici halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan da islah oluna biləcəyini, 2 övladının valideyn himayəsindən məhrum olunması baxımından uşaqların üstün mənafelərini nəzərə alıb, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1, 70.2., 70.3., 70.5. və 70.6-cı maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs4 təyin olunacaq cəza şərti olaraq tətbiq olunarkən onun şərti məhkum olunması üçün müəyyən sınaq müddəti müəyyən olunmalı və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Əlavə olaraq onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1,158.2.2 və 158.2.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı, Təqsirləndirilən şəxs2 isə həbsdə saxlanıldığı və ev dustaqlığına olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, onların cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, onun cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.13cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərüçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin tələbləri baxımından cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məsələsini müzakirə edərək, hesab etmişdir ki; Azərbaycan Respublikasının CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Bu baxımdan məhkəmə hesab edir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının CM-in 52-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onların Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluqları ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri məsələsini müzakirə edərək qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 64 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki iddia yoxdur, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, maddi sübut 01 (bir) ədəd bıçaq məhv edilməli, 01 (bir) ədəd gecə görmə cihazı Azərbaycan Respublikasının CM-nin 99-1.1.1ci maddəsinə əsasən cinayət törədilərkən istifadə etdiyi alət və vasitə kimi xüsusi müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə, CM-nin 318-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə və CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 verilmiş ittihamlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 318.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə, CM-nin 32.5, 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə və 318-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilməklə, hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, kütləvi və digə tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmün icrası Təqsirləndirilən şəxs4 münasibətdə onun yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə tapşırılsın. Ekspertiza tədqiqatının dəyəri 64 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut 01 (bir) ədəd bıçaq məhv edilsin, cinayət törədilərkən istifadə edilmiş alət və vasitə kimi 1 (bir) ədəd gecə görmə cihazı Azərbaycan Respublikasının CM-nin 99-1.1.1ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yaapelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: X28

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar