Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-6/2024 22.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Masallı rayonu Əkrivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Masallı mağazasında inzibatçı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsəd ilə tanışı Zərərçəkmiş şəxs inam və etibarından istifadə edib kürəkəni Şahid2 "xxxx" MMC-də işə düzəldəcəyinə yalan vəd verib aldadaraq vahid qəsdlə xx.xx.2023-cü il tarixdə Yardımlı şəhəri H.Əliyev küçəsi OBA-1 marketdə yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 2500 (iki min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə Yardımlı şəhəri H.Əliyev prospektində yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 2800 (iki min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Yardımlı filialı vasitəsi ilə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Yardımlı şəhəri B.Mansurov küçəsində yerləşən 190 nömrəli evin həyətində 5000 (beş min) manat, xx.xx.2023-cü il tarixdə Yardımlı şəhəri H.Əliyev prospekti “24 saat” adlı marketdə yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 750 (yeddi üz əlli) manat, xx.xx.2023-cü il tarixdə Yardımlı şəhəri H.Əliyev küçəsi “OBA-1” adlı marketdə yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 3600 (üç min altı yüz) manat, ümumilikdə 14.850 (on dörd min səkkiz yüz əlli) manat pulunu ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu əməlinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham verilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 9.878 manat maddi ziyan və 120 manat ödənilmiş dövlət rüsumu, cəmi 9.998 manatın alınması tələbi ilə bağlı mülki iddia qaldırmışdır. Məhkəmə Azərbaycan Rеspublikası CPM-nin 183-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanıyaraq iddia ərizəsini icraata qəbul edtmişdir. Təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs təxminən 5-6 il olar ki, tanıyır. Onunla "xxxx" MMC-nin Masallı mağazasında tanış olmuşdur. Zərərçəkmiş şəxs mağazadan kreditlə soyuducu, divan, televizor və sair məişət avadanlıqları götürmüşdür. Təxminən 2022-ci ilin noyabr ayında o, Zərərçəkmiş şəxs evində olmuşdur. Onun evinə mağazadan avadanlıqlar gətirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs kürəkəni Şahid2lə tanış olmuşdur. Söhbət zamanı Şahid2 onun tanışlarının olduğunu və onu Bakı şəhərində Optimal şirkətində işə düzəldə biləcəyini bildirmişdir. Bunun üçün 15.000 manat pul lazım olunduğunu bildirmişdir. Müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs onun kartına 14.850 manat köçülmüşdür. Aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin puldan 4972 manatını qaytarsada, 9878 manat pulu qaytara bilməmişdir. Hal-hazırda əməlindən peşmandır, dəymiş zianın müəyyən hissəsini ödəmişdir və söz verirki, ödənilməmiş qalmış dəymiş ziyanı yaxın zamanda ödəyəcəkdir. Barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 5-6 il olar ki, Anar tanıyır. Onunla "xxxx" MMC-in Masallı filialında alver edən zaman tanış olmuşdur. Mağazadan kreditlə soyuducu, divan, televizor və sair avadanlıqlar götürmüşdür. Avadanlıqları Təqsirləndirilən şəxs özü onun evinə gətirmişdir. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs onun yaşadığı Yardımlı şəhəri, B.Mansurov küçəsində yerləşən evində olarkən həmin vaxt ora gələn kürəkəni Şahid2lə tanış olmuşdur.Şahid2 işsiz olduğu üçün Anar ona “mən onu Bakı şəhərində Optimal şirkətində əvvəl anbar müdiri, sonra isə filiallardan birinə müdir verdirərəm, əmək haqqı 1500 manat, əlavə olaraq 500 manat bonus, üstəlik qazancı da olacaq” demişdir. Bunun üçün Anar ondan 16000 manat pul istəmiş, lakin o Anara 15000 manat pul düzəldib verə biləcəyini bildirmiş və razılaşmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına 2500 manat, xx.xx.2023-cü il tarixdə iki dəfə 2800 manat və 200 manat,xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 750 manat və xx.xx.2023-cü il tarixdə 3600 manat, ümumilikdə Təqsirləndirilən şəxs 14850 manat pul göndərmişdir.Qalan 150 manat pulu isə iş düzələndən sonra verəcəyini demişdir. Bir müddətdən sonra X4 Bakı şəhərində Xətai metrostansiyasının yaxınlığındakı hündür mərtəbəli bir binanın qarşısına aparmış, ona “bizim baş ofis burada yerləşir” demişdir. Zaur küçədə gözləmiş, o, isə binaya daxil olmuş, bir müddət sonra binadan çıxmış, direktorla görüşdüyünü, ona fevral ayında işə çıxacağnı bildirmişdir. Ona 3x4 sm ölçüdə 4 ədəd şəkil, yaşayış yerindən, sağlamlıq və təhsil haqqında arayışlar hazırlamağı tapşırmışdır. Zaur sənədləri hazırlasa da Anardan xəbər çıxmadığını görüb, aldanıldığını başa düşmüş və verdiyi pullları Təqsirləndirilən şəxs geri istəmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş zyanın bir hissəsini qaytarsa da, ona dəymiş ziyandan 9.878 manatı ödənilməmiş qalmışdır. Ona görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 9.878 manat maddi ziyan və 120 manat ödənilmiş dövlət rüsumu, cəmi 9.998 manatın alınması barədə mülki iddianın təmin edilməsini, şikayəti yoxdur, qalan pulunun ödənilməsi üçün barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cazasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs ilə qohumdur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək ondan 5.000 manat borc borc istəmiş və təxminən 10-15 dəqiqə sonra Yardımlı şəhər sakini, taksi sürücüsü Şahid1 onun evinin həyətinə gəlmişdir. Həmin vaxt o, 5000 manat pulu Zərərçəkmiş şəxs çatdırmaq üçün Şahid1 vermişdir. Bir müddət sonra özünə pul lazım olduğu üçün verdiyi pulu Zərərçəkmiş şəxs istəmiş, lakin Zərərçəkmiş şəxs ona kürəkəni Şahid2 işə düzəltmək məqsədi ilə ondan aldığı pulla birlikdə ümumilikdə 14850 manat pulu Masallı rayon Ərkivan qəsəbəsində yaşayan Anar adlı şəxsə verdiyini, lakin geri ala bilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi Yardımlı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. O, bir neçə dəfə öz avtomobili ilə Zərərçəkmiş şəxs Yardımlı şəhərində yerləşən “Million” terminal aparatının yanına və "xxxx" ASC-nin Yardımlı filialına aparmış və Zərərçəkmiş şəxs aparatdan pul köçürməsini görmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək qohumu Mirhünbət Səmədovun evinə gedib ondan 5.000 manat pul almasını ona bildirmiş, O, da X1 şəhərində yerləşən evinə getmiş, Mirhümbət ona 5000 manat pul vermiş, o, da həmin pulu Nəbi Mirəzyevə vermişdir. Həmin vaxt evin həyətində Zərərçəkmiş şəxs 30-35 yaşlı bir şəxslə söhbət etdiyini və onun verdiyi 5.000 manat pulu Zərərçəkmiş şəxs sayaraq həmin şəxsə verdiyini görmüşdür. Şahid2 məhkəməyə teleqram göndərərk ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki,o şahidlər Şahid3 və Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20-də saxlanılmışdır. Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,4(038)-20/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Doğum akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Nuray adlı qızı vardır. Masallı Rayon Mərkəzi X3 Şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan caza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən halllardır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, mülki iddianı qəbul etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər cinayət məzuliyyətinə cəlb olunmaması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamaqla azadlıqdan məhrumetməyə alternativ cəza təyin olunmasını xahiş etməsi ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətə görə 02 ay 26 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 05 ay 22 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olubolmadığı məsələsini müzakirə edərək aşağıdakı nəticəyə gəlmişdir. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs 9.878 manat maddi ziyan və 120 manat ödənilmiş dövlət rüsumu, cəmi 9.998 manat məbləğində maddi ziyan alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27.11. 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətə görə 02 ay 26 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 05 (beş) ay 22 (iyirmi iki) gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 02 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs oğlu Ziyafət oğlundan 9878 (doqquz min səkkiz yüz yetmiş səkkiz) manat maddi ziyan və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat, cəmi 9.998 (doqquz min doqquz yüz doxsan səkkiz) manat alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: x5
Məhkəmə qərarları › İş №1(038)-6/2024
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-6/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver