Məhkəmə qərarları › İş №1(038)-6/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-6/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-6/2025 10.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ

X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 228.4, 318.1-ci maddələri ilə təqsirli bilinib 15 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 206.2, 234.1 və 29,318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçməyə cəhd etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq keçirməyə cəhd etmişdir. Belə ki, o, İran İslam Respublikasında yaşayan əmisinin yanına getmək və orada müalicə olunmaq məqsədi ilə 12 noyabr 2024-cü il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun Avaş kəndində yerləşən 21-ci sərhəd zastavasının 8-ci sahəsindən qəsdən, qanunsuz olaraq piyada hərəkət etməklə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd etmiş, eyni zamanda satış məqsədi olmadan qəsdən qanunsuz olaraq, şəxsi istifadə üçün, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxsdən əldə edib saxladığı xeyli miqdarda psixotrop maddə -1,664 qram metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun Avaş kəndində yerləşən 21-ci sərhəd zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz olaraq keçirməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun Avaş kəndində yerləşən 21-ci sərhəd zastavasının 8-ci sahəsində dövlət sərhəd xəttindən 1000 metr aralıda, mühəndis-texniki çəpərdən 800 metr içəridə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, həmin gün, saat 11 radələrində saxlanılmış və üzərində olan xeyli miqdarda psixotrop maddə -1,664 qram metamfetamin götürülmüş, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri

Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, elan edilmiş ittiham ona aydındır və dövlət sərhədi pozduğuna görə özünü qismən təqsirli bilir. O, dövlət sərhdini İran İslam Respublikasında müalicə almaq üçün, yəni çarəsizlikdən pozmuşdur və həmin vaxt üzərində narkotik vasitə aşkar edilmişdir. Vidokonfrans vasitəsi ilə dindirilən Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərdi ki, həmin gün o, saxlanılarkən hava dumanlı və yağışlı olmuşdur. Azmamaq üçün.o, sərhəd zastavasına gedən yola çıxmış və əskərləri çağırmışdır. Əgər onun üstündə narkotik vasitə olubsa, həmin vaxt narkotik maddəni niyə atmayıb?. Həmin vaxt Əskərlər onu saxlamış və harasa məlumat vermiş, həmin şəxslər gələnə kimi isə onun üstünü 2 dəfə həmin əskərlər yoxlamışlar. Digər əskərlər gəldikdən sonra, onun üstünün yoxlanılıb-yoxlanılmamasını əskərlərdən soruşmuşlar, əskərlər onun üstünü yoxladıqlarını və heç bir şey aşkar etmədiklərini bildirmişdir. Həmin vaxt əskərlər ondan hansı tərəfdən gəldiyini soruşmuş, daha sonra iki əskər onu sürüyə-sürüyə həmin əraziyə, oradan isə sərhəd zastavasına aparmışlar. Zastavada ona işgəncə verilmiş, daha sonra axşamüstü sərhəd zastavadan onu sərhəd kamendaturasına aparmışlar. Kamendatura onun ayağını sıxmışlar və ayağına bilmədiyi alətlə döymüşlər. Gözü bağlı olduğu üçün işgəncə verən şəxsi və aləti görə bilməmişdir. Həmin vaxt barmaqlarından və qulağından xəsarət almışdır və hazırda da qulağı eşitmir. O, bir gün komendaturada saxlanıldıqdan sonra, onu Göytəpədə yerləşən hərbi hissəyə aparmışlar. Göytəpədə olarkən şəxsi geyimdə olan bir nəfər ona yaxınlaşaraq, narahat olmamağını, onu Bakı şəhərində hospitala aparacaqlarını bildirmış, bu şərtlə ki, axıra qədər onlar dediyi kimi ifadə versin. İsttintaq təcridxanasında ona işgəncə verilməsi ilə bağlı məlumatı qorxusundan verməmişdir. Həmin şəxslər məlumat verdiyi halda, daha çox narkotik maddəni.onun boynuna qoyacaqları ilə hədələmişlər. Barəsində qətimlkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəməyə onun qoluna girərək aparmışlar. Məhkəmədə o, özündə olmadığı üçün, nə baş verdiyini xatırlamır. İstintaq təcridxanasına ilk əvvəl onu qəbul etmək istəməsələrdə, daha sonra qəbul etmişlər. Bir gün istintaq təcridxanasında saxlanılmış və daha sonra onu Mərkəzi Xəstəxanaya aparmışlar. Xəstəxanada isə ayağının şaxtadan donduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə göstərdi ki, dövlət sərhədini pozduğuna görə özünü təqsirli bilir. O, saxlanılarkən ona işgəncə verilmişdir. Onun valideyinləri elə bilir ki, onun barmaqları soyuqdan bu vəziyyətə düşmüşdür. Amma ona işgəncə verildiyi üçün onun on barmağı kəsilmişdir. Əgər onu barmaqlarını şaxta vurubsa niyə ayağına bir şey olmayıb, yalnız barmaqlarına olub?, o, ömürlük şikəst olub. Onun gözləri bağlı olduğu üçün ayağını nə ilə sıxdıqlarını və ayağına nə ilə vurulduqlarını görməmişdir. Saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Əgər üzərində narkotik vasitə aşkar olubsa, nəyə görə mobil telefona çəkilməmişdir? Ona görədə məhkəmədən bu məsələlərin araşdırılmasını xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 оğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 21ci sərhəd zastavasında saxlandığı üçün, zastavaya hal şahidi kimi dəvət edilmişdir. Həmin vaxt zastavada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun sağ cibindən narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Daha sonra sahəyə baxış keçirilmiş və həmin sahədən qara rəngli çanta aşkar edilmişdir. Çantanın içərisində gecəgörmə cıhazı, 5 şpiris, şüşə flakon, Nokia telefon və LG smartfon telefon aşkar edilmişdir. Həmin vaxt təsirləndirilən şəxsiun fiziki hərəkəti normal olmuş və ona qarşı hər hansı bir fiziki zor tətbiq olunmasını görməmişdir. Daha sonra əlavə dindirmək zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sərhəd pozucusu kimi saxlanılmış və o, hal şahidi kimi dəvət edilmişdir. Hadisə yerinə təhqiqatçı ilə birlikdə getmiş və təxminə 40 dəqiqə sonra? 21-ci sərhəd zastavasında olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı şalvarının cibindən kiçik bükülü aşkar edilmişdir. Daha sonra əraziyə baxış keçirilmiş, ərazidə qara rəngli çanta, gecəgörmə cıhazı, 5 şpiris, şüşə flakon və telefon aşkar edilmişdir. Həmin vaxt təsirləndirilən şəxs özündə olmasa da, yerişi normal olmuşdur. Təqsirləndirilən şəxs qarşı qarşı hər hansı bir fiziki zor tətbiq olunmasını görməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, sərhəd zastavasına getmiş və orada hal şahidi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından İran İslam Respublikasın keçərkən saxlanılmışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman təqsirləndirilən şəxsin şalvarının yan cibindən bir büküm aşkar edilmişdir. Bükümə baxış keçirilmiş və narkotik vasitəyə oxşar maddə müəyyən edilmişdir. Daha sonra hadisə yerinə baxış keçirilmiş,baxış zamanı çanta, gecəgörmə cıhazı, 5 şpiris, şüşə flakon, düyməli nokia.və smart telefon aşkar edilmişdir. Əlavə dindirmə zamanı bildirmişdir ki, zastavada təqsirləndirilən şəxsin üzərində təhqiqatçı və Şahid1 axtarış aparmışdır. Həmin vaxt təqsirləndirilən şəxsin ayağında corab olmuş və səhətində problem olduğunu görməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansi bir fiziki zor tətbiq edilməmiş və ya ona işgəncə verildiyini görməmişdir. Məhkəmə istintaqında şahid X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dövlət sərhədi keçərkən o saxlamışdır. xx.xx.2024-cü il tarixdə 5-8 sahədə gözətçi xidmətini apararkən 1 nəfər.qara paltarlı şəxsin hərəkət etdiyini görmüşlər.Həmin şəxsə «dayan» komandası vermişlər, həmin şəxs dayanmış və onu sərhəd zastavasına aparmışlar. Daha sonra hadisə yerində- 7-si sahədə bir ədəd qara çanta aşkar edib hal şahidlərinə təhvil vermişlər.Çantanın Təqsirləndirilən şəxs məxsus olmasını özü etiraf etmişdir. Əlavə dindirmə zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs sərhəd pozucusu kimi saxlanılarkən o, da iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs 21 sərhəd zastavasının 8-ci sahəsində saxlamış və zastavaya məlumat vermişlər. Təqsirləndirilən şəxs saxlanılarkən ayaqlarının uşüməsini onlara bildirmişdir. Onlar sərhəd pozucusunu zastavaya təhvil verdikləri üçün xidməti əraziyə qayıtmış və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən iştirak etməmişdir. X7 ayaqlarını soyundurmamış və ona qarşı hər hansı bir zor tətbiq etməmişlər. Məhkəmə istintaqında şahid X3 ifadəsində göstərdi ki, 21-ci sərhəd zastavasının 5- 8 sahəsində X2 ilə xidmət apararkən 1 nəfər şəxsin.kolların arası ilə hərəkət etdiyini görüb, həmin şəxsə «dayan» komandası vermişlər. Daha sonra həmin şəxsi saxlayıb sərhəd zastavasına aparmışlar. Sərhəd pozucusunu ilk dəfə X2 görmüş və həmin şəxs normal qaydada sərbəst yeriyərək mühəndis texniki çəpərə doğu hərəkət edərkən saxlamışlar.Sərhəd pozucusu saxlanılarkən onlara qarşı müqavimət göstərməmişdir. Onlar xidməti ərazidə olduğu üçün baxışda iştirak etməmişlər. Əlavə dindirmə zamanı bildirmişdir ki, X2.ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs gözü bağlanmamışdır. Onlar sərhəd pozucusunu saxladıqdan sonra sərhəd zastavasına məlumat vermişlər və Təqsirləndirilən şəxs təhvil verdikdən sonra xidmətlərini davam etdirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yerişi normal olmuş və ayağında xəsarətin olduğu görməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən.o, iştirak etməmişdir. 2.1.1.2. cinayət işinin materialları

xx.xx.2024-cü il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri N №-li hərbi hissənin Yardımlı rayonu Avaş kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 8-ci sahəsidir. Ərazi dağlıq, qayalıq, sıx meşəlik, mürəkkəb relyefə malik sahələrdən ibarətdir. 8-ci sahədən 21-ci sərhəd zastavasına qədər olan məsafə təqribən 600 metrdir. 21-ci sərhəd zastavasından Azərbaycan Respublikası istiqamətində Yardımlı rayonu Abbasalı kəndi yerləşir. 21-ci sərhəd zastavasından Yardımlı rayonu Abbasalı kəndinə qədər olan məsafə təqribən 780 metrdir. 8-ci sahədə İran İslam Respublikası istiqamətində İran İslam Respublikasının Tülün kəndi yerləşir. 21ci sərhəd zastavasından Tülün kəndinə qədər olan məsafə təqribən 3400 metrdir. Bundan əlavə, 21-ci sərhəd zastavasının 7-ci sahəsində, dövlət sərhəd xəttindən təqribən 830 metr aralıda, 97/1 nömrəli köməkçi sərhəd nişanından təqribən 300 metr sağda, mühəndis-texniki çəpərdən 950 metr içəridə 1 ədəd qara rəngli kəmər çantası aşkar olunaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 21-ci sərhəd zastavasının 7-ci sahəsində, dövlət sərhəd xəttindən təqribən 830 metr aralıda, 97/1 nömrəli köməkçi sərhəd nişanından təqribən 300 metr sağda, mühəndis-texniki çəpərdən 950 metr içəridə 1 ədəd qara rəngli kəmər çantası aşkar olunaraq götürülmüşdür. Kəmər çantasının daxilinə baxış keçirilən zaman içərisində bir ədəd qara rəngli, üzərində 1 ədəd qırmızı və 4 ədəd qara rəngli düymələr, qara rəngli düymələrin yanında “R”, “+”, “-” “M” yazılar, qırmızı rəngli düymənin yanında 1 ədəd kabel və batareya yuvası, yuxarı və aşağı hissəsində tünd rəngli optik şüşə, uzunluğu 23 santimetr, enliyi 8 santimetr, çəkisi 784 qram, dəmir konstruksiyalı gecə görmə cihazı və ona aid bir ədəd boz rəngli, uzunluğu 6 santimetr, eni 4 santimetr, çəkisi 40 qram olan batareyanın olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli «Vətəndaşın üzərinə baxış keçirilməsi haqqında protokol»dan görünür ki, xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissənin 21-ci sərhəd zastavasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən kiçik ölçülü 1 (bir) ədəd büküm aşkar olunmuşdur. Təxmini çəkisi bükümlə birlikdə 2 qram olan həmin büküm açılaraq içərisinə baxış keçirilən zaman həmin bükümdə narkotik vasitəyə bənzər maddə olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar edilmiş çantaya baxış zamanı 5 ədəd tibbi şpris, 1 ədəd “Nokia” markalı düyməli sadə qara rəngli mobil telefon, 1 ədəd şüşə flakon, 1 ədəd “LG” markalı qara rəngli smartfon telefon aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməkimyəvi ekspertizasının 13.11. 2024-cü il tarixli, 6/5199 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Dövlət Sərhəd idməti Zərflər üçün № 25» dairəvi möhür əksləri olan,yapışqan lentlə sarınmış bir ədəd paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi.1,664 qram olan ağ rəngli,kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi- 1,664 qram, tədqita sərf edilmişdir-0,05 qram, qalıq-1,614 qram olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsin Amblator məcburi-narkoloji tibbi xx.xx.2025-ci il tarixli, 114 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoid və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli «İnzibati qaydada tutma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli «Şübhəli şəxsin tutulması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-608/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,206.2, 234.1 və 29,318.1-ci maddələri ilə.Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı qarnizonu üzrə Hərbi Tribunalın xx.xx.1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin (könə məcəllə) 240-ci maddəsinin a bəndinə, 241 madddəsinin b bəndi ilə təqsirli bilinib 3 il müddətinə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə.təqsirli bilinib 5 il 6 ay müddətinə, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 228.4, 318.1-ci maddələri ilə təqsirli bilinib 15 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. «Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəsəxanası» X8 xx.xx.2024-cü il tarixli, 14097 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəsəxanada müalicə olmamışdır. «Səhiyyə Nazirliyi Respublika Narkaloji Mərkəzi» X8 xx.xx.2024-cü il tarixli,13628 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə.narkaloji qeydiyyatda yoxdur. «Maddi sübut kimi tanınma haqqında» xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarla 5 ədəd tibbi şprisin (1 ml, 1ml, 2 ml, 3ml, 3ml), 1 ədəd şüşə flakonun və bir ədəd qurğu zavod üsulu ilə istehsal edilmiş duman, tüstü və qaranlıq mühit şəraitində obyektləri müşahidə etmək üçün nəzərdə tutulmuş “RB60G” markalı termal optik nişangah maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılması qərara alınmışdır. «Ekspertiza xərclərinə dair bildiriş»lərdən görünür ki, aparılmış ekspertiza.təhqiqatının dəyəri 144 manat (80 manat + 64 manat) təşkil edir. Məhkəmənin sorğusuna əsasən Baş Prokurorluq tərəfindən verilmiş xx.xx.2025-ci il tarxli cavab məktubunda görünür ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinin icratında istintaq olunaraq tamamlanmış və aidiyyəti üzrə baxılması üçün Yardımlı rayon Məhkəməsinə göndərilmiş cinayət işi üzrə CM-nin 29,206.2, 29,318.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissənin 21-ci zastavasının ərazisində DSX-nin əməkdaşları tərəfindən saxlandıqdan sonra hərbi hissəyə aparılaraq narkotik maddənin özünün olmasını etiraf etməsi üçün döymə, işgəncə və sair təzyiqlərə məruz qalaraq bədən xəsarətləri almasını bildirməsi barədə məhkəmənin Baş Prokurorluğa daxil olmuş məlumatı əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı məlumatda göstərilən xüsusatlar təsdiqini tapmamış, DSX-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixdə CPM- nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd olunmasına dair qərar qəbul edilmiş və bununla əlaqədar hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1.əməlin tövsifi ilə bağlı

CM-nin 29-cu maddəsinin dispozisiyasına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə isə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinə əsas və səbəbdir. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun İİ siyahının 118-ci bəndində qeyd olunmuşdur ki, Metamfetaminin miqdarının aşağı həddi 0,15 qram yuxarı həddi isə 2 qramadək kimi müəyyən edilmişdir. CM-nin 318.1-ci madəsinə görə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçmə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə hesab edilir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməyə cəhd etməsini etiraf etmiş və həmin cinayətdə özünü təqsirli bilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs son sözündə əsgərlər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, ona işgəncə verildiyinə və hədə-qorxu gəlindiyi üçün həmin vaxt üzərində narkotik vasitənin aşkar edildiyini bildirmişdir. Ona verilmiş işgəcələr nəticəsində ayaq barmaqlarının kəsildiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi faktların araşdırılması üçün məhkəmə istintaqını təzələyərək məhkəmənin əvvəlki iclaslarında dindirilmiş şahidlər təkrar bir daha dindirilmiş və Təqsirləndirilən şəxs göstərdiyi xüsusatların araşdırılması üçün Baş Prokurorluğa sorğu göndərmişdir. Sorğunun nəticəsi olaraq Baş Prokurorluq tərəfindən bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsinin icratında istintaq olunaraq tamamlanmış və aidiyyəti üzrə baxılması üçün Yardımlı rayon Məhkəməsinə göndərilmiş cinayət işi üzrə CM-nin 29,206.2, 29,318.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissənin 21-ci zastavasının ərazisində DSX-nin əməkdaşları tərəfindən saxlandıqdan sonra hərbi hissəyə aparılaraq narkotik maddənin özünün olmasını etiraf etməsi üçün döymə, işgəncə və sair təzyiqlərə məruz qalaraq bədən xəsarətləri almasını bildirməsi barədə məhkəmənin Baş Prokurorluğa daxil olmuş məlumatı əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı məlumatda göstərilən xüsusatlar təsdiqini tapmamış, DSX-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixdə CPM- nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd olunmasına dair qərar qəbul edilmiş və bununla əlaqədar hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitətənin olmaması və həmin vaxt ona verilən işgəncələr nəticəsində üzərində narkotik vasitənin aşkar edildiyini bildirməsi, həmçinin ona verilən işgəncələr nəticəsində ayaq barmaqlarını itirməsi barədə verdiyi iifadəsi öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli 29,206.2, 234.1 və 29,318.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi, yəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq keçirməyə cəhd etməsi, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-nin 29,206.2, 234.1 və 29,318.1-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı

CM-nin: 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və CMnin 318.1-ci maddəsinin sanksiyasında isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 63.3-cü maddəsinin tələbinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edlir. Belə ki, CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələbi baxımından ona təqsirləndirildiyi CM-nin 29,206.2, 234.1 və 29,318.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmayan həddə cəzanın təyin edilməli və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məqsədəuyğundur. CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

Azərbaycan Respyblikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən: 132.1. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. 132.2. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından məhkəmə hesab edir ki, iş üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan maddi sübutekspertiza keçiriləndən sonra qalıq qalmış 1,614 qram psixotrop maddə metamfetamin, 5 ədəd tibbi şpris və 1 ədəd şüşə flakon məhv edilməli, 1 ədəd «Nokia» markalı düyməli sadə qara rəngli mobil telefon və 1 ədəd «LG» markalı qara rəngli smartfon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı və bir ədəd qurğu zavod üsulu ilə istehsal edilmiş duman, tüstü və qaranlıq mühit şəraitində obyektləri müşahidə etmək üçün nəzərdə tutulmuş “RB60G” markalı termal optik nişangah dövlət nəfinə müsadirə edilməklə Dövlət Sərhət Xidmətinin maddi texniki təminat baş idarəsinə təhvil verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 144(yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda.alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır.

3. NƏTİCƏVİ HİSSƏSİ:

Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs.Eldar oğlu.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 4(dörd) il müddətinə, CM-nin 234.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə və CM-nin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Ekspertiza tədqiqatından sonra qalıq qalan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 1,614 qram psixotrop maddə metamfetamin 5 ədəd tibbi şpris və 1 ədəd şüşə flakon məhv edilsin. 1 ədəd «Nokia» markalı düyməli sadə qara rəngli mobil telefon və 1 ədəd «LG» markalı qara rəngli smartfon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. 1(bir) ədəd qurğu zavod üsulu ilə istehsal edilmiş «RB 60 G» markalı termal optik nişangah dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin maddi texniki təminat baş idarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu (məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surəti verildiyi andan) 20(iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət.başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar