Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-7/2023 04.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə. xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi, öz tikili ev 68-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yardımlı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu əsasında kifayət qədər ittiham olunur ondan ötrü ki, o, tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə internet vasitəsi ilə “tap.az” saytında yüksək əmək haqqı müqabilində Çulov adasında mühafizəçi vəzifəsinə vakansiyaların olması barədə elan yerləşdirmiş, elan əsasında işə qəbulla bağlı müraciət etmiş Yardımlı rayonu Arus kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı özünü vakansiyanın olduğu qurumun əməkdaşı kimi təqdim edib onun və və qardaşı X1 şəxsiyyətini təsdiq edən sənəd və hərbi biletlərinin fotoşəkillərini “WhatsApp” proqramı vasitəsi ilə əldə etdikdən sonra onların işə qəbulu üçün xidməti vəsiqə, sığorta haqqı və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb 27 aprel 2022-ci il tarixdə hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 694 manat pulu 4169 7385 3646 3031 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartı hesabına Yardımlı rayonu ərazisində yerləşən ödəmə terminallarından, həmçinin zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 694 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmişin və şahidlərin ifadələri, eləcədə işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında “tap.az” saytında “BİPİ şirkətinin Çulov adasında yerləşən qurumlarında mühafizəçi işinə” qəbul ilə bağlı elan yerləşdirmişdir. Həmin elanda əlaqə nömrələri olaraq 055 402 60 10 və 055 626 26 03 saylı mobil nömrələri qeyd etmişdir. 27 aprel 2022-ci il tarixdə həmin nömrələrə 050 869 32 07 saylı mobil nömrədən zəng gəlmiş, telefona cavab verdikdə həmin şəxs Yardımlı rayonundan Zərərçəkmiş şəxs olduğunu, özünün və qardaşı Turan Mustafazadənin elanda qoyulmuş işə düzəlmək istədiyini bildirmişdir. O, həmin şəxsə adının Elnur olduğunu bildirmiş, onu inandırmaq üçün Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini, özünün və qardaşının hərbi biletlərinin şəkillərini “WhatsApp” proqramı vasitəsi ilə ona göndərməsini istəmiş və Emin həmin sənədləri “WhatsApp” proqramı vasitəsi ilə onun dediyi nömrəyə göndərmişdir. Bundan sonra o, qaynı X3 zəng vuraraq ondan kart nömrəsi istəmiş, Elşən isə bacısı Hicran Babayevada olan "xxxx" ASC tərəfindən verilmiş kart nömrəsini vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq işə düzəlməsi üçün lisenziya açılmasından ötrü 354 manat pul istəmiş, ona kartın nömrəsini demiş və pulu həmin karta yükləməsini bildirmişdir. Zərərçəkmiş şəxs də həmin pulu karta yüklədiyini bildirmişdir. Bundan sonra sığorta olunması üçün 240 manat pul da istəmiş, Zərərçəkmiş şəxs onunla razılaşmış və 240 manat pulu da həmin karta yüklədiyini bildirmişdir. Bundan sonra qaynı Elşənə zəng vuraraq karta pul yükləndiyini, həmin pulu bankomatdan çıxarıb saxlamasını, gəlib götürəcəyini demişdir. Elşən də Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən bankomata gedərək həmin pulu çıxarmış və bu barədə ona məlumat vermişdir. Həmin gün yenə də o, Eminlə əlaqə saxlamış və qardaşı üçündə 240 manat pul göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs 240 manatının olmadığını, lakin 100 manat pul göndərə biləcəyini demişdir. O da Eminlə razılaşmışdır. Bir az sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq 100 manat puluda onun dediyi karta yüklədiyini bildirmişdir. Bundan sonra qaynı Elşən Babayevlə əlaqə saxlayaraq karta yenədə pul yükləndiyini bildirmiş və həmin pulu götürməsini xahiş etmişdir. Həmçinin Elşənə pulları özündə saxlamasını, axşamüstü həmin pulu ondan götürəcəyini demişdir. Elşən də onunla razılaşmışdır. 27 aprel 2022-ci il tarixdə saat 20- 21 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsinə qaynı Elşən Babayevin yaşadığı evin yanına getmiş və 694 manat pulu Elşəndən götürmüşdür. Sonra elanda qoyduğu mobil nömrələri söndürmüşdür. Əməlindən peşman olmuş və Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışasını və dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmalarını və ona dəymiş 694 manat maddi ziyanı tam ödəməsinə dair ərizəni məhkəməyə təqdim edərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, 27 aprel 2022-ci il tarixdə saat 09:53 radələrində yaşadığı evdə olduğu vaxt internet vasitəsilə “tap.az” saytına girib orada olan elanlara baxarkən iş elanı görmüşdür. Həmin elanda “BİPİ şirkətinin Çulov adasında olan idarələrində yüksək əmək haqqı ilə mühafizəçi axtarılır” sözləri qeyd olunmuşdur. Həmin elanda əlaqə nömrəsi olaraq ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr qeyd olunmuşdur. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə həmin nömrələrlə telefon əlaqəsi saxlamışdır. Həmin şəxs adının Elnur olduğunu bildirmiş və şirkətin məsul şəxsi olduğunu demişdir. O, özünü Elnur kimi təqdim edən şəxsə özünün və qardaşı Tural Mustafazadənin işə düzəlmək istədiyini bildirmişdir. Həmin şəxs ondan öz şəxsiyyət vəsiqəsi, hərbi bileti, qardaşı Turalın hərbi biletinin və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin fotoşəkillərini çəkməsini və həmin şəkilləri “WhatsApp” proqramı vasitəsi ilə ona göndərməsini bildirmişdir. O da həmin sənədlərin fotoşəkillərini “WhatsApp” proqramı vasitəsi ilə həmin şəxsə göndərmişdir. Bundan sonra həmin şəxs onun və qardaşı X2 işə düzəlmələri üçün lisenziya açılmasından ötrü əvvəlcə 354(üç yüz əlli dörd) manat pul istəmişdir. Həmin şəxs ona kart nömrəsi göndərmiş və pulu həmin kartın hesabına ödəməsini demişdir. O, “Birbank” proqramı vasitəsi ilə kartından həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına 177 manat pul yükləmişdir. Bundan sonra Yardımlı şəhərinə "xxxx" ASC-nin Yardımlı filialının qarşısına gəlmiş, orada olan bankomat vasitəsi ilə həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına 177 manat pul göndərmişdir. Həmin şəxslə əlaqə saxlayaraq pulu göndərdiyini bildirmişdir. Həmin şəxs işə düzəlmək üçün sığorta olunmasından ötrü ondan 240 manat pul da göndərməsini istəmişdir. O da Yardımlı şəhərində "xxxx" ASC-nin Yardımlı filialının yaxınlığında yerləşən bankomatdan həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına 240 manat pul da göndərmiş və bu barədə ona mobil telefon vasitəsi ilə məlumat vermişdir. Bir müddət Yardımlı şəhərində şəxsi işləri ilə məşqul olmuşdur. Bundan bir-iki saat sonra həmin şəxs onunla yenə də mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq qardaşı Tural Mustafazadənin də işə düzəlməsi üçün 240 manat pul göndərməsini bildirmişdir. O, həmin şəxsə 240 manat pulunun olmadığını demiş və 100 manat pul göndərə biləcəyini bildirmişdir. Həmin şəxs də onunla razılaşmışdır. O, yenə də "xxxx" ASC-nin Yardımlı filialının yaxınlığında yerləşən bankomatdan həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına 100 manat pul da göndərmiş və bu barədə ona mobil telefon vasitəsi ilə məlumat vermişdir. Həmin şəxs ona “qardaşınla birlikdə səhəri gün Bakı şəhərinə gəlin, biz görüşək və sizin iş məsələnizi həll edim” demişdir. 28 aprel 2022-ci il tarixdə qardaşı Tural Mustafazadə ilə birlikdə həmin şəxslə görüşmək üçün Bakı şəhərinə getmiş, lakin həmin şəxsin mobil nömrələrinə zəng çatmamışdır. Bundan sonra həmin şəxsin onu aldadaraq 694 manat pulunu ələ keçirdiyini bilmişdir. Buna görə də 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərək təqsirləndirilən şəxs şəхs Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödəməsini və şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə saat 09:53 radələrində yaşadıqları evdə olduqları vaxt qardaşı Emin internet vasitəsilə “Tap.az” saytında olan iş elanlarına baxarkən qarşısına elan çıxmış və həmin elanda “BİPİ şirkətinin Çulov adasında olan idarələrində yüksək əmək haqqı ilə mühafizəçi axtarılması” qeyd olunmuşdur. Həmin elanda əlaqə nömrəsi olaraq ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr qeyd olumuşdur. Qardaşı Emin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə həmin nömrələrlə telefon əlaqəsi saxlamışdır. Həmin şəxs adının Elnur olduğunu bildirmiş və şirkətdə işə düzəldə biləcəyini demişdir. Qardaşı Zərərçəkmiş şəxs həmin şəxsə iş axtardıqlarını demişdir. Həmin şəxs qardaşı Eminə öz şəxsiyyət vəsiqəsini, hərbi biletini, onun hərbi biletini və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin fotoşəkillərini çəkməsini və həmin şəkilləri “WhatsApp” proqramı vasitəsi ilə ona göndərməsini bildirmişdir. Qardaşı Emin də həmin sənədlərin fotoşəkillərini “WhatsApp” proqramı vasitəsi ilə ona göndərmişdir. Bundan sonra həmin şəxs onun və qardaşı Eminin işə düzəlməsi üçün lisenziya açılmasından ötrü əvvəlcə 354 manat pul istəmişdir. Həmin şəxs qardaşı Eminə kart nömrəsi göndərmiş və pulu həmin kartın hesabına ödəməsini demiş və qardaşı Emin həmin pulları ona göndərmişdir. Bundan sonra Emin “Birbank” proqramı vasitəsi ilə öz kartından həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına 177 manat pul yükləmiş, daha sonra Emi nlə birlikdə Yardımlı şəhərinə Kapital Bank ASC-nin Yardımlı filialının qarşısına gələrək bankomat vasitəsi ilə həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına əlavə 177 manat pul göndərmiş və həmin şəxslə əlaqə saxlayaraq pulu göndərdiyini bildirmişlər. Həmin şəxs işə düzəlmək üçün sığorta olunmaqdan ötrü qardaşı Emindən 240 manat pul da göndərməsini istəmişdir. Qardaşım Emin də Yardımlı şəhərində "xxxx" ASC-nin Yardımlı filialının yaxınlığında yerləşən bankomatdan həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına 240 manat pul da göndərmiş və bu barədə ona mobil telefon vasitəsi ilə məlumat vermişdir. Bir müddət Yardımlı şəhərində şəxsi işləri ilə məşqul olmuşlar. Bundan bir-iki saat sonra həmin şəxs qardaşı Eminlə yenə də mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onun işə düzəlməsi üçün 240 manat pul göndərməli olduğunu bildirmişdir. Lakin qardaşı Emində 240 manat pul olmamışdır. Qardaşı Emin həmin şəxsə 240 manat pulunun olmadığını demiş və 100 manat pul göndərə biləcəyini bildirmişdir. Həmin şəxs də qardaşı Eminlə razılaşmışdır. Qardaşı Emin yenə də "xxxx" ASC-nin Yardımlı filialının yaxınlığında yerləşən bankomatdan həmin şəxsin dediyi 4169 7385 3646 3031 saylı kartın hesabına 100 manat pul da göndərmiş və bu barədə ona mobil telefon vasitəsi ilə məlumat vermişdir. Həmin şəxs qardaşı Eminə səhəri gün Bakı şəhərində görüşməyi təklif etmiş, Emində həmin şəxslə razılaşmışdır. 28 aprel 2022-ci il tarixdə qardaşm Zərərçəkmiş şəxs ilə birlikdə həmin şəxslə görüşmək üçün Bakı şəhərinə getmişlər, lakin həmin şəxsin mobil nömrələrinə zəng çatmamışdır. Bundan sonra həmin şəxsin qardaşı Emini aldadaraq 694 manat pulunu ələ keçirdiyini bilmişdir və bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. "xxxx" ASC bankomatları vasitəsi ilə aparılmış əməliyyatları özündə əks etdirən qəbzlərdən görünür ki, Musayeva Hicran Məqatil qızına məxsus 4169 73** **** 3031 saylı bank kartına 27 aprel 2022-ci il tarixdə saat 12:43-də 177 manat, 27 aprel 2022-ci il tarixdə saat 13:53-də 241 manat, 27 aprel 2022-ci il tarixdə saat 16:52-də 101 manat pul köçürülmüşdür. ********** nömrəli qəbzin surətindən görünür ki, Musayeva Hicran Məqatil qızına məxsus 4169 73** **** 3031 saylı bank kartına 27 aprel 2022-ci il tarixdə saat 11:39-da 177 manat pul “Birbank” proqramı vasitəsi ilə köçürülmüşdür. “Bankdan əldə edilmiş məlumatlara baxış keçirilməsi haqqında” 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, bankomatda quraşdırılmış videonəzarət qurğusunun qeydə aldığı fotoşəkillərdə 27 aprel 2022-ci il tarixdə Musayeva Hicran Məqatil qızına məxsus 4169 73** **** 3031 saylı bank kartı ilə bankomatda nağdlaşdırma aparan şəxs X5r. "xxxx" ASC-dən daxil olmuş 13 iyul 2023-cü il tarixli məktub və həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, Musayeva Hicran Məqatil qızına məxsus 4169 73** **** 3031 saylı bank kartından nağdlaşdırma ünvan 1 ünvanında yerləşən bankomat vasitəsi ilə aparılmışdır. Həmin kartın hesabına 27 aprel 2022-ci il tarixdə saat 12:34-də 175 manat, 27 aprel 2022-ci il tarixdə saat 12:44-də 177 manat, 27 aprel 2022-ci il tarixdə saat 13:55-də 241 manat və 27 aprel 2022-ci il tarixdə saat 16:53-də 101 manat pul köçürülmüşdür. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaqı aparılmış ********* və ********* nömrəli cinayət işləri baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli,1(008)-153\2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatiriya Xəstəxanası” X10 24 fevral 2023-cü il tarixli, 2470 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatiriya Xəstəxanasında müalicə almamışdır. Zərərçəkmiş şəxs Yardımlı Rayon Məhkəməsinə ünvanladığı 27 aprel 2023-cü il tarixli teleqramından və cinayət işində olan ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs şəхs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyanın ödənilmişdir. Təqsirləndirilən şəxs şikayəti yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də, işin faktiki halları ilə tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 694 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin hazırkı cinayət işi üzrə cinayət əməlinin həmin hökmün çıxarılmazdan əvvəl törədilməsi nəzərə alınmalıdır. Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə dəymiş 694 manat maddi ziyanı tam ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qanunvericiliyin tələbinə uyğundur. “Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə”dən bəhs edən Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1. və 43.1.2.-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, həmin Məcəllnin 39.1 və 39.1.8.-ci maddələrinin tələbinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəхs şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş 694 manat maddi ziyanı tam ödəməsini nəzərə alaraq, barəsində Azərbaycan Rеspublikası CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübüt olan 04 ədəd ödəniş qəbzləri və 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikasının CM-nin 73-1.2, CPM-nin 321, 346, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına хitam vеrilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltiziam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübüt olan 4(dörd) ədəd ödəniş qəbzləri və 1(bir) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: X9
Məhkəmə qərarları › İş №1(038)-7/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-7/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver