Məhkəmə qərarları › İş №1(038)-7/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-7/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-7/2024 29.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X18 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Yardımlı rayonu Alçabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Alçabulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədibi seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu əsasında kifayət qədər ittiham olunur ondan ötrü ki, o, 09 noyabr 2023-cü il tarixdə saat 08:30 radələrində “BC” kateqoriyalı BD-406941 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Vaz 21214 minik” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonu Alçabulaq kəndi ərazisində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu tələbləri pozaraq həmin əməlinin ictimai təhlükəli nəticələr verə biləcək imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunları görməyərək cinayətkarcasına etinasızlıq göstərib avtomobilin dayanaqlı hərəkətini təmin etməyən hərəkətlərə yol verərək avtomobili aşırması nəticəsində avtomobildə olan sərnişin, Yardımlı rayonu Alçabulaq kəndində yaşayan, atası X2 beyin travması, baş beyinin əzilməsi, baş beyin qişalarına qansızmalar, sol gicgah sümüyünün qapalı fraqmentlərinin yerini dəyişmiş sınığı, döş qəfəsinin qapalı travması, iki tərəfli qabırğaların çoxsaylı fraqmentlərinin yerini dəyişmiş sınıqları, sağ və sol ağciyərlərin zədələnmələri, sağ ağciyər arteriyasının zədələnməsi, qarın boşluğunun qapalı travması, qaraciyərin zədələnmələri, daxili qanitirmə, sol gicgah, təpə nahiyələrinin qançırları, başın ənsə nahiyəsinin sol tərəfinin sıyrığı, sol kürəküstü və kürəkaltı nahiyələrin sıyrıqları, sağ əlin arxasının sıyrığı, sol bud nahiyəsinin qançırı, sol diz nahiyəsinin qançırı, sağ baldır nahiyəsinin sıyrığı ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma xəsarətləri almış və İsaq İsayev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişin, Yardımlı rayonu Alçabulaq kəndində yaşayan, arvadı Zərərçəkmiş şəxs isə döş qəfəsinin və qarnın qapalı küt travması, sağ İ-X qabırğaların yerdəyişən sınığı, sağ ağciyərin zədələnməsi, sağ tərəfli hemotoraks, qaraciyərin zədələnməsi, daxili qanaxma və çanaq sümüklərinin sınığı ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma xəsarətləri almışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, etibarnamə əsasında “Vaz 21214 minik” markalı, ** GA *** dövlət nömrə nişanlı avtomobil idarə etmişdir. 09 noyabr 2023-cü il tarixdə azyaşlı qızı Nəzrin İsayevanı müayinə etdirmək üçün idarə etdiyi avtomobillə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparmaq istərkən arvadı Zərərçəkmiş şəxs qızı ilə birlikdə avtomobilin sağ arxa oturacağına, həmin vaxt rayonun Sırıq kəndinə getmək istəyən atası xx isə avtomobilin sağ ön oturtacağında əyləşmişdir. Bundan sonra Yardımlı rayonu Sırıq kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Yardımlı rayonu Alçabulaq kəndi ərazisində “Kənd bulağı” deyilən yerdə yolun yoxuşlu yeri ilə hərəkətdə olan zaman atası İsaq İsayev avtomobildə olan südün dağılacağını bildirmişdir. Bu zaman o, əlini aşağı doğru hərəkət etdirərkən ani olaraq avtomobilin idarəetməsini itirmiş, avtomobil yolun sağ hissəsindən yoldan çıxaraq yuvarlanmağa başlamışdır. Hadisə vaxtı o, huşunu itirmiş və ayıldıqda avtomobilin ön hissəsinin şüşələri sındığı üçün oradan çölə çıxmışdır. Çölə çıxdıqdan sonra hadisə yerindən təxminən 10-15 metr yuxarı hissədə atası İsaq İsayevin, ondan bir az yuxarı hissəsində arvadı Zərərçəkmiş şəxs və qızı x uzanmış vəziyyətdə olduğlarını görmüşdür. O, ilk olaraq atası İsaqa yaxınlaşmış, lakin atasının artıq öldüyünü görmüşdür. Bu vaxt hadisə yerinə gələn həmkəndliləri X4, X15 və X8 atasını yaşadığı evə aparmışlar. İlk dəfə cinayət əməlini törətməsini, törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birinin arvadı, digərinin isə atası olmasını, zərərşəkmişlə və digər zərərçəkmişin hüquqi varisi ilə barışdığını və münasibətlərinin yaxşı olduğunu, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir və Təqsirləndirilən şəxs “VAZ 21214 minik” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 09 noyabr 2023-cü il tarixdə azyaşlı qızları Nəzrini müayinə etdirmək üçün Yardımlı Rayon Mərkəzi Xəstəxanasına gedərkən o, x birlikdə avtomobilin arxa oturacağında, qaynatası X14 isə avtomobilin sağ ön oturacağında əyləşmişdir. Yardımlı rayonu Alçabulaq kəndi ərazisində əri Təqsirləndirilən şəxs ani olaraq avtomobilin idarə etməsini itirmiş, avtomobil yolun sağ hissəsinə çıxaraq aşmışdır.Hadisə zamanı aldığı xəsarətlərdən hüşünu itirmişdir və hadisədən bir neçə gün sonra xəstəxanada ayılmışdır.Təqsirləndirilən şəxsin onun əri olmasını, onunla barışdığını və münasibətlərinin yaxşı olduğunu, ondan şikayət və tələbinin olmamasını, onlara dəymiş ziyanı ödəməsini və ərinin ailəyə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, mərhum X16 atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. 09 noyabr 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs “Vaz 21214” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən rayonun Alçabulaq kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırmış, hadisə vaxtı avtomobildə olan atası İsaq İsayev aldığı xəsarətlərdən hadisə yerinə ölmüş, qardaşı arvadı Zərərçəkmiş şəxs isə müxtəlif bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxsin qardaşı olmasını, onunla barışıq əldə edərək barışmasını, dəymiş ziyanı ödəməsini, ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərdi ki, 09 noyabr 2023-cü il tarixdə saat 08:30 radələrində rayonun Alçabulaq kəndində yaşadığı evin həyətində olarkən ucadan qışqırıq səsləri eşitmiş və səs gələn istiqamətə getmişdir. X13 yaşadığı evin həyətindən gedərkən qardaşı oğlu xx səsləyərək aşağı hissədən səslər gəldiyini bildirmişdir. Kənd arası yolda səsi gələn şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs İsaq oğlu olmasını bilmiş və dərhal Təqsirləndirilən şəxs durduğu yerə doğru qaçmışdır. Həmin vaxt x atası xxyolun ortasında, Arifin arvadı Zərərçəkmiş şəxs isə yolun yuxarı hissəsində uzanmış vəziyyətdə olduğunu görmüşdür. x nə baş verməsini soruşmuş, x avtomobilin aşaraq dərəyə düşdüyünü bildirmişdir. Həmin vaxt dərəyə baxdıqda Vaz 21214 markalı avtomobilin aşmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra hadisə yerinə qardaşı oğlu x və digər kənd sakinləri gəlmişdir. Həmin vaxt mobil telefonu ilə 103 xidmətinə məlumat vermişdir. Daha sonra İsaq İsayev öldüyü üçün kənd sakinləri onu yaşadığı evə aprmışlar.Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və Təqsirləndirilən şəxs, arvadı x və azyaşlı qızını xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 və X15, şahid X4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə-tibbi ekspertizasının 09 noyabr 2023-cü il tarixli, 05 nömrəli rəyindən görünür ki, X1 ölümünə səbəb baş beyinin əzilməsi, beyin qişalarına qansızmalar, sol gicgah sümüyünün qapalı sınığı, döş boşluğunun qapalı travması, iki tərəfli qabırğaların çoxsaylı sınıqları, hər iki ağciyərin zədələnməsi, sağ ağciyər arteriyasının zədələnməsi, qarın boşluğunun qapalı travması və qaraciyərin zədələnmələri nəticəsində əmələ gələn daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başlandığı vaxtdan 4-6 saat əvvəl baş vermişdir. X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıda qeyd olunan xəsarətlər müəyyən olundu:a) Kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin qişalarına qansızmalar, sol gicgah sümüyünün qapalı fraqmentlərinin yerini dəyişmiş sınığı, döş qəfəsinin qapalı travması, iki tərəfli qabırğaların çoxsaylı fraqmentlərinin yerini dəyişmiş sınıqları, sağ və sol ağciyərlərin zədələnmələri, sağ ağciyər arteriyasının zədələnməsi, qarın boşluğunun qapalı travması, qaraciyərin zədələnmələri, daxili qanitirmə. b) Sol gicgah, təpə nahiyələrinin qançırları, başın ənsə nahiyəsinin sol tərəfinin sıyrığı, sol kürəküstü və kürəkaltı nahiyələrin sıyrıqları, sağ əlin arxasının sıyrığı, sol bud nahiyəsinin qançırı, sol diz nahiyəsinin qançırı, sağ baldır nahiyəsinin sıyrığı, a) bəndində qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın/əşyaların/ təsirindən, ola bilər ki, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 09 noyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində onun ölümündən bir qədər əvvəl törənmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. b) bəndində qeyd olunan xəsarətlər bərk küt əşyanın/əşyaların/ təsirindən, ola bilər ki, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 09 noyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində onun ölümündən bir qədər əvvəl törənmişdir, sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum İ.M.İsayev həmin xəsarətləri onun müxtəlif vəziyyətlərdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomobili idarə edərkən və ya avtomobilin sağ oturacağında əyləşən zaman ala bilməsi ehtimalı inkar edilmir. Mərhum İ.M.İsayevin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində qanda metil, etil, propil, butil və amil spirtləri və hər hansı bir narkotik-psixotrop maddə aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizanın 17 noyabr 2023-cü il tarixli, 1118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs başın alın nahiyyəsinin əzilmiş yarası,sağ baldır nahiyyəsinin sıyrığı və sağ ayağın bayır topuq nahiyyəsinin qançırı müəyyən olundu,müəyyən olunan xəsarətlər bərk küt əşyanın9Əşyaların)təsirindən törənmişdir,avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi,törənmə müddəti qərarda qeyd olunan 09 noyabr 2023-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizanın 21 noyabr 2023-cü il tarixli, 1124 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin və qarnın qapalı küt travması, sağ İ-X qabırğaların yerdəyişən sınığı, sağ ağ ciyərin zədələnməsi, sağ tərəfli hemotoraks, qaraciyərin zədələnməsi, daxili qanaxma və çanaq sümüklərinin sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər ağır bərk küt əşyanın(əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 09 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-bioloji ekspertizanın 01 dekabr 2023-cü il tarixli, 756/2023-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu AB0 sistemi üzrə -0 alfa beta (1). X6 qan qrupu AB0 sistemi üzrə -0 alfa beta (1). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş 03 ədəd nümunə üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda 0(1) qan qrupunu formalaşdırıb xarakterizə edən H antiqeni alındığı üçün, bu qan ləkələrinin həmin qruplu şəxsə(şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, nümunələrdə olan qan ləkələri AB0 sistemi üzrə həmin qruplu X10 və ya Təqsirləndirilən şəxs (sonuncuda qanaxma ilə müşayiət olunan xəsarətlər olduğu halda) məxsus ola bilər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 8/3555 nömrəli rəyində görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Vaz-21214 markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-lifli ekspertizanın xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6085 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X10, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və avtomobilin sağ və söl ön oturacaqlarının üzlüklərinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş avtomobilin sağ və sol ön oturacaqlarının üzlüklərinin üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən gödəkçənin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş avtomobilin sağ və sol ön oturacaqlarının üzlüklərinin üzərində aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X10 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Məhkəmə-genetik ekspertizanın xx.xx.2024-cü il tarixli,3567 nömrəli rəyində görünür ki, ekspertiza nəticəsində müəyyən edildi ki, 01(bir) ədəd tampona hopdurlmuş və 01(bir) ədəd əski parçası üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur(eyni yumurta əkizi istisna olmaqla). Sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran RQİ və TBŞ-nın xx.xx.2023-cü il tarixli, 3-13-16-5/2-10301/2023 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “BC” kateqoriyalı BD-406941 saylı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2031-ci ilə qədər etibarlıdır. Yardımlı Rayon Mərkəzi X7 Şəxsin 09 noyabr 2023-cü il tarixli, 117 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq dərəcəsinin təyin edilməsindən ötrü 09 noyabr 2023-cü il tarixdə saat 14:20-də Yardımlı MRX-da müayinə edilmiş və onun spirtli içki qəbul etməsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin, ekspretiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 263.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar barışmışdır və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qardaşıdər. Onlar barışmışdır və Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Sırıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İsayev X17 rayonu Alçabulaq kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. AZ-İV № 899692 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CMnin 59.1.4-cü, zərərçəkmiş şəxslə və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi CM-nin 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən halllardır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun ailəyə yeganə gəlir gətirən şəxs olmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, hadisə nəticəsində öünün də xəsarət almasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər cinayət məzuliyyətinə cəlb olunmaması, zərərçəkmiş şəxsin və digər zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmamaqla, yaxın qohumlarının olmasını azadlıqdan məhrumetməyə alternativ cəza təyin olunmasını xahiş etmələri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməsi və sınaq müddəti müəyyən edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsin cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiqdir. Bundan əlavə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1, 70.2., 70.3., 70.5. və 70.6. -cı maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. iŞərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd zərfdə 1 ədəd əski parçası, 04 ədəd zərfdə hadisə yerindən götürülmüş nümunə və 2 ədəd quru qan nümunəsi məhv edilməli, 01 ədəd torbada ölmüş zərərçəkmiş şəxs X6 hadisə vaxtı əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd uzunqol köynək, 1 ədəd qolsuz mayka, 01 ədəd tuman zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd uzunqol gödəkçə, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol köynək, “VAZ 21214 minik” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının üzlükləri Təqsirləndirilən şəxs qaytarılmalı, “VAZ 21214 minik” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və şərti məhkumetmənin sınaq müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, kütləvi və digə tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olan 01 ədəd zərfdə 1 ədəd əski parçası, 04 ədəd zərfdə hadisə yerindən götürülmüş nümunə və 2 ədəd quru qan nümunəsi məhv edilsin, 01 ədəd torbada ölmüş X1 hadisə vaxtı əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd uzunqol köynək, 1 ədəd qolsuz mayka, 01 ədəd tuman zərərçəkmiş şəxsin hüquqi varisi X5, 1 ədəd uzunqol gödəkçə, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol köynək, “VAZ 21214 minik” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının üzlükləri Təqsirləndirilən şəxs qaytarılsın, “VAZ 21214 minik” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Yardımlı rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar