Məhkəmə qərarları › İş №1(038)-7/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-7/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-7/2025 06.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ

X29 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Yardımlı rayonu Telavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs Rusiya Federasiyasında «Ümumrusiya X11 və X16» X18 Filialı «X30 X4»nın əyanı şöbəsinin magistratura pilləsinin İ kursunda xx.xx.2023-cü il tarixdən təhsil alması barədə saxta arayış əldə etmiş, xx.xx.2023-cü il tarixdə həmin saxta arayışı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə təqdim etməklə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət alaraq bilə-bilə saxta sənəddən istifadə etmişdir.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri

Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, «Teleqram» ani mesajlaşma xidmətində «Azik» adlı Rusiya Federasiyasının vətəndaşı ilə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs ona Rusiya Federasiyasında təhsil almağına köməklik göstərə biləcəyini demiş və online qaydada sənədlərini ona göndərməyi bildirmişdir. Bundan sonra o sənədlərini toplayıb online qaydada həmin şəxsə göndərmiş və ilkin olaraq 500 manat ödəniş etmişdir. Daha sonra isə həmin şəxs onun təhsil alması barədə arayışı ona göndərmiş, o, da həmin sənədi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə təqdim etmişdir. Sənədin saxta olduğunundan məlumatı olmamışdır. Barəsində araşdırma aparılarkən həmin şəxslə əlaqə saxlamaq istəsə də mümkün olmamışdır. Təqsirləndirilən şəxs son sözündə himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 ifadəsində göstərdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsində ilkin hərbi qeydiyyat üzrə müfəttiş vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımır və ilk dəfədir onunla qarşılaşır. Bölməyə Təqsirləndirilən şəxs Rusiya Federasiyasında oxuması barədə sənəd təqdim edildiyi üçün, onlar həmin sənədi aidiyəti üzrə Baş idarəyə göndərmişlər. Daha sonra isə Baş İdarə tərəfindən bölməyə Rasif Cabbarovun ölkədən çıxışına qadağa qoyulması və barəsində toplanmış materialın Prokurorluğa təqdim edilməsi göstərişi verilmişdir. Bundan sonra Rasif Cabbarov barəsində toplanmış material prokurorluğa təqdim edilmişdir. Şahid X10 ifadəsində göstərdi ki. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsində baş məsul icraçı vəzifəsində işləyir. Həmin vəzifəyə 2024-cü ilin avqust ayında təyin edilmişdir.Baş vermiş cinayət hadisəsi isə 2023-cü ilin dekabr ayında baş vermişdir. Sənədlərə əsasən bildirir ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən 2022-ci il tarixə kimi xaricdə təhsil aldığı üçün ona möhlət hüququ verilmişdir. 2022-ci ildə Rasif Cabbarov hərbi xidmətə çağırılmış, lakin o, ölkə ərazisində olmamışdır. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs xaricdə təhsil alması barədə yenidən bölməyə sənəd təqdim etmiş və həmin sənəd baş idarəyə göndərilmişdir. 2024-cü ilin may ayında Baş idarə tərəfindən Təqsirləndirilən şəxs barəsində toplanmış sənədlərin prokurorluğa təqdim edilməsi tapşırıldığı üçün həmin sənədlər prokurorluğa təqdim edilmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından bölmədə axtarışda olsa da onun barəsində hər hansı bir orqana məlumat verilməmişdir.

2.1.1.2. cinayət işinin materialları

«Ümumrusiya X12 və X8» X18 filalı «X30 X14» tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 533 nömrəli arayışın azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə 35.04.01 Meşə işi hazırlıq istiqaməti üzrə ÜETMTMMİ FBT filialının «X30 X3» əyani şöbəsinin magistratura pilləsinə qəbul olunmuşdur. Hal-hazırda göstərilən istiqamət üzrə İ kursda təhsil alır (xx.xx.2023-cü il tarixli əmr № 312). Magistraturanı bitirmə tarixi xx.xx.2025-ci ildir. Azərbaycan Respublikasının Rusiya X1 Şöbəsinin sorğusuna əsasən Rusiya Federasiyası Federal X19 «Ümumrusiya Meşəçilik və X2 Elmi-Tədqiqat İnstitutu» X26 «ÜMMTMETİ» FDM tərəfin verilmiş xx.xx.2024-cü il tarixli, 255 nömrəli məktubunun azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, «Ümumrusiya Meşəçilik və X2 Elmi-Tədqiqat İnstitutu» X26 elmi təşkilatdır və tələbələrin tədrisi ilə məşqul olmur. «ÜMMTMETİ» FDM-də aspirantura mövcuddur. xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «ÜMMTMETİ» FDM-nin aspiranturasında təhsil almamışdır. «X5 Sistemi» Sərhədkeçmə Məlumatlarından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X23 X6 Respublikası İstanbul şəhərinə keçmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin xx.xx.2025-ci il tarixli, 3-43-65/2-69/2025 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsində hərbi qeydiyyatda olan, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə ilkin hərbi qeydiyyata alınmış və həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs X27 Akademiyasında oxuması barədə arayış təqdim etmiş, həmin arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmiş və xx.xx.2022-ci il tarixdən möhlət hüququ bitmişdir. Çağırışçı Təqsirləndirilən şəxs 2022-ci ilin iyul çağırışına çağırılmış, lakin ölkə xaricində olduğu üçün çağırışa cəlb etmək mümkün olmamışdır. Bu səbəbdən çağırışçı Təqsirləndirilən şəxs çağırış vərəqəsi təqdim edilməmiş, tibbi müayinə olunmamışdır. Çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinə Rusiya Federasiyasında «Ümumrusiya X11 və Meşə mexanizasiyası institutu» X18 filialı «X30 X3» əyani şöbəsinin magistratura pilləsinin İ kursunda təhsil alması ilə bağlı arayış təqdim etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3-43-91/2-875/2024 nömrəli xx.xx.2024cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən konsulluq və nümayəndələrinə edilmiş sorğuya cavab olaraq 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təhsil almaması müəyyən edilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə sənədlər xx.xx.2024-cü il tarixdə Yardımlı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. «Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham etmək üçün şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Yardımlı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı Hava Limanında saxlanılmış və Yardımlı RPŞ-nə gətirilərək MSY-nə yerləşdirilmişdir. Təqsirləndirilən şəxsin X20 saxlanılmaqdan azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yardımlı RPŞ-nin MSYdə saxlanılmaqdan azad edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli,191 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Rusiya Federasiyası Federal X19 «Ümumrusiya Meşəçilik və X2 Elmi-Tədqiqat İnstitutu» X26 «ÜMMTMETİ» FDM xx.xx.2024-cü il tarixli, 255 nömrəli məktubu sübut növü kimi qiymətləndirilmiş və tanınmışdır. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Telavar inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-81-6/2-№16/2025 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024cü ildə doğulmuş X15 adında azyaşı uşağı vardır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1.əməlin tövsifi ilə bağlı

CM-nin 320-ci madəsinə görə: 320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 320.2-ci maddəsinin dispozisiyasına görə saxlalaşdırılmış hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmə cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət almaq məqsədilə ali təhsil müəssisəsində təhsil alması barədə həmin saxta sənədi 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə təqdim etməklə bilə-bilə həmin saxta sənəddən istifadə etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqə və yaxud digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təhlil edilən cinayətin predmetini təşkil edir. Göründüyü kimi CM-nin 320-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmetini bütn sənədlər deyil, hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlər təşkil edir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət almaq məqsədilə «Ümumrusiya X13 və X9» X18 filalı «X30 X14» tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 533 nömrəli arayışının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə təqdim etməsi işin müəyyən olunmuş halıdır, bu hal təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri ilə də öz təsdiqini tapır. «Ümumrusiya X13 və X9» X18 filalı «X30 X14» tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 533 nömrəli arayışının hüquq verən və ya vəzifədən azad edilməli olan sənəd olub olmaması ilə bağlı aşağıdakıları qeyd edir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə: 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Həmin Qanunun 21-ci maddəsinə görə: 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; 21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək; 21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə. 21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir. 21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən qaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır. 21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir. 21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir. Qeyd:

1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

2. Bu Qanunun 21.1.2 – 21.1.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar təhsil alan çağırışçılara şamil olunmur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, Mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunəmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda yani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək çağırışçılara möhlət verilir. Yuxarıda qeyd olunan hüquq normasını hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə təqdim etdiyi «Ümumrusiya X13 və X9» X18 filalı «X30 X14» tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 533 nömrəli arayışı ona müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət almaq hüquq verdiyindən bu sənəd hüquq verən sənəd kimi qəbul edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin əzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhəməsinin 15 noyabr 2019-cu il tarixli Qərarının 1-ci bəndində də qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Məhkəmə qeyd olunan sənədin saxta olması ilə bağlı qeyd edir ki, «Ümumrusiya X13 və X9» X18 filalı «X30 X14» tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 533 nömrəli arayışda Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən 35.04.01 Meşə işi hazırlıq istiqaməti üzrə ÜETMTMMİ FBT filialının «X30 X3» əyani şöbəsinin magistratura pilləsinə qəbul olduğu, göstərilən istiqamət üzrə İ kursda təhsil aldığı, magistraturanı bitirmə tarixi xx.xx.2025-ci il olduğu qeyd olunsa da, Azərbaycan Respublikasının Rusiya X1 Şöbəsinin sorğusuna əsasən Rusiya Federasiyası Federal X19 «Ümumrusiya Meşəçilik və X2 Elmi- Tədqiqat İnstitutu» X26 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 255 nömrəli məktubunda «Ümumrusiya Meşəçilik və X2 Elmi-Tədqiqat İnstitutu» X17 elmi təşkilat olması, tələbələrin tədrisi ilə məşqul olmaması, həmin müəssisədə aspiranturanın mövcud olması və xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «ÜMMTMETİ» FDM-nin aspiranturasında təhsil almadığı göstərilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 533 nömrəli arayış Rusiya Federasiyası Federal X19 «Ümumrusiya Meşəçilik və X2 Elmi-Tədqiqat İnstitutu» X26 tərəfindən deyil, onun adından verilmiş həqiqəti əks etdirməyən saxtalaşdırılmış sənəddir. Cinayət hüquq nəzəriyyəsinə görə saxtalaşdırma dedikdə, hüquq verən və ya vəzifədən azad edən məzmunu tamamilə saxta olan sənədin (vəsiqənin və ya digər rəsmi sənədin) hazırlanması, saxta olmayan sənədin mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın belə məlumatlarla doldurulması, yaxud saxta olmayan sənədin mətnində düzəlişlər edilməli, tarixin dəyişdirilməsi, mətnin bir hissəsinin məhv olunması və s. kimi qanunsuz hərəkətlərin edilməsi yolu ilə dəyişdirilməsi başa düşülür. Əgər rəsmi sənəd onun mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın yalan məlumatlarla doldurulması yolu ilə saxtalaşdırılmışdırsa, onda həmin məlumatların nə dərəcədə yalan (həqiqətdən uzaq) olmasının cinayətin tövsifi baxımından əhəmiyyəti yoxdur. Saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin olunmasını nəzərdə tutur ki, onların nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüuqi vəziyyəti dəyişir. Hüquq verən və ya vəzifədən azad edən saxta vəsiqədən və ya digər saxta sənəddən istifadə etmə CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. İstifadə etmə dedikdə, saxta rəsmi sənədin, onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt və ya imtiyaz) əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə, hüquqi şəxslərə və ya vətəndaşlara təqdim olunması başa düşülür. Bilə-bilə saxta sənədlərdən istifadə edildiyi andan cinayət başa çatmış hesab olunur. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin ifadəsinin təqdim edilmiş sənədin saxta olduğu bilməməsi barədə ifadəsini inandıcı hesab etmir. Belə ki, ona təqdim edilən Arayışda təqdirləndirilən şəxsin Rusiya Federasiyasında «Ümumrusiya X11 və X16» X18 Filialı «X30 X4»nın əyanı şöbəsinin magistratura pilləsinin İ kursunda xx.xx.2023-cü il tarixdən təhsil alması qeyd edilsə də, sonuncu həmin təhsil müəssisəsində ümumiyyətlə olmamışdır. Digər tərəf elektron məhkəmə informasiya sistemindən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X7 şəhərindən Azərbaycan Respublikasına daxil olmuş və yalnız xx.xx.2024-cü il tarixdə İstanbul şəhərinə geri qayıtmışdır. Göründüyü kimi Rasid Cabarov əyani təhsil aldığı halda, ən azı 6 ay müddətində Azərbaycan Respublikasının hüdudları daxilində olmuşdur. Bu halda onu deməyə əsas verir ki, Rasid Cabarov təqdim etdiyi sənədin saxtalaşdırıldığını bilmiş və bilə-bilə bu sənəddə hərbi çağırışdan möhlət hüququ əldə etmək üçün istifadə etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət almaq məqsədilə xx.xx.2023-cü il tarixdə «Ümumrusiya X13 və X9» X18 filalı «X30 X14» adından verilmiş xx.xx.2023-cü il tarixli, 533 nömrəli saxta arayışı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə təqdim etməklə həmin saxta sənəddən istifadə etməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-in 320.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı

CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halı müəyyən edilməmişdir. CM-nin 320.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz cərimə növündə cəzaya məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutularaq həbsdə saxlandığı 1(bir) gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

Maddi sübut-Rusiya Federasiyası Federal X19 «Ümumrusiya Meşəçilik və X2 Elmi- Tədqiqat İnstitutu» X26 «ÜMMTMETİ» FDM xx.xx.2024-cü il tarixli, 255 nömrəli məktubu iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsi) CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır.

3. NƏTİCƏVİ HİSSƏSİ:

Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1200(min iki yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulmada saxlandığı 1(bir) gün müddət ona təyin edilmiş cərimə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1000(min) manat miqdarda cərimə cəzası saxlanılsın. Cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Maddi sübut - Rusiya Federasiyası Federal X19 «Ümumrusiya Meşəçilik və X2 Elmi- Tədqiqat İnstitutu» X26 «ÜMMTMETİ» FDM-in xx.xx.2024-cü il tarixli, 255 nömrəli məktubu iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar