Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-8/2023 06.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə. xx xxxx 1987-ci ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı şəhəri H.Z.Tağıyev küçəsi ev 6-da qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu əsasında kifayət qədər ittiham olunur ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 26 dekabr 2022-ci il tarixdə saat 20-21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 79, mənzil 23-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərənin şüşələrini çıxararaq qanunsuz daxil olmuş, həmin evdən 300(üç yüz) manat dəyərində 1(bir) ədəd “LED LG ** LM ***0” markalı televizor, 300(üç yüz) manat dəyərində 2(iki) ədəd yeddi litr su tutumlu odun samovarı və 25(iyirmi beş) manat dəyərində 1(bir) ədəd “VİTEK 1215 PK” markalı ütünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 625 (altı yüz iyirmi beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi cinayət əməlinə görə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamışdır. ünvan 2-da qeydiyyatdadır, lakin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fərdi yaşayş evində kirayədə yaşayır. 2022-ci ilin dekabr ayının ortalarında anasına məxsus ünvan 2 ünvanında yerləşən evə gəlmişdir. Pula ehtitacı olduğuna görə 26 dekabr 2022-ci il tarixdə saat 20-21 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurliq etmək qərarına gəlmişdir. O, evə yaxınlaşdıqdan sonra ətrafına baxdıqda evin şərq hissəsində olan pilləkənlə yuxarı qalxmış, pilləkənin üzərindəki pəncərədən evə daxil olmağın mümkün olduğunu görmüşdür. Pilləkənin dəmir konstruksiyasının üzərinə çıxmış, pəncərənin üzərində olan dəmiri və şüşələri çıxarmış, sonra həmin evə daxil olmuşdur. Pəncərədən daxil olduqdan sonra həmin otaqda 1 ədəd LG markalı televizor olduğunu görmüş, həmin televizoru götürərək evin birinci mərtəbəsində olan pəncərənin yanına aparmışdır. Bundan sonra digər otaqları axtarmış, otaqlarda olan iki ədəd samovarı götürərək yenədə evin birinci mərtəbəsində olan pəncərənin yanına gətirmişdir. Yenə də otaqları axtaranda televizoru götürdüyü otaqda bir ədəd ütünündə olduğunu görmüş, həmin ütünü də götürərək evin birinci mərtəbəsində olan pəncərənin yanına gətirmişdir. Bundan sonra evin ön hissəsində olan taxta pəncərəni içəridən açmış, 1 ədəd televizor, 2 ədəd samovar və 1 ədəd ütünü oğurlayaraq evin pəncərəsindən evin həyətinə çıxarmışn və anasının yaşadığı evin həyətyani sahəsinə apararaq orada gizlətmişdir. 27 dekabr 2022-ci il tarixdə əvvəlcədən tanıdığı Yardımlı şəhər sakini X1 ilə Yardımlı şəhərində görüşmüş, ona pula ehtiyacı olduğu üçün anasına məxsus evdə olan samovarı satmaq istədiyini bildirmişdir. Həmin gün günortadan sonra Azər Əhmədov mobil telefon vasitəsi ilə ona zəng vuraraq samovarı almaq istəyən şəxsin olduğunu bildirmişdir. O, samovarı bir ədəd kisəyə qoyaraq asfalt yola aparmış, samovarı Azər Əhəmədova 100 manata satmış, Azər də ona 45 manat pul versə də 55 manat borclu qalmışdır. 28 dekabr 2022-ci il tarixdə oğurladığı digər əşyaları Cavanşir adlı şəxsin idarə etdiyi “Vita” markalı avtomobillə Bakı şəhərinə Sulutəpə qəsəbəsində yerləşən yaşadığı evin həyətinə apararaq orada gizlətmişdir. 29 dekabr 2022-ci il tarixdə saat 10-11 radələrində həmin əşyaları taksi ilə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrarayon ərazisində olan bazara aparmış, 1 ədəd televizor, 1 ədəd samovar və 1 ədəd ütünü bazarda tanımadığı şəxsə 150 manata satmışdır. Həmin şəxsdən pulu almış və yaşadığı evə qayıtmışdır. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmədən cəza təyini zamanı ilk dəfə cinayət törətməsini, ailəyə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yangül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. ünvan 3 ünvanında da ona məxsus fərdi yaşayış evi vardır. Həmin ev ona mərhum atasından qalmışdır. 2011-ci ildən həmin evdə daimi yaşamır, həmin evə vaxt olduqca gəlir. Həmin evə nəzarəti qohumu Şahid Mircəfər oğluna tapşırmışdır. O və ailə üzvləri həmin evə nəzarət etmişdir. 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Şahid arvadı X2 mobil telefon vasitəsi ilə onun ailə üzvlərinə zəng edərək evin pəncərəsinin şüşələrinin çıxarıldığını bildirmişdir. O, bundan dərhal sonra Şahidla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq nə baş verdiyini soruşmuş, Mirkazım evin pəncərəsinin şüşələrinin çıxarıldığını bildirmişdir. O, Mirkazımdan pəncərə şüşəsi çıxarılan otaqda olan televizorun orada olub-olmamasını soruşmuş, Mirkazım televizorun olmadığını bildirmişdir. Bundan sonra evdən oğurluq edildiyini bilmişdir. Buna görə də 26 yanvar 2023-cü il tarixdə həmin evə gəlmişdir. Evə ətraflı nəzarət etdikdə 1 ədəd televizor, 2 ədəd samovar və 1 ədəd ütünün evdə olmadığını görmüşdür. Bundan sonra həmin əşyaların oğurlanmasınadan əmin olmuşdur. Buna görə də evdən oğurluq edilməsi barədə Yardımlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İstintaq zamanı polis əməkdaşları yaşadığı evdən oğurluq edən şəxsin X5 olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, ona dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 fevral 2023cü il tarixli, 19/132 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 litr su tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 150 manat, təqdim edilməmiş 3 adda malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 475 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 03 mart 2023-cü il tarixli, 23/185R nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1-da yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 03 ədəd əl-barmaq izi və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədədi xx.xx.1987-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta, adsız və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə oğurluq etməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144- 146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsiri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir və ondan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-ci il tarixli, 19\132 saylı bildirişə əsasən məhkəmə-əmtəşunaslıq ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı Rayon Mərkəzi X4 şəxsin xx.xx.2023-ci il tarixli, 2-33 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı rayon İHB-nin Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs ərazidə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci mаddəsinə görə, cinаyət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəаlаrı nəzərə аlınmаqlа Xüsusi hissəsinin müvаfiq mаddələrində nəzərdə tutulmuş hədlərdə ədаlətli cəzа təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CMnin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödəməsini CM-nin 59.1.13-cü, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə az ağır cinayət əməli törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin hallarından görünür ki, baş vermiş hadısədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir və onlar barımışlar. Zərər çəkmiş şəxsin X3 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli.4(038)-03\2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə seçilməli və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan 1(bir) ədəd samovarın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və 1(bir) ədəd CD və əl-barmaq izləri iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək həbsdəsaxlandığı 02(iki) ay 09 (doqquz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Maddi sübut olan 1(bir) ədəd samovarın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və 1(bir) ədəd CD və əl-barmaq izləri iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : X8
Məhkəmə qərarları › İş №1(038)-8/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-8/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver