Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-8/2025 11.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Ağdam rayonu Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məkum olunmamamış, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bir müddət əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olub müəllimlərin, o cümlədən özünün sertifikatlaşdırma imtahanından keçirilməsinə kömək edilməsi üçün ona müraciət edən Yardımlı rayonu Avun kəndində yaşayan Şahid2 tanışı olan səlahiyyətli rəhbər vəzifəli şəxsin “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq 08 iyun 2024-cü il tarixdə keçiriləcək ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsinə cəlb edilmiş hər bir şəxs üçün 5000 manat (beş min) manat müqabilində 08 iyun 2024-cü il tarixdə keçiriləcək imtahanın nəticələrinə təsir göstərmək səlahiyyətlərinin olmasını yalandan bildirərək yaranmış inam və etibardan sui-istifadə edib həmin məsələni müsbət həll edəcəyini, yəni qeyd edilən imtahanın nəticələrini onların xeyrinə dəyişdirməklə məqbul bal toplamalarını təmin edəcəyinə yalandan vəd etməklə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini, yəni cinayət yolu ilə ələ keçirəcəyi əmlakı əldə etməyi qabaqcadan vəd etmiş Şahid2 tərəfindən alınıb şəxsən, habelə istifadəsində olan plastik bank kartı hesablarına köçürülməsinə dair sövdələşib razılıq əldə etdikdən sonra sonuncu bu məqsədlə 02 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs4 2500 manat, Masallı rayonu ərazisində X1 3000 manat, Zərərçəkmiş şəxs1 2000 manat olmaqla cəmi 7500 manat pulun eyni qayda ilə imtahandan keçmək üçün müraciət edərək tələb olunan məbləği düzəldə bilməyən müəllimlərin verəcəyi pulun üzərinə əlavə etmək məqsədi ilə 1000 manatını özündə saxlamış, 6500 manatını həmin tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində şəxsən ona vermiş, o isə aralarında olan cinayətkar plana əsasən həmin tarixdə ünvan 2 ünvanında qrup üzvü Şahid3 vermiş, Şahid2 eyni məqsədlə 10 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs6 3000 manat pulu götürərək eyni qayda ilə imtahandan keçmək üçün müraciət edərək tələb olunan məbləği düzəldə bilməyən müəllimlərin verəcəyi pulun üzərinə əlavə etmək məqsədi ilə 500 manatını özündə saxlamış, 2500 manatını Yardımlı rayonu ərazisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus adına açılmış 4169 73** **** 7249 nömrəli plastik kart hesabına köçürmüş, Şahid2 eyni məqsədlə 18 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs3 götürdüyü 1000 manat, əvvəl müəllimlərdən alaraq özündə saxladığı 1500 manat və danışılmış məbləğlərin tamamlanması üçün öz hesabına 5000 manat olmaqla cəmi 7500 manat pulu həmin tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində “Əhmədli” metrostansiyasının yaxınlığında ona vermiş, o isə həmin tarixdə həmin məbləği ünvan 2 ünvanında Şahid3 vermiş, Şahid2 eyni məqsədlə 28 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs3 2500 manat, Zərərçəkmiş şəxs1 1000 manat olmaqla cəmi 3500 manat pulu götürərək 1800 manatını əvvəl razılaşdırılmış məbləğlərin tamamlanması üçün öz hesabına ona göndərdiyi pulun müqabilində özündə saxlayıb 1700 manatını həmin tarixdə Yardımlı rayonu ərazisindən “Milliön” ödəmə terminalı vasitəsi ilə “Unibank” Kommersiya Bank” ASC məxsus adına açılmış 54** **** **** 3807 nömrəli plastik kart hesabına köçürmüş, Şahid2 eyni məqsədlə 31 may 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs5 4000 manat pulu götürərək 1600 manatını əvvəl razılaşdırılmış məbləğlərin tamamlanması üçün öz hesabına ona göndərdiyi pulun müqabilində özündə saxlayıb 2400 manatını həmin tarixdə Yardımlı rayonu ərazisindən “Milliön” ödəmə terminalı vasitəsi ilə “Unibank” Kommersiya Bank” ASC-yə məxsus adına açılmış 54** **** **** 3807 nömrəli plastik kart hesabına köçürmüş, o isə sonuncu məbləğin 1868 manatını həmin tarixdə "xxxx" ASC-yə məxsus Şahid3 adına açılmış 4169 73** **** 6535 nömrəli kart hesabına köçürərək ümumilikdə 20600 (iyirmi min altı yüz) manat olmaqla xeyli miqdarda özgə əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 qeyd edilən formada köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq 08 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsindən məqbul bal toplaya bilməmiş müəllimlərin, o cümlədən özünün mövcud nəticələrinin dəyişdirilməsi üçün ona müraciət edən Yardımlı rayonu Avun kəndində yaşayan Şahid2 əlavə məbləğlər qarşılığında tanışı olan səlahiyyətli rəhbər vəzifəli şəxsin 08 iyun 2024-cü il tarixdə keçirilmiş imtahanın nəticələrini dəyişdirmək səlahiyyətlərinin olmasını bildirərək yaranmış inam və etibardan sui-istifadə edib həmin məsələni müsbət həll edəcəyini, yəni imtahan ballarını dəyişdirəcəyinə dair yalandan vəd etməklə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini, yəni cinayət yolu ilə ələ keçirəcəyi əmlakı əldə etməyi qabaqcadan vəd etmiş Şahid2 tərəfindən alınıb istifadəsində olan plastik bank kartı hesablarına köçürülməsinə dair sövdələşib razılıq əldə etdikdən sonra sonuncu bu məqsədlə 11 iyun 2024-cü il tarixdə Yardımlı rayonu ərazisində Zərərçəkmiş şəxs1 2000 manat, Zərərçəkmiş şəxs4 2500 manat, Zərərçəkmiş şəxs5 2000 manat, Zərərçəkmiş şəxs6 1000 manat, Zərərçəkmiş şəxs3 1500 manat pulları götürərək tələb olunan məbləğin tamamlanması üçün üzərinə 900 manat pul əlavə etməklə ümumilikdə 9900 manat vəsaiti Yardımlı rayonu ərazisindən "xxxx" ASC-yə məxsus adına açılmış 5239 15** **** 8713 nömrəli kart hesabına, o isə 12 iyun 2024-cü il tarixdə 30 manat, 6320 manat və 1000 manat olmaqla cəmi 7350 manat pulu Şahid3 məxsus 4169 73** **** 6535 nömrəli kart hesabına köçürərək ümumilikdə 9900 manat (doqquz min doqquz yüz) manat olmaqla xeyli miqdarda özgə əmlakını təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 qeyd edilən formada köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
təqsirləndilən şəxslər, zərərçəkmiş şəxs və şahidin ifadələri:
Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 «Facebook» sosial şəbəkəsindən şəhid ailəsi kimi tanımışdır. Şahid2 Bakı şəhərinə gəlmiş və onunla görüşüb tanış olmuşlar. Müəllimlərin sertifikatlaşdırılması imtahanı ilə bağlı Elnur ona müraciət etmiş, o da öz növbəsində bu barədə əvvəllər taksı sürücüsü kimi tanıdığı Şahid3 danışmışdır. Kamran ona ətrafının geniş olduğunu və bu məsələdə ona köməklik göstərə biləcəyini bildirmişdir. O, Kamrana inanmış və Şahid2 müəllimlərdən yığıb ona verdiyi pulları Kamrana vermişdir. Həmin puldan yalnız 3000 manatı onun özünə çatmışdır. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını və həmin uşaqları təkbaşına böyütməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, 3000 manat pulu Şahid2 vermişdir. Elnur ona Təhsil Nazirliyində tanışı olduğunu və onun müəllimlərin sertifikatlaşdırma imtahanından keçirəcəyinə köməklik göstərəcəyini bildirmişdir. Ona dəymiz ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsləsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Müəllimlərin sertifikatlaşdırma imtahanından kəsildiyi üçün Şahid2 5000 manat pul vermişdir. Elnur ona Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə onu imtahandan keçirə biləcəyini demiş və and içmişdir.O da Elnura inanıb pulu ona vermişdir. Həmin pul ona qaytarılmışdır.Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid2 ona Təhsil Nazirliyində tanışı olduğunu və müəllimlərin sertifikatlaşdırma imtahanından kəsilənləri həmin tanışıı vasitəsi ilə keçirə biləcəyini bildirmişdir. Bunun üçün o Şahid2 5000 manat pul vermişdir. Həmin pul ona qaytarılmışdır. O, nə Təqsirləndirilən şəxs nə dəki Şahid3 tanımır. Ona dəymiş ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyində tanışı olduğunu və müəllimlərin sertifikatlaşdırma imtahanından kəsilən müəllimlərin imtahandan keçməsinə köməklik göstərə biləcəyini ona bildirmişdir. O, da Yardımlı rayonunda işləyən 6-7 müəllimdən, ümumilikdə 32.500 manat pul alaraq Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs onu aldatmış o, da müəllimlərdən aldığı pulları geri qaytarmışdır.
2.1.1.2. cinayət işinin materialları:
Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yardımlı rayonu Telavar kəndində yaşayır. Yardımlı rayonu Telavar kənd tam orta məktəbində müəllim işləyir. 2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmişdir. Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmiş müəllimlər üçün Yardımlı rayonunda kurslar təşkil olunmuşdur. Buna görə də 2024-cü ilin aprel-may aylarında həmin kursda iştirak etmişdir. Həmin vaxt əvvəlcədən tanıdığı ünvan 3ini və həmin kənddə müəllim işləyən Şahid2 ilə rastlaşmışdır. Şahid2 ona müəllimlərin sertifikatlaşdırma imtahanından kəsilənləri bu il keçiriləcək imtahandan tanışları vasitəsi ilə keçirə biləcəyini demişdir. Şahid2 bunun üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. O Şahid2 həmin şəxsin bu işi görə biləcəyini dəfələrlə soruşmuş, Şahid2 onu əmin etmişdir ki, tanışları onu mütləq imtahandan keçirəcəkdir. O da Şahid2 inanmışdır. 2024-cü ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Şahid2la Yardımlı şəhəri ərazisində görüşmüş və ona 2500 manat pul verdim. Şahid2 ona imtahanda iştirak etmədən də imtahandan keçəcəyini və 50 baldan yuxarı bal toplayacağını demişdir. 08 iyun 2024-cü il tarixdə imtahan vermiş, lakin imtahandan kəsilmişdir. Şahid2la əlaqə saxlamış, Şahid2 ona axşam saat 18 radələrinə qədər cavabların çıxacağını və 52 bal ilə imtahandan keçəcəyini bildirmişdir. Həmin vaxt çatmış, lakin nəticə olmamışdır. 2024-cü ilin iyun ayının ortalarında Şahid2 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq təcili 2500 manat pul da lazım olduğunu bildirmişdir. Elnur ona 2500 manat pulu da verməsə işin düzəlməyəcəyini demişdir. O da məcbur qalıb Elnurla razılaşmışdır. 2024-cü ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə Yardımlı rayonu Horonu kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid2la görüşmüş, 2500 manat pulu da Şahid2 vermişdir. Şahid2 qısa müddət ərzində işin düzələcəyini bildirmişdir. Lakin həmin vaxtdan Şahid2 onu aldatmış, nə aldığı pulu geri qaytarmış, nədə ki, işi düzəltməmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yardımlı rayonu Gərsava kəndində yaşayır. Yardımlı rayonu Gərsava kənd tam orta məktəbində müəllim işləyir. 2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmişdir. Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmiş müəllimlər üçün Yardımlı rayonunda kurslar təşkil olunmuşdur. Buna görə də 2024-cü ilin aprel-may aylarında həmin kursda iştirak etmişdir. Həmin vaxt əvvəlcədən tanıdığı ünvan 3ini və həmin kənddə müəllim işləyən Şahid2 ilə rastlaşmışdır. Şahid2 ona müəllimlərin sertifikatlaşdırma imtahanından kəsilənləri bu il keçiriləcək imtahandan tanışları vasitəsi ilə keçirə biləcəyini demişdir. Şahid2 bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O Şahid2 həmin şəxsin bu işi görə biləcəyini dəfələrlə soruşmuş, Şahid2 onu əmin etmişdir ki, tanışları onu mütləq imtahandan keçirəcək və imtahandan 52 bal toplayacaqdır. O da Şahid2 inanmışdır. 10 may 2024-cü il tarixdə Şahid2la Yardımlı şəhəri ərazisində “Bazar” adlanan yerdə görüşmüş və ona 3000 manat pul vermişdir. Şahid2 ona imtahanda iştirak etmədən də imtahandan keçəcəyini və 50 baldan yuxarı bal toplayacağını demişdir. 08 iyun 2024-cü il tarixdə imtahan vermiş, lakin imtahandan kəsilmişdir. O, Şahid2la əlaqə saxlamış, Şahid2la əlaqə saxlamış, Şahid2 ona axşam saat 18 radələrinə qədər cavabların çıxacağını və 50 bal ilə imtahandan keçəcəyini bildirmişdir. Həmin vaxt çatmış, lakin nəticə olmamışdır. 11 iyun 2024-cü il tarixdə Şahid2 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq təcili 1000 manat pul da lazım olduğunu, pulu verməyəcəyi təqdirdə işin düzəlməyəcəyini bildirmişdir. O da məcbur qalıb Elnurla razılaşmışdır. 11 iyun 2024-cü il tarixdə axşam üstü Yardımlı şəhəri ərazisində “Bazar” adlanan yerdə Şahid2la görüşmüş və ona 1000 manat pul da vermişdir. Şahid2 qısa müddət ərzində işin düzələcəyini bildirmişdir. Lakin həmin vaxtdan Şahid2 onu aldatmış, ondan aldığı pulu geri qaytarmamışdır. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yardımlı rayonu Şovut kəndində yaşayır. Oğlu Şahid1 Yardımlı rayonu Şovut kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyir. Oğlu Niyaməddin 2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmişdir. Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmiş müəllimlər üçün Yardımlı rayonunda kurslar təşkil olunmuşdur. Buna görə də oğlu Niyaməddin 2024-cü ilin aprel-may aylarında həmin kursda iştirak etmişdir. Həmin vaxt tanışı Zərərçəkmiş şəxs1 ona ünvan 3ini Şahid2 tanışları vasitəsi ilə müəllimləri imtahandan keçirə bildiyini demişdir. X4 Elnurun nömrəsini götürmüş və onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Elnur telefonda oğlu Niyaməddinə imtahandan keçmək üçün 4000 manat pul lazım olduğunu demişdi. O da 4000 manat pul hazırlamışdır. 31 may 2024-cü il tarixdə Yardımlı rayonu Sığna kəndi ərazisində oğlu Niyamədin Ağayev və onun tanışı Zərərçəkmiş şəxs1lə birlikdə Şahid2la görüşmüşdür. Şahid2 ona oğlu Niyaməddinin sertifikatlaşdırma imtahanından keçəcəyi və 50 baldan yuxarı bal toplayacağına söz vermişdir. O da Şahid2 inanmışdır. Buna görə də oğlu Niyaməddin və tanışı Zərərçəkmiş şəxs1 yanında 4000 manat pulu Şahid2 vermişdir. 08 iyun 2024-cü il tarixdə oğlu Niyaməddin imtahan vermiş, lakin imtahandan kəsilmişdir. O, Şahid2la əlaqə saxlamış, Şahid2 bir həftə ərzində işin düzələcəyini demişdir. 11 iyun 2024-cü il tarixdə gunorta saatlarında Şahid2 oğlu Niyaməddinlə əlaqə saxlayaraq işin düzəlməyi üçün əlavə olaraq 2000 manat da pul lazım olduğunu, həmin pulun təcili axşama qədər çatdırılmalı olduğunu bildirmişdir. Bundan sonra 2000 manat pul da düzəltmişdir. 11 iyun 2024-cü il tarixdə axşam üstü Yardımlı rayonu Horonu kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid2la görüşmüş, oğlu Niyaməddinin yanında 2000 manat pulu da Şahid2 vermişdir. Lakin həmin vaxtdan Şahid2 onu aldatmış, ondan aldığı 6000(altı min) manat pulu geri qaytarmamışdır. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yardımlı rayonu Şovut kəndində yaşayır. Yardımlı rayonu Şovut kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmişdir. Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikatlaşdırılması imtahanından kəsilmiş müəllimlər üçün Yardımlı rayonunda kurslar təşkil olunmuşdur. Buna görə də 2024-cü ilin aprel-may aylarında həmin kursda iştirak etmişdir. Həmin vaxt tanışı və kursda iştirak edən müəllim Zərərçəkmiş şəxs1 ona ünvan 3ini Şahid2 tanışları vasitəsi ilə müəllimləri imtahandan keçirə bildiyini demişdir. O da Xaliddən Elnurun nömrəsini almış və onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Elnur telefonda ona 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt atası Zərərçəkmiş şəxs5 də yanında olmuşdur. O, Şahid2la razılaşmamış, lakin atası razılaşmışdır. Atası Zərərçəkmiş şəxs5 4000 manat pul hazırlamışdır. 31 may 2024-cü il tarixdə Yardımlı rayonu Sığna kəndi ərazisində atası Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1lə birlikdə Şahid2la görüşmüşdür. Şahid2 onun sertifikatlaşdırma imtahanından keçəcəyi və 50 baldan yuxarı bal toplayacağı barədə söz vermişdir. Atası Zərərçəkmiş şəxs5 də Şahid2 inanmışdır. Buna görə də atası Zərərçəkmiş şəxs5 onun və tanışı Zərərçəkmiş şəxs1 yanında 4000 manat pulu Şahid2 vermişdir. 08 iyun 2024-cü il tarixdə imtahan vermiş, lakin imtahandan kəsilmişdir. Şahid2la əlaqə saxlamışlar, Şahid2 bir həftə ərzində işin düzələcəyinid demişdir. 11 iyun 2024-cü il tarixdə gunorta saatlarında Şahid2 onunla əlaqə saxlayaraq işin düzəlməyi üçün əlavə olaraq 2000 manat da pul lazım olduğunu bildirmişdir. Həmin pulun təcili axşama qədər çatdırılmalı olduğunu demişdir. Bundan sonra atası Zərərçəkmiş şəxs5 2000 manat pul da düzəltmişdir. 11 iyun 2024-cü il tarixdə axşam üstü Yardımlı rayonu Horonu kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid2la görüşmüşlər, atası Zərərçəkmiş şəxs5 onun yanında 2000 manat pulu da Şahid2 vermişdir. Lakin həmin vaxtdan Şahid2 onları aldatmış, atası Zərərçəkmiş şəxs5 aldığı 6000(altı min) manat pulu da geri qaytarmamışdır. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin dekabr ayından tanıyır. Həmin vaxt idarə etdiyi avtomobil ilə “Uber” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs da müştəri kimi onun idarə etdiyi avtomobilə əyləşmiş və onu lazım olan ünvana aparmışdır. Həmin vaxt Jalə onun mobil nömrəsini götürmüş, sonradan taksi kimi onunla əlaqə saxlamış, onu yenə də lazım olan ünvanlara aparmışdır. Bundan sonra onunla münasibəti yaranmışdır. ünvan 3ini Şahid2 tanımır, onunla bir dəfə Təqsirləndirilən şəxs mobil telefonu vasitəsi ilə əlaqə saxlamışdır. 2024-cü ilin aprel-may aylarından birində Təqsirləndirilən şəxs ona Yardımlı rayonunda sertifikasiya imtahanından kəsilmiş təxminən 70 müəllim olduğunu demiş və həmin müəllimləri sertifikasiya imtahanından keçirmək lazım olduğunu bildirmişdir. Hər müəllimdən təxminən 3000-4000 manat arası pul alınmalı imiş. Təqsirləndirilən şəxs onun Bakı Dövlət Universitetində tanışı olduğunu bilirmiş. Təqsirləndirilən şəxs ona “həmin tanışınla danış, imtahandan kəsilmiş müəllimləri imtahandan keçir, hər müəllimlə görə hərəmiz 500-600 manat xeyir götürək” demişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan sonra tanışı ilə danışmış, həmin tanışı müəllimləri sertifikasiya imtahanından keçirə biləcəyini bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs ona Yardımlı rayonunda Elnur adlı tanışı olduğunu, orada olan müəllimlərdən pulları Elnurun yığacağını, Elnurun da orada xeyri olacağını demişdir. Bundan təxminən 20-25 gün sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq tanışı Elnurun Bakı şəhərinə gələcəyini bildirmiş və axşam onunla görüşmələrini demişdir. O da Jalə ilə razılaşmışdır. Həmin gün axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında Jalə ilə görüşmüşdür. Onunla görüşməmişdən əvvəl tanışı ilə danışmış, tanışı artıq sertifikasiyanın başladığını və buna görə də müəllimləri imtahan keçirməyin mümkün olmadığını bildirmişdir. Həmin vaxt Jalə istifadəsində olan mobil telefon vasitəsi ilə Elnur zəng vurmuş, o, həmin telefonla Elnurla danışmışdır. Elnur ona “mən hələ Bakı şəhərinə gəlməmişəm, Bakı şəhərinə gəlib həmin tanışınla görüşmək istəyirəm, çünki, 70 müəllimin söhbəti olacaqdır” demişdir. O da Elnura “artıq tanışım olan adam deyir ki, sertifikasiya imtahanı başlayıb, buna görə də gəlməsin” demişdir. Bundan sonra telefonu söndürmüşdür. O, müəllimləri sertifikasiya imtahanından keçirmək üçün Şahid2 və Təqsirləndirilən şəxs pul almamış, Təqsirləndirilən şəxs onun barəsində dedikləri yalandır. 2024-cü ilin may-iyun aylarından birində Bakı şəhərində polis tərəfindən saxlanılan zaman ona pul lazım olmuş, o, Təqsirləndirilən şəxs pul istəmiş, Təqsirləndirilən şəxs da onun plastik kart hesabına 1868 manat pul köçürmüşdür. 2024-cü ilin aprel-may aylarından birində Təqsirləndirilən şəxs 8000 manat borc pul vermiş, Təqsirləndirilən şəxs da 2024-cü ilin iyun ayında aldığı borc pulu qaytarmaq üçün onun plastik kart hesabına pullar köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD-dən görünür ki, CD-də olan səs yazısı Şahid3 məxsusdur. Səs yazısında Kamran qeyd etmişdir ki, “Axşamın xeyir Elnur müəllim, nətəhərsən, nə var nə yox, Elnur müəllim biz sizinlə danışanda mənim səsim sizə gedib, sizin səsiniz mənə gəlib, deyəsən sənnən bir dəfə də telefonda danışdıq, dedin ki, yetmiş nəfər olacaq, hamısının qiymətini danışdıq, dedin ki, bu qiymətə olacaq, elə olacaq, belə olacaq, indi siz deyirsiniz ki, imtahana onlar girməyəcəklər, niyə girmirlər ki imtahana, imtahana girəcəklər, müsabiqədə də olacaqlar, 21, 23, 24-ü olan imtahanların yekunundan sonra onların ayın axırı şəxsi kabinetində balları da görsənək, imtahandan keçdikləridə görsənəcək”. Həmin səs yazısının ikincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “Yaxşı qardaş yaxşı, hansını desəniz, hansılar var bizdə hansılarki orada yoxdur hamısı doğranacaq”. Həmin səs yazısının üçüncüsü Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “ Salam Jalə xanım, nətəhərsiz, nə var nə yox, siz demişdinizdə 68-70 dənə sənəd veriləcək bu qiymətnən düzdür, sənədlər verilmədiki, o qiymətnəndə biz razılaşmırıq, indi biz deyən qiymətnən siz pulunuzu verin, ayın axırına kimi sistemdə də, şəxsi kabinetlərində də həmin o balı görəcəklər yaxşı, məni narahat eləməyin”. Həmin səs yazısının dördüncüsü Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazısında Təqsirləndirilən şəxs qeyd etmişdir ki, “Axşamın xeyir Elnur, mənim başım qarışıqdır, yas yerindəyəm, səninlə tez-tez əlaqə saxlaya bilmərəm, aça bilmirəm zəngi, qonaqlar da var, səhər tezdən mənim xalam oğlu Bakıdadır, həmin o içəridəki adam yoxdur onunla görüşəcək, onu mən yollamışam ora, onunla görüşəndə mən də mənə atılan səslərin hamsıını atacam sənə, mən onlarla ciddi şəkildə danışmışam ki, belə eləməyin, prosto onlar mənə deyir ki, imtahanlar bitsin ki, sistemdə hamısı görsənsin, dedim elə şey yoxdur, iki-iki vurun, onlar da mənimlə danışdılar dedilər ki yaxşı bu gündən, sabah səhər tezdəndən saat 12dən sonra xalam oğlu gedəcək ora, məni mərkəzdən yığacaqlar, mənə hər şeyi deyəcəklər, sən narahat olma, bir dənə sabahlıq səbr elə, burda yeddidi başım çox qarışıqdır, inşallah sabah işi yekunlaşdıracam, sən narahat olma”. Həmin səs yazısının beşincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “ Hə siz birdə Elnur müəllimə deyin ki, o, bir nəfər də Elnur müəllimdir, yerdəkilərdə yeddi müəllimdir, onlara nazirlikdən özləri zəng vuracaqlar, deyəcəklər ki, yerdə qalan pulu da gətirin verin, balınız yazılsın, yəni bu gün o pulları, yerdə qalan pulları həll edin, inşallah sabah sistemdə dəyişkənlik eləyək, camaatın balı yazılsın qurtarsın, bizə deyilməyib ki, dəqiq deyin bax 10 nəfər var bu qiymətnən eləyirsiniz, 70-68 nəfər deyirsiz, gətirib sonra 7 nəfər çıxardırsınız, yaxşı Jalə xanım Elnur müəllimə deyərsiz mənim dediklərimi”. Həmin səs yazısının altıncısı Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “Birdə sabahları siz nəyisə bizə sənəd atılacaq yoxsa yox, yəni atılacaqsa saat 12-yə qədər onların pulu oturmalıdır, bidənə onu qabaqdan deyin ”. Həmin səs yazısının yeddincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “İmtaha girilsin, otursun, yazsın, 10 yazacaq, 5 yazacaq, nə yazacaqsa burdan riqlovkasında verəcəyik, əsas odur ki, girsin imtahana, pul verib deyə imtahana girilməsin söhbəti yoxdur”. Həmin səs yazısının səkkizincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “Birdə Jalə xanım dedi bizə, siz demisiniz deyə o bizdən soruşdu, 20-24-nə olanlar da var onların da haqqısabları çatmalıdır, əgər istəyirsinizsə, bir də o 70 nəfər var, siyahı var bizdə, oradada kimi deyirsizsə problem deyil, onu da eləmək bizdikdi, qaldı ki, içərinində pulu verilib hamısı da verilib, getsin otursun imtahanda imtahanlarını da yola versinlər çıxsınlar”. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD-də olan səs yazılarından görünür ki, həmin səs yazıları Şahid2 məxsusdur. Həmin səs yazısının birincisində Şahid2 qeyd etmişdir ki, “Siyahının hamısını, yəni sizə gələn adlar ki var o adlardan başqa hamısın nə bilirsiniz edin”. Həmin səs yazısının ikincisində Şahid2 qeyd etmişdir ki, “X3, o imtahandan keçibdir, onu kəsirsiz siz konkret surətdə, o mənə söz vermişdi, o kimnənsə iş görübdür, onu konkret surətdə kəsin, özüdə 33 balnan keçibdir, onu kəsin, o müsahibəyə girməyəcək, onu kəssəniz, o müsahibəyə girməsə biləcəyəmki həqiqətən doğrudur, onu kəsməlisiniz siz, o adam kəsilməlidir, qısa və konkret şəkildə”. 09 avqust 2024-cü il tarixli «təqdim edilmiş edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, istintaqa 8 ədəd ödəniş qəbzləri və 1(bir) ədəd CD təqdim edilmişdir. Şahid2 təqdim etdiyi ********** nömrəli qəbzdən görünür ki, 10 may 2024-cü il tarixdə A***** J***** Ə***** qızı qeyd olunmuş 4169 73** **** 7249 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına ünvan 4 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 2500(iki min beş yüz) manat pul köçürülmüşdür. Şahid2 təqdim etdiyi ********** nömrəli qəbzdən görünür ki, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qeyd olunmuş “Leobank” tərəfindən verilmiş son səkkiz rəqəmi 12051535 olan kart hesabına ünvan 4 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 2400(iki min dörd yüz) manat pul köçürülmüşdür. Şahid2 təqdim etdiyi ********* nömrəli qəbzdən görünür ki, günü oxunmayan iyun 2024-cü il tarixdə A***** J***** Ə***** qızı qeyd olunmuş 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına ünvan 4 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 100(yüz) manat pul köçürülmüşdür. Şahid2 təqdim etdiyi ********** nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə A***** J***** Ə***** qızı qeyd olunmuş 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına ünvan 4 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 100(yüz) manat pul köçürülmüşdür. Şahid2 tərəfindən təqdim edilmiş digər 4 ədəd ödəniş qəbzlərindəki məlumatlar tam oxunmur. Şahid2 tərəfindən təqdim edilmiş 1 ədəd CD-də səs yazıları qeyd olunmuşdur. Həmin səs yazısının birincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “ Axşamın xeyir Elnur müəllim, nətəhərsən, nə var nə yox, Elnur müəllim biz sizinlə danışanda mənim səsim sizə gedib, sizin səsiniz mənə gəlib, deyəsən sənnən bir dəfə də telefonda danışdıq, dedin ki, yetmiş nəfər olacaq, hamısının qiymətini danışdıq, dedin ki, bu qiymətə olacaq, elə olacaq, belə olacaq, indi siz deyirsiniz ki, imtahana onlar girməyəcəklər, niyə girmirlər ki imtahana, imtahana girəcəklər, müsabiqədə də olacaqlar, 21, 23, 24-ü olan imtahanların yekunundan sonra onların ayın axırı şəxsi kabinetində balları da görsənək, imtahandan keçdikləridə görsənəcək”. Həmin səs yazısının ikincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “Yaxşı qardaş yaxşı, hansını desəniz, hansılar var bizdə hansılarki orada yoxdur hamısı doğranacaq”. Həmin səs yazısının üçüncüsü Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “ Salam Jalə xanım, nətəhərsiz, nə var nə yox, siz demişdinizdə 68-70 dənə sənəd veriləcək bu qiymətnən düzdür, sənədlər verilmədiki, o qiymətnəndə biz razılaşmırıq, indi biz deyən qiymətnən siz pulunuzu verin, ayın axırına kimi sistemdə də, şəxsi kabinetlərində də həmin o balı görəcəklər yaxşı, məni narahat eləməyin”. Həmin səs yazısının dördüncüsü Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazısında Təqsirləndirilən şəxs qeyd etmişdir ki, “Axşamın xeyir Elnur, mənim başım qarışıqdır, yas yerindəyəm, səninlə tez-tez əlaqə saxlaya bilmərəm, aça bilmirəm zəngi, qonaqlar da var, səhər tezdən mənim xalam oğlu Bakıdadır, həmin o içəridəki adam yoxdur onunla görüşəcək, onu mən yollamışam ora, onunla görüşəndə mən də mənə atılan səslərin hamsıını atacam sənə, mən onlarla ciddi şəkildə danışmışam ki, belə eləməyin, prosto onlar mənə deyir ki, imtahanlar bitsin ki, sistemdə hamısı görsənsin, dedim elə şey yoxdur, iki-iki vurun, onlar da mənimlə danışdılar dedilər ki yaxşı bu gündən, sabah səhər tezdəndən saat 12-dən sonra xalam oğlu gedəcək ora, məni mərkəzdən yığacaqlar, mənə hər şeyi deyəcəklər, sən narahat olma, bir dənə sabahlıq səbr elə, burda yeddidi başım çox qarışıqdır, inşallah sabah işi yekunlaşdıracam, sən narahat olma”. Həmin səs yazısının beşincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “ Hə siz birdə Elnur müəllimə deyin ki, o, bir nəfər də Elnur müəllimdir, yerdəkilərdə yeddi müəllimdir, onlara nazirlikdən özləri zəng vuracaqlar, deyəcəklər ki, yerdə qalan pulu da gətirin verin, balınız yazılsın, yəni bu gün o pulları, yerdə qalan pulları həll edin, inşallah sabah sistemdə dəyişkənlik eləyək, camaatın balı yazılsın qurtarsın, bizə deyilməyib ki, dəqiq deyin bax 10 nəfər var bu qiymətnən eləyirsiniz, 70-68 nəfər deyirsiz, gətirib sonra 7 nəfər çıxardırsınız, yaxşı Jalə xanım Elnur müəllimə deyərsiz mənim dediklərimi”. Həmin səs yazısının altıncısı Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “Birdə sabahları siz nəyisə bizə sənəd atılacaq yoxsa yox, yəni atılacaqsa saat 12-yə qədər onların pulu oturmalıdır, bidənə onu qabaqdan deyin ”. Həmin səs yazısının yeddincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “İmtaha girilsin, otursun, yazsın, 10 yazacaq, 5 yazacaq, nə yazacaqsa burdan riqlovkasında verəcəyik, əsas odur ki, girsin imtahana, pul verib deyə imtahana girilməsin söhbəti yoxdur”. Həmin səs yazısının səkkizincisi Şahid3 məxsusdur. Həmin səs yazısında Kamran qeyd etmişdir ki, “Birdə Jalə xanım dedi bizə, siz demisiniz deyə o bizdən soruşdu, 20-24-nə olanlar da var onların da haqqısabları çatmalıdır, əgər istəyirsinizsə, bir də o 70 nəfər var, siyahı var bizdə, oradada kimi deyirsizsə problem deyil, onu da eləmək bizdikdi, qaldı ki, içərinində pulu verilib hamısı da verilib, getsin otursun imtahanda imtahanlarını da yola versinlər çıxsınlar”. 14 avqust 2024-cü il tarixli «təqdim edilmiş edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa 9 ədəd ödəniş qəbzi və 1(bir) ədəd CD təqdim edilmişdir. Həmin qəbzlərdən beşində Şahid2 Təqsirləndirilən şəxs göndərdiyi pullar, dördündə isə Təqsirləndirilən şəxs Şahid3 göndərdiyi pulların məbləğləri göstərilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi **********2 nömrəli qəbzdən görünür ki, 10 may 2024-cü il tarixdə 4169 73** **** 7249 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 2500(iki min beş yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi **********1 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 300(üç yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi **********1 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 100(yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi **********9 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 7400(yeddi min dörd yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi **********9 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 7400(yeddi min dörd yüz) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi **********3 nömrəli qəbzdən görünür ki, 11 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabına 2000(iki min) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs həmin qəbzlərdə Şahid2 ona göndərdiyi pulların məbləğlərinin qeyd olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 505852 nömrəli qəbzdən görünür ki, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən “Leobank” vasitəsi ilə 4169 73** **** 6535 nömrəli kart hesabına 1850 manat pul köçürülmüş, 18,02 manat komissiya tutulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi **********4 nömrəli qəbzdən görünür ki, 08 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabından 100(yüz) manat pul "xxxx" tərəfindən verilmiş 4169 73** **** 6535 nömrəli kartın hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi **********8 nömrəli qəbzdən görünür ki, 12 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabından 6320(altı min üç iyirmi) manat pul "xxxx" tərəfindən verilmiş 4169 73** **** 6535 nömrəli kartın hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi **********8 nömrəli qəbzdən görünür ki, 13 iyun 2024-cü il tarixdə 5239 15** **** 8713 nömrəli "xxxx" tərəfindən verilmiş kart hesabından 1000(min) manat pul "xxxx" tərəfindən verilmiş 4169 73** **** 6535 nömrəli kartın hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs həmin qəbzlərdə Şahid3 göndərdiyi pulların məbləğlərinin qeyd olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd CD-də səs yazıları qeyd olunmuşdur. Həmin səs yazıları Şahid2 məxsusdur. Həmin səs yazısının birincisində Şahid2 qeyd etmişdir ki, “Siyahının hamısını, yəni sizə gələn adlar ki var o adlardan başqa hamısın nə bilirsiniz edin”. Həmin səs yazısının ikincisində Şahid2 qeyd etmişdir ki, “X3, o imtahandan keçibdir, onu kəsirsiz siz konkret surətdə, o mənə söz vermişdi, o kimnənsə iş görübdür, onu konkret surətdə kəsin, özüdə 33 balnan keçibdir, onu kəsin, o müsahibəyə girməyəcək, onu kəssəniz, o müsahibəyə girməsə biləcəyəmki həqiqətən doğrudur, onu kəsməlisiniz siz, o adam kəsilməlidir, qısa və konkret şəkildə”. 18 sentyabr 2024-cü il tarixli «təqdim edilmiş edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 73** **** 7249 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 13 may 2024-cü il tarixdə 2500 manat pulun köçürüldüyü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 5239 15** **** 8713 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 11 iyun 2024-cü il tarixdə saat 22:29-da 7400(yeddi min dörd yüz) manat, saat 22:31-də 100(yüz) manat, saat 22:35-də 2000(iki min) manat, saat 22:42-də 300(üç yüz) manat və saat 22:52-də 100(yüz) manat olmaqla ümumilikdə 9900(doqquz min doqquz yüz) manat pulun köçürüldüyü müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kart hesabından 12 iyun 2024-cü il tarixdə saat 00:07-də 30(otuz) manat, 12 iyun 2024-cü il tarixdə saat 11:24-də 6320(altı min üç yüz iyirmi) manat və 13 iyun 2024-cü il tarixdə saat 01:38-də 1000(min) manat olmaqla ümumilikdə 7350(yeddi min üç yüz iyirmi) manat pulu 4169 73** **** 6535 nömrəli plastik kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş qalan 2550(iki min beş yüz əlli) manat pulu isə ayrı-ayrı kart hesablarına köçürmüşdür. Təqsirləndirilən şəxs məxsus “Unibank” Kommersiya Bankı” ASC tərəfindən verilmiş 54** **** **** 3807 nömrəli “Leobank” plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 28 may 2024-cü il tarixdə saat 18:13-də 1700(min yeddi yüz) manat və 31 may 2024-cü il tarixdə saat 21:24-də 2400(iki min dörd yüz) manat olmaqla ümumilikdə 4100(dörd min yüz) manat pulun köçürülməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus “Unibank” Kommersiya Bankı” ASC tərəfindən verilmiş 54** **** **** 3807 nömrəli “Leobank” plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabından 31 may 2024-cü il tarixdə saat 22:29-da 1868(min səkkiz yüz altımış səkkiz) manat pulun 4169 73** **** 6535 nömrəli kart hesabına köçürülməsi müəyyən edilmişdir. 31 oktyabr 2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş məktuba 24(iyirmi dörd) vərəq hesabdan çıxarışlar və 1(bir) ədəd disk əlavə olunmuşdur. Təqsirləndirilən şəxs məxsus 5239 15** **** 0421, 5103 07** **** 6762, 4169 74** **** 8808 və 5103 07** **** 7802 nömrəli plastik kart hesablarından həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar olunmamışdır. Şahid3 məxsus 4169 74** **** 8910 nömrəli plastik kart hesablarından həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda da iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus 4169 73** **** 7249 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 13 may 2024-cü il tarixdə 2500 manat pulun köçürüldüyü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş 2500 manat pulu hər hansı bankomatdan nağdlaşdırmaması, həmin pulu hissə-hissə ayrı-ayrı hesablara köçürməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus 5239 15** **** 8713 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 11 iyun 2024-cü il tarixdə saat 22:29-da 7400(yeddi min dörd yüz) manat, saat 22:31də 100(yüz) manat, saat 22:35-də 2000(iki min) manat, saat 22:42-də 300(üç yüz) manat və saat 22:52-də 100(yüz) manat olmaqla ümumilikdə 9900(doqquz min doqquz yüz) manat pulun köçürüldüyü aşkar olundu. Təqsirləndirilən şəxs həmin kart hesabından 12 iyun 2024-cü il tarixdə saat 00:07-də 30(otuz) manat, 12 iyun 2024-cü il tarixdə saat 11:24-də 6320(altı min üç yüz iyirmi) manat və 13 iyun 2024-cü il tarixdə saat 01:38-də 1000(min) manat olmaqla ümumilikdə 7350(yeddi min üç yüz əlli) manat pulun Şahid3 məxsus 4169 73** **** 6535 nömrəli plastik kart hesabına köçürməsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş qalan 2550(iki min beş yüz əlli) manat pulu isə ayrı-ayrı kart hesablarına köçürməsi müəyyən edilmişdir. Şahid3 məxsus 4169 73** **** 6535 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabına 12 iyun 2024-cü il tarixdə saat 00:07-də 30(otuz) manat, 12 iyun 2024-cü il tarixdə saat 11:24-də 6320(altı min üç yüz iyirmi) manat və 13 iyun 2024-cü il tarixdə saat 01:38-də 1000(min) manat olmaqla ümumilikdə 7350(yeddi min üç yüz əlli) manat pulun Təqsirləndirilən şəxs məxsus 5239 15** **** 8713 nömrəli plastik kart hesabından köçürülməsi aşkar edilmişdir. Şahid3 isə 7350(yeddi min üç yüz əlli) manat pulu ayrıayrı kart hesablarına köçürməsi müəyyən edilmişdir. "xxxx" ASC-dən daxil olmuş məktuba 1(bir) ədəd diskdə isə yuxarıda qeyd olunan kart hesablarından ayrı-ayrı bankomatlar vasitəsi ilə nağdlaşdırma aparılan zaman çəkilmiş fotoşəkillər əks olunması aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin 30 iyul 2024-cü il tarixli, 3-13-16/2-116997/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X14 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kömpüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985-ci il təvəllüdlü Şahid3 və xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adlarına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X11 18 oktyabr 2024-cü il tarixli,3-21-3-02/2- 12844/2024 nömrəli məktubundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs adına Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X8 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi » X11 23 iyun 2025-ci il tarixli, 2004 nömrəli rəyindən görünür ki;
1. Təqsirləndirilən şəxs hal-hazırda “Mülayim dərəcədə ifadə olunmuş dissosiativkonversion pozuntu” (F44) müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu”onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür.
2. Təqsirləndirilən şəxs hal-hazırda “Mülayim dərəcədə ifadə olunmuş dissosiativkonversion pozuntu” (F44) müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən “Mülayim dərəcədə ifadə olunmuş dissosiativkonversion pozuntu”onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Atayevä Jalə Əlövsət qızı törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında «^huşdur. X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22ci maddələrinin təsiri altına düşmür.
3. Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə,habelə məhkəmə istintaqında dindirilməsinə imkan verir. «Sübutların qiymətləndirilməsi haqqında» 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Kapital Bank ASC-dən,X5 ASC-dən daxil olmuş kart hesablarından çıxarışlar, Şahid2 təqdim etdiyi 8 ədəd ödəniş qəbzləri və 1 ədəd CD, Təqsirləndirilən şəxs təqdim etdiyi 9 ədəd ödəniş qəbzləri və 1 ədəd CD, Təqsirləndirilən şəxs təqdim etdiyi Kapital Bank ASC-dən, X5 ASC tərəfindən verilmiş plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşmə zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 2 ədəd CD və Kapital Bank ASC-dən daxil olmuş 24 vərəq hesabdan çıxarış iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağcabədi Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə 01 avqust 2023-cü il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Yardımlı Rayon Məhkəməsinin 16 yanvar 2025-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getmmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiriə dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 19 fevral 2025-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1. 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. Yardımlı Rayon Polis Şöbəsinin 08 aprel 2025-ci il tarixli, 3-13-116/2-2084/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazində saxlanılaraq Bakı İstintaq təcridxanasına təhvil verilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Novruzlu kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 25 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Atayevä Jalə Əlövsət qızı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni köçkün şəhərciyi bina 13, mənzil 14-də məskunlaşmışdır və himayəsində iki az yaşlı uşaqları vardır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Novruzlu kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsi ilə Atayevä Jalə Əlövsət qızı yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Yardımlı Rayon Məhkəməsinin 19 iyun 2025-cü il tarixli,1(038)-03/2025 nömrəli hökmünün surətindən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və X7 ayrı-ayrılıqda məhkəməyə ərizə təqdim edərək onlara dəymiş ziyanın ödənilməsini bildirmişlər.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1 əməlin tövsifi ilə bağlı:
Məhkəmə, məhkəmə istintaqında cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1,178.2.2, 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Belə ki, CM-nin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməli hesab edilir. CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 178.2.1-ci, təkrar törədildikdə CM-nin 178.2.2.-ci, xeyli miqdarda ziyan vurmaqla törədildikdə CM-in 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci və 3-cü bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə ələ keçirməklə dələduzluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, onun əməli CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı:
CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci, artıq zərərçəkmiş şəxslərə vurulmuş zərərin aradan qaldırılmasını və törətdiyi əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzalsını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdən 11 sentyabr 2025-ci il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 3 (üç) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 8 (səkkiz) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı yaşadığı Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur.
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Azərbaycan Respyblikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Maddi sübutlar – ödəniş qəbzləri, plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar və 4 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, ekspertiza xərci və mülki iddia yoxdur.
3. NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdən 11 sentyabr 2025-ci il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 3 (üç) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 8 (səkkiz) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın.
4. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
5. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; 5.1- yaşadığı Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; 5.2. - Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək; 5.3 - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 5.4 - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; 5.5 - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq;
6. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə olunsun.
7. Maddi sübutlar – ödəniş qəbzləri, plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar və 4 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın.
8. Hökmün icrası Təqsirləndirilən şəxs həbsdən azad olunması hissəsində Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin.
9. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
10. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X10