Məhkəmə qərarları › İş №1(038)-9/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-9/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-9/2024 06.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 2006-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Yardımlı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə 01(bir) il 03(üç ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 8(səkkiz) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş, Yardımlı şəhəri, Ünəç küçəsi, mənzil 89-da qeydiyyatda olmaqla yaşamış, barəsində hazırki cinayət işi üzrə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, daha sonra barəsində olan digər cinayət işi üzrə Yardımlı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 4(038)-13/2024 nömrəli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində Yardımlı rayonu Abasallı kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı sonuncuya yumruqla qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs burunun, sağ və sol göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sol əlin arxa hissəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə aralarında qız məsələsi ilə əlaqədar mübahisələri olmuşdur. Bu məqsədlə o, 12 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Abasallı kəndində yerləşən əvvəllər yaşadıqları evə baxmağa, həmçinin Babəklə görüşmək üçün həmin kəndə getmişdir. O, ilk olaraq kəndə çatanda dövlət sərhədinin mühafizə zolağının içində Vüsalənin əri Qanuni nümayəndə2 heyvan otardığını görmüşdür. Həmin vaxt Yaşarın yanında Şəmsəddin adlı şəxs də olmuşdur. O, Yaşarla atasının həbs olunmasından söhbət etmiş, daha sonra Yaşar ona Yardımlı rayonu Avaş kəndinin mal qarasının ərazidən çıxarılmasını və daha sonra evə gedib çay içməsini demişdir. Bundan sonra o, Yaşarın yaşadığı evə getmiş və həyətdə Vüsalə və oğlu Müslümün oturduqlarını görmüşdür. Onlarla bir müddət söhbət etmiş və evdə Yaşarın siqaretinin olub-olmamasını soruşmuşdur. Yaşarın oğlu evdən bir qutu siqaret gətirmiş, lakin qutunun içərisindəki siqaretlərin sayı az olmuşdur. Buna görə də Müslümə 1 manat pul vermiş və Müslüm evdən getmişdir. O, Vüsalədən Babəkin harada olmasını və nə vaxt gələcəyini soruşmuşdur.Vüsalə ondan Babək barəsində maraqlanmasının səbəbini soruşduqda Babəkin tanış olduğu qızla danışmasını demişdir. Vüsalə də Babəkin elə bir şey etməyəcəyini demişdir. O, əsəbləşmiş və Babəkin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Vüsalə onun üstünə hücüm etmiş, o Vüsaləni əli ilə itələmiş və Vüsalə yerə yıxılmışdır. Bundan sonra Vüsalə orada olan oturacağı götürərək onu vurmaq istəmiş, lakin o, oturacağı Vüsalənin əlindən almış, bu zaman Vüsalə evin pəncərəsindən həyətə tullanmış və qaçaraq getmişdir. Həmin vaxt o, pəncərənin qarşısında olan 1(bir) ədəd mobil telefonu və 1 ədəd qara rəngli adapteri götürərək evdən çıxmışdır. Bundan sonra piyada Yardımlı şəhəri istiqamətində hərəkət etmiş, yolda götürdüyü mobil telefonla Şahid2 zəng vurmuş, Babəkə atasının telefonunun onda olduğunu bildirmiş və onunla görüşmək istədiyini bildirmişdir. Şahid2 ona Masallı rayonuna olduğunu bildirmiş və ünvanına söyüş söymüşdür. Bir müddət sonra isə polis əməkdaşları onu saxlamış və onu polis şöbəsinə gətirmişlər. O da mobil telefon və adapteri təqdim etmişdir. O Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamış, onu qəsdən vurmamış, onu zorlamamışdır. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 12 noyabr 2023-cü il tarixdə səhər saatlarında əri Yaşar Zeynalov şəxsi təsərrüfatlarında olan heyvanları otarmaq üçün örüş sahəsinə aparmışdır. Oğlu Müslüm isə onunla evdə qalmışdır. O, 12 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində rayonun Abasallı kəndində yaşadığı evdə, oğlu Müslüm isə kənd ərazisində olmuşdur. Evdə məişət işləri ilə məşğul olan zaman həyətdə olan itlərin hürməsini eşidib həyətdə çıxmış və Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs evə daxil olaraq ondan 1 stəkan su istəmiş, o da Elcana 1 stəkan qaynar su vermişdir. Evin eyvanında Təqsirləndirilən şəxs siqaret çəkmiş, o, isə yemək bişirmək üçün kartof soymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmaq istəmış, lakin Elcana müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs onun müqavimətini qırıb onunla zorla cinsi əlaqədə olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyəsinə bir neçə zərbə vurmuşdur. O, sol əlini qabağa verərək Elcanın zərbələrinin qarşısını almağa çalışmış, lakin Elcan sol əlinə də yumruqla zərbələr vurmuşdur. O həmin zərbələrdən xəsarətlər almışdır. Bundan sonra evin həyətində oğlu Müslümün səsini eşitmiş, Elcan Müslümün səsini eşitdikdən sonra onu döyməsini dayandırmışdır. O, evin pəncərəsindən çıxaraq həyətə düşmüş, sonra əri Qanuni nümayəndə2 yanına doğru qaçmış, ona Elcan tərəfindən döyüldüyünü demişdir. Daha sonra əri Yaşar və oğlu Müslümlə evə qayıtmışdır. Həmin vaxt Elcan oradan getmişdir. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs ilə barışmadığını və Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 noyabr 2023-cü il tarixdə atası Yaşar qonşuları Şəmsəddin Mirzəyevlə birlikdə şəxsi təsərrüfatlarında olan heyvanları örüş sahəsində otarmağa aparmışdır. Həmin gün saat 16-17 radələrində yaşadığı evin həyətində atasına məxsus mobil telefonla oyun oynayan zaman Təqsirləndirilən şəxs onların həyətinə gəlmişdir. Təqsirləndirilən şəxs ona bir manat pul vermiş, ona bağda siqaret düşürdüyünü, həmin siqareti tapıb gətirməsini demişdir. O da həmin əraziyə Elcanın siqaretini gətirməyə getmişdir. Lakin Elcannın dediyi ərazidən siqaretləri tapa bilməmişdir. Təxminən 5-10 dəqiqə sonra yaşadığı evə qayıdan zaman anası Zərərçəkmiş şəxs pəncərədən tullandığını və qışqıra-qışqıra qaçdığını görmüşdür. O, anasının qışqıra-qışqıra qaçdığını görəndən sonra atasının olduğu yerə doğru qaçmışdır. Həmin vaxt anası Vüsalənin sifət nahiyəsində xəsarətlər olmuş, o, Elcan tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə istintaqında şahid X1 ifadəsində göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə dövlət sərhəd xəttinin mühafizə zolağında Yaşar Zeynalovla birlikdə heyvanları otararkən Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs əvvəllər yaşadıqları evə baxmağa gəldiyini bildirmişdir.Həmin vaxt X8 «get mal qaranı uzaqlaşdır, biz də evə gəlirik» demişdir. Bir müddət sonra Elcan ərazidən uzaqlaşmışdır. Onlar sərhəd xəttinin darvazasını açıb evə gedərkən birdən qışqırıq səsləri eşitmişlər. Onlar həmin səs gələn tərəfə doğru gedən zaman əynində olan xalat cırıq vəziyyətdə onlara doğru Zərərçəkmiş şəxs qaçdığını görmüşdür. Onlar Vüsalədən nə baş verdiyini soruşduqda Vüsalə Elcanın onu döydüyünü demişdir. Daha sonra onlar Elcanın arxasınca getsələr də, Elcanın artıq hadisə yerindən getdiyini bilmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 1108 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burunun, sağ və sol göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı və sol əlin arxa hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 12 noyabr 2023-cü il tarixə uyğun gəlir. Burnun, sağ və sol göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Sol əlin arxa hissəsinin qançırı sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyələrində yerləşmişdir. Qeyd olunan xəsarətlərin kənar şəxs tərəfindən yetirilə bilməsi mümkündür. Aşkar olunan xəsarətlərin şəxsin özü və ya kənar şəxs tərəfindən yetirilməsini müəyyən etmək məhkəmə təbabətinin səlahiyyətinə aid deyildir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2024cü il tarixli,239 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazır ki, psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, kobudluq, inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, öz maraqlarını üstün tutmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları(diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişaf xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Yardımlı rayonu, Abasallı kəndində X3 məxsus fərdi yaşayış evində baş vermişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1 və 177-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 149.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli tələbnamədən, hökmün surətindən və Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin 06 iyun 2024-cü il tarixli,1-42/9-08/2023-83 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yardımlı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Daha sonra həmin Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli,1(038)-22/2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01(bir) il 03(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbs edildiyi 07 may 2024-cü il tarixədək cəzasının 06 ay 04 gününü çəkmiş, çəkilməmiş 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Yardımlı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 4(038)-13/2024 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Yardımlı Rayon Mərkəzi X6 şəxsin 12 yanvar 2024-cü il tarixli, 08 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatənda dayanmır. Yardımlı RİHB-nın Yardımlı şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası, anası və bacısı olmaqla, uzun müddətdir ki, ərazidə yaşamırlar. Təqsirləndirilən şəxs barəsində vətəndaşlar və inzibati orqanlar tərəfindən heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı ildə doğulmuşdur. Cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini özü etiraf etməsədə, zərərçəkmiş şəxsin və şahidlərin təsdiqedici ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs döymədiyini və ona hər hansı bir xəsarət yetirmədiyini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr işin faktiki hallarına uyğun gəlmədiyindən və məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda sadlanan sübütlarla təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır və təqsirləndirilən şəxsə CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, o, əvvəllər iki dəfə oğurluq cinayətinin törədilməsində təqsirli bilinib, hər iki cinayət əməlinin törədilməsinə görə məhkəmə onun yetkinlik yaşına çatmamasını nəzərə alıb, real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkməsinə zərurət görməmiş, onun azadlıqda qalmaqla islah oluna biləcəyi qənaətinə gəlmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs sonuncu hökm üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi zaman yenidən hazırki cinayət əməlini törətmişdir ki, bu da onun kriminal meylli olmasına dəlalət edir və ona azadlıqdan məhrum etmə cəzasından başqa cəzanın təyin edilməsini istisna edir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1 və CM-nin 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Yardımlı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 8(səkkiz) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası üzrə (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) 4(dörd) ay 13(on üç) gün azadlıqdan məhrumetmə cəzası hesablanmalı, hazırki hökmlə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı, o təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli və onun barəsində digər cinayət işi üzrə «həbs» qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Yardımlı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 8(səkkiz) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası üzrə (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) 4(dörd) ay 13(on üç) gün azadlıqdan məhrumetmə cəzası hesablansın, hazırki hökm üzrə təyin edilmiş 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilirsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablasın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin və onun barəsində digər cinayət işi üzrə «həbs» qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surəti verildiyi andan) 20(iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən x9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar