Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-9/2025 17.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Yardımlı rayonu Çanaqbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Çanaqbulaq kənd tam orta məktəbində laborant vəzifəsində işləyən, Cəlilabad Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Yardımlı rayonu Çanaqbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda sonra mətndə CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Yardımlı rayonu Telavar kəndi ərazisində yerləşən “Kəklik” adlı kafedə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Yardımlı rayonu, Horonu kənd sakini Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla qəsdən bir zərbə vuraraq ona burun sümüyünün yerini dəyişən sınığı və burun belinin əzilmiş səthi yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarəti yetirmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri
Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdi ki, Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşlar. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Vüqar Yarıyev ona zəng edərək görüşmüşlər və birlikdə «Kəklik» kafesinə getmişlər. Kafedə yemək yeyib, domino oynamışlar. Həmin vaxt Vüqar ona söyüş söymüş, o da əsəbləşmiş və Vüqarın sifət nahiyyəsindən itələmək istərkən, yumuruğu Vüqarın sifət nahiyyəsinə dəymişdir. Vüqar burnundan xəsarət aldığı üçün ona köməklik göstərmişdir. Həmin vaxt kofeyə ziyan dəyməmişdir. Hazırda Zərərçəkmiş şəxslə barışmışdır və münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs 4-5 il olar ki tanıyır. Onlar yoldaşlıq etmiş və bir-birlərinə gedibgəlmişlər. xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxslə birlikdə kafedə yemək yeyərkən o, Çingizlə zarafat etmiş, lakin Çingiz onun zarafatını ciddi qəbul etmiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yumuruqla onun burun nahiyyəsinə vurmuş və o, aldığı xəsarətdən burnu qanamışdır. Burnu qanadıqdan sonra Çingiz və Şahid ona köməklik göstərmişdir. Daha sonra isə o aldığı xəsarətlə bağlı Xəstəxanaya müraciət etmişdir. Hazırda burnu sağalmışdır və Çingizlə münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs məhkəmə çıxışında bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və barışmışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəzadan azad olunmasını (əfv olunmasını) xahiş edir. Məhkəmə iclasında Şahid Əİiyusif oğlu ifadəsində göstərdi ki, özünə məxsus kafe işlədir. xx.xx.2025-ci il tarixdə nahardan sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birlikdə yoldaşlıq etdiyi üçün, həmişəki kimi birlikdə kafeyə gəlmişlər. Onlar kafedə yemək yeyərək çay içmişlər. Kafenin həyətində olan çardaqda digər şəxslər oturduğu üçün mütəmadi həmin şəxslərə yemək və çay aparmişdir. Kafeyə daxil olarkən X3 Tağıyevin mübahisə etdiyini və Vüqarın burnunun qanadığını görmüşdür. O, onları sakitləşdirmiş və Vüqara köməklik göstərmişdir. X2 kömək etmək istəsədə Vüqar qoymamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olmuş və onun yanında Vüqardan üzr istəmişdir. Həmin vaxt kafedə başqa şəxs olmadığı üçün mübahisənin başlanma səbəbini bilməmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. Sonradan eşitmişdir ki, Çingizlə Vüqarın arasında söyüş olduğu üçün mübahisə yaranmış və Çingiz əsəbləşərək yumuruqla Vüqarı vurmuşdur. Hadisə baş verən zaman kafeyə hər hansı bir ziyan dəyməmişdir.
2.1.1.2. cinayət işinin materialları
Məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 8 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişən sınığı və burun belinin əzilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 25 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Tağıyev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı «Əfv Sərəncamı»na əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Əlavə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Yardımlı Rayon İHB-nın Aşağı Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşaqları vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Qətimkan tədbinin seçilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli,18-1-81/3-48/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1.əməlin tövsifi ilə bağlı
CM-nin 127.2.3-cü madəsinin dispozisiyasına görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmanın ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsi cinayət məsuliyyətinə səbəb olur. Cinayət hüquq nəzəriyyəsinə görə xuliqanlıq niyyəti dedikdə, əməl tövsifedici hal kimi o zaman xuliqanlıq niyyəti ilə törədilmiş hesab edilir ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə cinayətin törədilməsini mübahisə və dalaşma zəminində cinayətin törədilməsindən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişə zərər yetirməsi məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə cinayət törətməkdə təqsirli bilinə bilməz. Hazırki cinayət işinin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərəkmiş şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla qəsdən bir zərbə vurmuş və həmin zərbə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvurma ilə nəticələnmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni 25 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Yardımlı rayonu Telavar kəndi ərazisində yerləşən “Kəklik” adlı kafedə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Yardımlı rayonu, Horonu kənd sakini Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla qəsdən bir zərbə vuraraq ona burun sümüyünün yerini dəyişən sınığı və burun belinin əzilmiş səthi yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarəti yetirməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-in 127.2.3-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı
CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə və mülki iddia, həmçinin tibbi xarakterli məcburi təbdirlərin tətbiqi üçün əsas yoxdur.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; -yaşadığı Yardımlı rayonu Çanaxbulaq kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 19:00-dan saat 07:00-dək tərk etməmək; - Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
X5