Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-1/2022 05.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,558 qram miqdarında narkotik vasitə - heroin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd ağ rəngli polietilen bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi Yevlax şəhəri Ş.Qurbanov küçəsində yaşadığı evin qarşısında saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 15:55 dəqiqədən saat 16:35 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli polietilen bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı həmin narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, müntəzəm olmadan narkotik vasitələrdən istifadə edir. 27 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda yerləşən 8-ci kilometr bazarının yaxınlığında olan zaman yerdə bir ədəd polietilendən olan bükülü görmüşdür. Maraq üçün bükülünü götürüb açdıqda içində narkotik vasitə - heroin olduğunu görmüşdür. Heroini sonra istifadə etmək üçün əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Növbəti gün Yevlax şəhərində, yaşadığı Ş.Qurbanov küçəsində olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində saxladığı, içində heroin olan bükülünü şalvarının cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Etiraf etmişdir ki, narkotik vasitələrdən istifadə edir, bükülüdə olan narkotik maddə olan heroindir. Ondan öncəki gün yerdən tapmış və sonra istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1, bildirmişdir ki, Yevlax RPŞ Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 sentyabr 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında şöbənin rəhbərliyinə raportla müraciət etmiş və müvafiq qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs Yevlax şəhəri, Ş.Qurbanov küçəsinə saxlamış və onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Şöbədə ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bir ədəd bükülü çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, həmin bükülü ona məxsusdur, bükülünün içində olan heroindir, onu 27 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda yerləşən 8-ci kilometr bazarının yaxınlığında tapmışdır və özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə tərəzidə çəkilmiş və sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 sentyabr 2021-ci il tarixdə əməliyyat qrupunun üzvü olaraq Rəhmanın saxlanılmasında iştirak etmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə onun üzərində baxış keçirilərkən üzərindən bir ədəd ağ polietilen bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünü Bakı şəhərində olarkən yerdən tapmış və istifadə etmək üçün saxlamışdır, içində olan maddə isə narkotik maddə olan heroindir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd ağ polietilen bükülünün aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 07 avqust 2021-ci il tarixli 17/718 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd ağ rəngli sellofana bükülmüş.... heroinə oxşar kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli polietilen bükümdə, təmiz çəkisi - 0,558 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh.42) Məhkəmə-narkoloji ekspertizasının 01 dekabr 2021-ci il tarixli 1452 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.110) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasının əvvəli faktiki saxlanıldığı 28 sentyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan saxlanılan 0,508 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 sentyabr 2021-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 0,508 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-1/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-1/2022
05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver