Məhkəmə qərarları › İş №1(039)-10/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-10/2020

23.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-10/2020 23.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 121 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 121 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını ələ keçirmək niyyəti ilə, qabaqcadan əlbir olub qrup yaratmaqla cinayət əlaqəsinə girdiyi qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 2019cu il oktyabr ayının 04-də gecə saat 03 radələrində, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ərzaq mağazasının sahibsiz qalmasından istifadə edərək mağazanın giriş qapısının kilidini dəmirkəsən mişarla kəsərək sındırmaq yolu ilə qanunsuz olaraq qapıdan içəri daxil olub mağazadan 80 (səksən) manat dəyərində 1 ədəd istifadədə olmuş, ekranı zədəli vəziyyətdə olan “Samsung” markalı, SM-J250F/DS modelli, 3571xx/xx/6033691/0 və 3571xx/xx/6033691/8 İMEİ kodlu mobil telefonu adapteri ilə birlikdə, 1 ədəd 15 (on beş) manat dəyərində “Nokia” markalı, TA-1034 modelli **********705 və **********704 İMEİ kodlu mobil telefonu adapteri ilə birlikdə, 1 ədəd 4 (dörd) manat dəyərində ***-***-**-** nömrəli GSM danışıq kartını, 400 manat məbləğində nağd pulu, 1 ədədinin dəyəri 1 manat olan, 10 ədəd 0,5 litrlik “Bizon” markalı enerji içkisini, 1 ədədinin dəyəri 0,80 manat olan, 10 ədəd 0,250 litrlik “Bizon” markalı enerji içkisini, 1 ədəd 12 manat dəyərində 2 kiloqramlıq “Supersun” yağını, 1 ədəd 6,50 manat dəyərində 1 kiloqramlıq “Supersun” yağını, 1 blok 12 manat dəyərində, 2 nömrəli “Pedro” markalı uşaq bezini, 1 blok 15 manat dəyərində, 5 nömrəli “Pedro” markalı uşaq bezini, 1 yuvasının qiyməti 4,20 manat olan 3 yuva yumurtanı, 1 ədədinin qiyməti, 0,20 manat olan 20 ədəd “Mac Cofee” markalı qəhvəni, 1 ədədinin qiyməti 1 manat olan 2 ədəd 100 qramlıq “Berqa” çayını, 1 ədədinin dəyəri 1 manat olan 3 ədəd 100 qramlıq “Beta” çayını, 1 ədədinin dəyəri 0,60 manat olan 4 ədəd 50 qramlıq “Beta” çayını, 1 ədədinin qiyməti 1,80 manat olan 3 ədəd “Best Blend” çayını, 1 ədədinin dəyəri 2 manat olan 4 ədəd “ACE” markalı təmizləyicini, 1 ədədinin dəyəri 0,80 manat olan 4 ədəd acı ketçupları, 1 ədədinin dəyəri 1 manat olan 3 ədəd “Bizim süfrə” mayonezini, 1 ədədinin dəyəri 1,80 manat olan 4 ədəd “uşastıy nyanya” markalı quru südü, 1 blok, 20 manat dəyərində “Rothmand Kompakt” markalı boz rəngli siqareti, 1 blok 15 manat dəyərində “Keno” markalı qalın doldurumlu siqareti, 1 ədədinin dəyəri 15 manat olan 2 blok “Kingston” markalı nazik doldurumlu siqareti, 1 blok 15 manat dəyərində “Keno” markalı nazik doldurumlu siqareti, 14 manat dəyərində 1 blok “Prima” markalı qalın doldurumlu siqareti, 1 blok 14 manat dəyərində “Azəri” markalı siqareti, 1 blok 14 manat dəyərində “Bakı” markalı siqareti, 1 qutusunun dəyəri 3 manat olan 4 qutu “Kent 4” markalı siqareti, 1 qutusunun dəyəri 1,40 manat olan 4 qutu “Palmall Mentol” markalı siqareti, 1 qutusunun dəyəri, 2,80 manat olan 3 qutu “Vinston” markalı siqareti, 1 qutusunun dəyəri 2,20 manat olan 2 qutu “LD” markalı siqareti, 1 qutusunun dəyəri 1,50 manat olan 8 qutu “Palmall” markalı siqareti, 1 ədədinin dəyəri 2,30 manat olan 2 ədəd “Fairy” markalı qabyuyuan maddəni, 1 qutu 4,40 manat dəyərində ayaqqabı mazını, 1 ədədinin dəyəri 0,50 manat olan 5 ədəd alışqanı, 1 ədəd 2,40 manat dəyərində “Ariel” markalı yuyucu tozunu, 1 ədədinin dəyəri 3,50 manat olan, 3 ədəd “Biteks” markalı şampunu, 1 ədədinin dəyəri 1,50 manat olan 10 ədəd “atom” markalı spirti gizli yola talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 817,10 (səkkiz yüz on yeddi manat, on qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını ələ keçirmək niyyəti ilə, qabaqcadan əlbir olub qrup yaratmaqla cinayət əlaqəsinə girdiyi qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 2019cu il oktyabr ayının 04-də gecə saat 03 radələrində, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ərzaq mağazasının sahibsiz qalmasından istifadə edərək mağazanın giriş qapısının kilidini dəmirkəsən mişarla kəsərək sındırmaq yolu ilə qanunsuz olaraq qapıdan içəri daxil olub mağazadan 80 (səksən) manat dəyərində 1 ədəd istifadədə olmuş, ekranı zədəli vəziyyətdə olan “Samsung” markalı, SM-J250F/DS modelli, 3571xx/xx/6033691/0 və 3571xx/xx/6033691/8 İMEİ kodlu mobil telefonu adapteri ilə birlikdə, 1 ədəd 15 (on beş) manat dəyərində “Nokia” markalı, TA-1034 modelli **********705 və **********704 İMEİ kodlu mobil telefonu adapteri ilə birlikdə, 1 ədəd 4 (dörd) manat dəyərində ***-***-**-** nömrəli GSM danışıq kartını, 400 manat məbləğində nağd pulu, 1 ədədinin dəyəri 1 manat olan, 10 ədəd 0,5 litrlik “Bizon” markalı enerji içkisini, 1 ədədinin dəyəri 0,80 manat olan, 10 ədəd 0,250 litrlik “Bizon” markalı enerji içkisini, 1 ədəd 12 manat dəyərində 2 kiloqramlıq “Supersun” yağını, 1 ədəd 6,50 manat dəyərində 1 kiloqramlıq “Supersun” yağını, 1 blok 12 manat dəyərində, 2 nömrəli “Pedro” markalı uşaq bezini, 1 blok 15 manat dəyərində, 5 nömrəli “Pedro” markalı uşaq bezini, 1 yuvasının qiyməti 4,20 manat olan 3 yuva yumurtanı, 1 ədədinin qiyməti, 0,20 manat olan 20 ədəd “Mac Cofee” markalı qəhvəni, 1 ədədinin qiyməti 1 manat olan 2 ədəd 100 qramlıq “Berqa” çayını, 1 ədədinin dəyəri 1 manat olan 3 ədəd 100 qramlıq “Beta” çayını, 1 ədədinin dəyəri 0,60 manat olan 4 ədəd 50 qramlıq “Beta” çayını, 1 ədədinin qiyməti 1,80 manat olan 3 ədəd “Best Blend” çayını, 1 ədədinin dəyəri 2 manat olan 4 ədəd “ACE” markalı təmizləyicini, 1 ədədinin dəyəri 0,80 manat olan 4 ədəd acı ketçupları, 1 ədədinin dəyəri 1 manat olan 3 ədəd “Bizim süfrə” mayonezini, 1 ədədinin dəyəri 1,80 manat olan 4 ədəd “uşastıy nyanya” markalı quru südü, 1 blok, 20 manat dəyərində “Rothmand Kompakt” markalı boz rəngli siqareti, 1 blok 15 manat dəyərində “Keno” markalı qalın doldurumlu siqareti, 1 ədədinin dəyəri 15 manat olan 2 blok “Kingston” markalı nazik doldurumlu siqareti, 1 blok 15 manat dəyərində “Keno” markalı nazik doldurumlu siqareti, 14 manat dəyərində 1 blok “Prima” markalı qalın doldurumlu siqareti, 1 blok 14 manat dəyərində “Azəri” markalı siqareti, 1 blok 14 manat dəyərində “Bakı” markalı siqareti, 1 qutusunun dəyəri 3 manat olan 4 qutu “Kent 4” markalı siqareti, 1 qutusunun dəyəri 1,40 manat olan 4 qutu “Palmall Mentol” markalı siqareti, 1 qutusunun dəyəri, 2,80 manat olan 3 qutu “Vinston” markalı siqareti, 1 qutusunun dəyəri 2,20 manat olan 2 qutu “LD” markalı siqareti, 1 qutusunun dəyəri 1,50 manat olan 8 qutu “Palmall” markalı siqareti, 1 ədədinin dəyəri 2,30 manat olan 2 ədəd “Fairy” markalı qabyuyuan maddəni, 1 qutu 4,40 manat dəyərində ayaqqabı mazını, 1 ədədinin dəyəri 0,50 manat olan 5 ədəd alışqanı, 1 ədəd 2,40 manat dəyərində “Ariel” markalı yuyucu tozunu, 1 ədədinin dəyəri 3,50 manat olan, 3 ədəd “Biteks” markalı şampunu, 1 ədədinin dəyəri 1,50 manat olan 10 ədəd “atom” markalı spirti gizli yola talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 817,10 (səkkiz yüz on yeddi manat, on qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində təsadüfən Zərərçəkmiş şəxs mağazasına girmiş, oradan heç nə almayaraq çıxıb evə gedəndə Zərərçəkmiş şəxs mağazasında nəğd pul və başqa ərzaq malları olduğundan, oğluna ad günü keçirmək üçün pul və ərzaq məhsulları lazım olduğundan mağazadan oğurluq etmək qərarına gəlmişdir. Evə gəlib fikrini kiçik qardaşı Təqsirləndirilən şəxs2 danışanda, o da oğurluq etməkdə ona kömək edəcəyinə söz vermişdir. Həmin axşam evdə olan dəmirkəsən mişarı əvvəlcədən hazırlamışlar. xx xxxxxxx 2019-cu il tarixdə saat 03 radələrində dəmirkəsən mişarı götürüb qardaşı ilə birlikdə evdən çıxıb Zərərçəkmiş şəxsgilin evinə tərəf getmişdir. Oraya çatanda qardaşı Təqsirləndirilən şəxs2 ətrafa göz qoyub gəlib gedən barədə məlumat vermiş, o isə dəmirkəsən mişarla mağazanın qapısının kilidini mişarlamağa başlamışdır. Qapını kəsib açandan sonra ikisi də eyni vaxtda mağazaya girib işığı yandırdıqdan sonra əvvəlcə orada olan seyfi sındırıb içərisindən 1 ədəd “Nokia” və 1 ədəd “Samsung J-2” markalı mobil telefonları, seyfin qarşısında olan fıstıq qabından 1 ədəd 20 manatlıq, 20 və 10 qəpikliklərdən ibarət olmaqla cəmi 8,20 manat pulu, daha sonra 5 ədəd kiçik ölçülü “Bizon” markalı enerji içkisini, 7 qutu “Kent-4“ markalı siqareti, 1 kiloqramlıq “Supersun“ yağını və 10 ədəd uşaq bezini oğurlayıb mağazanı tərk edərkən gözü soyuducunun üstündə olan 1 ədəd 200 vərəqlik nisyə dəftərinə sataşmışdır. Zərərçəkmiş şəxs haqsızlıq etdiyinə görə həmin dəftəri də məhv etmək məqsədi ilə oradan götürmüşlər. Sonra oradan aralaşıb dəmirkəsən mişarı kanalizasiyanın içərisinə atmışlar, dəftərə isə od vurub yandırmışlar. Qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə evə qayıdandan sonra oğurladıqları yağı yemək bişirməyə, bezlər isə evdə olan azyaşlı uşaqların altını dəyişdirmək üçün istifadə edilmişdir. Enerji içkilərini isə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə içmişlər, siqaretlərdən 3 qutusunu özü çəkib qurtarmışdır. Elə həmin gün oğluna ad günü keçirdikdən sonra saat 17 radələrində polis əməkdaşları gəlib onu və qardaşını polis şöbəsinə aparmışlar. Orada törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Oğurluq etməkdə ona qardaşı Təqsirləndirilən şəxs2 başqa kimsə köməklik etməmişdir. Zərərçəkmiş şəxs mağazasından isə 1 ədəd “Nokia“ və 1 ədəd “Samsung J- 2“ markalı mobil telefonları, seyfin qarşısında olan fıstıq qabından 1 ədəd 20 manatlıq, 20 və 10 qəpikliklərdən ibarət 8,20 manat olmaqla cəmi 28,20 manat məbləğində pulu, 5 ədəd kiçik tutumlu “Bizon“ markalı enerji içkisini, 7 qutu “Kent-4“ markalı siqareti, 1 kilqramlıq “Supersun“ yağı, 10 ədəd uşaq bezini və soyuducunun üzərində olan 1 ədəd 200 vərəqəlik nisyə dəftərini oğurlarmışlar. Mağazadan başqa nə isə oğurlamamışlar, 4 ədəd siqaret qutusu, bütün nəğd pullar və mobil telefonları isə artıq istintaq bölməsinə könüllü olaraq təqdim etmişdir. Mişar və nisyə dəftərini isə məhv etdiyindən istintaqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmaqla, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs1 gəlib qonşuluqda yaşayan Zərərçəkmiş şəxs mağazasında nəğd pul və başqa ərzaq malları olduğundan mağazaya oğurluğa girməyi mümkün hesab etməsini dedikdə səhər onun oğluna ad günü keçirmək üçün pul və ərzaq lazım olduğundun onun fikrinə şərik çıxaraq kömək edəcəyini vəd etmişdir. Həmin axşam evdə olan dəmirkəsən mişarı əvvəlcədən tapıb hazır saxlamışlar. xx xxxxxxx 2019-cu il tarixdə saat 03 radələrində qardaşı ilə birlikdə dəmirkəsən mişarı götürüb evdən çıxıb Zərərçəkmiş şəxsgilin evinə tərəf getmişdir. Oraya çatanda o, ətrafa göz qoyub gəlib gedən barədə qardaşını agah etmiş, qardaşı isə dəmirkəsən mişarla mağazanın qapısının kilidini mişarlamağa başlamışdır. Qapının kilidini mişarla kəsib açandan sonra ikisi də mağazaya girib işığı yandırdıqdan sonra mağazanı axtarıb əvvəlcə orada olan seyfi sındırıb içərisindən 1 ədəd “Nokia“ və 1 ədəd “Samsung J-2“ markalı mobil telefonları, sonra seyfin qarşısında olan fıstıq qabından 1 ədəd 20 manatlıq, 20 və 10 qəpikliklərdən ibarət olmaqla cəmi 8,20 manat pulu, daha sonra 5 ədəd kiçik ölçülü “Bizon“ markalı enerji içkisini, 7 qutu “Kent-4“ markalı siqareti, 1 kiloqramlıq “Supersun“ yağını, 10 ədəd uşaq bezini oğurlayıb mağazanı tərk edərkən soyuducunun üzərində olan 1 ədəd 200 vərəqlik nisyə dəftərini də Zərərçəkmiş şəxs haqsızlıq etdiyinə görə oradan götürmüşlər. Sonra oradan aralaşıb dəmirkəsən mişarı kanalizasiyanın içərisinə atmışlar. Dəftəri isə od vurub yandırmışlar. Qardaşı ilə evə qayıdandan sonra yağı yemək bişirməyə sərf etmişlər. Bezləri isə ailə üzvləri evdə olan azyaşlı uşaqların altını dəyişdirmək üçün istifadə etmişlər. Enerji içkilərini isə qardaşı ilə birlikdə içmişlər. Siqaretlərdən 3 qutusunu o, çəkib qurtarmışdır. Elə həmin gün qardaşı oğluna ad günü keçirdikdən sonra saat 17 radələrində polis əməkdaşları gəlib onu və qardaşı Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirmişlər. Orada dindirilən zaman törətdikləri cinayət əməllərini səmimi olaraq boynuna almışdır. Mağazadan oğurluq etməkdə onlara başqa kimsə kömək etməmişdir. Zərərçəkmiş şəxs mağazasından yalnız 1 ədəd “Nokia“ və 1 ədəd “Samsung J-2“ markalı mobil telefonları, seyfin qarşısında olan fıstıq qabından 1 ədəd 20 manatlıq, 20 və 10 qəpikliklərdən ibarət 8,20 manat pulu, 5 ədəd balaca “Bizon“ enerji içkisi, 7 qutu “Kent-4“ markalı siqareti, 1 kiloqramlıq “Supersun“ yağı və 10 ədəd uşaq bezini və soyuducunun üzərində olan 1 ədəd 200 vərəqlik nisyə dəftəri oğurlayıb çıxmışlar. Başqa nə isə oğurlamamışlar, 4 ədəd siqaret qutusu, bütün nağd pullar və mobil telefonları da qardaşı Təqsirləndirilən şəxs1 istintaqa təqdim etmişdir. Mişarı və nisyə dəftəri isə məhv edilib kanalizasiyaya atıldığından onları tapmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmaqla, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən ərzaq mağazasını işlətməklə ailəsinin dolanmasına köməklik edir. Həmin mağazanı anası Şahid ilə birlikdə işlədir. Adəti üzrə hər səhər mağazanı saat 07 radələrində açıb axşam saat 00:00 radələrində bağlayır. Mağazada adətən siqaret, ərzaq və başqa gündəlik tələbat malları satılır. xx xxxxxxx 2019-cu il tarixdə saat 00:00 radələrində ərzaq mağazasını bağlayıb evə gələrək yatmışdır. Saat 05 radələrində anası Şahid onu yuxudan oyadaraq mağazanın həyət darvazası tərəfdən olan giriş qapsının açıq olmasını dedikdə yerindən qalxıb mağazaya gələrək qapının kilidinin sındırılmasının və piştaxtalardakı ərzaqların düzülüşündə səliqə-səhmanın pozulmasının şahidi olmuşdur. Mağazanı yoxlayanda ərzaq məhsullarının bir qisminin yerində olmadığını, kiçik ölçülü saxlanc seyfinin kilidinin sındırılmasını və oradan nağd pul və mobil telefon oğurlanmasını müəyyən edərək dərhal Azərbaycan Respublikası DİN-in “102 xidməti”nə zəng etmişdir. Sonra isə oraya polis əməkdaşları gəlmişlər. Oğurlanmış əşyaların nə olmasını dəqiqləşdirən zaman mağazadakı kiçik ölçülü seyfin içərisindən 1 ədəd 150 manat dəyərində “Samsung J-2” markalı mobil telefon, 1 ədəd 50 manat dəyərində içərisində ***- ***-**-** mobil telefon nömrəsi olan “Nokia” markalı mobil telefon adapterləri ilə birlikdə, seyfin qarşısındakı fıstıq qabının içərisindən 10 və 1 manatlıqlardan, 20 manata qədər xırda pullardan (qəpiklərdən) ibarət olmaqla cəmisi 400 manat məbləğində nağd pulun oğurlanmasını dəqiqləşdirmişdir. Sonra isə soyuducunun üstündə olan heç bir dəyərə malik olmayan 1 ədəd 200 vərəqlik, 1 ədəd isə 40 vərəqlik nisyə dəftərlərinin də oğurlanmasını müəyyən etmişdir. Ərzaq və tütün məmulatları düzülən piştaxtaları yoxlamağa başladıqda isə birinin dəyəri 0,86 manat olan, 10 ədəd 0,5 litrlik “Bizon” enerji içkisinin, birinin dəyəri 0,70 manat olan, 10 ədəd 0,250 litrlik “Bizon” enerji içkisinin, 1 ədəd 12 manat dəyərində 2 kiloqramlıq “Supersun” yağının, 1 ədəd 6,50 manat dəyərində 1 kiloqramlıq “Supersun” yağının, 1 blok 12 manat dəyərində, 2 nömrəli “Pedro“ markalı uşaq bezinin, 1 blok 17 manat dəyərində, 5 nömrəli “Pedro” markalı uşaq bezinin, 1 yuvasının qiyməti 4,20 manat olan 3 yuva yumurtanın, 1 ədədinin qiyməti, 0,20 manat olan 20 ədəd “MAC Cofee“ markalı qəhvənin, 1 ədədinin qiyməti 0,96 manat olan 2 ədəd 100 qramlıq “Berqa“ çayının, birinin dəyəri 0,96 manat olan 100 qramlıq “Beta“ çay qutusunun, 1 ədədinin dəyəri 1 manat olan 50 qramlıq, 4 ədəd “Beta“ çay qutusunun, 1 ədədinin qiyməti 1,86 manat olan 3 ədəd “Best Blend“ çay qutusunun, 1 ədədinin qiyməti 2 manat olan 4 ədəd “ACE“ markalı təmizləyicinin, 1 ədədinin qiyməti 0,86 manat olan 4 ədəd acı ketçupların, birinin qiyməti 0,96 manat olan 3 ədəd “Bizim süfrə“ mayonezinin, 1 ədədinin qiyməti 1,80 manat olan “uşastıy nyanya“ markalı quru südün, 18,60 manat dəyərində 1 blok “Rothmand Kompakt“ markalı boz rəngli siqaretin, 13,70 manat dəyərində 1 blok “Keno“ markalı qalın doldurumlu siqaretin, 1 ədədinin dəyəri 13,70 olan 2 blok “Kingston“ markalı nazik doldurumlu siqaretin, 13,70 manat dəyərində 1 blok “Keno“ markalı nazik doldurumlu siqaretin, 13,70 manat dəyərində 1 blok “Prima“ markalı qalın doldurumlu siqaretin, 11,10 manat dəyərində 1 blok «Azəri» markalı siqaretin, 11,10 manat dəyərində 1 blok “Bakı“ markalı siqaretin, 1 qutusunun dəyəri 2,70 manat olan 4 qutu “Kent 4“ markalı siqaretin, 1 qutusunun qiyməti 2 manat olan 4 qutu “Palmall Mentol“ markalı siqaretin, 1 qutusunun qiyməti, 2,80 manat olan 3 qutu “Vinston“ markalı xətti siqaretin, 1 qutusunun qiyməti 2,40 manat olan 2 qutu “LD“ markalı siqaretin, 1 qutusunun qiyməti, 2 manat olan 8 qutu “Palmall” markalı siqaretin, 1 ədədinin qiyməti 2,30 manat olan “Fairy“ markalı qabyuyan maddənin, 1 qutu 14,40 manat dəyərində ayaqqabı mazının, 1 ədədinin qiyməti 0,40 manat olan 4 ədəd alışqanın, 1 ədədinin qiyməti 2,50 manat olan “Ariel“ markalı yuyucu tozunun, 1 ədədinin dəyəri 3,50 manat olan, 3 ədəd “Biteks“ markalı şampunun, 1 ədədinin qiyməti 1,50 manat olan “Atom“ markalı spirtin də oğurlanmasını aşkar etmişlər. Hadisə yerinə gəlmiş polis əməkdaşları baxışı başa çatdırdıqdan sonra protokol tərtib etmişlər, o da tərtib olunan protokola imza etmişdir. Mağazadan yuxarıda sadalanan ərzaq malları, siqaretlər, nağd pul və mobil telefonların oğurlanması ilə ona 908 manat məbləğində maddi ziyan dəymişdir. Nisyə dəftərləri isə qiymətsizdirlər, orada yalnız nisyə qaydada alış-veriş edən şəxslərin siyahısı olmuşdur. Az müddət sonra ona məxsus mağazadan oğurluq etmiş şəxslərin qonşuluqda yaşayan İsmayıl və Təqsirləndirilən şəxs2 qardaşlarının olmasını bilmişdir.Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı tam şəkildə ödəyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs qimsində ifadə vermiş oğlu Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdikərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, ünvan 2 ünvanda yerləşən ərzaq mağazasına baxış keçirilmişdir. Baxış zamanı mağazanın giriş qapısının dəmirdən olduğu, qapının kilidinin sındırıldığı, mağazada əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmiş, 9 ədəd əl-barmaq izi ekspert kriminalist tərəfindən götürülmüşdür. (iş vər. 5-11); “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadələri yerində yoxlanılarkən, onlar ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanı göstərərək 2019-cu ilin oktyabr ayının 4-də gecə saat 03 radələrində birlikdə ora gəldiklərini, mağazanın qapısını dəmirkəsən mişarla kəsdiklərini, daha sonra mağazaya daxil olaraq vitrindən ərzaq mallarını, enerji içkilərini, siqaretləri, “Samsung” və ”Nokia” markalı mobil telefonları və nağd pulu oğurladıqlarını bildirmişdirlər. (iş vər. 87-92); Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 26254 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 102 manat, təqdim edilməyən malların 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 183,20 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır.( iş vər. 136-138); Məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27847 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 2,9 saylı daktiolentlərin səthlərindəki əl-barmaq izləri, 6 saylı daktiolentin səthindəki ovuc izi, 7,8 daktiolentlərin səthlərindəki “a,b” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1,3,4,5 saylı daktiolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri, 7 saylı daktiolentlərin səthindəki digər yayılmış əl-barmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 8 saylı daktiolentlərin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin şəhadət barmağından, 8 saylı daktiolentin səthindəki “b” əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin orta barmağından, 9 saylı daktiolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin baş barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 2 saylı daktiolentin səthindəki əl-barmaq izi, 2 saylı daktiolentin səthindəki ovuc izi, 2 saylı daktiolentin səthindəki “a,b” əl-barmaq izləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən deyil, başqa şəxs(şəxslər) tərəfindən qoyulmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 146 (yüz qırx altı) manatdır.( iş vər. 150-152); “Maddi sübut kimi tanınma haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi 1 ədəd istifadədə olmuş, ekranı zədəli vəziyyətdə olan «Samsung» markalı, SM-J250F/DS modelli, 3571xx/xx/6033691/0 və 3571xx/xx/6033691/8 İMEİ kodlu mobil telefon, 1 ədəd istifadədə olmuş, normal vəziyyətdə olan «Nokia» markalı, TA-1034 modelli **********705 və **********704 İMEİ kodlu mobil telefon, 4 ədəd “Kent 4” markalı siqaret, 1 ədəd ***-***-**-** nömrəli GSM danışıq kartı, 1 ədəd B 68990769 seriya nömrəli 20 manatlıq, 26 ədəd 20 qəpiklik, 29 ədəd 10 qəpiklik pul əskinaslarından ibarət olan cəmi 28,10 manat məbləğində nağd pul həmçinin hadisə yerindən, zərərçəkmiş və təqsirləndirilən şəxslərdən səthində əl-barmaq izləri əks olunmuş 12 ədəd daktiolent iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüş və saxlanmaları üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.162-163); şübhəli şəxs qismində tutma haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.30); şübhəli şəxs qismində tutma haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.44); Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. (iş vər.66-69); Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. (iş vər.83-86); Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (iş vər.114-118); Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (iş vər.120-124); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. ( iş vər. 103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( iş vər. 104); Yevlax şəhəri 70 nömrəli Evlər Komitəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 106); Yevlax şəhəri 70 nömrəli Evlər Komitəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 110); AZE seriyalı 18158167 nömrəli, AZE seriyalı 11971532 nömrəli və AZE seriyalı 18158172 nömrəli, şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2018ci il təvəllüdlü uşaqları var.(iş vər.106); Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsində ona dəymiş ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyini, sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Çingiz Olamadzenin özlərini qismən təqsirli hesab edərək, ittihamda göstərilən digər məhsulların və pulun onlar tərəfindən oğurlanmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də hadisə yerinə baxış protokolu və ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan digər məhsulların və pulun oğurlamalarına şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini(CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar (CM-61) müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini(CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin177.2.1 və 177.2.3-ci maddəlari ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddələrinn sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındıqları gündən hesablanmalı, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı,həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzalarından çıxılmalı (CM-69.3),iş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Samsung” markalı, SM-J250F/DS modelli, mobil telefon, 1 ədəd “Nokia” markalı, TA-1034 modelli mobil telefon, 4 ədəd “Kent 4” markalı siqaret, 1 ədəd ***-***-**-** nömrəli GSM danışıq kartı, 1 ədəd B 68990769 seriya nömrəli 20 manatlıq, 26 ədəd 20 qəpiklik, 29 ədəd 10 qəpiklik pul əskinaslarından ibarət olan cəmi 28,10 manat məbləğində nəğd pul Zərərçəkmiş şəxs qaytarılmalı, 12 ədəd daktiolent məhv edilməli,(CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 03 (üç) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 07 ay 08 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 21:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 03 (üç) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 07 ay 08 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 21:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 01 ədəd “Samsung” markalı, SM-J250F/DS modelli mobil telefon, 1 ədəd “Nokia” markalı, TA-1034 modelli mobil telefon, 4 ədəd “Kent 4” markalı siqaret, 1 ədəd ***-***-**-** nömrəli GSM danışıq kartı, 1 ədəd B 68990769 seriya nömrəli 20 manatlıq, 26 ədəd 20 qəpiklik, 29 ədəd 10 qəpiklik pul əskinaslarından ibarət olan cəmi 28,10 manat məbləğində nəğd pul Zərərçəkmiş şəxs təhvil verilsin, 12 ədəd daktiolent hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 196 (bir yüz doxsan altı) manat Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. X4 Möhübbət oğlunun göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar