Məhkəmə qərarları › İş №1(039)-10/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-10/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-10/2021 04.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X4 iştirakı ilə, xx.xx.1986-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 xx xxx 2020-ci il tarixdə saat 13:30 radələrində Yevlax rayonunun Tanrıqulular kəndində Zərərçəkmiş şəxs azyaşlı uşaqları münaqişəyə cəlb etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən, Şahid2 məxsus mağazanın yaxınlığında adamların toplaşdığı yerdə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib Zərərçəkmiş şəxsla mübahisə edərək öz şəxsiyyətini onun şəxsiyyətindən üstün tutmaqla sonuncunun sol-gicgah nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən vuraraq və boğaz nahiyəsindən yapışaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib qərəzli xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur, hal-hazırda ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. xx xxx 2020-ci il tarixdə saat təxminən 11:50 radələrində Yevlax rayonu Tanrıqulular kəndində Ayaz adlı şəxsin çayxanasında oturarkən adını xatırlamadığı kənd sakini ona kiminsə övladının qolundan tutduğunu demiş, dərhal çölə çıxmış, Elnur adlı şəxsin onun övladına irad tutduğunu görmüşdür. O, Elnura ayıbdır, belə etmə demişdir. Elnur isə avtomobilə möhkəm qaz verib, toz qaldırıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra Elnur yenə həmin yerə- Arifin mağazasının yanına gəlmişdir. Elnurdan avtomobilə möhkəm qaz verməyinin səbəbini soruşanda Elnur yaxşı eləmişəm cavabını vermişdir. Bu sözdən əsəbləşib Elnurun köynəyindən tutmuş və təxminən 1-2 dəqiqə mübahisə etdikdən sonra hər ikisi yerə yıxılmış, sonra ətrafda olan şəxslər onları ayırmışlar. Elnurla olan mübahisəsi təxminən 3-4 dəqiqə davam etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxsla barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2019-cu ilin dekabr ayının 15-də Yevlax rayonu Tanrıqulular kənd sakini X13 ilə ailə həyatı qurmuş, arvadı İradənin nənəsi Safura xx xxx 2020-ci il tarixdə vəfat etmiş, xx xxx 2020-ci il tarixdə İradənin nənəsi Safuranın yeddi mərasimində olmuşdur. Həmin gün saat təxminən 13:30 radələrində özünəməxsus VAZ 2107 markalı avtomobillə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən Arif adlı şəxsin mağazasına yas mərasimi üçün limon almağa getmiş, bu zaman arvadı İradənin 6-7 yaşlı uşaq qohumları da onun yanında olmuş, mağazadan limon alıb çıxan zaman yanındakı uşaqlardan birinin başqa bir uşaqla əl-qol mübahisəsi etdiyini görmüş, yanındakı uşağa dalaşaraq maşına mindirmişdir. Həmin vaxt Ağalar ona “bura uşaq dalaşdırmağa gəlmisən?” demiş, o da “heç kimi dalaşdırmıram” cavabını vermişdir. Ağalar ona “uşaqları düşürt, gəl bura” demişdir. O da uşaqları evə düşürdərək həmin yerə qayıtmış, maşından düşən zaman Ağalar üzərinə gəlib yaxasından tutmuş, Ağalara əlini aşağı sal demiş, Ağalar həmin vaxt sol gicgah nahiyəsindən iki-üç dəfə vurmuş, həmçinin boğaz nahiyəsindən yapışmışdır. Bu zaman kənd camaatı oraya gələrək onları aralaşdırmış, Ağalarla mübahisəsi təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxt orada qohumu Bünyamin olmuş, qalan şəxsləri isə həmin kənddə yaşamadığı üçün tanımamışdır. Təqsirləndirilən şəxs X11 onunla barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Quban oğlu ifadəsində bildirmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur, hal-hazırda ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanıyır, münasibətləri yoxdur. X6 isə uşaqlıqdan tanıyır, münasibətləri yaxşıdır. xx xxx 2020-ci il tarixdə saat təxminən 12:00 radələrində Yevlax rayonu Tanrıqulular kəndində Ayaz adlı şəxsin çayxanasında oturan zaman Zərərçəkmiş şəxs yanında olan azyaşlı uşaqlarla Ağalar Quliyevin azyaşlı uşağının dalaşdığını görmüş, Zərərçəkmiş şəxs həmin vaxt öz maşınında oturub onlara baxmış, sonra isə Ağalar Quliyev həmin yerə gəlmiş və Elnurla Ağalar mübahisə etməyə başlamışdırlar. Elnurla Ağalar arasında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda 5-6 nəfər şəxs olmuş, ancaq onların kim olduqlarını xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Qurban oğlu ifadəsində bildirmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur, hal-hazırda ailəsi ilə birlikdə həmin kənddə yaşayır. X6 uzun müddətdir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs isə bir o qədər də tanımır, münasibətləri olmamışdır. Elnur X9 məxsus mağazanın qarşısında dalaşsalar da, o bunu görməmiş, bu barədə Ağaların özündən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, halhazırda ailəsi ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qohumu, yəni dayısı qızının əridir. Ağaları isə həmkəndlisi kimi tanıyır. xx xxx 2020-ci ildə o, Elnurla birlikdə Ayazın mağazasının yanına getmiş və maşından düşən kimi Ağalar Elnura hücum etmişdir. Bu zaman o, onları aralaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 291 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, borunun sağ yan səthinin aşağı 1/3-nin sol körpücükaltı nahiyyənin sıyrıqları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətinə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.8- 9); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, X4 himayəsində 2012-ci il, 2017-ci il və 2019-cu il təvəllüdlü Hüseyn, İsa və Ömər adlı uşaqları var. (iş vər. 54); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, X11 yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(iş vər. 55); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X8 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır.(iş vər.56); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, X4 barəsində xx xxxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında ilitizam qətimkan tədbiri seçilmişdir.(iş vər. 73); Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X4 barəsində axtarış elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X11 xx.xx.2020-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X11 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli özlərinin səmimi etiraf ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X4 şəxsiyyətini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 himayəsində üç azyaşlı uşağının olmasını (CM- 59.1.4), zərərəçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə X4 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X1 Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. X4 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə 1 günə 4 gün hesablanmaqla, 5 ay 02 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün islah işləri cəzası saxlanılsın. X11 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. X4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X11 cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X7 Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 24 (iyirmi dörd) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 72 (yetmiş iki) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Hökmün icrasına nəzarət Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar