Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-10/2022 06.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə xx xxxxx 1985-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 16 avqust 2021-ci il tarixdə «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aşağı Bucaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 16 avqust 2021-ci il tarixdə «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, H.Əliyev küçəsi, ev 28-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 06 yanvar 2022-ci il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, (bu hissə lazım deyil) 13 iyul 2021-ci il tarixdə saat 04:00 radələrində Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus içərisindəki mobil nömrə ilə birlikdə 400 manat dəyərində Redmi note 9 markalı mobil telefon və hər birinin dəyəri 300 manat olmaqla iki ədəd qırmızı-qaş qızıl üzük, 1 ədəd 250 manat dəyərində paxlava formalı qızıl üzük və 150 manat dəyərində 1 ədəd tək qaş qızıl uşaq sırğası olmaqla ümumilikdə 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 05 avqust 2021-ci il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonu, Xaldan kəndində yerləşən X4 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan X6 Kamran Tofiq oğluna məxsus içərisindəki mobil nömrə ilə birlikdə 460 manat dəyərində Samsung A11 markalı mobil telefon və 20 manat dəyərində qol saatını götürməklə qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06 avqust 2021-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonu, Quşcu kəndində yerləşən X9 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan X3 Vüsal Bilal oğluna məxsus 400 manat dəyərində velosipedi götürməklə qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, (bu hissə lazım deyil) 05 avqust 2021-ci il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonu, Xaldan kəndində yerləşən X4 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan X6 Kamran Tofiq oğluna məxsus içərisindəki mobil nömrə ilə birlikdə 460 manat dəyərində Samsung A11 markalı mobil telefon və 20 manat dəyərində qol saatını götürməklə qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06 avqust 2021-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonu, Quşcu kəndində yerləşən X9 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan X3 Vüsal Bilal oğluna məxsus 400 manat dəyərində velosipedi götürməklə qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 1 ildir ki, tanıyır. Ceyhunla münasibəti yaxşı olmuşdur. Təxminən 29 iyul 2021-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Yevlax rayonu, Xaldan kəndində Təqsirləndirilən şəxs2lə birlikdə küçədə olarkən maddi vəziyyətləri pis olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. 05 avqust 2021-ci tarixdə axşam təxminən saat 22:00 radələrində kənddə Ceyhunla görüşmüşdür. Yevlax rayonu, Quşçu kəndi istiqamətində getmək və oradan münasib bir yerdən oğurluq etmək qərarına gəlmişlər. Saat təxminən 23:40 radələrində Xaldan kəndindən piyada Quşçu kəndində getmiş, təxminən 40-45 dəqiqə sonra Quşçu kəndində çatmışlar. Quşçu kəndində orta məktəb tərəfdə yerləşən fərdi yaşayış evinə durbanın üzərinə çıxıb baxmış və həyətdə velosiped olduğunu görüb velosipedi oğurlamaq qərarına gəlmişdir. 06 avqust 2021-ci il tarixdə saat təxminən 00:50 radələrində barıdan həmin evin həyətinə daxil olmuş və həyətə daxil olan zaman Ceyhun onu çöldə gözləmişdir. Həyətdən velosipedi götürüb barıdan qaldırıb çöldə gözləyən Ceyhuna vermiş və daha sonra oradan uzaqlaşmışlar. Həmin velosipedi yaşadığı evə aparmış, velosipedin hissələrini dəyişmək istəmiş və buna görə də velosipedin bəzi yerlərini zədələmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ilə birlikdə 05 avqust 2021-ci il tarixdə saat təxminən 02:00 radələrində Yevlax rayonu, Xaldan kəndində Xumar Səfərovaya məxsus evdən Samsung A11 markalı mobil telefon və qol saatı oğurlamışlar. Həmin vaxt ikisi də evin həyətinə girmiş, Ceyhun həyətdə qıraqda gözləmiş, o, isə evin içərisinə daxil olub oradan telefon və qol saatını götürmüşdür. Bundan başqa özü təkcə 13 iyul 2021-ci il tarixdə saat təxminən 04:00 radələrində Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən fərdi yaşayış evindən Redmi note 9 markalı mobil telefon oğurlamış, həmin ev Aşağı Bucaq kənd sakini Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 5-6 aydır ki, tanıyır. Ceyhunla münasibəti yaxşı olmuşdur. Təxminən 29 iyul 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində yaşadığı Yevlax rayonu, Xaldan kəndində Təqsirləndirilən şəxs1lə birlikdə küçədə olarkən maddi vəziyyətləri pis olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Məhəmməd ona ilkin olaraq oğurluq etməyi təklif etmiş və o, da razılaşmışdır. 2021-ci ilin avqust ayının 5-də axşam saat təxminən 22:15 radələrində kənddə Məhəmmədlə görüşmüşlər. Yevlax rayonu, Quşçu kəndi istiqamətində getmək və oradan hər hansı bir evdən oğurluq etmək qərarına gəlmişlər. Saat təxminən 23:45 radələrində Xaldan kəndindən piyada Quşçu kəndində getmişlər və təxminən 40-45 dəqiqə sonra Quşçu kəndinə çatmışlar. Quşçu kəndində orta məktəb tərəfdə yerləşən fərdi yaşayış evinə durbanın üzərinə çıxıb baxmış, həyətdə velosiped olduğunu görüb velosipedi oğurlamaq qərarına gəlmişdir. 06 avqust 2021-ci il tarixdə saat təxminən 00:50 radələrində Məhəmməd barıdan həmin evin həyətinə daxil olmuşdur. Məhəmməd həyətə daxil olan zaman o, çöldə gözləmişdir. Məhəmməd həyətdən velosipedi götürüb barıdan qaldırıb ona vermiş, daha sonra oradan uzaqlaşmışlar. Bundan başqa Təqsirləndirilən şəxs1lə birlikdə 05 avqust 2021-ci il tarixdə saat təxminən 02:00 radələrində Yevlax rayonu, Xaldan kəndində Xumar Səfərovaya məxsus evdən Samsung A11 markalı mobil telefon və qol saatı oğurlamış, həmin vaxt ikisi də evin həyətinə daxil olmuş, qıraqda gözləmiş Məhəmməd isə evə daxil olub telefonu və qol saatını götürmüşdür. Məhkəmədə son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X1 təxminən üç ay əvvəl Mingəçevir şəhərində yerləşən telefon mağazalarının birindən ona içərisindəki mobil nömrə ilə birlikdə 460 manata Samsung A11 markalı mobil telefon almışdır. Həmin mobil telefonun qoruyucusu və içərisindəki mobil nömrənin danışıq paketi olmamışdır. Bundan başqa ona məxsus qol saatını isə əsgər yoldaşı Kənan Ələsgərli təxminən iki ay əvvəl hədiyyə etmiş və qiyməti 20 manat olmuşdur. 05 avqust 2021-ci il tarixdə saat təxminən 08:00 radələrində yaşadığı evdə olarkən Samsung A11 markalı mobil telefonun və qol saatının yerində olmadığını görmüşdür. X14 ilə birlikdə bir müddət evi axtarmış, lakin telefon və qol saatını tapa bilməmişlər. Mobil telefonun və qol saatının oğurlanmasından şübhələnmiş və buna görə də X14 DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. X1 DİN-nin 102 xidmətinə ilkin müraciət edən zaman qorxmuş, həyəcanlı olmuş, iki ədəd toyuğu həyətdə görməyərək onların da oğurlandığını zənn etmişdir. Sonradan həmin toyuqları təxminən iki-üç gün əvvəl kəsib yediklərini anasının yadına salmışdır. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 13 iyul 2021-ci il tarixdə saat təxminən 08:00 radələrində Yevlax rayonu, Aşağı Bucaq kəndində yaşadığı evdə yuxudan oyanmış və özünə məxsus Redmi note 9 markalı mobil telefonun yerində olmadığını görmüşdür. Daha sonra həmin telefonu axtarmış, lakin tapa bilməmişdir. Sonradan şkafda olan qızılzinət əşyalarının da yerində olmadığını görmüşdür. Bir müddət telefonu və qızıl-zinət əşyalarını axtarmış, lakin tapa bilməmişdir. Sonra onların oğurlanmasında şübhələnib DİNnin 102 xidmətinə zəng etmiş və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış Redmi note 9 markalı mobil telefonunun qiyməti içərisində olan mobil nömrə ilə birlikdə 400 manat olmuşdur. Həmin mobil telefonun qoruyucusu olmamış, içərisindəki mobil nömrənin danışıq paketi olmamış, qızıl-zinət əşyalarının isə qiyməti 1000 manat olmuşdur. Evindən oğurlanan qızıl-zinət əşyaları hər birinin dəyəri 300 manat olmaqla iki ədəd qırmızı-qaş qızıl üzük, 1 ədəd 250 manat dəyərində paxlava formalı qızıl üzük və 150 manat dəyərində 1 ədəd tək qaş qızıl uşaq sırğası olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ona məxsus olan 1 ədəd velosipedi təxminən 2021-ci ilin iyun ayının əvvəllərində almışdır. Həmin velosipedi Mingəçevir şəhərində yerləşən bazarın yaxınlığında tanımadığı mağazadan 400 manata almışdır. Velosipedi evinin həyətində saxlamış və həmin velosiped Stels markalı olmuşdur. 06 avqust 2021-ci il tarixdə saat təxminən 04:30 radələrində Yevlax rayonu, Quşçu kəndində yaşadığı evdə olarkən evin həyətinə çıxmış və velosipedin həyətdə olmadığını görmüşdür. Bir müddət velosipedi axtarmış, lakin tapa bilməmişdir. Sonra həmin gün Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 05 avqust 2021-ci il tarixdə saat təxminən 23:00 radələrində oğlu Zərərçəkmiş şəxs1 Tofiq oğlu özünə məxsus olan velosipedlə yaşadıqları evə gəlmişdir. Velosipedi evin həyətində saxlamışdır. 06 avqust 2021-ci il tarixdə isə səhər saatlarında oğlu ona velosipedin yerində olmadığını demişdir. Bir müddət velosipedi axtarmışlar, lakin tapa bilməmişlər. Daha sonra velosipedin oğurlanmasından şübhələnib DİN-nin 102 xidmətinə zəng etmiş və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan oğlu Zərərçəkmiş şəxs1 velosipedini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2n adlı şəxslərin oğurladıqlarını bilmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli 9/7433 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul-avqust aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 425,00 manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkil təyin olunmuş 1 ədəd “Stels” markalı velosipedin zədələnməmişdən əvvəl normal vəziyyətdə 2021-ci ilin iyulavqust aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120,00 manat müəyyən olunur. Digər 3 adda qızıl-zinət əşyaları haqqında kifayət qədər məlumat (istehsal yeri, əyarı, çəkisi və s.) olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Fizuli- Qubadlı rayon Məhkəməsinin 13 yanvar 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1 və 332.1-ci maddələri ilə təqsirli bilnib CM-nin 66.3-cü maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 may 2005-ci tarixli qərarı ilə 13 yanvar 2005-ci il tarixli hökm CM-nin 70-ci maddəsinin tətbiqi barədə hissəsi ləğv olunub və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 27 sentyabr 2005-ci il tarixli qərarına əsasən qəti 11 ay 06 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 10 noyabr 2005-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 05 ay 08 gün müddətdən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Əliyev X11 rayon Məhkəməsinin 07 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib şərti maliyə vahidinin 100 misli miqdarında cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 14 avqust 2021-ci il tarixdə saat 19.00-da, Təqsirləndirilən şəxs2 isə 14 avqust 2021-ci il tarixdə saat 20.30-də şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 4(039)-120/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 4(039)-121/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2018-ci il təvəllüdlü Minayə və 2021-ci il təvəllüdlü Ümid adlı iki azyaşlı uşağı var. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam şəkildə ödənildiyinə görə, onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin göstərilən əməli törətməkdə təqsirli olmaları özlərinin etiraf ifadələrindən başqa zərərçəkmiş şəxslərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə onlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, onların zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmələri və onlarla barışıq əldə etmələri CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməllərindən səmimi peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətmələrini, onların cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd Samsunq A 11 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2, 1 ədəd Redmi note 9 markalı mobil telefon Zərərçəkmiş şəxs3, 1 ədəd qol saatı və 1 ədəd Stels markalı velosiped Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 avqust 2021-cu il tarixdən 16 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 16 avqust 2021-cu il tarixdən 06 yanvar 2022-ci il tarixədək ev dustaqlığında olduğu 04 ay 23 gün müddətin 01 günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 02 gün hesablanmaqla 09 ay 16 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 avqust 2021-cu il tarixdən 16 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 16 avqust 2021-cu il tarixdən 06 yanvar 2022-ci il tarixədək ev dustaqlığında olduğu 04 ay 23 gün müddətin 01 günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 02 gün hesablanmaqla 09 ay 23 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Xaldan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd Samsunq A 11 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2, 1 ədəd Redmi note 9 markalı mobil telefon Zərərçəkmiş şəxs3, 1 ədəd qol saatı və 1 ədəd Stels markalı velosiped Zərərçəkmiş şəxs1 qaytarılsın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-10/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-10/2022
06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver