Məhkəmə qərarları › İş №1(039)-10/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-10/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-10/2024 28.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, məhkumluğu olmayan, Gəncə şəhəri Nizami rayonu, X3 N-ci mikrorayon bina 19X, mənzil N8-də qeydiyyatda olan və yaşayan yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Yevlax rayonu, Aran qəsəbə sakini Zərərçəkmiş şəxs1 1730 manat pul müqabilində MN-nin N saylı hərbi hissəsinə aşpaz işinə düzəldəcəyi vədini verib aldatmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs1 xx.xx.N0N3-cü il tarixdə, saat 14:46-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən “Al market” mağazasının içərisində olan “MilliÖn” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASCyə məxsus olmaqla Şahid adına olan ****60N88077 nömrəli plastik kart hesabına göndərdiyi 1500 manat pulu, xx.xx.N0N3-cü il tarixdə, saat 14:0N-də Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Al market” mağazasının içərisində olan “MilliÖn” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi 4613-860N-031N-N443 nömrəli plastik kart hesabına göndərdiyi N30 manat pulu olmaqla, cəmi vahid niyyətlə Zərərçəkmiş şəxs1 1730 manat pulunu aldatma və etibardan sui istifadə etməklə ələ keçirərək qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxsN 1730 manat pul müqabilində MN-nin N saylı hərbi hissəsinə aşpaz işinə düzəldəcəyi vədini verib aldatmaqla vahid niyyətlə Zərərçəkmiş şəxsN xx.xx.N0N3-cü il tarixdə, saat 15:39-da Yevlax rayonunun Aran qəsəbəsində yerləşən “Elman market” mağazasının içərisində olan “MilliÖn” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus olmaqla Şahid adına olan ****60N88077 nömrəli plastik kart hesabına göndərdiyi 1500 manat pulu, xx.xx.N0N3-cü il tarixdə, saat 14:0N-də Yevlax rayonu Aran qəsəbəsində yerləşən «Al market” mağazasının içərisində olan “MilliÖn” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi 4613-860N-031N-N443 nömrəli plastik kart hesabına göndərdiyi N30 manat pulu olmaqla, cəmi vahid niyyətlə Zərərçəkmiş şəxsN 1730 manat pulunu aldatma və etibardan sui istifadə etməklə ələ keçirərək qəsdən təkrarən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur, Zərərçəkmiş şəxsN isə Tərafətin qonşusudur. O, 199N-ci ildən N016-cı ilədək bir neçə hərbi hisədə zabit kimi qulluq etmişdir. N016-cı ildə mayor rütbəsi ilə təqaüdə çıxmışdır. N0N0-ci ildə ehtiyata olan zabit kimi N-ci Qarabağ müharibəsində də iştirak etmişdir. O, N saylı hərbi hissənin tərkibində Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmiş, N0N0-ci oktyabr ayının 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralandığı üçün hospitala göndərilmiş, bir müddət müalicə aldıqdan sonra ordudan təxris olunmuş və hal hazırda təqaütdədir. Nailə ilə Tərafətin hər ikisi hərbi hissədə işlədikləri iş üzrə buraxdıqları nöqsanlara görə N0NN-ci ildə işdən azad olunmuşlar. Tərafətgil onun uzun illər hərbi hissələrdə işlədiyini və hərbi hissədə tanışları olduğunu bilmişdir. Ona görə də Tərfət ondan Nailə ilə birlikdə onu işə düzəltməsini xahiş etmişdir. O da Tərafətə hərbi hissədə işə düzəlmək üçün köməklik edəcəyinə söz vermiş, lakin Tərafətgil pul verməli olmuşlar. Tərafət ondan nə qədər pul lazım olduğunu soruşmuş, o, Tərafətə hər biri üçün 1500 manat verməli olduqlarını bildirmişdir. Tərafət də onunla razılaşmışdır. N0N3-cü il yanvarın 7-də onun özünün bank kartı olmadığı üçün dostu Şahid məxsus bank kartının nömrəsini Tərafətə göndərmiş, Tərfaət həmin karta 1500 manat pul köçürmüş, o, həmin kartdan 1500 manat pulu məxaric etmişdir. Səhəri gün, yəni N0N3-cü il yanvarın 8-də Tərafət Nailənin ona verməli olduğu 1500 manat pulu da həmin karta göndərmiş, o, həmin 1500 manat pulu da məxaric etmişdir. Bir neçə gündən sonra o, Tərafətə zəng edərək əlavə 460 manat da lazım olduğunu bildirmişdir. xx.xx.N0N3-cü il tarixdə Tərafət onun kart hesabına 460 manat da göndərmişdir. O, Tərafətgilə əvvəllər işlədiyi N saylı hərbi hissədə əvvəlki iş yerlərinə yəni aşbaz kimi işə qaytmalarına söz versə də müəyyən səbəblərdən Tərafətgili öz iş yerlərinə qaytara bilməmişdir. Sonradan isə Tərafətlə Nailə hər ikisi pullarını ondan geri istəsələr də imkanı olmadığı üçün Tərafətgilin pullarını qaytara bilməmişdir. Bu səbəbdən də Tərafət onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs1gildən aldığı həmin pulu maddi cəhətdən çətinliyi olduğu üçün özünə xərcləmiş və heç kimə pul verməmişdir. O, həmin puldan nə Şahid verməmiş, nədə ki, Elsəvərə həmin pulu nə məqsədlə aldığını bildirməmişdir. O, Elsəvərə bir nəfər şəxsin ona borcu olduğunu və həmin şəxsin borcunu ona göndərdiyini bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməklə onlarla barışıq əldə etdiyini, habelə vurduğu ziyanın N5% hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Ələsfər qızı ifadəsində bildirmişdir ki, N017-ci ildən N0NN-ci ilin dekabr ayına kimi Müdafiə Naziriyinin N saylı hərbi hissəsində aşbaz işləmişdir. N0NN-ci ilin dekabr ayında Yevlax rayon Aran qəsəbəsində yaşayan rəfiqəsi Zərərçəkmiş şəxsN və ona hərbi hissədə ərizə yazıb işdən çıxmalarını bildirmişlər. Həmin vaxt o Nailə ilə birlikdə ərizə yazaraq işdən çıxmışdır. Qardaşının baldızı oğlu Təqsirləndirilən şəxs əvvəllər hərbiçi olmuşdur və halhazırda təqaüdçüdür. Elşənlə qohum kimi hərdən telefonla danışmışlar. N0N3-cü il yanvar aynın əvvəllərində Elşənlə telefonla danışan zaman Elşənə özünün və rəfiqəsi Nailənin işdən çıxarıldığını, həmçinin dolanışıqlarının çətinləşdiyini bildirmişdir. Elşən də ona “narahat olma N saylı hərbi hissədə dostlarım var və sənin iş məsələni həll edə bilərəm”deyə bildirmişdir. Lakin Elşən onu işə düzəltmək üçün ondan 1500 manat pul istəmişdir. O da qohumu olduğu üçün, həmçinin valideynləri ilə münasibəti olduğu üçün Elşənə inanmış və Elşənin göndərdiyi kart nömrəsinə xx.xx.N0N3-cü il tarixdə Yevlax rayon Aran qəsəbəsində yerləşən “Al” marketdəki “Milliön” ödəmə terminalından 1500 manat pul göndərmişdir. O, pulu göndərəndən sonra Elşəndən pulun çatıb çatmamasını soruşmuş, Elşən də ona “pul çatıb narahat olma bir neçə günə səni oradan işə çağıracaqlar”-deyə bildirmişdir. Həmçinin Elşən ona “Nailəni də işə düzəldə bilərəm” demişdir. Elşənin bu sözlərindən sonra xx.xx.N0N3-ci il tarixdə Aran qəsəbəsində yaşayan və özünə iş axataran rəfiqəsi Zərərçəkmiş şəxsN qohumu Elşənin işə düzəldə biləcəyini demişdir. Həmin ərəfədə Elşənlə əlaqə saxlamış, Elşən “problem deyil, onda Nailə 1500 manat pulu göndərsin onunda işini səninki ilə birlkdə həll edim və ikinizidə birlikdə işə çağırsınlar”deyə bildirmişdir. Rəfiqəsi Nailə də borc pul tapıb, Elşənin göndərdiyi karta xx.xx.N0N3-cü il tarixdə Aran qəsəbəsində “Elman” marketdən 1500 manat pul göndərmişdir. O, Elşənə zəng edib, pulun çatmasını soruşanda Elşən “pul çatdı, narahat olmuyun, bir neçə günə Sizi işə çağıracaqlar”-deyə bildirmişdir. Lakin bir neçə gün sonra o, Elşəndən işin nə yerdə qaldığını soruşduqda Elşən işin hazır olduğunu, lakin digər ödənişlər üçün hərəsinə N30 manat pul da göndərməli olduqlarını bildirmişdir. O da rəfiqəsi Nailəyə demiş və hərəsinə N30 manat olmaqla ümumi 460 manat pulu xx.xx.N0N3-cü il tarixdə Aran qəsəbəsindəki Al marketdən Elşənin telefonda təqdim etdiyi 4613-860N-031N-N443 saylı kart hesabına göndərmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadəsində bildirmişdir ki, o, N019-cu ilin fevral yanından N0NN-ci ilin dekabr ayına kimi Müdafiə Naziriyinin N saylı hərbi hissəsində aşbaz işləmişdir. Tərafət də həmin hərbi hissədə işlədiyi üçün həmin vaxtdan Tərafətlə aralarında münasibət yaranmışdır. N0NN-ci ilin dekabr ayında Tərafətə və ona hərbi hissədən ərizə yazıraq işdən çıxmaları bildirilmiş, onlar da ərizə yazaraq işdən çıxmışlar. N0N3-cü il yanvar aynın əvvəllərində Tərafət ona qohumu Elşənin yenidən onları N saylı hərbi hissədə işə düzəldəcəyini deməsini bildirmişdir. Həmin vaxt Tərafət də Elşənə zəng edib onun da işə düzəlmək istədiyini demişdir. Elşən Tərafətə “problem deyil, oda 1500 manat pulu göndərsin onunda işini səninlə birlikdə həll edim və ikinizidə birlikdə işə çağırsınlar”- deyə bildirmişdir. O da borc pul tapıb, Elşənin göndərdiyi karta xx.xx.N0N3-cü il tarixdə Aran qəsəbəsində “Elman” marketdən 1500 manat pul göndərmişdir. Tərafət Elşənə zəng edib, pulun çatmasını soruşanda Elşən “pul çatdı, narahat olmuyun, bir neçə günə Sizi işə çağıracaqlar”-deyə bildirmişdir. Lakin bir neçə gün sonra Tərafət Elşəndən işin nə yerdə qaldığını soruşduqda Elşən ona işin hazır olduğunu, lakin digər ödənişlər üçün hərəsinə N30 manat pul da göndərməli olduqlarını bildirmişdir. O da Tərafətlə birlikfdə hərəsinə N30 manat olmaqla ümumi 460 manat pulu xx.xx.N0N3-cü il tarixdə Aran qəsəbəsindəki Al marketdən Elşənin telefonda təqdim etdiyi 4613-860N-031N-N443 saylı kart hesabına göndərmişlər. Lakin bu qədər müddət keçəməyinə baxmayaraq onlar Elşənə zəng edib, işlərini maraqlananda Elşən müxtəlif bəhanələrlə onları aldatmışdır. Bu səbədən də o, Tərafətlə birlikdə Yevlax rayon polis şöbəsinə getmiş, Tərafət Elşənin onları aldadıb işə düzəltmək adı ilə hərəsindən 1730 manat pul alması və həmin pulu qaytarmaması barədə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN tanımır, lakin Təqsirləndirilən şəxs onun dostudur. Belə ki, o, əvvəllər bir neçə il müqavilə əsasında hərbi hissələrdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. O, Təqsirləndirilən şəxslə eyni hərbi hissədə qulluq etmişdir. Onlar hərbidə işləyən zaman aralarında dostluq münasibətləri yaranmışdır. Onun hərbidə xidmət etməyi ilə bağlı müqavilə başa çatdıqdan sonra işdən çıxmışdır. Təqsirləndirilən şəxs də N016-cı ildə təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs təqaüdə çıxandan sonra da onların dostluq münasibətləri davam edir. N0N3-cü ilin yanvar ayında Elşən ona bir nəfər şəxsin ona pul göndərəsi olmasını bildirmiş və həmin pulu qəbul etməsi üçün ondan plastik kart nömrəsini istəmişdir. Həmin ərəfələrdə o, özünə məxsus “Lerbank” kartını Elşənə vermiş, həmin kart N-3 gün Elşəndə qaldıqdan sonra Elşən ona məxsus kartı qaytararaq göndərilmiş pulu plastik kartdan məxaric etdiyini bildirmişdir. O, ifadə verərkən Elşənin Tərafət və Nailə adlı qadınları hərbi hissədə işə düzəltmək adı ilə həmin qadınların hərəsindən 1730 manat pul aldığını, həmin pullardan 1500 bir, 1500 manat da bir ona məxsus karta köçürtdüyünü və onun plastik kartından həmin pulları məxaric etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ona məxsus plastik karta köçürülmüş cəmi 3000 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata götürülməsi barədə xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Cinayət Məcəlləsinin 178.N.N-ci maddəsi ilə cinayət işi başlansın və istintaq aparılması üçün icraata götürülmüşdür (iş vər.01-0N); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.N0N3-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər.46); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.77-78); Yevlax Rayon Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N4-cü il tarixdə saxlanılaraq N saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞ-nin növbətçi hissəsinə təqdim edilmişdir. N saylı İstintaq Təcridxanasının xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərarın əsasən həbs edilərək xx.xx.N0N4-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs ƏlZərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsN məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqdim edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 865 manat pul ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.N-ci maddəsinə əsasən Bu Məcəllənin 178.N, 179.N 186.N.1, 189-1.N- 1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ƏlZərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.N-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N.N-ci, 73.N-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.N-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N-ci maddəsinin Qeyd hisssinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 7N – 73-N və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən də göründüyü kimi Təqsirləndirilən şəxs hazıradək cinayət məsuliyyətinə cəlb olunmayan şəxsdir. Odur ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.N-ci maddəsinin tətbiq olunmasında hər hansı bir qadağa müəyyən edilmir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.N-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ƏlZərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 865 manat pul ödənildiyi, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.N-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.N-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 3N1, 3N1.N.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.N-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan N0 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar