Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-10/2025 11.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 29, 317-1.1 ci maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 12 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq olunaraq cəzasının çəkilməsi xx.xx.2028-ci il tarixədək təxirə salınmış, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmiş, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 155-də qeydiyyatda olan, Yevlax şəhəri, E.Ağayev küçəsi döngə 2-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,862 qram xeyli miqdarda psixotrop maddə olan metamfetatamini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 30 mart 2024-cü il tarixdə saat 19:05 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:45 dəqiqədən 20:25 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynindəki cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,862 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14.00 radələrində yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsi ilə piyada hərəkət edən zaman bir nəfər tanımadığı şəxsin, sonradan adının Hikmət olduğunu bildiyi polis əməkdaşının küçələrində oturduğunu görüb salamlaşmış, ondan kimisə axtardığını və nə köməklik edə biləcəyini soruşmuşdur. Hikmət ona “sağol xeyr heç kimi axtarmıram” deyə cavab vermişdir. Bundan sonra öz yoluna davam edən zaman Hikmət arxadan onu çağırıb bir dəqiqə dayan deyərək ona yaxınlaşıb heç bir söz demədən onu vurmağa başlamışdır. Həmin vaxt bir müddət Hikmətlə süprüşmüşlər. Hikmət özünü ona təqdim etməmiş və ona polis əməkdaşı olduğunu bildirməmişdir. Bir az sonra Hikmət istifadə etdiyi mobil telefonla kiməsə zəng edib “o biri küçəyə gəlin tutmuşam” demişdir. Təxminən on dəqiqə sonra adlarını sonradan bildiyi Məqsəd və Rəşid alı polis əməkdaşları oraya gəlmişlər. Məqsəd gələn kimi ona təpik atmışdır. Sonra həmin şəxslər ona zor tətbiq edərək onu polis şöbəsinə aparmışlar. Onlardan nə üçün onu polis şöbəsinə apardıqlarını soruşduqda, polis əməkdaşları ona “gedək şöbəyə orada bilərsən” deyə cavab vermişlər. Sonradan gələn polis əməkdaşları Məqsəd və Rəşiddə mülki geyimdə olmuşlar. Polis şöbəsində ona bildirdilər ki, ya nəşəni götür boynuva ya da ki, avtomatı. Narkotok vasitələrdən çox əvvəllər bir-iki dəfə istifadə etmişdir. Yevlax rayon polis şöbəsində onun üzərinə keçirilmiş baxış zamanı üzərindən heç bir qanunsuz maddə, o cümlədən psixotrop maddə metamfetamin aşkar edilməmişdir. Həmin narkotik vasitə sonradan onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 14.00 radələrində yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsi ilə piyada hərəkət edən zaman Hikmət adlı polis əməkdaşı onu tək tutmuşdur. Axşama qədər polis şöbəsinin otaqlarında saxlanılmışdır. Hikmət Yusibovu əvvəllər tanımamışdır. Hikmət onu saxlayan kimi vurmağa başlamışdır. Həmin vaxt küçədə onun arxasınca gələn Nicat adlı şəxsdə bunu görmüş, lakin oradan uzaqlaşıb getmişdir. Hazırda həmin Nicat adlı oğlan hərbi xidmətdədir. O, Hikmət Yusibov tərəfindən döyülən vaxt qonşuları görmüşlər. Döyülən zaman polis əməkdaşına heç bir qarşılıq verməmişdir. Yəqin edir ki, qonşuları gördüklərini təsdiq edərlər. İstintaqda çəkiliş zamanı məcbur olub əməlini etiraf etmişdir. Belə ki, polis əməkdaşları ona hədə-qorxu gələrək əməlini etiraf etməsini bildirmişlər. Onu rayon polis şöbəsinə apardıqdan sonra telefonunu alıb söndürmək istəmişlər. Lakin telefonunu söndürə bilmədikləri üçün telefonu təyyarə rejiminə qoymuşlar. Onun paltarını cıran Hikmət olmuşdur. Tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni polis şöbəsində Hikmət onun üzərinə qoymuşdur. Hikmətin adını polis şöbəsində bilmişdir. Polis şöbəsində Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılmış və məhkəmədə narkotik vasitənin ona aid olmamasını və polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən təqsirinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, iş üzrə obyektiv araşdırma aparılaraq onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etməsi və saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olmaqda şübhəli olması barədə 30 mart 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin günü polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, E.Ağayev küçəsinə getmişlər. Yevlax şəhəri, E.Ağayev küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar və Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah edib Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Murad Həsənova təhvil vermişlər. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. X10 xidməti iş otağında vəkil Müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülünü təqdim etmişdir. Murad Həsənov və daha sonra vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs sonuncunun təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş bükülünün nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs həmin şəffaf sellofan bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu, 3 gün əvvəl Yevlax şəhərində yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsində zibil atarkən yerdən tapdığını bildirmişdir. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 30 mart 2024-cü il il tarixdə məxfi mənbədən daxil olmuş məlumata əsasən əməliyyat müvəkkili Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Nicata yaxınlaşan zaman onun yanında heç kim olmamışdır. Nicatı Şahid1lə birlikdə saxlamışlar. Hazırda Şahid1 akademiyada kursdadır. Nicatı saxlayan zaman əməliyyat müvəkkili Hikmət onların yanında olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə videogörüntü vasitəsilə baxış keçirilmişdir. Polis şöbəsində Nicata narkotik vasitə və avtomat üzərinə götürməsi ilə bağlı heç bir təklif olunmayıb. Nicatın dedikləri yalandır. Nicatı Yevlax şəhəri, E.Ağayev küçəsində qaraçılar tərəfdə saxlamışlar. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfədir ki görür. Təqsirləndirilən şəxs saxlanılmaslnda iştirak etməmişdir. Həmin gün yəni, 30 mart 2024-cü il tarixdə təxminən saat 10.00-11.00 radələrində xidməti işi ilə əlaqədar Bakı şəhərində olmuşdur. Nicatın dedikləri yalandır və özünü müdafiə xarakterlidir. Belə ki, Nicatı tutmaq istəsəydi küçədə gedib tək oturmazdı. Bundan əlavə Nicat dediyinə görə o, küçədə oturan Zaman Nicat özü ona yaxnlaşıb “kimisə axtarırsız, nə kömək edə bilərəm” deyə sual vermişdir. Nicatı tutmaq istəsəydi üç nəfər əməkdaş gəlib onu tutub apara bilərdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin təşəbbüsü ilə hal şahidi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşudur. 30 mart 2024-cü il tarixdə günorta saatlarında evlərində olan zaman küçədə səs-küy eşidib çölə çıxmışdır. Çölə çıxanda görmüşdür ki, bir nəfər şəxs bir nəfəri yerə yıxıb döyür, yerdə uzanan şəxs isə mən neynəmişəm, mən neynəmişəm deyə çığırır. Bir az sonra bir avtomobil gəlmiş və həmin şəxsi avtomobilə basıb aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X12 bildirmişdir ki, 30 mart 2024cü il tarixdə günorta saatlarında çöldə səs-küyə eşidib çölə çıxmışdır. Həmin vaxt bir nəfər uzun boylu, orta canlı şəxsin bir nəfəri yerə yıxaraq döydüyünü görmüşdür. Sonradan yerə yıxılaraq döyülən şəxsin qonşusu Nicat olduğunu bilmişdir. Sonra Nicatı döyən şəxs əlindəki mobil telefonu qulağlına qoyub kiməsə zəngə etmiş və bir az keçməmiş markasını bilmədiyi alüminium rəngli avtomobil gəlmiş, avtomobildən bir nəfər düşmüş və onlar birlikdə Nicatı maşına basıb aparmışalr. Nicatı aparan şəxslər mülki geyimdə olmuşlar və onların polis əməkdaşı olduqlarını bilməmişdir. Nicatın küçədə döyülməsi ilə avtomobilin həmin yerə gəlməsi təxminən 30 dəqiqə ərzində olmuşdur. Həmin hadisə günorta saatlarında olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin təşəbbüsü ilə hal şahidi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, E.Ağayev küçəsində yaşayır. Təqsirləndirilən şəxs qonşusu kimi tanımışdır. 30 mart 2024-cü il tarixdə təxminən saat 2-3 radələrində yaxınlıqdakı marketdən çörək alaraq yaşadığı evə gəlmişdir. Evə gələn zaman küçələrində bir nəfər hündür boylu başında papaq olan bir nəfər şəxs görmüşdür. Evə girdikdən təxminən 5-10 dəqiqə sonra küçədə “mən neynəmişəm, mən neynəmişəm” qışqırıq səsi eşitmişdir. Evin pəncərəsindən baxdıqda az əvvəl küçədə gördüyü papaqlı şəxsin Nicatı yerə yıxıb ayağını sinəsinin üstünə qoyduğunu görmüşdür. Bunu görüb aşağı düşmüş və həmin şəxsdən qapısının ağzında nə baş verdiyini soruşmuşdur. Nicatı döyən şəxs həmin şəxs polis əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxs polis əməkdaşı olduğunu dediyi üçün həmin şəxsə heçnə deməmişdir. Həmin vaxt Nicatın paltarı (köynəyi) cırılmış vəziyyətdə olmuşdur. Təxminən 1-2 dəqiqə keçməmiş oraya Hyundai markalı sedan avtomobil gəlmiş və içərisində iki nəfər olmuşdur. Onlarda biri avtomobildən düşmüş və Nicatı saxlayan şəxslə birlikdə Nicatı təpikləyə-təpikləyə maşının arxa hissəsinə otuzdurub aparmışlar. Həmin şəxslər mülki geyimdə olmuşlar. Onunla Nicatın yaşadığı evin arasında bir küçə var. Həmin hadisə 30 mart 2024-cü il tarixdə saat təzminən 2-3 radələrində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə Yevlax RPŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:05-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saxlanaraq Yevlax RPŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ şəffaf rəngli sellofana bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/326 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,862 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Metamfetaminin təmiz çəkisi-0,862 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,812 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(039)-26/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müdətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli, 885 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli, 1(075)-20/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Yevlax rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 05 ay 01 günündən şərti azad edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2, 29, 317-1.1 maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsədə, barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq olunaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx.xx.2028-ci il tarixədək təxirə salınmışdır. xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,862 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,812 qram qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Yevlax RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü Aybəniz və 2014-cü il təvəllüdlü İsmayıl adlı iki azyaşlı uşağı var. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-122/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid X7 istifadəsində olan *** *** ** **, *** *** ** **, *** *** ** **, 055 *** ** ** və 077 *** ** ** mobil telefon nömrələrinə xx.xx.2024-cü il tarixdə saat 09:00-dan 24:00-dək daxil olan və həmin mobil telefon nömrələrindən çıxan zənglərə və SMS mətnlərinə, göstərilən mobil telefon nömrəsinin anten dairələrinə və sahiblərinə, habelə qeyd olunan mobil telefon nömrələrindən zəng edilmiş və göstərilən mobil telefon nömrələrinə zəng etmiş mobil telefon nömrələrinin sahiblərinə dair məlumatların "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmə qərarında göstərilən "xxxx" MMC-yə aid ********* mobil telefon nömrəsinin xx.xx.2024-cü il saat 09.00-dan saat 24.00-dək istifadəsi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmə qərarında göstərilən "xxxx" MMC-yə aid ********** mobil nömrə sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 1(039)-10/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** mobil telefon nömrələrinə xx.xx.2024-cü il tarixdə saat 09:00-dan 24:00dək daxil olan və həmin mobil telefon nömrələrindən çıxan zənglərə və SMS mətnlərinə, göstərilən mobil telefon nömrəsinin anten dairələrinə və sahiblərinə, habelə qeyd olunan mobil telefon nömrələrindən zəng edilmiş və göstərilən mobil telefon nömrələrinə zəng etmiş mobil telefon nömrələrinin sahiblərinə dair məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müşayət məktubuna əlavə edilmiş CD diskə baxış keçirilərkən X8 (şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrə) anten dairəsindən məlum olmuşdur ki, X8 30 mart 2024-cü il tarixdə saat 13:40, 14:08, 15:27 radələrində olduğu yer Yevlax şəhəri, Nizami prospekti 128 ünvanında, 30 mart 2024-cü il tarixdə saat 15:29-da olduğu yer Yevlax şəhəri, Heydər Əliyev prospekti 48 ünvanda müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli müşayət məktubuna əlavə edilmiş CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs (şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrə) anten dairəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 13:40, 14:08, 15:27 radələrində olduğu yer Yevlax şəhəri, Nizami prospekti 128 ünvanında, 30 mart 2024-cü il tarixdə saat 15:32-də olduğu yer Yevlax şəhəri, Heydər Əliyev prospekti 48 ünvanda müəyyən olunmuşdur. Göründüyü kimi X18 ilə Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 13:40, 14:08-14:09 və 15:27 radələrində olduğu yer Yevlax şəhəri, Nizami prospekti 128, 30 mart 2024-cü il tarixdə saat 15:29-15-32-də olduğu yer Yevlax şəhəri, Heydər Əliyev prospekti 48 ünvanda üst-üstə düşür. Məhkəmə sorğusu əsasında Yevlax rayon Polis Şöbəsindən xx.xx.2025-ci il tarixdə daxil olmuş “şəhər, rayon, Xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19.15-də Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili M.Abdullayev tərəfindən Yevlax rayon Polis Şöbəsinə gətirilmiş və həmin tarixdə saat 19.18-də aidiyyəti üzrə PŞ-nin Təhqiqat Bölməsinə təhvil verilmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş Yevlax rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-117/2-840/25 sorğuya cavabdan görünür ki, Yevlax RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili X3 İsmayılovun saxlanılması üçün yaradılmış əməliyyat qrupunun üzvü olmamaış və bununla bağlı keçirilmiş əməliyyat tədbirlərində iştirak etməmişdir. Hikmət Yusifov xx.xx.2024-cü il tarixdə Yevlax RPŞ-nin CAB-nin X13 ilə birlikdə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə axtarışda olan X9 tutularaq istintaqa təqdim olunmasını təmin etmək məqsədilə Bakı şəhəri ərazisində keçirilməli olan əməliyyat-axtarış tədbirlərinə cəlb olunmuşdur. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətindədir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/326 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, məhkəmə istintaqı zamanı ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi ifadələri isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxsin saxlanılması vaxtı, yeri və şəraiti barədə məhkəmənin qiymətləndirməsi: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün Yevlax şəhəri, E.Ağayev küçəsində saat 19.00 radələrində deyil, təxminən 14.00 radələrində saxlanıldığını, onu saxlayan Hikmət adlı polis əməkdaşının olduğunu, Hikmətin özünü ona təqdim etmədiyini, Hikmət istifadə etdiyi mobil telefonla kiməsə zəng edib o biri küçəyə gəlin tutmuşam dediyini, təxminən on dəqiqə sonra adlarını sonradan bildiyi Məqsəd və Rəşid alı polis əməkdaşları oraya gəldiklərini, Məqsədin gələn kimi ona təpik atdığını, sonra həmin şəxslərin ona zor tətbiq edərək onu polis şöbəsinə apardıqlarını, onlardan nə üçün onu polis şöbəsinə apardıqlarını soruşduqda, polis əməkdaşları ona “gedək şöbəyə orada bilərsən” deyə cavab verməsini, sonradan gələn polis əməkdaşları Məqsəd və Rəşidində mülki formada olduqlarını, polis şöbəsində ona ya nəşəni götür boynuva ya da ki, avtomatı dediklərini, Narkotok vasitələrdən çox əvvəllər bir-iki dəfə istifadə etdiyini, həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmadığını, narkotik vasitəni üzərinə polis şöbəsində polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Bundan başqa istintaq sənədlərinə görə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanılması və gəzdirilməsi şübhəsi ilə 30 mart 2024-cü il tarixdə də saat 19.05 radələrində yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:45 dəqiqədən 20:25 dəqiqəyədək olan müddətdə üzərinə baxış keçirilməsi qeyd olunsada, şahid X17 və X6 ifadəsinə görə Təqsirləndirilən şəxs həmin tarixdə təxminən saat 14-15 radələrində yaşadığı küçədə tutulduğunu bildirmişlər. İş materiallarından müəyyən olunur ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman ifadəsində, həmçinin 05 iyun 2024-cü il tarixdə ibtidai istintaqın qurtarması elan olunan zaman, həmçinin 08 iyun 2024-cü il tarixdə cinayət işinin materialları və maddi sübutlarla tanış edilən zaman, bundan başqa barəsində Yevlax rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsinə baxılan zaman, həmçinin 26 aprel 2024-cü il tarixdə barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi məsələsinə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılarkən dəlil gətirərək saxlanılarkən polis əməkdaşlarının ona təzyiq və zor tətbiq etmələri, psixotrop maddə metamfetamini polis əməkdaşlarının onun cibinə qoyması və qorxusundan sənədləşmə aparılan zaman həmin psixotrop maddə olan metamfetaminin onun olduğunu deməsi, xx.xx.2024-cü il tarixdə Yevlax RPŞ-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin ona məxsus olmamasını bildirmişdir. Lakin ibtidai araşdırma orqanı tərəfindən iş üzrə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın "onun özünün etirafedici ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş" hesab edildiyi göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsi ilə verilmiş ittihamı təsdiq edən sənədlər onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 30 mart 2024-cü il tarixdə saat 19:05 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:45 dəqiqədən 20:25 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynindəki cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,862 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürükməsi epizodu üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. İstintaq orqanı İstintaq orqanı həmin ifadəni təkzib edən sübutları toplamamaqla yanaşı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs həbsdə olsa da polis əməkdaşları təzyiq, təhqir, döymə və qeyri-insani davranışa məruz qalması barədə Yevlax rayon Məhkəməsinə məlumat vermiş, məhkəmənin məlumatı əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli müdafiəçinin və təqsirləndirilən şəxsin vəsatətinə baxılması barədə qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə 05 iyun 2024-cü il tarixdə cinayət işinin materialları ilə və maddi sübutla tanış edilən zaman həmin protokolda Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs müdafiə üçün dəlil gətirərək qeydiyyat aparılmaqla Təqsirləndirilən şəxs günahsız olduğunu, ittihama etiraz etdiyini və cinayət təqibinə xitam verilməsini bildirmişdir. xx.xx.2024-cü il tarixli müdafiəçinin və təqsirləndirilən şəxsin vəsatətinə baxılması barədə qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə 08 iyun 2024-cü il tarixdə cinayət işinin materialları ilə və maddi sübutla tanış edilən zaman həmin protokolda Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs müdafiə üçün dəlil gətirərək qeydiyyat aparılmaqla Təqsirləndirilən şəxs günahsız olduğunu, ittihama etiraz etdiyini və cinayət təqibinə xitam verilməsini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs Məhkum tutulduğu andan polisin nəzarətinə keçmiş və ona edilən təzyiqlər nəticəsində narkotik vasitənin tapmasını, saxlanmasını və daşımasını etiraf etməyə məcbur olmuşdur. Bu təzyiqlərdən qorxaraq vəkilinə və video çəkiliş vaxtı bildirməmiş və yalnız həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılması üçün gətirilərək məhkəməyə ona olan təzyiqlər haqda məlumat vermişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsi halları sadalanmışdır: 125.2.1-cı maddədə-İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə. İş üzrə təqsirləndirilən şəxs Məhkum üzərində axtarış onun həbsindən, yəni onun Yevlax şəhəri, E.Ağayev küçəsində saxlamasından dərhal sonra həyata keçirilməmişdir. Məhkum polis şöbəsinə gətirilməsindən sonra polis şöbəsində saxlanması zamanı tamamilə polisin nəzarəti altında olmuşdur. İşdə Məhkum üzərində axtarışın onun həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir hal yoxdur. Məhkum barəsində əməliyyat hazırlayan polis əməkdaşları onun tutulmasını həyata keçirən zaman, onun üzərində axtarışın həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri görməli, yəni axtarışın həmin ərazidə keçirildiyi yeri müəyyən etməli, video çəkiliş aparmalı, təqsirləndirilən şəxsin prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsinə şərait yaratmalıydılar. Lakin bunlar həmin vaxt, həmin an edilməmişdir. İttiham tərəfi də Məhkum tutulan zaman onun üstündə axtarışın dərhal həyata keçirilməsini mümkünsüz edən halların olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Cinayət qanunvericiliyinə görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırılması vəzifəsini daşıyır. Azərbaycan Respublikası CPM-nin 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəzifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli aradırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı və müstəntiq də ibtidai araşdıma mərhələsində həmin hüququ təmin etməmişlər. Məhkəmə hazırki işlə bağlı təqsirləndirilən şəxsin üstündə tapılmış maddi sübutun ona qarşı verilmiş üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər təqsirləndirilən şəxs Məhkum qarşı ibtidai istintaqda istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulunun və bu sübutun mötəbərliliyi ilə bağlı onun prosessual hüquqlarının təmin olunması və qanunun tələbləri zərurətinə istintaq orqanı tərəfindən baxılmaması bu məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. İttham üzrə maddi sübutun götürülməsinin təsbit olunduğu 30 mart 2024-cü il tarixli "baxış" protokolu (cinayətin predmetinin təqsirləndirilən şəxsə aidiyyətinin təsdiq edilməsi üçün əsas sübut olaraq tərtib edilmiş) ilə, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı araşdırılan digər sənədlərlə ittihamın istinad etdiyi sübutların mötəbərliliyi təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Məhkəmə gəldiyi bu nəticəni həm də onunla əsaslandırır ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması ilə əldə edilmişdir. Qanunda təxirə salına bilməyən hallarda axtarış, həmçinin o cümlədən şübhəli şəxs tutulduqda və polis və digər hüquq-mühafizə orqanlarına gətirildikdə onun üstündə şəxsi axtarışın müstəntiq və təhqiqatçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Axtarışın və götürmənin, o cümlədən şübhəli şəxsin üzərində şəxsi axtarışın və götürmənin aparılmasının təxirəsalınmazlığı məhz bu axtarış və götürməni təxirəsalınmaz edən halların aradan qaldırılmasını təmin etmək, başqa şəxslərin hüquq və azadlıqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri götürməkdən ibarətdir. Bu hərəkətlərin təxirəsalınmazlığı məhz onların dərhal həyata keçirilməsini labud və zəruri deyir və qanun da bunu cinayət prosesini həyata keçirən orqandan tələb edir. Amma bu xüsusda məhkəmə üçün qətiyyən aydın və başadüşülən deyildir ki, müdafiəçinin təşəbbüsü ilə məhkəmə iclasında şahidlərin verdiyi ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 13-14 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində polis əməkdaşları tərəfindən döyülərək aparıldığını bildirsələr də, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması 30 mart 2024-cü il tarixli protokol üzrə saat 19.40-da rəsmiləşdirilmişdir. Hazırki halda təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında 5 saatdan da artıq vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13-14 radələrində əməliyyat qrupuna iştirak etməyə cəlb olunmamış əməliyyat müvəkkili Hikmət Yusifov tərəfindən saxlanılmış, günorta saatlarında saxlanılmasına baxmayaraq, ittihama əsasən üzərinə şəxsi axtarış həmin gün saat 19.45-də həyata keçirilmiş, əməliyyatçı Hikmət Yusifov xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə ezam olunduğunu bildirsədə, təqsirləndirilən şəxsin və onun xx.xx.2024-cü il tarixdə mobil anten dairəsi məlumatlarına əsasən həmin gün saat 13:40 və 15:32 radələrində Hikmət Yusifov və Təqsirləndirilən şəxs mobil telefonlarının eyni ərazi dairəsində qeydə alınmışdır. Həmçinin ibtidai istintaq dövründə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs onu tutan əməliyyat müvəkkili Hikmət Yusifov olduğu barədə vəsatət verməsinə baxmayaraq, müstəntiq tərəfindən hər-hansı bir araşdırma aparılmadan vəsatətlər rədd edilmiş və yaranmış zidiyyətlərə qiymət verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edənbütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində psixotrop maddənin olması qənaətinə gəlməyə əsas verə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CMnin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 346.1.1-346.1.3-cı maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Məhkəmənin qənaətinə görə, X2 üstünə baxışın keçirilməsi qanuna zidd şəkildə aparılmışdır. Ona görə də X5 ittiham irəli sürülməsi üçün əsas olmuş sellofan bükümdə olan psixotrop maddə metamfetaminin onun üstündən aşkar olunması şübhə doğurur və həmin maddi sübut prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X24 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Həmin qərarın 61-ci bəndinə əsasən bəraət alan şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmaqla, bu barədə məhkəmə iclas protokolunda müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yevlax rayon prokurorluğuna göndərilməlidir. Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,812 qram olan psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Yevlax rayon polis şöbəsində saxlanılmalıdır. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməlidir. İş maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Yevlax rayon X21 Bölməsinin müstəntiqi, polis kapitanı X14 və hazırda Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAB-də xidmət aparan əməliyyat müvəkkili X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 34 (otuz dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 34 (otuz dörd) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 204 (iki yüz dörd) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,812 qram olan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün cinayət işindən materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yevlax rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,812 qram olan psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Yevlax rayon Polis Şöbəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Yevlax rayon X21 Bölməsinin müstəntiqi, polis kapitanı X14 və hazırda Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAB-də xidmət aparan əməliyyat müvəkkili X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 34 (otuz dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 204 (iki yüz dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-10/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-10/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver