Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-100/2020 04.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Avtandil oğlu, Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsi X1 Zərərçəkmiş şəxs iştirakıilə xx xxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, M.Hseyn küçəsi, ev 49-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Avtandil oğlunun xx xxxxxx 2002-ci tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 45-də qeydiyyatdaolan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Avtandil oğlu xx xxxxx 2020-ci il tarixdə saat 01:20 radələrində, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq Yevlax şəhəri, Aran mehmanxanasında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazaya qapıdan qanunsuz daxil olaraq həmin mağazadan 17 ədəd Hell içkisi (hər birinin qiyməti 72 qəpikdən), ümumi çəkisi 1,5 kq təşkil edən 7,5 manat dəyərində 4 ədəd tort şirniyyatı, hər birinin qiyməti 40 qəpik olan 15 ədəd dirol saqqızı, Azercell, Bakcell və Nar mobile birlikdə 80 manatlıq kontur, qəpik formasında 8 manat pul, hər birinin qiyməti 77 qəpikdən 5 ədəd sinikers şokaladı, ümum dəyəri 520,37 manat olan 254 ədəd müxtəlif markalı siqaretləri (hər birinin qiyməti 1,37 manat olan 7 ədəd Astra markalı, hər birinin qiyməti 1,64 manat olan 10 ədəd Keno boz markalı, hər birinin qiyməti 1,60 manat olan 2 ədəd Keno qalın markalı, hər birinin qiyməti 1,58 manat olan 5 ədəd Palmal qalın markalı, hər birinin qiyməti 2,04 manat olan 15 ədəd Palmal nazik markalı, hər birnin qiyməti 1,83 manat olan 5 ədəd Vant nazik-qırmızı markalı, hər birinin qiyməti 1,64 manat olan 26 ədəd Vant nazikqara markalı, hər birinin qiyməti 1,65 manat olan 5 ədəd NZ nazik markalı, hər birinin qiyməti 1,55 manat olan 12 ədəd Vikeroy markalı, hər birinin qiyməti 1,73 manat olan 27 ədəd Klassik markalı, hər birinin qiyməti 1,37 manat olan 10 ədəd Bakı markalı, hər birinin qiyməti 3,06 manat olan 13 ədəd Kent markalı, hər birinin qiyməti 3,34 manat olan 16 ədəd Sobraniya markalı, hər birinin qiyməti 2,88 manat olan 13 ədəd Vinston markalı, hər birinin qiyməti 1,82 manat olan 3 ədəd Vest markalı, hər birinin qiyməti 2 manat olan 8 ədəd Vest-kampak markalı, hər birinin qiyməti 3,06 manat olan 4 ədəd Davudov markalı, hər birinin qiyməti 1,86 manat olan 6 ədəd Vinçestr qalın markalı, hər birinin qiyməti 2,4 manat olan 14 ədəd Vinçestr-kompak markalı, hər birinin qiyməti 2,5 manat olan 5 ədəd LD nazik markalı, hər birinin qiyməti 2,04 manat olan 3 ədəd LD-kompak mentol markalı, hər birinin qiyməti 2,3 manat olan 9 ədəd LD-kompak markalı, hər birinin qiyməti 2,04 manat olan 9 ədəd Rotmans-kompak markalı, hər birinin qiyməti 1,58 manat olan 4 ədəd Palmal markalı, hər birinin qiyməti 1,37 manat olan 13 ədəd Arqo markalı, hər birinin qiyməti 1,55 manat olan 10 ədəd Arqo-nazik markalı )gizli talamaqla zərərcəkmişə cəmi- 640 (altı yüz qırx) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə saat 01:20 radələrində, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq Yevlax şəhəri, Aran mehmanxanasında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazaya qapıdan qanunsuz daxil olaraq həmin mağazadan 17 ədəd Hell içkisi ( hər birinin qiyməti 72 qəpikdən), ümumi çəkisi 1,5 kq təşkil edən 7,5 manat dəyərində 4 ədəd tort şirniyyatı, hər birinin qiyməti 40 qəpik olan 15 ədəd dirol saqqızı, Azercell, Bakcell və Nar mobile birlikdə 80 manatlıq kontur, qəpik formasında 8 manat pul, hər birinin qiyməti 77 qəpikdən 5 ədəd sinikers şokaladı, ümum dəyəri 520,37 manat olan 254 ədəd müxtəlif markalı siqaretləri (hər birinin qiyməti 1,37 manat olan 7 ədəd Astra markalı, hər birinin qiyməti 1,64 manat olan 10 ədəd Keno boz markalı, hər birinin qiyməti 1,60 manat olan 2 ədəd Keno qalın markalı, hər birinin qiyməti 1,58 manat olan 5 ədəd Palmal qalın markalı, hər birinin qiyməti 2,04 manat olan 15 ədəd Palmal nazik markalı, hər birnin qiyməti 1,83 manat olan 5 ədəd Vant nazik-qırmızı markalı, hər birinin qiyməti 1,64 manat olan 26 ədəd Vant nazik-qara markalı, hər birinin qiyməti 1,65 manat olan 5 ədəd NZ nazik markalı, hər birinin qiyməti 1,55 manat olan 12 ədəd Vikeroy markalı, hər birinin qiyməti 1,73 manat olan 27 ədəd Klassik markalı, hər birinin qiyməti 1,37 manat olan 10 ədəd Bakı markalı, hər birinin qiyməti 3,06 manat olan 13 ədəd Kent markalı, hər birinin qiyməti 3,34 manat olan 16 ədəd Sabraniya markalı, hər birinin qiyməti 2,88 manat olan 13 ədəd Vinston markalı, hər birinin qiyməti 1,82 manat olan 3 ədəd Vest markalı, hər birinin qiyməti 2 manat olan 8 ədəd Vest-kampak markalı, hər birinin qiyməti 3,06 manat olan 4 ədəd Davudov markalı, hər birinin qiyməti 1,86 manat olan 6 ədəd Vinçestr qalın markalı, hər birinin qiyməti 2,4 manat olan 14 ədəd Vinçestr-kompak markalı, hər birinin qiyməti 2,5 manat olan 5 ədəd LD nazik markalı, hər birinin qiyməti 2,04 manat olan 3 ədəd LDkompak mentol markalı, hər birinin qiyməti 2,3 manat olan 9 ədəd LD-kompak markalı, hər birinin qiyməti 2,04 manat olan 9 ədəd Rotmans-kompak markalı, hər birinin qiyməti 1,58 manat olan 4 ədəd Palmal markalı, hər birinin qiyməti 1,37 manat olan 13 ədəd Arqo markalı, hər birinin qiyməti 1,55 manat olan 10 ədəd Arqo-nazik markalı)gizli talamaqla zərərcəkmişə cəmi-640 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Avtandil oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki,Yevlax şəhərində anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 49-da yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. Nərimanın Yevlax şəhəri, Aran mehmanxanasında yerləşən mağazasından həmişə alver etmişdir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində Yevlax şəhərində yaşadığı Mehdi Hüseyn küçəsində qohumu Səyyaf Bayramovla söhbət edərkən Səyyaf pulsuzluqdu, gedək oğurluq edək demişdir. O da, Səyyafla razılaşmış, 2-3 günə Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək qərarına gəlmişdirlər. Səyyafla xx xxxxx 2020-ci il tarixdə saat təxminən 01:00 radələrində Mehdi Hüseyn küçəsində görüşmüşlər və saat təxminən 01:20 radələrində Aran mehmanxanasında Zərərçəkmiş şəxs mağazasından oğurluq etməyə getmişlər. Orada yerdən nazik dəmir parçası tapıb dəmirlə mağazanın qapısının qıfılını sındırmış, əvvəlcə özü, bir neçə saniyə sonra isə Səyyaf mağazaya daxil olmuşdur. Səyyafla birlikdə mağazadan 17 ədəd hell içkisi, 25 ədəd siqaret, 3 ədəd sinikers, 4 ədəd tort şirniyyatı, 80 manatlıq kontur, 2 ədəd dirol saqqızı və 8 manat pul oğurlamışdırlar. Oğurladıqları əşyalardan 3 ədəd sinikersi və 4 ədəd tort şirniyyatını iki gün ərzində yemişlər. 15 ədəd hell içkisini xx xxxxx 2020-ci il tarixdə saat təxminən 11:00 radələrində 1 manatdan Yevlax şəhər mərkəzi bazarının yaxınlığında tanımadıqları bir nəfər şəxsə satmışlar. 25 ədəd siqareti isə yaşadıqları küçədə yerləşən zibillik tərəfdə gizlətmişdirlər. 15 ədəd hell içkisinin satılmasından əldə etdikləri 15 manat puldan 8 manatını özü, qalan 7 manatını isə Səyyaf götürmüşdür. Bundan başqa oğurladıqları 8 manat pulun 4 manatını özü, 4 manatını isə Səyyaf götürmüşdür. 80 manatlıq konturu xx xxxxx 2020-ci il tarixdə saat təxminən 19:00 radələrində yaşadıqları küçədə cırıb tullamış, iki ədəd dirol saqqızını isə çeynəmişdirlər. Bundan başqa hell içkisinin satılmasından əldə etdiyi 8 manat pulla və mağazadan oğurladığı, öz payına düşən 4 manat pulla 3 gün ərzində iki müxtəlif mağazadan siqaret, 8 manatlıq kontur, fanta, cola və s. almış, həmin məhsulları gecə vaxtı aldığı üçün həmin mağazaları xatırlamamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki,Yevlax şəhərində anadan olmuşdur, hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 45-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs təxminən 2-3 ildir ki, tanıyır. Nərimanın Yevlax şəhəri, Aran mehmanxanasında yerləşən mağazasından həmişə alver etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində Yevlax şəhərində yaşadığı Mehdi Hüseyn küçəsində qohumu Təqsirləndirilən şəxs1la söhbət edərkən Elxana pulsuzluqdu, gedək oğurluq edək demişdir. Elxan da onunla razılaşmış, 2-3 günə Zərərçəkmiş şəxs mağazasından oğurluq etmək qərarına gəlmişlər. Elxanla birlikdə xx xxxxx 2020-ci il tarixdə saat təxminən 01:00 radələrində Mehdi Hüseyn küçəsində görüşmüşlər. Saat təxminən 01:20 radələrində Aran mehmanxanasında Zərərçəkmiş şəxs mağazasından oğurluq etməyə getmişlər. Orada yerdən nazik dəmir parçası tapıb dəmirlə mağazanın qapısının qıfılını sındırmış, əvvəlcə Elxan, bir neçə saniyə sonra isə özü mağazaya daxil olmuşdur. Birlikdə mağazadan 17 ədəd hell içkisi, 25 ədəd siqaret, 3 ədəd sinikers, 4 ədəd tort şirniyyatı, 80 manatlıq kontur, 2 ədəd dirol saqqızı və 8 manat pul oğurlamışlar. Oğurladıqları əşyalardan 3 ədəd sinikersi və 4 ədəd tort şirniyyatını iki gün ərzində yemiş, 15 ədəd hell içkisini xx xxxxx 2020-ci il tarixdə saat təxminən 11:00 radələrində 1 manatdan Yevlax şəhər mərkəzi bazarının yaxınlığında tanımadıqları bir nəfər şəxsə satmışlar. 25 ədəd siqareti isə yaşadıqları küçədə yerləşən zibillik tərəfdə gizlətmişlər. 15 ədəd hell içkisinin satılmasından əldə etdikləri 15 manat puldan 7 manatını özü, qalan 8 manatını Elxan götürmüş, bundan başqa oğurladıqları 8 manat pulun 4 manatını özü, 4 manatını Elxan götürmüş, 80 manatlıq konturu xx xxxxx 2020-ci il tarixdə saat təxminən 19:00 radələrində yaşadıqları küçədə cırıb tullamış, iki ədəd dirol saqqızını isə çeynəmişlər. Bundan başqa hell içkisinin satılmasından əldə etdiyi 7 manat pulla və mağazadan oğurladığı, öz payına düşən 4 manat pulla 3 gün ərzində iki müxtəlif mağazadan siqaret, fanta, cola və s. almış, həmin məhsulları gecə vaxtı aldığı üçün həmin mağazaları xatırlamamışdır. Məhkəmədə son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, Sabir küçəsi 40 saylı evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Yevlax şəhəri, Aran mehmanxanasının 1-ci mərtəbəsində yerləşən ərzaq mağazası rəsmi olaraq ona məxsusdur. Hər gün səhər saat 09:00 radələrində mağazanı açır, axşam saat 21:00 radələrində bağlayır. xx xxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində özünəməxsus ərzaq mağazasına gəlmiş və həmin vaxt yanında balaca oğlu Elton olmuşdur. Mağazanın qıfılının qırıldığını və qapının açıq olduğunu görmüşdür. Mağazaya daxil olanda müxtəlif malların oğurlandığını bilmiş və dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonradan mağazasından oğurluğu Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etdikləri müəyyən edilmişdir. Mağazasından 17 ədəd hell içkisi, 4 ədəd tort şirniyyatı, 5 ədəd snikers şokaladı, 15 ədəd dirol saqqızı, qəpik formasında 8 manatlıq pul, Azercell, Bakcell və Nar mobile ilə birlikdə 80 manatlıq kontur və 254 ədəd müxtəlif markalı siqaretlər oğurlanmışdır. Həmçinin mağazasının qıfılının sındırılması nəticəsində ona 60 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir və onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, Yeni Yevlax küçəsi, 77 saylı evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 11:00 radələrində Yevlax şəhər Heydər Əliyev prospektində yerləşən Aran mehmanxanasının birinci mərtəbəsində yerləşən mağazaya alışqan almağa getmişdir. Mağazanın sahibi Nəriman adlı şəxs ona Arkanın mağazasından oğurluq etdiyini bildirmişdir. Arkanın əsl adı Səyyafdır. Səyyafı bir neçə ildir ki, tanıyır, münasibətləri yaxşıdır. Nərimana mağazasından oğurluq etmədiyini bildirmişdir. Axşamtərəfi Səyyafı tapıb Nərimanın dediklərini Səyyafa demişdir. Səyyaf əvvəl Nərimanın mağazasından oğurluq etmədiyini bildirmiş, sonra isə qonşusu Elxan adlı şəxslə Nərimanın mağazasından siqaret, saqqız, hell içkisi, kontur, şirniyyyat və s. oğurladıqlarını demişdir. Səyyaf həmçinin özü gedib polisə təslim olacağını demiş, buna görə o, bu barədə heç kəsə məlumat verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Xocalı rayonu, Kosalar kəndində anadan olmuş və hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, Aran mehmanxasında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun əridir. Zərərçəkmiş şəxs Yevlax şəhəri, Aran mehmanxanasının 1-ci mərtəbəsində özünə məxsus mağazası vardır. Həmin mağazada əsasən ərzaq məhsulları satılır. Həmin mağazanı Nəriman hər gün saat 09:00 radələrində açır, axşam saat 21:00 radələrində isə bağlayır. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 13:00 radələrində Nəriman evə gəlmiş, mağazadan müxtəlif əşyaların oğurlandığını bildirmişdir. Sonradan mağazadan ərzaq məhsullarını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı Yevlax şəhər sakinlərinin etdikləri müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-101/2020 saylı mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs mağazasından oğurlanan malların orta bazar qiyməti 629,96 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Avtandil oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Avtandil oğlu və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 Avtandil oğlu xx xxxxx 2020-ci il tarixdə saat 11.00-da, X3 isə xx xxxxx 2020-ci il tarixdə saat 18.20-də şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilmsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Avtandil oğlu xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi qaydasını və prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Cinayət işində olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 Avtandil oğlu və Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə saat 01:20 radələrində, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq Yevlax şəhəri, Aran mehmanxanasında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazaya qapıdan qanunsuz daxil olaraq həmin mağazadan 17 ədəd Hell içkisi (hər birinin qiyməti 72 qəpikdən), ümumi çəkisi 1,5 kq təşkil edən 7,5 manat dəyərində 4 ədəd tort şirniyyatı, hər birinin qiyməti 40 qəpik olan 15 ədəd dirol saqqızı, Azercell, Bakcell və Nar mobile birlikdə 80 manatlıq kontur, qəpik formasında 8 manat pul, hər birinin qiyməti 77 qəpikdən 5 ədəd sinikers şokaladı, ümum dəyəri 520,37 manat olan 254 ədəd müxtəlif markalı siqaretləri (hər birinin qiyməti 1,37 manat olan 7 ədəd Astra markalı, hər birinin qiyməti 1,64 manat olan 10 ədəd Keno boz markalı, hər birinin qiyməti 1,60 manat olan 2 ədəd Keno qalın markalı, hər birinin qiyməti 1,58 manat olan 5 ədəd Palmal qalın markalı, hər birinin qiyməti 2,04 manat olan 15 ədəd Palmal nazik markalı, hər birnin qiyməti 1,83 manat olan 5 ədəd Vant nazik-qırmızı markalı, hər birinin qiyməti 1,64 manat olan 26 ədəd Vant nazik-qara markalı, hər birinin qiyməti 1,65 manat olan 5 ədəd NZ nazik markalı, hər birinin qiyməti 1,55 manat olan 12 ədəd Vikeroy markalı, hər birinin qiyməti 1,73 manat olan 27 ədəd Klassik markalı, hər birinin qiyməti 1,37 manat olan 10 ədəd Bakı markalı, hər birinin qiyməti 3,06 manat olan 13 ədəd Kent markalı, hər birinin qiyməti 3,34 manat olan 16 ədəd Sobraniya markalı, hər birinin qiyməti 2,88 manat olan 13 ədəd Vinston markalı, hər birinin qiyməti 1,82 manat olan 3 ədəd Vest markalı, hər birinin qiyməti 2 manat olan 8 ədəd Vest-kampak markalı, hər birinin qiyməti 3,06 manat olan 4 ədəd Davudov markalı, hər birinin qiyməti 1,86 manat olan 6 ədəd Vinçestr qalın markalı, hər birinin qiyməti 2,4 manat olan 14 ədəd Vinçestr-kompak markalı, hər birinin qiyməti 2,5 manat olan 5 ədəd LD nazik markalı, hər birinin qiyməti 2,04 manat olan 3 ədəd LDkompak mentol markalı, hər birinin qiyməti 2,3 manat olan 9 ədəd LD-kompak markalı, hər birinin qiyməti 2,04 manat olan 9 ədəd Rotmans-kompak markalı, hər birinin qiyməti 1,58 manat olan 4 ədəd Palmal markalı, hər birinin qiyməti 1,37 manat olan 13 ədəd Arqo markalı, hər birinin qiyməti 1,55 manat olan 10 ədəd Arqo-nazik markalı )gizli talamaqla zərərcəkmişə cəmi-640 (altı yüz qırx) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Avtandil oğlu və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Avtandil oğlu və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Avtandil oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Avtandil oğlunun Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Avtandil oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.2-ci maddəsinə əsasən cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 Avtandil oğlu və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətmələrini, onların cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Avtandil oğlu və Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması cəzasına 1 günə 2 gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Avtandil oğlu və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə alan vaxtadək dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət nəticəsində zərərçəkmiş şəxsə 640 (altı yüz qırx) manat dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 25 ədəd siqaret, 2 ədəd hell içkisi və 2 ədəd dirol saqqızın qəbz əsasında Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Avtandil oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (ik) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Avtandil oğlunun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Avtandil oğlununüzərinə yaşayış yerini saat 22:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 Avtandil oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2üzərinə yaşayış yerini saat 22:00dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirlmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxsə 640 (altı yüz qırx) manat dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 25 ədəd siqaret, 2 ədəd hell içkisi və 2 ədəd dirol saqqızın qəbz əsasında Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Avtandil oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Avtandil oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 57 (əlli yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 342 (üç yüz qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 54 (əlli dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 324 (üç yüz iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-100/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-100/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver