Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-100/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, R.Məmmədov küçəsi ev 38-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qardaşı Şahid1 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə gələrək azyaşlı qızı Şahid4 ondan icazəsiz və məlumatsız olaraq qardaşı Şahid1 qızı Şahid3 ilə birlikdə alaq yığmaq üçün, fəhlə kimi sahəyə getməsi səbəbindən qardaşı Şahid1 iradlarını bildirən zaman evin həyətyanı sahəsinə gələn qardaşı oğlu Zərərçəkmiş şəxs ilə də şəxsi münasibətlər zəminində, qızı Şahid4 Şahid3 ilə birlikdə alaq yığmağa getməsi səbəbindən aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşı oğlu Zərərçəkmiş şəxs ağız nahiyəsindən yumruq zərbəsi ilə vurmuş, bundan sonra qardaşı Şahid1 övladı Zərərçəkmiş şəxs müdafiə etmək üçün yaşadığı evin həyətyanı sahəsində olan məişətdə istifadə edilən şişi götürərək Təqsirləndirilən şəxs baş və qulaq nahiyəsinə vurduqdan sonra o, qisas almaq üçün həmin həyətyanı sahədə olan təsərrüfatda istifadə olunan beli götürərək qardaşı Şahid1 sol əlin dördüncü və beşinci barmağına vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra əlində olan belin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs başın arxa hissəsindən vuraraq sonuncuya ənsə nahiyəsinin, üst dodağın əzilmiş yarası, sol dirsəyin sıyrığı ilə müşayət edilən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Nurlan onun qardaşı oğludur. Onlar barışmışam. Hazırda əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxsla barışdığını və ona dəymiş ziyanı tamamilə ödədiyi bildirmiş, buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs onun əmisi olduğuna görə onunla barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun 16 yaşlı qızı Şahid3 qonşuları və qohumları ilə birlikdə alaq təmizləmək üçün fəhlə kimi gündəlik işə getmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 05 radələrində qardaşı Təqsirləndirilən şəxs qızı Şahid4 onun evinin həyətinə gələrək qızı Şahid3 işləməsi üçün onu da özü ilə birlikdə alaq təmizləməyə aparmasını xahiş etmişdir. Bundan sonra Şahid4 qızı Şahid3 ilə birlikdə alaq təmizləmək üçün işə getmişdir. Həmin gün saat təxminən 11 radələrində o, yaşadığı evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs onun evinin həyətinə gəlmiş və qız Ramilənin onun qızı Nigarla birlikdə alaq yığmağa getdiyi üçün ona öz iradlarını bildirmişdir. Mahirlə onun arasında öz yaşadığı evin həyətində sözlə mübahisə baş verən zaman oğlu Nurlan təsadüfən evin həyətinə gəlmiş və əmisi Mahirdən nə baş verdiyini soruşmuşdur. Bu zaman Mahir Nurlana irad bildirərək məsələnin ona aidiyyətinin olmadığını bildirmiş, lakin bu zaman Nurlanla Mahir arasında sözlə mübahisə baş vermiş mübahisə zamanı Mahir Nurlanı təhqir etdiyindən Nurlan Mahirə onunla normal danışmasını tələb etmişdir. Ancaq bu zaman Mahir yumruq zərbəsi ilə Nurlanın ağız nahiyəsindən vuraraq Nurlana xəsarət yetirmişdir. Mahir Nurlanı vurduqdan sonra Nurlanla Mahir yaxalaşmışdır. Buna görə də o, Mahirlə Nurlanı ayırmaq üçün evin eyvanından həyətə düşmüş və evin həyətində olan kabab bişirmək üçün istifadə etdiyi dəmir şişi götürərək Mahiri həmin dəmir şiş ilə baş və qulaq nahiyəsindən vurmuşdur. O, Mahiri vurduqda Mahir evinin həyətində olan təsərüffatda istifadə edilən beli götürərək həmin bel ilə Nurlanın baş nahiyəsindən vurmuşdur. Mahir Nurlanı vurduqdan sonra o, Mahirə tərəf getdikdə Mahir əlində olan bel ilə onun sol əlindən vurmuşdur. Bundan sonra o, evin həyətindən götürdüyüm daşla Mahirin sol gicgah nahiyəsindən vurmuşdur. Həmin vaxt evin həyətində olan arvadı Şahid2 Mahirə tərəf getdikdə Mahir əlində olan bel ilə arvadı Şahid2 bel nahiyəsindən vurmuş və yaşadığı evin həyətindən çıxaraq getmişdir. Mahir onun evinin həyətindən gedərkən beli də özü ilə aparmışdır. Mahir Nurlanı yumruq zərbəsi ilə vuran zaman Mahirin əlində heç bir şey olmamış, Mahir Nurlanı yumruq zərbəsi ilə vurmuşdur. X2 ondan xəbərsiz olaraq onun qızı Nigarla birlikdə fəhlə işləmək üçün getməsi olmuşdur. Münaqişə dəqiq olaraq onun yaşadığı evin həyətində baş vermişdir. Münaqişə zamanı orada yuxarıda adlarını göstərdiyi şəxslərdən başqa heç kimsə olmamışdır. Münaqişə zamanı orada kənar şəxslər olmamışdır. Münaqişə zamanı küçədən başqa şəxslər gəlməmişdir. Münaqişəmiz təxminən 2-3 dəqiqə davam etmişdir. Münaqişədən sonra o, Mahiri vurduğu şişi Kür çayına atmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun 16 yaşlı qızı Şahid3 qonşuları və qohumları ilə birlikdə alaq təmizləmək üçün fəhlə kimi gündəlik işə getmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 05 radələrində qaynı Təqsirləndirilən şəxs qızı Şahid4 onun evinin həyətinə gələrək qızı Şahid3 işləməsi üçün onu da özü ilə birlikdə alaq təmizləməyə aparmasını xahiş etmişdir. Bundan sonra Şahid4 qızı Şahid3 ilə birlikdə alaq təmizləmək üçün işə getmişdir. Həmin gün saat təxminən 11 radələrində o, evin həyətində arxa hissədə iş görərək evin həyətinin ön hissəsinə keçən zaman əri Elnurla qaynı Mahirin münaqişə etdiklərini, oğlum Nurlanın isə başının və ağzının qanadığını, Mahirin əlində bel olduğunu görmüşdür. O, həmin vəziyyəti görərək Mahirə acıqlanaraq Mahirə yaxınlaşdıqda Mahir əlində olan təsərrüfatda istifadə edilən bel ilə bir dəfə onun bel nahiyəsindən vurmuş və evin həyətindən çıxaraq getmişdir. O, hadisə yerinə çatdıqda oğlu Nurlan və əri Elnur artıq xəsarət almışdılar. Hadisə zamanı o, Mahirin əlində bel görmüş və Mahir oğlu Nurlanla əri Elnuru vuraraq xəsarət yetirdiyini ona bildirmişdirlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs və atası Şahid1la əmisi Təqsirləndirilən şəxs arasında baş verən münaqişədən məlumatı olmuşdur. O, uzun müddətdir ki, alaq yığaraq ailə büdcələrinə köməklik etmişdir. O, gündəlik olaraq sahələrdən alaq yığaraq işləmişdir. 07 may 2025-ci il tarixdə səhər saat 05 radələrində əmisi Mahirin qızı Ramilə onun yaşadığı evə gələrək ondan alaq yığmaq üçün sahəyə gedərkən onu da özü ilə aparmasını xahiş etmişdir. Buna görə də o, həmin gün saat 05 radələrində alaq yığmaq üçün sahəyə gedərkən Ramiləni də özü ilə birlikdə aparmışdır. Ancaq o, Ramilənin atası Mahirdən icazəsiz və məlumatsız olaraq alaq yığmağa getdiyini bilməmişdir. Onlar həmin sahədə saat 17 radələrinədək işlədikdən sonra Ramilə ilə birlikdə yaşadıqları evə geri qayıtmışdırlar. O, münaqişə baş verdiyini sonradan bilmişdir. Ona və ya Ramiləyə qarşı heç bir cinayət hadisəsi törədilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixdə saat 20:00 dəqiqədə CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 41-42); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Yevlax rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin, üst dodağın əzilmiş yarası, dol dirsəyin sıyrığı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir (iş vər.57); Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır(iş vər.61-62); Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 9 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 83-85); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 221.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən AR CM-nin 77-ci maddəsinə əsasən 1 il 4 ay 9 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən cəzasının qalan 11 ay 26 gün cəzası 450 manat miqdarında cərimə cəzası ilə əvəz olunaraq azad edilmiş və cərimə cəzası tam ödənilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CMnin 234.1, 68.1.1-1 və 69.3-cü maddələrinə ilə təqsirli bilinib 2 il 6 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.99); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 01 mart 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay 14 gün müddətləri - cəmi 02 ay 16 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 69.3-cü maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 05 ay 02 gün ona təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 02 il 06 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.101-107); Yevlax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 0518155/6 nömrəli məktubunda görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-25/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən 02 il 06 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından 11 ay 25 gününü çəkmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Bunların nəzərə alınaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitə Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-100/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-100/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver