Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-101/2020 18.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə X2 vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 23:30-da Yevlax rayonu Xanabad kəndində yaşayan Zərərçəkmiş şəxs saxlanc yeri hesab edilən həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olmuş, daha sonra həyətin mərkəzində olan yaşayış evinin zirzəmisinə daxil olaraq oradan bir ədəd 80 manat dəyərində tutacaq hissəsinin metalı dəmir olmaqla mis əsaslı ərintidən hazırlanmış 4,05 kq çəkidə olan su səhəngini, bir ədəd 100 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış 5,40 kq çəkidə olan su səhəngini və bir ədəd 100 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış su səhəngini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs vəşahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrəözünü qismən təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır və onunla eyni kənddə yaşayır. xx.xx.2020-ci il tarixdə uşağı xəstə olduğu üçün pul lazım olduğuna və pulunun olmadığına görə oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Təxminən saat 23:30 radələrində Zərərçəkmiş şəxs həyətyanı sahəsinə yaxınlaşmış, həyətin əhatələndiyi daş hasarın yanı ilə gedərkən qaz borusunun hasarın yanı və üstü ilə həyətə daxil olduğunu görmüş, həmin qaz borusundan tutub hasarın üstünə çıxıb tullanaraq həyətə düşmüşdür. Həyətə tullanıb düşdüyü yerdə su çəninin yanında 2 ədəd su səhənginin olduğunu görüb həmin 2 ədəd misdən olan su səhənglərini oğurlayıb həyətə daxil olduğu yerdən, yəni hasarın üstündən aşıb qaçmış, su səhənglərini oğurladıqdan sonra həyətlərinə aparmış, xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində həmkəndlisi Şahid borc almaq üçün onun yaşadığı evə getmişdir.O, Hünərə övladı xəstə olduğu üçün övladını xəstəxanaya aparmalı olduğunu bildirərək ondan 50 manat borc pul istəmiş, Hünər ondan hər hansı bir əşya girov qoymağını və yalnız bu halda ona 50 manat verə biləcəyini demişdir. O da Hünərə nənəsindən yadigar qalmış 2 ədəd su səhənginin olduğunu bildirmişdir. Hünər onunla razılaşmış və səhəngləri girov qoyacağı təqdirdə ona 50 manat verə biləcəyini demişdir.O, evə getmiş, təxminən 1 saat sonra Zərərçəkmiş şəxs həyətindən oğurladığı 2 ədəd su səhəngini aparıb Hünərə vermiş və ondan borc kimi 50 manat pul almışdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında polis əməkdaşları onun yaşadığı evə gəlmiş, ona Zərərçəkmiş şəxs həyətindən oğurluq etməkdə şübhəli olduğunu bildirilmişlər.O da etmiş olduğu oğurluq hadisəsini etiraf etmiş və səhəngləri Şahid satdığını bildirmişdir.Daha sonra polis əməkdaşları onunla birlikdə Şahid yaşadığı evə getmiş, Şahid hadisəni olduğu kimi danışmışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun 3 ədəd misdən hazırlanmış su səhəngi olmuşdur. Həmin səhənglərdən istifadə etməmiş və onları yaşadığı Yevlax rayonu Xanabad kəndindəki evinin zirzəmisində saxlamışdır. O, xx.xx.2020-ci il tarixdə gecə saatlarında həyətdən səs eşitmiş, səsi eşitdikdən sonra həyətə oğru girməsindən şübhələndiyi üçün həyətə düşmüş, həyətə baxan zaman zirzəminin giriş qapısının kilidinin sındırıldığını görmüş, zirzəmiyə daxil olduqda isə ora qoymuş olduğu 3 ədəd su səhənginin oğurlandığını bilib bu barədə 102 məlumat mərkəzinə zəng edib məlumat vermişdir.Səhər saatlarında polis əməkdaşları yaşadığı evə gəlmiş və həyətyanı sahəsi ilə evin zirzəmisinə baxış keçirmişlər.Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək övladının xəstə olduğu səbəbindən ona 50 manat məbləğində pul lazım olduğunu, 50 manatı kredit götürdükdən sonra geri qaytaracağını bildirmişdir.O da Seymura 50 manat verə biləcəyini, lakin 50 manat pulu qaytara bilməyəcəyi təqdirdə əvəzləşdirməsi üçün ona hər hansı bir əşya verməli olduğunu demişdır. Seymur onunla razılaşaraq getmiş, təxminən 1 saatdan sonra geri qayıtmış və ona 2 ədəd su səhəngi gətirmişdir, o da Seymurun gətirdiyi 2 ədəd su səhəngini götürüb Seymura 50 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 15:00 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlmiş, Seymur da polis əməkdaşlarının yanında olmuşdur. Polis əməkdaşları ondan Seymurun ona 2 ədəd su səhəngi satıb-satmadığını soruşmuş, o da polis əməkdaşlarına Seymurun xx.xx.2020-ci il tarixdə ondan 50 manat borc pul aldığını,əvəzində isə 2 ədəd su səhəngini verdiyini bildirmişdir.Daha sonra Seymurun ona verdiyi həmin 2 ədəd su səhəngini o, polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri Yevlax rayonu, Xanabad kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisidir. Zərərçəkmiş şəxs binanın arxa hissəsindən girişi olan zirzəmini göstərərək, əvvəlcədən həmin zirzəmiyə qoyduğu 3 ədəd su səhənginin son 10 gün müddətində oğurlandığını bildirmişdir. (iş vər. 5-8); “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer Yevlax rayonu, Xanabad kəndində yerləşən Şahid məxsus fərdi yaşayış evinin həyətidir. Şahid 2 ədəd səhəngi göstərərək, onların Təqsirləndirilən şəxs aldığı səhənglər olduğunu bildirmişdir. (iş vər. 12-14); “ifadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, Yevlax rayonu Xanabad kəndində yerləşən Çiçək Lətifovaya məxsus həyət evini şərq tərəfdən göstərərək, 2020-ci ilin fevral ayının 14-də saat 23:30 radələrində qaz borusundan tutaraq hasardan aşmaqla həyətə daxil olduğunu, su çəninin yanında olan 2 ədəd su səhəngini oğurlayaraq hasardan aşaraq çıxdığını bildirmişdir. (iş vər. 79-84); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 4703/5093 №li rəyindən görünür ki, təqdim edilmiş aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, təqdim olunmuş əvvəllər istismar olunmuş səhənglərin respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -1 ədəd, təxmini hündürlüyü 60 sm, istifadədə olunmuş, üzəri tozlu, tutacaq hissəsinin metalı dəmir əsaslı ərintidən olan səhəngin metalı mis əsaslı ərintidən hazırlanmışdır, çəkisi 4,05 kq-dır, 80,00 manat; 1 ədəd təxmini hündürlüyü 60 sm, istifadədə olunmuş, üzəri tozlu, üzərində çox sayda lehim yerləri olan səhəngin metalı mis əsaslı ərintindən hazırlanmışdır, çəkisi 5,40 kq-dir, 100 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 117,70 manatdır.( iş vər. 24-26); “maddi sübut kimi tanınma” haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd su səhəngi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.39); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdəbaşqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər.73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( işvər. 41); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişşəxs vəşahid ifadələri, mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, ittihamda göstərilən digər bir ədəd su səhəngini onun tərəfindən oğurlanmaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də hadisə yerinə baxış protokolu belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan digər su səhənginin oğurlamasına şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdəədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi iləəlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcıicra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmişbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, işüzrə maddi sübut kimi tanınan iki ədəd su səhəngi Zərərçəkmiş şəxs təhvil verilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax rayon Polis Şöbəsində saxlanılan işüzrə maddi sübut iki ədəd su səhəngi Zərərçəkmiş şəxs təhvil verilsin. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 111 ( bir yüz on bir ) manat 70 (qəpik) Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 32 (otuz iki) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 192 (bir yüz doxsan iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 72 (yetmiş iki) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-101/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-101/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver