Məhkəmə qərarları › İş №1(039)-101/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-101/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-101/2021 13.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1963-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində 25 aprel 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 116-da qeydiyyatda olan, Yevlax şəhəri, H.Əliyev prospekti, ev 55, mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd kibrit qutusunda 5,39 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlamış, 23 aprel 2021-ci il tarixdə saat 23:15 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evində olan həmin 5,39 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, son vaxtlar o, narkotik vasitə olan qurudulmuş marixuanadan arada bir istifadə etməyə başlamışdır. 2021-ci il aprelin 20-də axşam saatlarında yaşadığı küçədə yerdə bir ədəd kibrit qutusu görmüş və həmin kibrit qutusunu götürüb içərisinə baxmış və içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün götürmüş və yaşadığı evdə rəfdə olan döşəkcələrin altına qoyaraq saxlamışdır. 23 aprel 2021-ci il tarixdə axşam tərəfi saat təxminən 22 radələrində Yevlax şəhəri, H.Əliyev prospekti ilə yaşadığı evə gedərkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək, onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Fərhad Məmmədovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı X11 rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, üzərində heç bir əşya olmadığını, lakin yaşadığı evində bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə onun yaşadığı evinə getmişlər.O, yaşadığı evində mətbəxtin yanda olan otaqdakı rəfdə olan döşəkçələrin altından bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı təqdim etmişdir. Polis əməkdaşları kibrit qutusunun içərisindəki kütləyə baxaraq qurudulmuş marixuanaya bənzədiyini demişlər. Təhqiqatçı həmin marixuananı kibrit qutusu ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. O və müdafiəçisi Fərhad zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı qurudulmuş marixuananı zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə 23 aprel 2021ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Vaqifin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Vaqifin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 23 aprel 2021-ci il tarixli Ə-212-195-21 saylı əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X9 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 22 radələrində o, polis əməkdaşı Şahid2lə birlikdə Yevlax şəhəri, H.Əliyev prospektində olarkən Vaqifin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Vaqifə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Vaqif üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Şahid2lə birlikdə Vaqifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5yə təhvil vermişlər və Vaqifin gətirilməsi barədə raport yazmışdır. X2 tərtib etdiyi sənədlər əsasında Vaqifi şübhəli şəxs qismində tutmuşdur. Vaqif Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X14 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mirzalı Əhmədzadə onun, Şahid2 və Fərhad Məmmədovun iştirakı ilə Vaqifin üzərində şəxsi axtarış aparmışdır. X8 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Vaqifin üzərindən narkotik vasitə və ya digər cinayət xarakterli əşya aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs yaşadığı evində özü istifadə etmək üçün qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş, Vaqiflə birlikdə Vaqifin yaşadığı evinə getmişlər. Müdafiəçinin iştirakı il əvə videoçəkilişlə Vaqifin evinə baxış keçirmişlər. Baxış zamanı Vaqif yaşadığı evində mətbəxtin yanında olan otaqda rəfdə olan döşəkcələrin altından bir ədəd kibrit qutusu çıxardıb təqdim edərək kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin marixuananı 20 aprel 2021-ci il tarixdə yaşadıqları küçədə yerdən tapdığını bildirmişdir. X5 kibrit qutusunu açmış, kibrit tqutusunun içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Mirzalı Əhmədzadə həmin kütləni kibrit qutusu ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Vaqif və müdafiəçisi Fərhad Məmmədov zərfin üzərinə imza çəkmişlər. Mirzalı Əhmədzadə zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Mirzalı Əhmədzadə zərfdə qablaşdırdığı maddənin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Vaqifin evində keçirilmiş baxış başa çatmışdır. Mirzalı Əhmədzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Vaqifin evindən aşkar edilmiş cəmi 5,39 qram miqdarında qurudulmuş marixuananı haradan əldə etdiyini bilməmişdir. Vaqifin evindən aşkar edilmiş qurudulmuş marixuananı hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Sorğu zamanı Vaqif həmin marixuananı yaşadığı küçədə yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu və həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Vaqiflə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən şahid Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ona Yevlax şəhəri, C.Kərimov küçəsi 116-da qeydiyyatda olmaqla, Yevlax şəhəri, H.Əliyev prospekti ev 55 mənzil 37-də yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Vaqifin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. X13 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 23 aprel 2021-ci il tarixli əmri ilə onun, Bəhruz Zyenalovun və X5nin iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün saat 22 radələrində o, polis əməkdaşı Şahid1la birlikdə Yevlax şəhəri, H.əliyev prospektində Vaqifin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Şahid1 Vaqifə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Vaqif üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra onlar Vaqifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5yə təhvil vermişlər. Şahid1 Vaqifin gətirilməsi barədə raport yazmışdır. X7 tərtib etdiyi sənədlər əsasında Vaqifi şübhəli şəxs qismində tutmuşdur. Vaqif Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X14 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mirzalı Əhmədzadə onun, Şahid2 və Fərhad Məmmədovun iştirakı ilə Vaqifin üzərində şəxsi axtarış aparmışdır. X8 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Vaqifin üzərindən narkotik vasitə və ya digər cinayət xarakterli əşya aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs yaşadığı evində özü istifadə etmək üçün qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş və Vaqiflə birlikdə Vaqifin yaşadığı evinə getmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə Vaqifin evinə baxış keçirmişlər. Baxış zamanı Vaqif yaşadığı evində mətbəxtin yanında olan otaqda rəfdə olan döşəkcələrin altından bir ədəd kibrit qutusu çıxardıb təqdim edərək kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin marixuananı 20 aprel 2021-ci il tarixdə yaşadıqları küçədə yerdən tapdığını bildirmişdir. X5 kibrit qutusunu açmış, o, kibrit tqutusunun içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Mirzalı Əhmədzadə həmin kütləni kibrit qutusu ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Vaqif və müdafiəçisi Fərhad Məmmədov zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Vaqifin evində keçirilmiş baxış başa çatmışdır. Mirzalı Əhmədzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Vaqifin evindən aşkar edilmiş cəmi 5,39 qram miqdarında qurudulmuş marixuananı haradan əldə etdiyini bilməmiş və evindən aşkar edilmiş qurudulmuş marixuananı hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Sorğu zamanı Vaqifin həmin marixuananı yaşadığı küçədə yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu və həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Vaqiflə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə mətbəxtin yanında olan otaqda rəfdə olan döşəkcələrin altından içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxardıb özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 24 aprel 2021-ci il tarixli 17/298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 (bir) kibrit qutusunun içərisində” sözləri və imzalar yazılmış zərfin işərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,34 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 17 iyun 2021-ci il tarixli 714 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X6 rayon Narkoloji Kabinetinin 16 iyun 2021-ci il tarixli 1150 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Xalq Məhkəməsinin 06 oktyabr 1994-cü il tarixli hökmü ilə CM-nin 154-cü maddəsinin (köhnə redaksiya) 2-ci hissəsinin 1,2,6 və 8-ci bəndləri ilə təqsirli bilinib, 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 03 mart 1998-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə 06 oktyabr 1994-cü il tarixli hökmü ləğv edilib, iş yenidən baxılması üçün göndərilmişdir. 12 may 1998-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə CM-nin 94-cü maddəsinin 1,6 bəndinin, 145-ci maddəsinin 2 hissəsinin 1,2,3,6,8-ci bəndinin, 38-ci maddəsinə əsasən 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisin 17 mart 2009-cu il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:05-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 14 saylı Mənzil İstismar sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs, Yevlax şəhəri, C.Kərimov küçəsi, 116 saylı evdə qeydiyyatdadır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 aprel 2021-ci il tarixdən 25 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 aprel 2021-ci il tarixdən 25 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 00:00-dan saat 07:00-dək qeydiyyatda olduğu Yevlax şəhəri, C.Kərimov küçəsi, 136 saylı evin və faktiki yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, ev 55, mənzil 37-də yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kobinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 5,34 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar