Məhkəmə qərarları › İş №1(039)-101/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-101/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-101/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızının iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Yevlax rayonu, 1-ci Salamabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, barəsində 13 mart 2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Salamabad kəndində qeydiyyatda olan, Yevlax rayonu, Xaldan kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ъавабдещ кими ондан xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızına ödənilməsinə dair Göyçay Район Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-816/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(039)- 986/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmясиня, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2019-cu il, xx.xx.2019-cу il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il вя xx.xx.2021-ъи ил tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 7720,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızına ödəməyərək сонунъуйа maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq гясдян icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızı ilə 2011-ci ilin əvvəllərində faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2013-cü ildə Ümid və 2014-cü ildə İbrahim adlı ики uşaqları olmuşdur. Ailə qurduqları ilk vaxtlarda münasibətləri mehriban olub. Lakin sonradan xasiyyətləri uyğun gəlmямишdir. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər kimi sayıb hörmət etmirdi. Zərərçəkmiş şəxs 2018-ci ilin əvvəllərində onunla birgə yaşadıqları evdən çıxaraq ata evinə qayıtmışdır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə müxtəlif şəxslərin fermalarında çoban olaraq işləməklə həmin fermerlərin mal qarasına baxмыш вя aylıq 300-400 manat maaş alмышdıр. Bundan sonra Ulduzə ona qarşı məhkəmədə iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Göyçay Район Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-816/2018 saylı qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(039)-986/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 7720,00 manat borcu ödəməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasını və zərərçəkmiş Zərərçəkmiş şəxs olan aliment borcunu tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızı məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ilin əvvəllərində faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2013-cü ildə Ümid və 2014-cü ildə İbrahim adlı 2 uşaqları olmuşdur. Ailə qurduqları ilk vaxtlarda münasibətləri mehriban olub. Lakin sonradan xasiyyətləri uyğun gəlmirdi. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onu söyüb təhqir edirdi. 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları evdən çıxaraq ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Tural müxtəlif şəxslərin fermalarında çoban olaraq işləməklə həmin fermerlərin mal qarasına baxırdı və aylıq 300-400,00 manat maaş alırdı. Uşaqları ilə birlikdə ata evinə gedəndən sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə valideynlərinin maddi yardımı ilə uşaqlarını saxlayırdı. Bundan sonra o Turala qarşı məhkəmədə iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırdı və Göyçay Район Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-816/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(039)-986/2020 qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 7720,00 manat borcunu ödəməmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızı məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona aliment borcunun tam şəkildə ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Göyçay Район Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-816/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızına verilməlidir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatıнa daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün onun inzibati məsuliyyətə cəlb olunması üçün Yevlax Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(039)-986/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin inzibati qərardan Apellyasiya Məhkəməsinə şikayət etməmişdir. Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, tələbi icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Belə ki, icraat zamanı borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkarın xeyrinə 280,00 manat ödəniş edilmiş və nəticədə xx.xx.2021-ci il tarixə 7720,00 manat aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan тягдимант верилян günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-816/2018 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızına verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 25 iyul 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən və bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment pulu Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızına ödənilməsinə dair icra vərəqəsi Yevlax rayon İcra və Şöbəsinin icra məmuru Şahid2 tərəfindən icraata qəbul olunmuş və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində icra sənədlərində göstərilən tələbi könüllü təmin edilməsi üçün vaxt verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 27 aprel 2019-cu il tarixli 3(039)-357/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 3(039)-986/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli 8(039)-19/2019 saylı qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 25 dekabr 2019-ci il il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məşğulluq Mərkəzinə müraciət etməmiş və işaxtaran kimi qeydiyyata düşməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Ümid və xx.xx.2014-ci il təvəllüdlü İbrahim adlı iki uşağı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq icra etməmə cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Zərərçəkmiş şəxs Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızı məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona aliment borcunun tam şəkildə ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Hüseynova (Hümbətova) Ulduzə Cəfər qızı ilə barışmasını, ona olan aliment borcunu tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibinə təqsirləndirlən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, barəsində olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar