Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-101/2024 13.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Quba rayonu, 1-Nügəldi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, 1-Nügəldi kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2024-cü il tarixdə, saat təxminən 15 radələrində Yevlax rayonunun Xaldan kəndində yerləşən "xxxx" MMC-nin X6 X5 Şöbəsinə gələrək həmin şöbənin rəisi Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində olan 1000 (bir min) manat xırda nominalı 1, 5, 10, 20 manatlıq pul əskinaslarını verərək həmin məbləğdə pulun böyük nominallı pul əskinasları ilə dəyişdirilməsini xahiş etmiş, Zərərçəkmiş şəxs xırda nominallı pul əskinaslarını qəbul edərək əyləşdiyi masanın üzərinə qoymuş, sonra həmin masanın siyirtməsindən cəmi dəyəri 1000 (bir min) manat edən 10 (on) ədəd 100 manatlıq pul əskinaslarını götürərək Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs həmin vaxtı Zərərçəkmiş şəxs mobil telefonuna edilən zəngə cavab verib danışaraq diqqətinin yayınmasından istifadə edib Zərərçəkmiş şəxs ona verdiyi cəmi 1000 (bir min) manat olan 10 (on) ədəd 100 manatlıq pul əskinaslarını və saxlanc yeri hesab olunmayan masanın üzərinə qoyulmuş dəyişdirilməsi üçün verdiyi 1000 (bir min) manat dəyərində xırda nominallı pul əskinaslarını gizli yolla talayaraq Poçt Şöbəsinin inzibati binasından çıxıb getməklə Zərərçəkmiş şəxs cəmi 1000 (bir min) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərindən Bakıya gedərkən Yevlax rayonunun Xaldan kəndində yerləşən "xxxx" MMC-nin X6 X5 şöbəsinin yanında taksidən düşərək poçtdan qardaşının kartına pul göndərmək istəmiş, tanımadığı bir kişi ona sistemin işləmədiyini bildirmiş, o, "xxxx" MMC-nin X6 X5 Şöbəsinə gələrək həmin şöbənin rəisi Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində olan 1000 (bir min) manat xırda nominalı 1, 5, 10, 20 manatlıq pul əskinaslarını verərək həmin məbləğdə pulun böyük nominallı pul əskinasları ilə dəyişdirilməsini xahiş etmiş, Zərərçəkmiş şəxs xırda nominallı pul əskinaslarını qəbul edərək əyləşdiyi masanın üzərinə qoymuş, sonra həmin masanın siyirtməsindən cəmi dəyəri 1000 (bir min) manat edən 10 (on) ədəd 100 manatlıq pul əskinaslarını götürərək ona vermiş, o, da həmin vaxtı Zərərçəkmiş şəxs mobil telefonuna edilən zəngə cavab verib danışaraq diqqətinin yayınmasından istifadə edib Zərərçəkmiş şəxs ona verdiyi 1000 (bir min) manat edən 10 (on) ədəd 100 manatlıq pul əskinaslarını götürmüş və saxlanc yeri hesab olunmayan masanın üzərinə qoyulmuş dəyişdirilməsi üçün verdiyi 1000 (bir min) manat dəyərində xırda nominallı pul əskinaslarını gizli yolla talayaraq Poçt Şöbəsinin inzibati binasından çıxıb getmişdir. Oğurluq niyyəti ilə pul götürməyini kimsə görməmiş və bilməmişdir. O, oğurluğu təkbaşına törətmiş hər hansı bir şəxslə qabaqcadan və yaxud da həmin vaxt əlbir olmamış, ona hər hansı bir şəxs köməklik göstərməmiş və bu barədə hər hansı bir şəxsə məlumat verməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 15 radələrində Yevlax rayonunun Xaldan kəndində yerləşən "xxxx" MMC-nin X6 X5 Şöbəsində işdə olarkən qara rəngli gödəkçədə üzü tüklü tanımadığı bir nəfər şəxs poçta daxil olaraq xəstəsi olduğunu bildirmiş, Yevlax rayon Xaldan poçt vasitəsilə həmin şəxsə pul göndərilməsini xahiş etmiş, üzərində olan 1000 manat xırda pul əskinaslarını çıxardaraq ona vermiş, Zərərçəkmiş şəxs həmin pulları stolun üzərinə qoymuşdur. Sonra həmin şəxs stolun üzərinə qoyduğu həmin 1000 (bir min) manat xırda nominalı 1, 5, 10, 20 manatlıq pul əskinaslarını böyük nominallı pul əskinasları ilə dəyişdirilməsini xahiş etmiş, o, da xırda nominallı pul əskinaslarını qəbul edərək əyləşdiyi masanın üzərinə qoymuş, sonra həmin masanın siyirtməsindən cəmi dəyəri 1000 (bir min) manat olan 10 (on) ədəd 100 manatlıq pul əskinaslarını götürərək Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin vaxtı Zərərçəkmiş şəxs mobil telefonuna edilən zəngə cavab verib danışaraq diqqətinin yayınmasından istifadə edib ona verdiyi cəmi 1000 (bir min) manat olan 10 (on) ədəd 100 manatlıq pul əskinaslarını və saxlanc yeri hesab olunmayan masanın üzərinə qoyulmuş dəyişdirilməsi üçün verdiyi 1000 (bir min) manat dəyərində xırda nominallı pul əskinaslarını gizli yolla talayaraq Poçt Şöbəsinin inzibati binasından çıxıb getmişdir. Sonra Zərərçəkmiş şəxs onun pullarının oğurladığını başa dümüş, tez məntəqədən çıxaraq bayıra baxmış, həmin şəxsi tapa bilməmiş və DİN-nin 102 xidmətinə zəng vurmuş və 1000 manat pulunun tanımadığı şəxs tərəfindən oğurladığını bildirmişdir. Bundan sonra Yevlax rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, ərizə almış və hadisə yerinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta saatlarına Mingəçevir şəhərində Avtovağzalda olarkən tanımadığı 2 nəfər şəxs ona yaxınlaşaraq Migəçevir şəhərindən Kürdəmir şəhərinə getmək istədiklərini bildirmiş. O, həmin şəxsləri 30 manata aparacağını bildirmiş və həmin şəxslər onunla razılaşaraq avtomobilinə oturmuşlar. Onlardan biri qabaq oturacaqda digəri isə arxa oturacaqda oturmuşlar. O, yaşadığı Yevlax rayon Əkşəm kəndinə çatanda orada yanacaq doldurma məntəqəsinin yanında avtomobili saxlamış və avtomobilə 15 manatlıq yanacaq vurmuş, bu zaman qabaq oturacaqda oturan tanımadığı şəxs ondan yaxınlıqda poçt məntəqəsinin olub-olmamasını soruşmuş, bundan sonra onları yaxınlıqdakı Yevlax rayon Xaldan kəndində yerləşən Xaldan poçt məntəqəsinə aparmışdır. Qabaqda oturan tanımadığı sərnişin avtomobildən düşərək poçt məntəqəsinə daxil olmuşdur. Arxada oturan sərnişin isə avtomobildən yerə düşməmişdir. O, öz telefonuna kontur yükləmək üçün avtomobilindən düşərək poçtun rabitə məntəqəsinə gedərək telefonuna 3 manatlıq kontur yükləmişdir. Sonra o, qayıdıb avtomobilinə oturan zaman poçta daxil olmuş sərnişinin poçtdan çıxaraq gəlmiş və onun avtomobilinə əyləşmiş və ona sürüb getməyi xahiş etmişdir. Həmin şəxs ona işini gördüyünü və yola davam etməsini bildirmişdir. O, avtomobilini sürərək Ağdaş rayon ərazisindən keçərək Qazax - Bakı magistral yoluna çıxaraq üzü Kürdəmir rayonuna tərəf hərəkət etmişdir. Kürdəmirə çatmağa təxminən 23 km yol qalmış, onun mobil nömrəsinə zəng gəlmişdir. O, nömrəni tanımadığı üçün telefonu açaraq mikrofona qoymuşdur. Ona zəng edən şəxsin Yevlax rayon Xaldan poçt məntəqəsinin müdiri Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs ona maşınında olan sərnişinlərin onun işlədiyi poçtdan ona məxsus pul oğurladıqlarını bildirmişdir. Bu zaman qabaqda oturan sərnişin onun telefonunu əlindən alıb söndürüb avtomobili sürməsini bildirmişdir. O, isə həmin sərnişindən nə qədər pul oğurladığını soruşmuşdur. Bu zaman həmin sərnişin ona 20 manat pul oğurladığını bildirmişdir. Kürdəmir rayonuna çatan zaman qabaqda əyləşmiş həmin sərnişin ona işiqforun yanında taksilərin yanında avtomobilini dayandırmasını bildirmişdir. Onlar avtomobildən düşərək ona 40 manat ödəniş edərək başqa taksiyə minmişlər. Bundan sonra o, Niymana zəng edərək orada poçtdan nə qədər pul oğurladıqlarını soruşduqda Niyman ona məxsus 1000 manat pul oğurladıqlarını bildirmişdir. Bundan sonra ona Yevlax RPŞ-nin təhqiqatçısı Qurban Qasımov zəng edərək həmin sərnişinlərin Xaldan poçt məntəqədsindən pul oğurladıqlarını bildirmişdir. Bundan sonra onun avtomobilindən düşmüş tanımadığı 2 nəfər şəxsi izləməyə başlamış. O, həmin şəxslərin Kürdəmir şəhərindən Bakı istiqamətinə gedən taksilərin yanında olduqlarını görmüş amma onlar gedərkən hansı avtomobilə mindiklərini görə bilməmişdir. Sonra o, həmin şəxsləri hansı avtomobilə minib getdiklərini öyrənmək üçün orada olan tanımadığı taksi sürücülərinə hadisəni danışmış və onlardan kömək istəmişdir. Bu zaman orada olan tanımadığı taksi sürücüsünün biri ona yaxınlaşaraq narahat olmamasını və həmin 2 nəfər şəxslərin tanıdıqları Coşqun adlı taksi sürücüsünə məxsus Mersedes markalı avtomobilə oturaraq Bakı istiqamətinə getdiklərini bildirmişdir. Bu zaman o,öz telefonu ilə təhqiqatçı Qurban Qasımova zəng edərək həmin şəxslərin Kürdəmirdən Bakı istiqamətində Coşqun adlı taksi sürücüsünün avtomobilində getdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hafis oğlu ifadəsində bildirmişdir ki, 2 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur və Kürdəmirdən Bakıya gedib gəlir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16:00 radələrində Kürdəmir rayonundan Bakı şəhərinə getmək üçün Kürdəmir rayonu avtovağzalında müştəri gözləmiş, həmin vaxt 2 nəfər tanımadığı şəxs vaz 2107 markalı avtomobildən düşərək ona yaxınlaşmış və ona Kürdəmirdən Bakı şəhərinə getmək istədiklərini bildirmişlər. Bu zaman Coşqun onlara Kürdəmirdən Bakı şəhərinə 30 manata gedə biləcəyini bildirmişdir. Onlar Kürdəmirdən Bakı şəhərinə 30 manata getmək üçün razılaşmışlar. Sonra onlardan biri ona məxsus avtomobilin arxa oturacağında digəri isə qabaq oturacaqda əyləşmişlər. Sonra onlar Kürdəmirdən Bakı istiqamətində hərəkətə başlamışlər. O, Bakı istiqamətində hərəkətdə olarkən sürücü yoldaşı ona zəng edərək onun avtomobilində oturan şəxslərin oğurluq etdiklərini bildirmişdir. O, telefonla danışdıqdan sonra bu barədə onlara heçnə bildirməmişdir. Onlar Qaradağ postuna çatanda o, özü qəsdən yol hərəkəti qaydasını pozmuş və yolda xidmət aparan polis əməkdaşı yəni yol patrul xidmətinin inspektoru onun idarə etdiyi avtomobili saxlamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Quba rayonu Nügədi-1 kəndində yaşayan Təqsirləndirilən şəxs bir ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs alver ilə məşğul olur və Rusiya Federasiyasına gedib gəlir. xx.xx.2024-cü il tarixdə o, evdə olan zaman Ramin ona ***-***-**-** saylı mobil nömrədən zəng vurmuş, Rusiya Federasiyasında yaşayan tanışı adını bilmədiyi şəxsin ona pul borcu olduğunu bildirmiş və onunla Mingəçevir şəhərinə getməyini xahiş etmişdir. Orxan onunla Qaradağ rayonu ərazisində görüşmüşdür. Sonra isə onlar birlikdə gecə taksiləri ilə Mingəçevir şəhərinə gəlmişlər və səhərə yaxın Mingəçevir şəhərinə çatmışlar. Mingəçevir şəhərində tanımadıaları bir kafedə oturaraq səhərin açılmasını gözləmişlər. Təqsirləndirilən şəxs onu kafedə qoyaraq kiminləsə görüşmək üçün getmiş. O, isə çayxanada oturub Raminin gəlməsini gözləmişdir. Bir neçə saatdan sonra Təqsirləndirilən şəxs kafeyə onun yanına gəlmiş və həmin şəxslə görüşdüyünü demişdir. Sonra isə onlar Opel markalı taksiyə oturaraq Kürdəmir şəhərinə Bakı taksilərinin yanına aparmasını xahiş etmişlər. Həmin sürücü onları 30 manata aparmağa razılaşmışdır. Onlar Yevlax rayonu ərazisində olarkən Təqsirləndirilən şəxs sürücüdən yaxınlıqda poçtun olub-olmamasını soruşmuş, sürücü yaxınlıqda Yevlax rayon Xaldan kəndində poçt məntəqəsi olduğunu bildirmiş və Yevlax rayon Xaldan kəndində yerləşən poçtun yanına sürərək orada saxlamışdır. O, avtomobildən düşməmiş, Təqsirləndirilən şəxs taksidən düşərək poçta daxil olmuş, təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs poçtdan çıxaraq avtomobilə gələrək əyləşmiş və sonra Ramin sürücüyə avtomobili sürməsini bildirmişdir. Sürücü avtomobili sürərək onları Kürdəmir şəhərinə aparmışdır. Onlar Kürdəmir şəhərində Bakı taksilərinin yanında düşmüş və sürücü avtomobilini sürüb getmişdir. Onlar yenidən başqa bir taksiyə əyləşərək Bakı şəhərinə getmək üçün yola çıxmışlar. Təxminən saat 19:00 radələrində Qaradağ postunda Bakı şəhərinə getmək üçün əyləşdikləri avtomobili polis əməkdaşları saxlamışlar və onları Qaradağ 11-ci polis bölməsinə aparmışlar. Onun Təqsirləndirilən şəxs Yevlax rayon Xaldan poçtunda işləyən Zərərçəkmiş şəxs məxsus 1000 manat pulunu oğurlamasından xəbəri olmamış, bunu Bakı şəhərində Qaradağ rayon 11-ci polis bölməsində olan zaman bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01-02); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X2 baxışın keçirildiyi yer Yevlax rayonu Xaldan kəndində yerləşən poçtdan oğurlanmış pulun yerini göstərmişdir (iş vər.07- 09); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.29-30); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 55-56); Təqsirləndirlən şəxsin ifadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Xaldan kəndində yerləşən Azərpoçt MMC-nin Xaldan poçt şöbəsindən 1000 manat pul nominallarını qoyduğu yeri və həmin pul əskinaslarını hardan və necə oğurladığı göstərmişdir.(iş vər.59-62); Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, hal-hazırda ona dəymiş maddi ziyan 1000 manat pul tam ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur.(iş vər.74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixdə qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017ci il tarixli qərarına əsasən CM-nin 178.2.2 və 66.3-cü maddələri xaric edilmiş, CM 178.2.2-ci maddəsi CM-nin 180.1-ci maddəsinə tövsif edilmiş cəzası 2 il 9 ay endirilmiş və azad edilmişdir.(iş vər.80-81); Quba rayonu, birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 338 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü Ramiz adlı bir uşağı vardır.(iş vər.85); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda onadan heç bir şikayət və tələbi yoxdur. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü müvafiq olaraq Ramiz adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır. 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardandır. 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, sonuncunun əvvəllər törətdiyi məhz talama cinayət əməllərinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən eyni qəbildən olan ictimai təhlükəli cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, (CPM-198.1.) müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-101/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-101/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver