Məhkəmə qərarları › İş №1(039)-102/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-102/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-102/2021 13.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə Vaqif qızının, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X2, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2nvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qeyri-rəsmi olaraq birlikdə yaşadığı Qanuni nümayəndə himayəsində olan, sonuncunun oğlu, xx xxx 2016-cı il təvəllüdlü, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs birlikdə yaşadıqları Yevlax şəhəri, C.Cabbarlı küçəsi bina 3 mənzil 3-də onun istəyinə uyğun olaraq idmanla məşğul olmadığına görə cəzalandırmaq məqsədi ilə ona qəsdən işgəncə verib döyməklə güclü fiziki ağrı və psixi iztirablar vermək qərarına gəlib bu cinayətkar niyyətini həyata keçirmək üçün 2020-ci ilin dekabr ayının əvvəlindən 2021-ci ilin aprel ayının sonlarınadək olan müddət ərzində mütəmadi olaraq ona güclü fiziki ağrılar yetirmək məqsədilə əlləri ilə Zərərçəkmiş şəxs qulaqlarını dartmış, xayasını sıxmış, istintaqa məlum olmayan alışqanla onun bədəninin müxtəlif nahiyələrini yandırmış, 25 aprel 2021-ci il tarixdə saat 23 radələrində, həmin ünvanda eyni səbəblə cinayətkar niyyətini davam etdirərək hərəkətlərini mütəmadilik dərəcəsinə çatdırmaqla yenidən əlləri ilə Turan Qulizadənin qulaqlarından qəsdən dartıb “idmançının qulaqları qırıq olar” demiş, istintaqa məlum olmayan alışqanla sol əlinin ovuc hissəsini yandırmış, əlləri ilə xayasını sıxmış, alt çənəsindən, sol tərəf bel, sağ ayağının bud nahiyələrindən və sağ əlin arxasından vurmuş, istintaqa məlum olmayan bıçağın dəstək hissəsi ilə baş nahiyəsindən bir neçə dəfə vurmuş, bıçağın tiyə hissəsini qızdırıb onun sol tərəf bel, sol qolun dirsək, sol qabırğaüstü, sol qaşüstü nahiyələrini yandırmış, Zərərçəkmiş şəxs ümumilikdə qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan işgəncə verməklə törədilən mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə qəsdən əzab vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, təxminən bir ildir Qanuni nümayəndə ilə tanış olmuş və həmin vaxtdan onunla ər-arvad kimi C.Cabbarlı küçəsi, ev 3, mənzil 3 ünvanında kirayədə yaşamışdır. Turanənin birinci nikahdan olan övladı Tunar onlarla birlikdə yaşamışdır. Tunara daima ata qayğısı göstərmiş, onun tərbiyəsi ilə məşğul olmuş, onu özü ilə gəzməyə aparmışdır. Tunar fiziki cəhətdən zəyif olduğu üçün onu idmana cəlb etmək qərarına gəlmişdir. Bu məqsədlə Tunara müəyyən idman hərəkətləri etməyi öyrətmişdir. Ara-sıra Tunar o hərəkətləri etməyəndə və ya bəzi vaxtlarda küçəyə çıxıb oynadıqdan sonra evə gec qayıdanda ona əsəbləşmiş və yüksək səslə iradını bildirmiş, bir-iki dəfə şillə ilə vurmuşdur yumşaq nahiyələrindən vurmuşdur. Lakin, Tunarı heç vaxt döyməmiş, ona qarşı qəddarlıq göstərməmiş, onun bədənini alışqanla yandırmamış, ona əzab verməmişdir. Belə ki, 2021-ci ilin mart ayında o, Tunarın küçədə uşaqlarla oynadıqdan sonra evə qayıtmadığını görmüş, ona əsəbləşmiş və şillə ilə Tunarın üzündən bir dəfə vurmuşdur. İkinci dəfə o, Tunarı 25 aprel 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə şillə ilə vurmuşdur. Tunar həmin gün evə gec gəldiyi üçün o, Tunara əsəbləşmiş və Tunarın üzündən bir dəfə şillə vurmuşdur. İttiham aktında qeyd edilən hərəkələri heç vaxt etməmişdir. Faktiki nikah münasibətlərində olduğu Turanənin anası sosial müavinat almaq üçün ondan müəyyən sənədlər istəmiş, o isə həmin sənədləri verməmişdir. Bu səbəbdən Turanə ona qarşı belə böhtan xarakterli ərizə ilə polis orqanlarına müraciət etmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs bildirmişdir ki, anası Turanə ilə birlikdə Yevlax şəhərində yaşayır. Onlarla birlikdə Paşa adlı şəxs yaşamışdır. Paşa onun atası deyil. Paşa ondan evdə idman etməyi tələb etmişdir. İdman etmək istəmədiyi üçün Paşa tez-tez onu döymüş, başına torba salaraq boğazını sıxmış, nəfəsi tükənənə qədər saxlamışdır. Bundan sonra anası evdə olmayanda yanan siqaretlə əlinə, kürəyinə dağ basmış, əlləri ilə onun qulaqlarını dartmışdır. Döyülən zaman ağlasa da, Paşa buna əhəmiyyət verməmişdir. Bədənində olan bütün xəsarətləri ona Paşa yetirmişdir. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, birinci nikahdan iki övladı var. Məhkəmə qərarı əsasında birinci ərindən boşanmışdır. Keçmiş əri ilə razılığa əsasən bir övladı atası ilə, azyaşlı Tunar isə onunla qalmışdır. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxsla tanış olmuş və bir müddət sonra onunla qeyri-rəsmi olaraq ər-arvad kimi kirayə olaraq tutduqları C.Cabbarlı küçəsi, ev 3, mənzil 3 ünvanında yaşamağa başlamışdır. Əvvəllər Paşanın ona və oğlu Tunara qarşı münasibəti yaxşı olmuş, lakin sonradan onun münasibəti tam dəyişmişdir. Belə ki, Paşa onun oğlu Tunara nifrət hissi bəsləməyə başlamış dəfələrlə onu döymüş ona əzab vermişdir. 2020-ci ilin dekabr ayının əvvəlindən başlayaraq Tunar idman etmədiyi zaman Paşa əsəbləşmiş və Tunarı döymüşdür. Paşa hər dəfə əlləri ilə Tunarın qulaqlarını dartmış, “idmançının qulağı qırıq olar” demişdir. Həmçinin, Paşa əlləri ilə Tunarın bədəninin müxtəlif nahiyyələrindən, başından və belindən vurmuşdur. Paşa siqaret çəkərkən istifadə etdiyi alışqanla Tunarın əllərini yandırmışdır. Tunar ağrılardan ağlasa da, Paşa heç bir əhəmiyyət verməmiş və Tunarı döyməkdə davam etmişdir. Bu halların çoxu onun gözünün qarşısında baş vermişdir. Bundan başqa, Tunarı Paşa ilə evdə tək qoyub bir yerə çıxıb qayıtdıqda Tunarın üzünün, bədəninin müxtəlif hissələrinin qızardığını görmüşdür. Tunar ona bildirmişdir ki, Paşa onu döyüb. Bir dəfə isə Tunar bildirdi ki, Paşa onun başına torba keçirib sıxmışdır. Ona etiraz etdikdə Paşa hər dəfə ona bildirmişdir ki, polisə müraciət etsə və ya başqa adama olanlar barədə məlumat versə həm onu, həm uşağını öldürəcəkdir. Uşağı xəstəxanaya aparmağa belə icazə verməmişdir. Sonuncu dəfə Paşa Tunarı 25 aprel 2021ci il tarixdə saat 23 radələrində yaşadığı evdə döymüşdür. Həmin vaxt gecə saatları olsa da, Paşa Tunarı idman etməyə məcbur etmişdir. Tunar isə “yuxum gəlir” deyib idman etməkdən imtina etmişdir. Bu səbəbdən Paşa əlləri ilə Tunarın qulaqlarını dartıb qanatmış, sonra alışqanla əlinin ovuc hissəsini yandırmışdır. Paşa Tunarın arxa nahiyyəsini yanan qaz sobasının qızmış hissəsinə yapışdırmış, sonra kiçik ölçüdə olan mətbəx bıçağının tiyəsini qızdırıb Tunarın bədənini bir neçə yerdən yandırmışdır. Paşa həmin bıçağın dəstək hissəsi ilə bir neçə dəfə Tunarın başından vurmuşdur. Tunar ağladığı üçün o, Tunarı Paşanın əlindən almış və yalnız bundan sonra Paşa Tunarı döyməyi dayandırmışdır. Tunarın bədənində çoxlu sayda qızarmış və yanmış xəsarətlərin olduğunu görmüşdür. Səhəri gün Paşa Tunarı xəstəxanaya aparmağa icazə verməmişdir. Paşadan qorxduğu üçün Tunarı xəstəxanaya aparmamışdır. Həmin gün Paşa Tunara bədən xəsarətləri yetirdiyi alışqanı və bıçağı özü ilə götürüb aparmış və həmin əşyaları bir daha evə qaytarmamışdır. 27 aprel 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Bunu bilən Paşa ona hədə qorxu gəldiyindən məcbur olub ərizə yazmışdır ki, uşağa xəsarəti özü yetirmişdir. Lakin, Paşa polislərdən qorxub qaçdıqdan sonra yenidən olanlar barədə polisə düzgün məlumat vermişdir. Qeyd olunanları nəzərə alıb ona ciddi cəza verilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Qanuni nümayəndə onun qızıdır. Turanənin birinci nikahdan iki övladı var və keçmiş əri ilə razılığa əsasən oğlu Tunar onun yanında yaşayır. 2020-ci ilin iyun ayında Turanə Təqsirləndirilən şəxsla tanış olmuş və onunla ər-arvad münasibətində yaşamağa başlamışdır. Bundan bir müddət sonra Turanə ona bildirmişdir ki, Paşa onun onlara gəlməsinə razı deyil bu səbəbdən onlara gəlməsin. Həmin vaxtdan Turanənin evinə getməmişdir. Lakin, Tunarı bir neçə dəfə küçədə görmüşdür. Birinci dəfə 2021-ci ilin mart ayının ortalarında Tunarla qarşılaşmış, həmin vaxt Tunarın əlinin içinin yandırıldığını, qulağının arxa tərəfində yara olduğunu, belində əzilmiş yaranın olduğunu görmüşdür. Tunarla ikinci dəfə 2021-ci ilin aprel ayının ortalarında qarşılaşmış, yenə də Tunarın bədənində müxtəlif xəsarətlərin olduğunu, xəsarətlərin təzə olduğunu görmüş və həmin xəsarətlərin bir neçə gün əvvəl yetirildiyini bilmişdir. Belə ki, Tunarın yenə də qulağının arxa tərəfi yara olmuş, üzündə, qollarında, belində əzilmiş göyərmiş, əlinin içində yanmış xəsarətlər olmuşdur. Tunar ona həmin xəsarətləri Paşanın yetirdiyini bildirmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X3 bildirmişdir ki, istintaq zamanı azyaşlı Tunar ifadə verərkən orada iştirak etmişdir. Belə ki, Tunar azyaşlı olsa da, psixoloji cəhətdən inkişaf etmişdir, sağlamdır və ətrafda baş verənlərə adekvat münasibət bildirir, yalan danışmağa meyilli deyil. İstintaq zamanı Tunar olan hadisələri tam təfərrüatı ilə düzgün danışmış, bu zaman ona hər hansı təzyiqin olması müşahidə edilməmişdir. Məhkəmə iclası zamanı azyaşlı Tunarın dindirilməsini, habelə zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs üzləşdirilərməsini özündə əks etdirən video görüntülərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Yevlax rayon şöbəsinin 27 aprel 2021-ci il tarixli 213 saylı rəyində qeyd olunur ki, 2016-cı ildə anadan olmuş azyaşlı Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən başın təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin dərialtı hematoması, alt çənə qabarının, sol tərəf bel nahiyəsinin, sağ budun orta 1/3-nin yan-arxa səthinin, sol qulaqarxası nahiyənin, sağ əlin arxa səthinin qançırları küt alətin-alətlərin (əşyanın) təsirindən, qalan digər xəsarətlər - sol dirsəyin arxa səthinin, sol qabırğaüstü nahiyənin, sol əlin ovuc səthinin, sol qaşüstü nahiyənin yaraları yüksək hərarətli (közərmiş) alətin-əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlərdən alın nahiyəsinin dərialtı hematoması səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. ( səh 30-31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji dispanserinin 07 iyun 2021-ci il tarixli 89 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, ona qarşı edilən hüquqazidd hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisələr zamanı və hadisələrdən sonra isə qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdipsixi xüsusiyyətlərindən, intellektual inkişafı, emosional halı və fiziki vəziyyətindən asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və ona qarşı törədilən qanunazidd əməllərin mümkün nəticələrini başa düşmüşdür. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altına hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. (səh.146-147) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham da özünü təqsirli bilməsə də, onun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs, Cinayət Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, işgəncə verməklə və sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrı verməsi zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən istinad edilən cinayətin törədilməsi tam təsdiqini tapdığından ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 72 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m е t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 04 may 2021-ci il tarixdən hesablansın . Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar