Məhkəmə qərarları › İş №1(039)-102/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-102/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-102/2022 07.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 24 fevral 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 44, mənzil 45-də qeydiyyatda olan, Yevlax rayonu, Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi xx xxxxx 2000-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 1(039)-13/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona təyin olunan cəzanı çəkməmiş, barəsində 24 fevral 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 fevral 2022-ci il tarixdə saat təxminən 13 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Yevlax rayonu, Havarlı kəndinin ərazisində yerləşən heyvandarlıq fermasının girişində quraşdırılmış işlənmiş vəziyyətdə olan kənarları dəmir künclüklərdən hazırlanmış, orta hissəsi 12 şaquli və 1 ədəd diaqonal dəmirlə barmaqlıq şəkilində düzəldilmiş (orta hissəsi isə 12 ədəd 2,10 metr eni, 2,35 metr hündürlüyü olan, 50-lik 2 ədəd 2,10 metr, 2 ədəd 2,35 metr uzunluğunda uqolniklərdən çərçivəsi olan, 2,35 metr uzunluqda, 12 diametrlik 12 ədəd armaturdan və 1 ədəd 14-lük 2,50 metr uzunluqda uqolnikdən hazırlanmış) 130 manat dəyərində darvazanın bir tayını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 olaraq tanışı X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 dekabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin yaxınlığındakı ətraf maddi nemətlərin daimi və ya müvəqqəti saxlaması üçün nəzərdə tutulmuş hasarla və ya digər texniki vasitələrlə təcşiz olunmamış və ya başqa cür mühafizə ilə təmin edilmiş açıq ərazidə otlayan Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədədinin qiyməti 40 (qırx) manat olan 18 (on səkkiz) ədəd ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində ev quşları olan qazları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 720 (yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 dekabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində Yevlax rayonu, Havarlı kəndində Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin ərazisində yerləşən yarımçıq tikilmiş evin həyətinə giriş darvazasını qəsdən qanunsuz olaraq açmaqla daxil olaraq həyətdəki saxlanc yeri olan tikilinin içərisinə yığılmış 1 (bir) ədədinin qiyməti 7 (yeddi) manat olmaqla ümumilikdə 98 (doxsan səkkiz) manat dəyərində 2,5x10 sm ölçüdə, 6 metr uzunluqda olan 14 (on dörd) ədəd işlənməmiş taxtaları, 1 (bir) ədədinin qiyməti 2,50 manat olmaqla 2,5x5 sm ölçüdə, 4 metr uzunluğunda ümumilikdə 412,50 (dörd yüz on iki manat əlli qəpik) manat dəyərində 165 ədəd işlənməmiş taxtaları, işlənmiş vəziyyətdə, qalınlığı 4 mm, eni 4 metr, hündürlüyü 2,5 metr olan list dəmirdən hazırlanmış 1000 manat dəyərində iki taylı dəmir darvazanı yaxınlıqdan keçən istintaqla markası və dövlət qeydiyat nömrəsi müəyyən edilməyən yük avtomobilini saxladıb özünün əmlakı olduğunu bldirərək həmin avtomobilə yükləyib oradan apararaq qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 1510,50 (minbeş yüz on manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 fevral 2022-ci il tarixdə saat təxminən 13 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Yevlax rayonu, Havarlı kəndinin ərazisində yerləşən heyvandarlıq fermasının girişində quraşdırılmış işlənmiş vəziyyətdə olan kənarları dəmir künclüklərdən hazırlanmış, orta hissəsi 12 şaquli və 1 ədəd diaqonal dəmirlə barmaqlıq şəkilində düzəldilmiş (orta hissəsi isə 12 ədəd 2,10 metr eni, 2,35 metr hündürlüyü olan, 50-lik 2 ədəd 2,10 metr, 2 ədəd 2,35 metr uzunluğunda uqolniklərdən çərçivəsi olan, 2,35 metr uzunluqda, 12 diametrlik 12 ədəd armaturdan və 1 ədəd 14-lük 2,50 metr uzunluqda uqolnikdən hazırlanmış) 130 manat dəyərində darvazanın bir tayını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində həmkəndlisi Qabil ona zəng edərək yaşadıqları kəndin ərazisində yerləşən fermanın hasarının dəmir məhəccərdən ibarət qapısı olduğunu, ona köməklik edərək oğurlayıb satmağı və pulunu da bölməyi bildirmişdir. O, əvvəlcə razı olmasa da sonradan fikrini dəyişib razı olmuşdur. Həmin gün saat təxminən 13 radələrində Qabil taksi sürücüsü Firudinlə gəlib onu götürmüş və birlikdə Qabil deyən fermanın qarşı qarşı tərəfinə getmişlər. Həmin fermanın hasarının dəmir məhəccərdən olan darvazasının bir tayı yerdə olmuş, digər tayı isə asılı vəziyyətdə olmuşdur. Qabil həmin yerdə olan dəmir məhəccərdən ibarət darvazanı göstərərək həmin darvazanı oğurlayacaqlarını bildirmişdir. Qabillə həmin yerdə olan bir taylı darvazanı götürüb Firudinin avtomaşının üstündə olan yük yerinə qoymuşlar. Qabil Firudinə avtomobili Mingəçevir şəhərində yerləşən Tofiq adlı şəxsin dəmir-metal qəbulu yerinə sürməsini demişdir. Qabil Tofiqə metal qəbulu yerində həmin dəmir darvazanı göstərərək satmaq istədiyini bildirmiş, Tofiq həmin dəmir darvazanı tərəzidə çəkmiş, çəkisi 80 kq olmuş və 1 kq-nı 40 qəpikdən hesablayaraq Qabilə 32 manat pul vermişdir. Qabil Tofiqə əvvəl də dəmir satdığı üçün Tofiq Qabilə əlavə də pul vermişdir. Qabilin ona əvvəllər borcu olmuşdur. Qabil Tofiqdən pul aldıqdan sonra ona cəmi 50 manat pul verərək borcunu da verdiyini bildirmişdir. Bundan sonra o, çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşlı onu polis şöbəsinə gətirərək oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və o, qeyd etdiyi oğurluq cinayətini törətdiyini səmimi olaraq etiraf etmişdir və hazırda etdiyi əməldən peşimandır. Qabillə birlikdə Mehmanın fermasından etdiyi oğurluqdan başqa heç bir yerdə oğurluq etməmişdir. Qabillə əvvəlcədən həmin dəmir darvazanı oğurlamağı razılaşmışdır. Taksi sürücüsü Firudinin onların həmin dəmir darvazanı oğurlamalarından xəbəri olmamış, Qabil Firudini taksi kimi çağırmışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər X3 təxminən 2 ay olardı ki, tanıçışdır. xx.xx.2021-ci il tarixdə oğurluq etmək məqsədi ilə Vüsalla birlikdə Mingəçevir şəhərinin Şəfa bağ massivi ilə küçələr arası yolla piyada gəzmişlər. Küçələrdən birindən keçərkən boş sahədə qazların otladığını görmüşlər. Həmin qazların sahibi olmamışdır. Həmçinin ətrafa baxıb ətrafda da heç kəsin olmadığını görmüşlər. Bundan sonra qazları qovub həmin ərazidən çıxararaq Bozdağın ətrafı ilə yolla şəhər istiqamətində hərəkət etməyə başlamışlar. Yolda hərəkət edərkən qazları satmaq üçün Mingəçevir şəhəri “Orxan” bazarında qəssablıqla məşğul olan tanışı Yusif adlı şəxsə zəng edərək satılıq qazlar olduğunu bildirmişdir. Həmçinin Yusifə qazların böyüklərini 15 manata, balacalarını isə 10 manata satdığını demişdir. Yusif də onunla razılaşmışdır. O, Yusifə Şəfa bağ massivində yerləşən 5-ci küçədə tikilmiş şəhid bulağının yaxınlığında olduğunu demişdir. Yusif isə ona özünün gələ bilməyəcəyini, lakin arvadının gəlib qazları alacağını bildirmişdir. Yusifin arvadı gələnədək onlar qazları Şəfa bağ massivində yerləən 5-ci küçədəki ətrafında tor hasar olan əraziyə salıb orada saxlamışlar. Bir qədər sonra ağ rəngli sovet istehsalı olan avtomobil onların yanında dayanmışdır. Avtomobildən düşən qadın onlara Yusifin arvadı olduğunu və qazları almaq istədiyini bildirmişdir. Daha sonra həmin qadın qazlara baxıb qiymətlərini soruşduqda, o da qazların böyüklərini 15 manata, balacalarını isə 10 manata satdıqlarını bildirmişdir. Lakin, həmin qadın onunla qiymətlə bağlı razılaşmamışdır. Buna görə də o, həmin qadına qazların böyük olanlarını 10 manata balaca olanları isə 7 manata sata biləcəyini bildirmişdir. Həmin qadın da onunla razılaşmış, bundan sonra qazları avtomobilin yük yerinə yükləmiş və ona 130 manat məbləğində pul vermişdir. Vüsalla birlikdə şəhər ərazisinə gedərək əldə etdikləri pulu müxtəlif əşyalar almaq üçün sərf etmişlər. Sonradan polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş və onlar törətdiyi əməli etiraf etmişlər. Zərərçəkmiş şəxs1 tanımasa da Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir. 2021-ci il dekabrı ayının 30-da günorta saat təxminən 14 radələrində yaşadıqları Havarlı kəndi ərazisində yerləşən yeni tikilmiş evlər tərəfdə gəzərkən yeni tikilmiş evin həyət darvazasının yerində olmadığını görmüşdür. Həmin evin həyətinə daxil olanda evin həyət darvazasının həyətdə hasara söykənilmiş vəziyyətdə olmasını görmüşdür. Pula ehtiyacı olduğu üçün həmin darvazanı aparıb satmasını fikirləşmişdir. Darvazanı aparması üçün avtomobil axtarmaq məqsədilə yola çıxmışdır. Həmin evdən təxminən 200-300 metr irəliyə doğru getdikdə «Qazel» markalı yük avtomobilinin yaxınlıqda yerləşən yeni tikilən evlərə tikinti materialı gətirdiyini görmüşdür. Həmin «Qazel» markalı avtomaşına yaxınlaşmış və sürücüyə “özünə məxsus evin darvazası var, aparıb Goran qəsəbəsində satmaq istəyirəm” demişdir. «Qazel» markalı avtomaşının tanımadığı sürücüsü ondan darvazanın maşına yerləşib-yerləşməyəcəyini soruşmuşdur. O da həmin sürücüyə darvazanın maşının yük yerinə yerləşə biləcəyini bildimrişdir. Həmin «Qazel» markalı avtomaşının sürücüsünün yanında bir nəfər də fəhlə olmuşdur. O, yük maşınına əyləşib həmin darvaza olan məhləyə gəlmişdir. Sürücüdən və sürücünün yanında olan fəhlədən darvazanı maşının yük yerinə yükləmək üçün ona köməklik etmələrini xahiş etmişdir. Həmin şəxslər də ona köməklik edərək darvazanı maşının yek yerinə yükləmişlər və Goran qəsəbəsinə getmişlər. Goran qəsəbəsində iran sobaları satılan yeri keçəndən sonra o, «Goranboy Mebel» mağazasının yanında avtomaşını saxlatmış yolun kənarında dayanan şəxslərə maşında darvaza olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin şəxslərdən bir nəfər ondan həmin darvazanı neçəyə satmağını soruşmuş, o da 300 manata satmaq istədiyini bildirmişdir. Sonra həmin şəxslə 150 manata razılaşmış və darvazanı həmin şəxsə 150 manata satmış, «Qazel» markalı maşının sürücüsünə 40 manat vermiş, 110 manat pulu isə cibinə qoyaraq evə qayıtmışdır.H həmin pulu öz ehtiyacı üçün 1-2 günə xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 fermasının hasar darvazasını da özü oğurlamışdır. xx.xx.2022ci il tarixdə saat təxminən 11 radələrində Mehmanın fermasının qarşı tərəfindən keçən zaman fermanın hasarının dəmir məhəccərdən ibarət olan darvazasının bir tayının yerdə olmasını görmüşdür. Dəmir məhəccərdən olan darvazanı oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı kəndə qayıtmış, qonşusu Məhəmmədgilə getmiş və Məhəmmədlə görüşüb həmin dəmir darvazanı aparacağı barədə demişdir. Lakin Məhəmməd evdə olmamışdır. Həmin vaxt Məhəmmədə zəng etmiş, Məhəmməd ona çayxanada olmasını bildirmişdir. Ttelefon əlaqəsi zamanı Məhəmmədə demişdir ki, “kəndimizin ərazisində yerləşən fermanın hasarının darvazası var gedək mənə köməklik elə aparıb sataq pulunu da bölərik”. Məhəmməd əvvəlcə onunla razılaşmasa da sonradan razılaşmışdır. Bundan sonra o, taksi sürücüsü Firudinə zəng edib “yaşadığımız kəndin ərazisində yerləşən fermanın qarşısında dəmir raşotka var gəl onu aparıb metalloma verək”demişdir. Firudin onu götürəndən sonra Firudinə “gedək Məhəmmədi də götürək mənə köməklik edəcək” demişdir. Onlar Məhəmmədi götürdükdən sonra Mehmanın fermasının qarşı tərəfinə getmişlər. Orada olan dəmir darvazanın bir tayını Firudinin «VAZ2104» markalı avtomaşının üstündə olan yük yerinin üzərinə qoymuş və o, Firudinə “sür gedək Mingəçevir şəhərində yerləşən Tofiqin dəmir-metal qəbulu yerinə” demişdir. Tofiqin metal qəbulu yerində o, həmin dəmir darvazanı Tofiqə göstərərək satmaq istədiyini bildirmiş, Tofiq də həmin dəmir darvazanı tərəzidə çəkmiş, çəkisinin 80 kq olmasını bildirməklə, 1 kiloqramını 40 qəpikdən hesablayaraq 32 manat pul vermişdir. Həmin gün səhər tezdən öz həyətində olan köhnə dəmir almatur parçalarını aparıb Tofiqə satmış, lakin pulunu almamışdır. Tofiq onun oğurladığı dəmir darvazanın pulunu verən zaman əvvəlcə satdığı dəmirlərin də pulunu, yəni 90 manat pul vermişdir. Tofiq ona ümumilikdə 124 manat pul vermişdir. Həmin puldan taksiyə, yəni Firudinə 17 manat pul vermiş, Məhəmmədə isə əvvəllər də borcu olduğu üçün 50 manat pul vermişdir. Bundan sonra Firudin onu yaşadığı evə düşürüb getmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu polis şöbəsinə gətirərək oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər, o da yuxarıda qeyd etdiyi oğurluq cinayətlərini səmimi olaraq etiraf etmişdir. Qeyd etdiyi yerlərdən başqa heç bir yerdə oğurluq etməmişdir. Firudinin onların həmin dəmir darvazanı oğutlamalarından xəbəri olmamışdır. Məhkəmədə son sözündə əməlindən səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə 1993-cü ildə məcburi köçkün düşəndən sonra Mingəçevir şəhərində məskunlaşıb yaşayır. 2006-cı ildə Yevlax rayonu, Havarlı kəndi ərazisində ev tikmək üçün torpaq sahəsi almışdır. 2006-cı ildən bu günə kimi həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Evin həyətyani hasarını və evin divarını hördürmüşdür. Təxminən 5-6 il olar ki, 1000 manata Mingəçevir şəhərində tikinti materialları satılan yerdən dəmir darvaza alıb həmin yeni tikdirdiyi evin giriş qapısına qoymuşdur. Lazım olan məişət əşyalarını yığmaq üçün evin həyətində 6 metr uzunluğunda, 4 metr isə eində yardımçı tikili inşa etdirmişlər. Təxminən 2 il olar ki, evin tikinti işlərində istifadə etmək üçün 165 ədəd 4 metr uzunluğunda taxtaları və 6 metr uzunluğunda 15 ədəd taxtaları 1700 manata alıb aparıb həmin yardımçı tikliliyə yığmışlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat təxminən 14 radələrində əri və iki oğlu ilə birlikdə həmin yeni inşa etdirdikləri evə baxmağa getmişlər. Onlar evə baxdıqda evin həyət darvazasının yerində olduğunu və digər əşyaların da yerində olduğunu görmüşlər. Yəni həmin vaxt evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. Onlar evi, məhləni və yardımçı tikilini yoxladıqdan sonra evə çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə həmin yeni inşa etdirdiyi evi yoxlamaq üçün ora gedən zaman evin həyət darvazasının yerində olmadığını görmüşlər. Həyətə daxil olub nəzər saldıqda yardımçı tikilinin pəncərələrinin açıq vəziyyətdə olmasını görmüşdür. Yardımçı tikiliyə daxil olub baxanda oraya yığdıqları taxtaların hamısının yerində olmadığını və oğurlandığını bilmişdir. Bundan sonra əvvəlcə DİN-nin 102 xidmətinə zəng edərək Yevlax rayonu, Havarlı kəndində yerləşən yeni inşa etdirdiyi evin həyət darvazasının və tikinti taxtalarının oğurlanmasını bildirmiş, daha sonra isə polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Həmin darvazanı 5-6 il əvvəl 1000 manata Mingəçevir şəhərində tikinti materialları satılan yerdən almış, darvaza 4-lük list dəmirdən ibarət olmaqla 4 metir eni, 2,5 metr isə hündürlüyü olmuş, 2,5x10 ölçüdə 14 ədəd 6 metr uzunluğunda təxtalar və 1700 manat dəyərində 2,5x10 ölçüdə 165 ədəd 4 metr uzunluğunda (çornu pol) taxtalar oğurlanmış və oğurluq nəticəsində ona ümumilikdə 2700 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və hazırda onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət tələbinin olmadığını və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Havarlı kəndi ərazisində ferması var. Həmin fermanın girişində dəmir barmaqlıqlardan ibarət darvaza quraşdırmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində həmin fermaya gedən zaman həmin əmir darvazanın bir tayının yerində olmadığını görmüşdür. Həmin gün ətrafdakı fermalardan tanışlardan həmin darvazanın bir tayını oğurlayan şəxsi soraqlamışdır. Lakin soraqladığı şəxslər ona oğurluq edən şəxsi görmədiklərini bildirmişlər. Ona görə də xx.xx.0222-ci il tarixdə əvvəlcə DİN-nin 102 xidmətinə zəng edərək Yevlax rayonu, Havarlı kəndində yerləşən fermamın girişində quraşdırdığı dəmir darvazanın bir taıyının oğurlanmasını bildirmiş, daha sonra isə polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Qeyd edilən darvazanın bir tayının eni 2,10 metr, hündürlüyü 2,35 metr olmuş, həmçinin darvaza 50 diametrlik 2 ədəd 2,10 metr, 2 ədəd 2,35 metr uzunluğunda uqonliklərdən, çərçivəsi, 2,35 metr uzunluğunda 12 diametrlik 12 ədəd armaturdan və 1 ədəd 14-lük 2,50 metr uzunluqda uqolnikdən ibarət olmuşdur. Darvazanın oğurlanması nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət tələbinin olmadığını və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, özünə məxsus 18 ədəd ev quşu olan qazları var. Həmin qazları yaşadıqları evin həyətində yerləşən damda saxlayırlar. Qazları adətən yaşadıqları evin yaxınlığındakı açıq sahədə otarmışlar. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində qazları açıb yaşadıqları evin yaxınlığındakı boş sahəyə buraxmışlar. Saat təxminən 16 radələrində anası qazların otladığı əraziyə baxıb qazların orada olmadığını gördükdən sonra telefon vasitəsi ilə zəng edib ona bu barədə məlumat vermişdir. O da yaşadığı evə getmiş, ailə üzvləri ilə birlikdə ətraf ərazilərə baxıb qazları tapa bilmədikdən sonra polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 18 ədəd ev quşu olan qazların yaşadığı evin yaxınlığında yerləşən açıq sahədən oğurlandığını, qazların otladığı sahənin hər hansı vasitə ilə əhatəyə alınmadığını, yəni açıq sahə olduğunu, qazların 1 illik, hər birinin çəkisinin 4 kiloqram, birinin qiymətinin 30 manat ümumilikdə isə 18 ədəd qazın qiymətinin 540 manat olduğunu, oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1 və X3 tanımadığını, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, Samux küçəsində özünə məxsus metal konusturuksiya istesalı və metal qırıntılarının qəbulu məntəqəsi var. 2022-ci il fevralın 21-də saat təxminən 13:30 radələrində özünə məxsus məntəqədə olan zaman VAZ 2104 markalı avtomobil gəlmiş, avtomobilin üstündəki baqaj yerində dəmir barmaqlıqdan ibarət darvaza olmuşdur. Həmin avtomobildə sürücüdən başa iki nəfər də olmuşdur. Həmin şəxslərdən bir nəfər, yəni Qabil bir neçə dəfə ona dəmir metal parçaları gətirib vermişdir. Qabil həmin dəmir darvazanı göstərərək satmaq istədiyini bildirmişdir. O, Qabildən həmin dəmir darvazanın oğurluq olub olmamasını soruşmuş, Qabil isə ona darvazanın özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satmasını bildirmişdir. O, həmin dəmir darvazanı tərəzidə çəkmiş, darvazanın çəkisi 90 kq olmuşdur. Həmin darvazanı Qabildən alıb əvəzində Qabilə 34 manat pul vermişdir. Qabildən şəxsiyyət vəsiqəsini istəmiş, Qabil də ona şəxsiyyət vəsiqəsinin hazırda üzərində olmadığını bildirmişdir. Buna görə Qabili gətirən taksi sürücüsünün adını soruşmuş və sürücünün adını və avtomobilinin nömrəsini özündə qeyd etmiş və Qabilgil sonra çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları onun metal qırıntılarının qəbulu məntəqəsinə gəlmiş və ərazidən dəmir darvaza oğurlandığını bildirmişlər. Qabildən aldığı həmin darvazanı polis əməkdaşlarına təqdim etmiş, həmçinin polis əməkdaşlarına Qabili gətirən taksi sürücüsünün adını və avtomobilinin nömrəsini də demişdir. Həmin dəmir darvazanın oğurluq olmasından xəbəri olmamışdır. Qabildən də həmin darvazanın oğurluq olubg-olmadığını dəfələrlə soruşmuşdur. Qabil də həmin darvazanın oğurluq olmadığını və özünə məxsus olduğunu bildirmişdir. Həmin darvazanın oğurluq olmasını bilsəydi, Qabildən almazdı. İş üzrə Şahid4 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, arvadı Şahid3 ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında qəssablıq edir, həmçinin ev quşlarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində ona məxsus mobil telefon zəng edərək Mingəçevir şəhəri, Şəfa bağ massivində ev quşları olan qaz satıldığını, o da həmin qazları almaq istədiyini bildirdikdən sonra qazları təxminən 10 manat satıldığını bildirmişlər. Özü gedə bilmədiyi üçün bu barədə arvadına məluamt vermişdir. Arvadı Fəridə də avtomobillə həmin əraziyə gedib 18 ədəd ev quşu olan qazları 130 manata alıb Mingəçevir şəhəri, Orxan bazarında yerləşən obyektə gətirmişdir. Həmin qazlardan 4 ədədini kəsmiş, kəsdikləri qazlarndan 2 ədədini satmışlar, qalan 2 ədədi kəsilmiş və 14 ədəd sağ olan qazları həmin obyektdə saxlamışlar. Sonradan həmin 14 ədəd diri qazları və 2 ədəd kəsilmiş qazları polis əməkdaşlarına təqdim etmişlər həmin qazlar da protokol tərtib edilərək onlardan götürülmüşdür. Qazları aldıqları Təqsirləndirilən şəxs1 və X3 əvvəllər tanımamış, aldıqları qazların cinayət yolu ilə əldə edilməsi barədə məlumatları olmamış, həmin şəxslər də qazları cinayət yolu ilə əldə etmələri barədə ona və ya arvadı Fəridəyə məlumat verməmişlər. İş üzrə Şahid3 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əri Şahid4 ilə birlikdə Mingəçevir şəhəri, Orxan bazarında yerləşən obyektdə ev quşlarının satışı ilə məşğul olur. Əri Yusif də həmin obyektdə qəssablıqla da məşğul olur. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində bazarda olarkən Yusif ona yaxınlaşıb Şəfa bağ massivində ev quşları qaz satıldığını, gedib həmin qazlara baxmağı bildirmişdir. O da tanışı taksi fəaliyyəti ilə məğul olan Arif adlı şəxsin idarə etdiyi avtomobillə Mingəçevir şəhəri, Şəfa bağ massivinə getmişdir. Orada görmüşdür ki, qazlar ətrafı hasarlanmış ərazidədirlər. Qazların yanında 2 nəfər təxminən 20 yaşlı oğlanlar olmuşdur. Həmin qazlara baxıb qazların balaca və arıq olduqlarını görmüşdür. Qazları satan şəxs ona həmin qazları 10 manata satdığını bildirmişdir. Qazlara baxıb həmin qazların qiymətinin baha olduğunu belə ki, qazların arıq olduğunu həmin şəxsə demişdir. Bundan sonra qazların böyüklərini 10 manata kiçikləri isə 7 manata ala biləcəyini həmin şəxslərə demiş, həmin şəxslər də onunla razılaşmışlar. Aralarında olan razılığa əsasən o, həmin şəxslərə 130 manat məbləğdə pul verib qazları avtomobilin yük yerinə yükləyib işlədiyi Mingəçevir şəhəri, H.Əliyev proepektində yerləşən Orxan bazarına qayıtmışdır. Orada qazları özlərinə məxsus ev quşlarını saxladığı yerə yığmışdır. Qazlardan 4 ədədini kəsmiş, kəsdiyi qazlardan 2 ədədini satmışdır. Əldə etdiyi qazlardan 2 ədəd kəsilmiş, 14 ədəd diri qazları isə obyektdə saxlamışdır. Sonradan həmin qazları polis əməkdaşlarına təqdim etmiş və qazlar protokol tərtib edilərək ondan götürülmüşdür. Qazları ona satan şəxslər həmin qazları cinayət yolu ilə əldə etmələri barədə ona məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/165 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 1 illik, hər birinin çəkisi 4 kiloqram olan, ev quşu olan qazın 1 ədədinin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40,00 manat, 18 ədədi 720 (18 ədx40) manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2253 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən Zərərçəkmiş şəxs2 məxsus darvazanın bir tayı-130,00 manat, Zərərçəkmiş şəxs1 məxsus 2,5x10 sm, uzunluğu 6 metr ölçüdə olan 14 (on dörd) ədəd işlənməmiş taxtaların 1 (bir) ədədinin qiyməti 7 (yeddi) manat olmaqla ümumilikdə 98 (doxsan səkkiz) manat, 2,5x5 sm ölçüdə, 4 metr uzunluğunda olan 165 ədəd işlənməmiş taxtaların 1 (bir) ədədinin qiyməti 2,50 manat olmaqla ümumilikdə 412,50 (dörd yüz on iki manat əlli qəpik) manat, qalınlığı 4 mm, eni 4 metr, hündürlüyü 2,5 metr olan list dəmirdən hazırlanmış işlənmiş vəziyyətdə iki taylı darvaza 1000 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 1(039)-13/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli 38/2 nömrəli məktubdan görünür ki, Yevlax rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 1(039)-13/2022 saylı hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona təyin olunan cəzanı çəkməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 fevral 2022-ci il tarixdə saat 23.15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 24 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 fevral 2022-ci il tarixdə saat 21.25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 4(039)-40/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxslər X5 məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup təşkil etməklə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmələri nəticəsində zərərçəkmiş şəxslərin onlardan şikayətçi olmamasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərə görə səmimi peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətmələrini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onnun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlanıldığı dörd gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq azadlığın məhdudlaşdırılması cəzasına 1 günə 2 gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu ağırlşaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs1 Yevlax rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) günü CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (01 il 05 ay 28 gün) hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir və həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir tay darvazanın saxlanılması üçün Zərərçəkmiş şəxs2, 14 ədəd diri vəziyyətdə və 2 ədəd kəsilmiş vəziyyətdə olan qazların saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 22 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu və Mingəçevir şəhər ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Havarlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Yevlax rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) günü CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (01 il 05 ay 28 gün) hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir tay darvazanın saxlanılması üçün Zərərçəkmiş şəxs2, 14 ədəd diri vəziyyətdə və 2 ədəd kəsilmiş vəziyyətdə olan qazların saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar