Məhkəmə qərarları › İş №1(039)-102/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-102/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-102/2023 02.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək məqsəd ilə Zərərçəkmiş şəxs əmisi Faiq Aslanovla aralarında olan fərdi yaşayış evi ilə bağlı mübahisə ilə əlaqədar Yevlax rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə özündən yalandan uydurduğu “Daşqın” adlı Şəki Apellyasiya Məhkəməsində hakim işləyən şəxsin vasitəsilə Zərərçəkmiş şəxs xeyrinə qətnamə qəbul etdirəcəyi vədini verərək həmin işin həll edilməsi üçün “Daşqın” adlı şəxsin plastik bank kartına 2000 manat pul göndərməli olmasını deyib aldatmaqla 18 noyabr 2021-ci ilin tarixdə səhər saatlarında Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən “Neptun” supermarketinin içərisində olan “milliÖn” elektron ödəmə sistemi vasitəsi ilə “Daşqın” adlı şəxsə aid olduğunu deməklə özünün Zərərçəkmiş şəxs vermiş olduğu "xxxx"a məxsus istintaqla müəyyən edilməyən bank hesabına köçürtmüş olduğu 2000 manat pulunu, eyni niyyətlə Zərərçəkmiş şəxs “həmin mülki işə köməklik etməsi müqabilində özünə çatası pul adı” ilə istədiyi 400 manat puldan həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncunun 200 manat pulunu, Zərərçəkmiş şəxs əmisi Faiq Aslanovla aralarında olan fərdi yaşayış evi ilə bağlı mübahisə ilə əlaqədar Yevlax rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə Faiq Aslanov tərəfindən Zərərçəkmiş şəxs mülk evdən çıxması müqabilində ödəmək istədiyi 12.000 manat pulun Rusiya Federasiyasında yaşayan “kriminal aləm”in üzvü kimi təqdim etdiyi istintaqa məlum olmayan “Axmed” adlı şəxsin köməkliyi ilə 18.000 manat pul məbləğinə qədər yüksəldilməsinə köməklik göstərməsi müqabilində “Axmed” adlı şəxsə verilməsi adı ilə aldadıb xx.xx.2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranında Zərərçəkmiş şəxs 3200 manat pulunu, Faiq Aslanov tərəfindən Zərərçəkmiş şəxs mülk evdən çıxması müqabilində ödəmək istədiyi pul məbləğinin Rusiya Federasiyasında yaşayan “krimi nalaləm”in üzvü kimi təqdim etdiyi istintaqa məlum olmayan “Axmed” adlı şəxsin köməkliyi ilə 18.000 manatdan 19.000 (on doqquz min) manat pul məbləğinə yüksəltdiyini və bunun müqabilində “Axmed” adlı şəxsə əlavə olaraq pul verilməsi adı ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncunun 500 manat pulunu ələ keçirtməklə qəsdən vahid niyyətlə Zərərçəkmiş şəxs xeyli miqdarda ümumilikdə 5900 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona olan etibarından suiistifadə etməklə və aldatmaq yolu ilə təkrarən qəsdən əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs özünün işlədiyi Goranboy rayonunda yerləşən adını demədiyini tikinti şirkətində 700 manat pul qarşılığında işə qəbul etdirəcəyini vəd verib aldatmaqla xx.xx.2021-ci ildə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncudan 700 manatını almaqla Zərərçəkmiş şəxs etibarından sui-istifadə və aldatma yolu ilə əmlakını ələ keçirərək qəsdən təkrarən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, O, Zərərçəkmiş şəxs tanıyır, belə ki, o, Bəhruzu yaşadığı ərazinin polis sahə rəisi İlqar müəllimin vasitəsi ilə tanımışdır. O, Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayında tanımışdır. Belə ki, həmin ayın xatırlamadığı günü o, ailəsilə birlikdə ziyarətgaha getmiş, orada olarkən İlqar onun mobil nömrəsinə zəng edərək ona bir nəfər şəxsin zəng edəcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxsla telefonla danışıb Bəhruzla Yevlax şəhərində görüşmüşdür. Zərərçəkmiş şəxs görüş zamanı ona ailəsinin məhkəmədə işi olduğunu, bu işdə onlara köməklik etməsini xahiş etdiyini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs ona yaşadığı evin babasının evi olduğunu, evin əmisinin adına olduğunu, əmisigilin onları evdən çıxarmaq istədiyini, buna görə də məhkəmədə onlara köməklik lazım olduğunu bildirmişdir. O da Bəhruza köməklik edə biləcəyini bildirmiş, daha sonra polis sahə rəisi İlqarla telefonda danışaraq ona zəng edən Zərərçəkmiş şəxs probleminin ev mübahisəsi ilə bağlı olduğunu bildirmişdir. O, İlqar müəllimin əvvəllər Şəki şəhər polis şöbəsində işləməsinə görə Bəhruza Şəkidə tanışınını olduğunu deməsini, işi yoluna qoyacaqlarını deməsini bildirmişdir. O da Bəhruza ağlına gələn adı demiş, həmin şəxsin Şəki Apellyasiya Məhkəməsində işləyən Daşqın adında şəxs olduğunu və həmin şəxsin Bəhruzun Yevlax rayon Məhkəməsində olan əmisi Faiqlə arasında olan fərdi yaşayış evi üzrə mülki mübahiəsini həll edərək Bəhruza köməklik edəcəyini bildirmişdir. 18 noyabr 2021-ci il tarixdə Bəhruzdan 2000 manat pul alaraq həmin pulu Bəhruzun yanında Yevlax şəhərinin içərisində yerləşən “Neptun” supermarketin içərisində olan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ASC-də olan plastik kart hesabına vurmuşdur. Həmin kart hesabının o, kimə məxsus olduğunu bilməmişdir. O, pulu köçürtdükdən sonra qəbzi özündə saxlamış və sonra zibil qabına atmışdır. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayarkən əmisinin Rusiya Federasiyasının Sant Peterburq (Piter) şəhərində yaşadığını demişdir. O da orada yaşayan tanışı Maxmed adlı şəxslə əlaqə saxlamış və Axmedə Bəhruzun əmisinin öz doğma şikəst qardaşını evdən çıxardığını və bunun müqabilində cəmi 7000 manat pul verdiyini, Bəhruzun əmisi ilə danışmaq lazım olduğunu bildirmişdir. Bu zaman Maxmed (Axmed) ona maraqlana biləcəyini bildirmişdir. Maxmed də ona həmin pulu 7000 manatdan 15.000-20.000 manatadək qaldıra biləcəyini demişdir. Maxmedgil Bəhruzun əmisi Faiqlə danışdıqdan sonra pulu 18.000 manata qaldırmışlar. Bundan sonra Bəhruz ona könüllü olaraq 3000 manat pul vermiş, o da həmin pulu Maxmedə çatdırması üçün Yevlax şəhər avtovağzalında görüşüb Sumqayıtda yaşayan Rəşad adlı şəxsə vermişdir. Maxmed ləqəbli şəxs Zərərçəkmiş şəxs həqiqətən də köməklik göstərərək onun əmisi Faiqin Bəhruza verəcəyi pulun miqdarını yeddi min manatdan qaldıraraq on səkkiz min manat etmişdir. O, Maxmed (Axmed) ləqəbli şəxsə pulu verməsi üçün Bəhruzdan almış olduğu üç min manatı pulu Yevlax şəhərində avtovağzalın yaxınlığında Zaur adlı şəxsə vermişdir. Lakin o, Zaur adlı şəxsin soyadını və ata adanı, yaşadığı dəqiq ünvanı, mobil nömrəsini və avtomobilinin dövlət qeydiyyat nişanını bilmir. O, həmin şəxs haqqında adından başqa hər hansı bir məlumat bilmir. O, Maxmed (Axmed) adlı şəxsin yalnız adını bilir. O, həmin şəxsin soyadını və ata adını, yaşadığı dəqiq ünvanı, mobil nömrəsini və avtomobilinin dövlət qeydiyyat nişanını bilmir. O, Maxmedin Rusiya Federasiyasında Piter-də yaşadığını bilir. O, həmin şəxs haqqında başqa hər hansı bir məlumat bilmir. O, Maxmedi həmin dosdu vasitəsi ilə tanımamışdır. O, Maxmedi özü 2013-cü il tarixdə Rusiya Federasiyasında olarkən tanımışdır. O, Bəhruzla Maxmed (Axmed) arasında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə videozənglə əlaqə yaratmamış və həmin videozəngdə iştirak etməmişdir. O Maxmedlə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə yaradaraq həmin danışığa Zərərçəkmiş şəxs da qoşaraq üçlü qaydada konfrans səsli zəng yaratmışdır. Həmin vaxt da Bəhruz hadisə barədə özü geniş məlumat vermişdir. O, Zərərçəkmiş şəxs işlədiyi tikinti şirkətində işə düzəltmək adı ilə aldadaraq 30 noyabr 2021-ci il tarixdə axşam saatlarında, saat təxminən 21 radələrində Bəhruzun 700 manat pulunu ələ keçirtmişdir. Həmin vaxt onun niyyəti Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə Bəhruzun pulunu ələ keçirtmək olmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı övladları olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci ilin fevral ayının 16-dək ana və atası ilə birlikdə ünvan 2 ünvanında yerləşən, babası Cəlal Aslanova məxsus evdə yaşamışdır. ünvan 3 ünvanda yaşayır. Atası Şahid1 gil 4 qardaş olmuş, atası evin həm balacası, həmdə 1-ci qrup əlildir. ünvan 5 ünvanında babası Cəlal Aslanova məxsus fərdi yaşayış evi vardır. Evin özü və altında olan torpaq hissəsi, o cümlədən evin həyət yanı sahəsinin ¼ hissəsi əmisi Faiq Aslanova məxsus olmuş, həyətyanı sahənin ¾ hissəsi isə atası Şahid1 məxsus olmuşdur. O, əmisi Faiqlə onlara maddi yardım göstərməsi, onun da pulun üzərini düzəldib ev alması, əvəzində isə atasının evin həyətyanı sahəsinin ona aid hissəsini əmisi Faiqə bağışlaması, ev və həyətyanı sahənin bütünlükdə əmisi Faiqin mülkiyyətinə keçirilməsi barədə razılığa gəlmişlər. Əmisi 2016-cı il tarixdə evin sənədlərini yeniləyərkən onlara bildirmişdir ki, onlar üçün ayrıca ev alacaqdır. O, qeyd etmişdir ki, əmisi Faiq Rusiya Federasiyasının vətəndaşıdır, hazırda da Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yaşayır. 2016-cı il tarixdə də evin sənədlərini yeniləmək üçün Azərbaycana gəlmişdir. Onun işləri Rusiya Federasiyasında yaxşı olmadığından Azərbaycanda, Yevlax şəhərində baba evində yaşayıb iş qurmaq istəmişdir. 2018-ci il tarixədək əmisi Faiq özünün onlara ev alacağını, atasının evin ona aid hissəsini bağışlamasını bildirmişdir. Lakin 2018-ci il tarixdə isə əmisi fikrini dəyişərək maddi yardım göstərəcəyini, pulun üzərini də onların düzəldib ev alacaqlarını bildirmişdir. O, ata və anası ilə əmisinin onlara təxminən 20.000 (iyimi min) manat məbləğində pul yardımı göstərəcəyini, onların da üzərini düzəldib özlərinə ev alacaqlarını düşünmüşlər. Sonda, 2020-ci ilin yanvar ayının 17-də əmisi Faiqlə “Skype” sosial şəbəkəsində videogörüntülü əlaqə yaratmışlar. Əlaqə zamanı əmisi Faiq onun atası Cəbrayıla 10.000 (on min) manat pul verəcəyini, həmin məbləğdən artıq pul verməyəcəyini bildirmişdir. Həmin vaxta qədər onun atası evin həyətyanı sahəsinin ona aid olan hissəsini əmisi Faiqə bağışlamamışdır. Həmin vaxt əmisi Faiqə anası Şahid2 iradını bildirərək əvvəl onlara ev almağa söz verdiyini, niyə bəs sözünün üstündə durub ev almadığını və pulu da az verdiyini bildirmiş, həmin vaxt əmisi Faiq onların üçünün də ünvanına nalayiq söyüşlər söymüşdür. Zəng bitdikdən sonra o, əmisinə əsəbləşərək nalayiq ifadələr yazmış və əmisinin nömrəsini bloklamışdır. Əmisi 10 oktyabr 2021-ci il tarixdə digər əmisi Faiq və digər qardaşları, yəni əmisi Rizvan, Tofiq Aslanov və digər 2 nəfər dostu ilə birlikdə Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən yaşadıqları evə gəlmişdir. Həmin vaxt aralarında sözlü mübahisə yaranmışdır. Sonradan o da evdən çıxmalı olmuş və 14 gün Yevlax şəhərində dostu Hüseyn Muradovun yaşadığı evdə gedib orada qalmışdır. 2021-ci ilin oktyabr ayının 23-də anası onu evə çağırmış və gəlib evində qalmasını bildirmişdir. Buna görə də o, yenidən yaşadıqları evə getmişdir. Axşam saatlarında isə əmisi Faiq evə gələrək onu yenə evdən çıxartmışdır. Bundan sonra onlar ailəlikcə əmisi Faiqin onlara 10.000 (on min) manat pul verməsi və atasının da ona aid olan hissəni əmisinə bağışlaması barədə qərara gəlmişlər. 2021-ci ilin noyabr ayının 16-də onun mobil nömrəsinə Yevlax rayon məhkəməsindən bildiriş mesajı gəlmiş və əmisi Faiqin evlə bağlı iddiası üzrə xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında iştirak etməsi üçün məhkəməyə dəvət olunması qeyd olunmuşdur. O, 2021-ci ilin noyabr ayının 17-də Zaurun xatırlamadığı mobil nömrəsinə istifadəndə olan ***-***-**-** saylı mobil nömrəsindən zəng edib harada olmasını soruşmuş, Zaur isə ona onunla əlaqə saxlayacağı barədə məlumat verildiyini, hazırda özünün Ağdaş şəhərində olduğunu və axşam Yevlax şəhərində görüşə biləcəyini bildirmişdir. Həmin gün o, axşam saat təxminən 19-20 radələrində Zaur adlı şəxslə Yevlax şəhəri H.Əliyev prospektində “Mahir” aptekin qarşısında görüşmüşdür. Zaurun idarə etdiyi avtomobillə ikisi Yevlax şəhərində yerləşən “Xəzər Lada” avtoyumanın yanındakı kafeyə getmişlər. Kafedə çay içərkən Zaur ona bu məsələni həll etməyin iki yolu olduğunu bildirmiş, İlqar onların kriminal aləmində “Axmed” adı ilə tanınan şəxsin yaxını olduğunu, həm bu məsələni qanuni həll edə biləcəyini, həm də kriminal qaydada həll edə biləcəyini bildirmişdir. Həmin vaxt Zaur ona mobil telefonunda həmin Axmed ləqəbi ilə birdirdiyi şəxsin birlikdə olan şəklini göstərmişdir. Zaur sonra ona bir dayısı olduğunu, adının Daşqın olduğunu, Şəki Apellyasiya məhkəməsində işlədiyini, neçə dəfə Daşqına işinin düşdüyünü, onun da həll etdiyini bildirmişdir. Bundan sonra Zaur yanında həmin şəxsə zəng edib mövzunu danışmış və ona Daşqın müəllimin 20.000(iyimi min) manatadək pul ala biləcəyini, bunun əvəzində isə Daşqın müəllimə 2.000(iki min) manat pul verməli olduğunu, son sözü hakimin dediyini, hakimin marağı olmasa ona can yandırmayacağını bildirmişdir. O, evdəkilərlə bu məsələni məsləhətləşmiş və razılıqlarını almışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında, saat təxminən 10 radələrində Zaurun idarə etdiyi avtomobillə birlikdə Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən “Neptun” supermarketdə olan “milli ön” ödəmə terminalı vasitəsi ilə Zaurun ona Daşqın adı ilə tanıtdığı və hakim olduğunu bildirdiyi şəxsin "xxxx" plastik kartına 2.000 (iki min) manat pul göndərmişdir. Bundan sonra Zaur ona işini həll etdiyi üçün özünə 400 manat pul verməli olduğunu demiş, o da Zaurla razılaşmış, Zaurun idarə etdiyi avtomobillə evin qarşısına gəlmiş, evdən 200 manat alıb yaşadığı Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən evin qarşısında-küçədə Zaura vermiş və yerdə qalan 200 manatı da işi görüb qurtardığında verəcəyini bildirmişdir. Zaur səhəri gün onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək əmisinin whatsapp nömrəsini verməsini, Rusiya Federasiyasında qardaşlarının olduğunu, əmisi ilə danışıb razılaşacaqlarını bildirmişdir. O, qeyd etmişdir ki, Zaur “whatsapp” mobil tətbiqi vasitəsi ilə Axmed adı ilə bildirdiyi şəxsin səs yazısını göndərmiş, həmin səs yazısındakı şəxs Azərbaycan dilində danışmış və lazım gələrsə Piterdə qardaşlarının olduğunu, onların söhbət edəcəyini, qiyməti qaldıracaqlarını bildirmişdir. O da əmisi Faiqin mobil nömrəsini Zaura vermişdir. Zaur ona bu gecə rahat yatmasını, evin artıq onun olduğunu bildirmişdir. Səhəri axşam Zaur onun mobil nömrəsinə zəng edərək Axmedgilin onun əmisilə danışdığını, əmisinin verəcəyi pulu 18.000 manatadək qaldırdığını, buna görə də Axmedgilə hörmət eləmək lazım olduğunu bildirmiş, o da Zaura məhkəmədə alacağı puldan Axmedə verəcəyini bildirmiş, Zaur da ona narahat olmamasını, məhkəmənin verəcəyi pulun da cibində olduğunu bilməsini, onun 3000(üç min) manat pul verməsini, pulu Axmed gilə göndərəcəyini bildirmişdir. Həmin gün Zaur onlara gəlmişdir. Həmin vaxt əmisi Faiq Rusiya Federasiyasında olmuşdur. Zaur onun əmisinin mobil nömrəsinə onun yanında yığmış, söhbət zamanı əmisi Faiq onlara 18.000 manat pul verəcəyini bildirmişdir. Zaur da ona gedib 3000 manat pul gətirməsini, 200 manat da əvvəldən qalan pulunu verməsini bildirmiş, o da Zaurla tanıdığı Bəhruz adlı taksi sürücüsünün idarə etdiyi Vaz 2107 markalı nömrəsini bilmədiyi avtomobillə Yevlax şəhərində Kür çayının sahilində yerləşən “Mayaq” kafesinə getmiş, orada şam yeməyi yemişlər. Onu da bildirmişdir ki, Bəhruz adlı taksi sürücüsünün onların arasında olanlarla bağlı hər hansı bir məlumatı yoxdur. O, 20 noyabr 2021-ci il tarixdə axşam saatlarında, saat təxminən 20 radələrində orada Zaura 3200(üş min iki yüz) manat pul vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayının 30-da Zaur ona adını işlədiyi tikinti şirkətinə işə düzəltməsini oradanda 1000 manat maaş almasını bildirmiş, Zaurun təklifi onu cəzb etmiş və o Zaurla razılaşmışdır. Zaur bundan ötrü ona 700 manat pul verməli olduğunu demiş, o da Zaurla razılaşmış və 30 noyabr 2021-ci il tarixdə axşam saatlarında, saat təxminən 21 radələrində Zaura 700 (yeddi yüz) manat pul vermişdir. Həmin vaxt Zaur ona söz vermişdir ki, onu işlədiyi Goranboy rayonunda yerləşən tikinti şirkətində işə düzəldəcəkdir. Lakin həmin hadisənin üzərindən uzun müddət keçməsinə baxmayaraq Zaur onu tikinti şirkətində işə düzəltməmişdir. Hətta onu işə qəbul etmək üçün heç kim çağırmamış və o, heç kimlə görüşməmişdir. Bundan başqa 1-2 dekabr 2021-ci il tarixlərdə Zaur onun mobil nömrəsinə zəng edərək məhkəmənin müddətini uzatmaq lazım olduğunu, yoxsa hakim Daşqın müəllimə verdikləri 2000 manat pulun batacağını bildirmiş, o da buna görə məhkəmə iclası günü iştirak edə bilməyəcəyi ilə bağlı Yevlax rayon məhkəməsinə Yevlax şəhər mərkəzi poçtundan teleqram vurmuşdur. Buna əsasən də məhkəmə iclasının müddəti 22 dekabr 2021-ci ilə qədər uzadılmışdır. Təqsirləndirilən şəxs ona Apellyasiya Məhkəməsinin hakimi kimi tanıtmış olduğu Daşqın adlı şəxsi o görməmiş və həmin şəxslə telefon vasitəsi ilə danışmamışdır. Həmçinin həmin şəxsə pul göndərən zaman pulu göndərmiş olduğu "xxxx"a məxsus kart hesabı Daşqın adlı şəxsə məxsus olmamışdır. O, həmin kartın kimə məxsus olduğunu bilmir. Pulu həmin karta Zaur onun yanında göndərmiş və pulu göndərdikdən sora qəbzi özü ilə götürmüş, ona verməmişdir. O, Daşqın adlı şəxsin adından başqa onun haqqında hər hansı bir məlumat bilmir. O, Təqsirləndirilən şəxs ona Rusiya vətəndaşı kimi təqdim etdiyi “Axmed” ləqəbli şəxslə görüşməmiş, Axmed adlı şəxsi görməmiş və mobil telefonla danışmamışdır. Həmçinin Zaurun adını qeyd dediyi “Axmed” ləqəbli şəxs ona hər hansı bir köməklik göstərməmişdir. Həmçinin ümid etmişdir ki, Zaur onu işə düzəldəcəkdir. Lakin Zaur ondan almış olduğu pulların heç bir qismini ona geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onunla 700 manata razılaşaraq ondan 700 manat pul almışdır ki, onu Goranboy rayonunda yerləşən adını bilmədiyi tikinti şirkətində işə düzəldəcəkdir. Lakin Təqsirləndirilən şəxs ona vermiş oluğu və də əməl etməmiş və ondan almış olduğu pulu ona geri qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun oğludur. Onunla qardaşı Faiq Aslanov arasında ata mülkləri olan fərdi yaşayış evi üzərində, yəni mülkün bölünməsi ilə bağlı mübahisələri olmuşdur. Onlar aralarında olan mülkü məsələ üzrə Yevlax rayon Məhkəməsində araşdırma aparılmışdır. Onun oğlu Zərərçəkmiş şəxs tanışı olan Təqsirləndirilən şəxs həmin mülki mübahisənin onların lehinə həll olmasına köməklik göstərməsi adı ilə oğlu Bəhruzdan pul almış, lakin hər hansı bir köməklik göstərməmişdir. Hətta Təqsirləndirilən şəxs onların lehinə qərar qəbul olunmasından başqa həmin mülk üzrə bizə düşən payın, yəni pulun miqdarının artırılması üçün oğlu Bəhruzdan bir neçə dəfə pul almış və buna baxmayaraq onlara hər hansı bir qaydada köməklik göstərməmiş və onlara heç kim həmin sözügedən mülkdən daha artıq pay, yəni pul verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun oğlu Bəhruzu işlədiyi tikinti şirkətində işə düzəltmək adı ilə Bəhruzdan pul almış, lakin Təqsirləndirilən şəxs oğlu Bəhruzu aldadaraq onu işə düzəltməmişdir. O və arvadı Sücayət Bəhruzla birlikdə yaşadığı üçün Bəhruz bütün baş verənləri ona və arvadı Sücayətə danışdığı üçün onların bu barədə məlumatları vardır. Lakin həmin pullar oğlu Bəhruza məxsus olduğundan Bəhruz ona Təqsirləndirilən şəxs vermiş olduğu pulların miqdarını desədə, o, Bəhruzun Təqsirləndirilən şəxs ümumilikdə və yaxud da ayrı-ayrı ayrılıqda vermiş olduğu pulların dəqiq məbləğini xatırlamır. Təqsirləndirilən şəxs müxtəlif üsullardan istifadə etməklə oğlu Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə onun xeyli miqdarda pulunu ələ keçirtmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (iş vər.01-02); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.65); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 15.30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,xx.xx.2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə 06 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. (iş vər. 97-98); Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 31 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Ümid və xx.xx.2015-ci il təvəllüdlü Fərid adlı uşaqları vardır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(iş vər.232-235); Təqsirləndiirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü müddələri ilə elan edilmiş ittihamın məzmununda dəyişiliklər edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmununda ittiham elen edilməsi qərara alınmışdır.(iş vər.251-252); Cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X2 ilə baraışmasını və oan dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır; Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 1(039)-76/2020 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06(altı) ay 07 (yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı bir iddia və şikayəti yoxdur, tələbin təmin edilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, hazırda ondan heç bir şikayət və olmadığını nəzərə alımasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 143300 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurduğu ziyanın 25 faizi həcmində dövlət büdcəsinə 1650 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi üçün səhvən dəymiş ziyanın 25%-ni dövlət bücəsinə ödədiyindən həmin 1650 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 15.3-ci maddəsinə görə Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-ci maddəsinə görə cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur; 59.1.12-ci maddəsinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur; 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur 59.2-ci maddəsinə görə Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini ona tətbiq edilmiş şərti məhkum etmə dövründə törətdiyindən Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-1-ci maddəsi ilə təyin edilmiş 01 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 07 gün vaxtından əvvəl şərti azad edilməsi barədə Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ona təyin edilmiş şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və vaxtından əvvəl şərti azad edildiyi 06 ay 07 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladları olduğunu, cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinin Qeydinə əsasən 1. Şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinin təsiri altına düşmədiyindən xx.xx.2023-cü il tarixli 143300 saylı qəbzə əsasən təqsirləndirilən şəxs tərəfindən vurduğu ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödənilmiş 1650 manat pul ona qaytarılmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (59.1.4, 59.1.12, 59.1.13 və 59.2) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CMnin 177.2.3-1-ci maddəsi ilə təyin edilmiş 01 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 07 gün vaxtından əvvəl şərti azad edilməsi barədə Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və vaxtından əvvəl şərti azad edildiyi 06 ay 07 gün azadlığın məhdudlaşdırılması cəzası CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində 1 il 09 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. xx.xx.2023-cü il tarixli 143300 saylı qəbzə əsasən dövlət büdcəsinə ödənilmiş 1650 manat pul Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 16 (on altı) saat 30 dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar