Məhkəmə qərarları › İş №1(039)-102/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-102/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-102/2024 22.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Yevlax rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 4(039)-24/2024 nömrəli qərarı ilə həbsetmənin əvvəli 30 mart 2024-cü il tarixdən saat 15:30-dan hesablanmaqla barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 avqust 2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 305 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməklə qanunsuz olaraq saxlamış, 28 fevral 2024-cü il tarixdə Yevlax st.xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Yevlax st.XPŞ-yə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən satış məqsədi olmadan saxladığı 305 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 194,19 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 30 mart 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində onun üzərindən qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 194,19 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən satış məqsədilə qanunsuz olaraq hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 306189 №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə, texniki cəhətdən saz, atəşə yararlı, yivli, Kalaşnikov konstruksiyalı, 01 ədəd AK-74 modelli avomatik odlu silahı, 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olmaqla döyüş sursatı olan atəşə yaralı 121 ədəd patronu, bir ədəd Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan darağı (sandıqçanı) Yevlax şəhəri ərazisində “Təzə Bazar” adlı binada saxlamış, Təqsirləndirilən şəxs odlu silahın əldə edilməsində şübhəli bilindiyinə görə 30 mart 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, 30 mart 2024-cü il tarixdə video çəkilişlə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə “Təzə Bazar” adlı binanın içərisinə baxış keçirilən zaman oradan Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əldə edib saxladığı hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 306189 №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yaralı, yivli, Kalaşnikov konstruksiyalı, 01 ədəd AK-74 modelli avomatik odlu silah, SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olmaqla döyüş sursatı olan atəşə yaralı 121 ədəd patron və bir ədəd Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan daraq (sandıqça) aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, O, 2024-cü ilin fevral ayının 28-də Yevlax şəhərində yerləşən “Gilan” dəri zavodunun yaxınlığından zibil qırıntıları yığarkən orada olan kolluqdan sellofan bükülü tapmışdır. O, bükülünü açıb içərisinə baxdıqda bükülünün içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin gün Yevlax şəhər dəmir yol stansiyasının ərazisində polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək onu Yevlax xətt polis şöbəsinə dəvət etmişdirlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən çəkisi narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür və elektron tərəzidə çəkilmiş, və çəkisi 305 qram narkotik vasitə qablaşdırılmışdır. Bundan başqa o, 2024-cü ilin mart ayının 16-da Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində, meşəlik ərazidə olan zaman bir ədəd sintetik kisə tapmış və kisənin içərisinə baxdıqda həmin kisədə 1 ədəd AK 74 markalı avtomat, həmin avtomatın güllərinin və sandıqcasının (daraq) olduğunu görmüşdür, həmçinin həmin sintetik kisənin içərisində bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. 30 mart 2024-cü il tarixdə narkotik vasitəni gizlətdiyi yerdən götürərək öz evinə aparmaq qərarına gəlmişdir. Buna görə də 30 mart 2024-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı gizlətdiyi yerdən götürərək içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd sellofan torbanı götürərək, yaşadığı küçəyə doğru hərəkət etməyə başlamışdır. 30 mart 2024-cü il tarixdə yaşadığı H.B.Zərdabi küçəsinə çatdıqda polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində, həmçinin odlu silahı saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirmişdirlər. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdirlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun üzərindən 1 ədəd sellofan torbada olan 194,19 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı polis əməkdaşlarının onun avtomat silahı saxladığından məlumatlarının olduğunu bildiyindən o, qanunsuz olaraq odlu avtomat silahı və güllələrini saxladığını etiraf edərək avtomat silahını və güllələrini saxladığı yeri göstərə biləcəyini polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsindən çıxmış və polis əməkdaşlarını avtomat silahını gülləri ilə birlikdə gizlətdiyi “Təzə Bazar” adlanan əraziyə getmişdir. Təhqiqatçı tərəfindən sintetik kisənin içərisinə baxılmış və gizlətdiyi 01 ədəd AK 74 markalı avtomat, həmin avtomata məxsus 121 ədəd güllə və sandıqça aşkar edilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlaması barədə 28 fevral 2024-cü il tarixdə Yevlax stansiyasının xətt polis şöbəsinin əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuşdur. O, həmin günü polis əməkdaşı Şahid4 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhər dəmir yol stansiyasının ərazisində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış, o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə Yevlax st. Xətt polis şöbəsinə məlumat daxil olduğunu, və onu Yevlax st.XPŞ-nin inzibati binasına gətirib, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən çəkisi narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür və elektron tərəzidə çəkilmiş, və çəkisi 305 qram narkotik vasitə olan qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iclasına Şahid1 ərizə ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etməyən və ifadəsi elan olunan polis əməkdaşı Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəyə əsasən 30 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Nizami prospektinə getmişdir. O, Yevlax şəhəri H.B.Zərdabi küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, və onlarla polis şöbəsinə getməli olduğunu bildirmişdir.Onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməməyi xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına təhvil vermişdirlər. Yevlax RPŞnin inzibati binasında müdafiəinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə 1 ədəd sellofan torbaya bükülmüş bükülünü təqdim etmişdir. Həmin sellofan bükülü içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 210 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni bir ədəd sintetik kisənin içərisində təxminən 10-15 gün öncə Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində, meşəlik ərazidə tapdığını, həmin sintetik kisəsnin içərisində bir ədəd avtomat silahı və patronlarının da olduğunu, həmin avtomoat silahı və patronlarını Yevlax şəhərində yerləşən “Təzə Bazar” adlanan ərazidə, fəaliyyətsiz və giriş-çıxış olmayan binanın içərisində gizlətdiyini, həmin avtomat silahın da yerini göstərə biləcəyini bildirmişdir. Bundan sonra o, digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs istiqamət verməsi ilə Yevlax şəhəri Nizami prospektində yerləşən “Təzə Bazar” adlanan yerə getmişdir. Təqsirləndirilən şəxs orada fəaliyyət göstərməyən, giriş-çıxış olmayan sahibsiz binaya daxil olaraq binanın içərisində 1 ədəd avtomat silahı və güllərəinin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən sintetik kisəsnin içərisinə baxıldıqda sintetik kisənin içərisində 1 ədəd AK-74 avtomatının, 1 ədəd sandıxça və 121 ədəd patron aşkar edilərək götürülmüşdür. X6 tərəfindən 1 ədəd AK-74 avtomatı, 1 ədəd sandıxça və 121 ədəd patron ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 01 mart 2024-cü il tarixdə qəbul edilmiş “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən marixuanaya bənzər kütlənin çəkisi 0.210 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən marixuanaya bənzər kütlənin çəkisi 0.310 qram olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Yevlax şəhər Təzə Bazar” adlı binanın içərisinə baxış keçirilən zaman oradan Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əldə edib saxladığı hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 306189 №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yaralı, yivli, Kalaşnikov konstruksiyalı, 01 ədəd AK-74 modelli avomatik odlu silah, SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olmaqla döyüş sursatı olan atəşə yaralı 121 ədəd patron və bir ədəd Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan daraq (sandıqça) aşkar olunmuşdur. Yevlax rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 4(039)-24/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 30 mart 2024-cü il tarixdən saat 15:30-dan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 29 fevral 2024-cü il tarixli 3-16-16-2-17/216 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs... Müdafiəçi S.H.Bəkirova.” yazısı, digər adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada təmiz çəkisi – 305,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd. Tədqiqata sərf edildi 0.20 qram, qalıq 304.80 qram Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 31 mart 2024-cü il tarixli 3-16-16-2-17/325 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi-axtarış və götürmə zamanı aşkar olunmuş” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada təmiz çəkisi – 194,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 194.14 qram Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/689 nömrəli rəyində göstərilmişdir ki, tədqiqta təqdim edilmiş 01 ədəd 306189 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir. Yuxarıda göstərilən səbəbdən, darağ hal-hazırda texniki cəhətdən nasazdır və təyinatı üzrə istifadə üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 121 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİdə yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 121 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-odlu silah ekspertizasının 01 aprel 2024-cü il tarixli 24/689 nömrəli rəyinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən göndərilmiş, güllə-giliz nümunələrinin yoxlanılmasının nəticəsi barədə 29 aprel 2024-cü il tarixli 3-13-11/2-5536/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli 3-13-117/2-5859/24 nömrəli məktubunuzla təqdim edilmiş 5,45 mm kalibrli, 306189 nömrəli AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının 30 aprel 2024-cü il tarixli 731 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Əsədov X4 Qarnizonu Hərbi Kollegiyasının xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.1998-ci il tarixli “Amnistiya” qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən çəkilməmiş cəzası ½ qədər azaldılıb, 02 il 04 ay 11 gün cəza saxlanmışdır. Bundan başqa Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin Yevlax rayon məhkəməsinin xx.xx.2013-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə, həmin Məcəllənin 234.1-ci maddəsiisə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrinvə qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla vəya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi,habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir(9-cu bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 ” iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi və CM-nin 234.1-ci maddəsinə münasibətdə cinayətlərin təkrar törədilməsidir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, bir ədəd zərfdə qablaşdırılmış 0,20 qramı ekspertiza tədqiqatlarına sərf edilmiş - 305,0 qramdan qalmış - 304,80 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış 0,05 qramı ekspertiza tədqiqatlarına sərf edilmiş -194,19 qramdan qalmış - 194,14 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut Yevlax RPŞ-nin odlu silahların saxlanılması otağında saxlanılan, 01 ədəd möhürlənmiş polimer bükümdə qablaşdırılmış 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə edilmiş - 121 ədəd 5,45 x 39 mm kalibrli patronlardan qalmış - 118 ədəd 5,45x39 mm kalibrli patronlar, 01 ədəd 5,45 mm kalibrli 306189 nömrəli AK-74 modelli avtomat və 1 ədəd daraq hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə, CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, bir ədəd zərfdə qablaşdırılmış 0,20 qramı ekspertiza tədqiqatlarına sərf edilmiş - 305,0 qramdan qalmış - 304,80 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zərfdə qablaşdırılmış 0,05 qramı ekspertiza tədqiqatlarına sərf edilmiş -194,19 qramdan qalmış - 194,14 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Yevlax RPŞ-nin odlu silahların saxlanılması otağında saxlanılan, 01 ədəd möhürlənmiş polimer bükümdə qablaşdırılmış 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə edilmiş - 121 ədəd 5,45 x 39 mm kalibrli patronlardan qalmış - 118 ədəd 5,45x39 mm kalibrli patronlar, 01 ədəd 5,45 mm kalibrli 306189 nömrəli AK-74 modelli avtomat və 1 ədəd daraq hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs 70,52 (yetmiş manat əlli iki qəpik) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar