Məhkəmə qərarları › İş №1(039)-102/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-102/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-102/2025 19.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, M.Maqomayev küçəsi ev 2-də qeydiyyatda olmaqla və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 16 may 2025-ci il tarixdə saat 11 radələrində, Yevlax şəhəri Fizuli küçəsində yerləşən «Oba» marketin yaxınlığında 1 ədəd şəffaf sellofan bükümdə 0,791 qram xeyli miqdarda narkotik vasitə olan heroini tanışı X3 10 (on) manat müqabilində alaraq üzərində saxlamış, 17 may 2025-ci il tarixdə saat 10:12-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri Çənlibel qəsəbəsində qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada həmin gün saat 10:12-dən 10:22-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun əynindəki şalvarın sol yan cibindən 0,791 qram xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni Emildən almamışdır. Onun özünə məxsus olmuş və özündə saxlamışdır. 17 may 2025-ci il tarixdə polis əməkdaşları onu evindən gəlib götürüb aparmış, qaz zavodunun həyətində çəkiliş aparmışlar. Daha sonra şöbədə narkotik vasitəni Emildən əldə edibetməməsi soruşulanda qorxduğundan deyilənləri olduğu kimi təsdiq etmiş və videogörüntüdə etiraf etmişdir. Lakin, həmin maddəni Emildən almamışdır. Aşkar olunan maddə ona məxsus olmamış, onun üzərinə qoyulmuşdur. Məhkəmənin növbəti iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək mahiyyəti üzrə ifadə verməmiş, barəsində amnistiya tətbiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində və polis baş leytenantı rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması, istifadə etməsi barədə 17 may 2025-ci il tarixdə Yevlax rayon polis şöbəsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun, Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkili, polis mayoru Şahid2 və Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki şalvarının sol yan cibindən 1 ədəd sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə - heroin olduğunu, həmin narkotik vasitə olan heroini istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd sellofan bükümün içərisinə baxdıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə așkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, DİN-in zərflər üçün olan möhürü ilə möhürlənmiş, protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və Yevlax rayon polis şöbəsində üzərinə baxış keçirilən zaman nə polis əməkdaşları tərəfindən nədə ki, başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxutda psixi təsir göstərən olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkili, polis mayoru Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə digər Şahid3 məhkəməyə teleqram ünvanlayaraq xidməti vəzifəsi ilə bağlı kursda olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəməyə təklif etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş olan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və bir bükümdə olan ağ rəngli sellofana bükülmüş, kütlənin çəkisinin 1,07 qram olması müəyyən olunmuşdur (müvafiq CD disk əlavə olunub)( i.v.10); “Diskdə olan videoyazıya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, disklərdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun (i.v.11); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə və iştirakçılar yazılmış zərfdən 1 (bir) ədəd zərfin içərisində ağ rəngli sellofan bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur (müvafiq DVD disk əlavə olunub).(iş vər. 13-15); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün saat 10:12-də məhdudlaşdırılmışdır(iş vər.26-27); “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir (müvafiq DVD disk əlavə olunub, iş vər. 32-39); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/354 nömrəli rəyindən görünür ki, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər maddə....” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 0,791 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin tədqiqata sərf edildi - 0,050 qram, qalıq- 0,741 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır (iş vər. 45-49); Materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/357 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ayrı-ayrılıqda 02 ədəd zərfin içərisindəki 02 ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroinin təmiz çəkisi -0,741 qr. Tədqiqata sərf edildi- 0,50 qr, qalıq 0,691 qr (iş vər. 119-121); Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (iş vər.70-80); Yevlax rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X2 verdiyi qəbzdən görünür ki, Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 1 ədəd “Attenti” markalı elektron nəzarət vasitəsinə aid mobil qurğunun və 1 ədəd elektron qol bağını xx.xx.2025-ci il tarixdə təhvil almışdır (iş vər.81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(iş vər.93) Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Yevlax şəhəri M.Maqomayev küçəsi ev 2-da yaşayır və həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü X4, qızı xx.xx.2009-cu il təvəllüdlü X5 adlı ailə üzvləri vardır (iş vər.95) Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.110-113); xx.xx.2025-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Emin Əliyevin üzünə qarşı bildirmişdir (müvafiq DVD disk əlavə olunub) (iş vər.122-124); Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2025-cü il tarixli 35242/2 nömrəli məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək cəzasından 3 ay 6 gününü çəkmiş, 2 il 2 ay 20 gün isə çəkilməmiş olaraq qalmışdır (iş vər.128); “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərara əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 965 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər.129); “Sübutların qiymətləndirməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,691 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir(iş vər.130-139); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “@Jhua” markalı yaddaş qurğusu və 01 ədəd “ZYKEN” markalı DVD-R diskdə tədqiqatı tələb olunur xx.xx.2025-ci il saat 10:00-dan 10:30-dək zaman intervalında olan videofonoqram ilkin yazılmış videofonorqram olub eynilik təşkil edir, yazışma zamanı və ya yazışmadan sonra hər hansı montaj əlamətləri müəyyən olunmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-dan saat 10:04-dək yaşayış yerində (Yevlax rayonu, Müslüm Maqomayev küçəsi ev 2), saat 10:05-də yaşayış yerini tərk edərək saat 10:10-dan saat 10:23-dək Yevlax maye qaz doldurma stansiyasının yaxınlığında sabit mövqedə olmuş, saat 10:24-də hərəkətə başlayaraq saat 10:30-dan etibarən Yevlax rayon polis idarəsində saxlanılmışdır. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 0,791 qram xeyli miqdarda narkotik vasitə olan heroin üzərində saxlamış, 17 may 2025-ci il tarixdə saat 10:12-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri Çənlibel qəsəbəsində qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada həmin gün saat 10:12-dən 10:22-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun əynindəki şalvarın sol yan cibindən 0,791 qram xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli ərizəsindən görünür ki, onun barəsində olan CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini və himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğuna görə onun barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət işinin icraatına xitam verilməsini və o cinayət məsuliyyətinsən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini müəyyən edir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal azad edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübut olan narkotik vasitənin qalığı – 0,691 qram heroinə qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 71.94 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və profilaktik nəzarətdə saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,691 qram çəkidə narkotik vasitə olan heroini qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarında olan protokollara əlavə edilmiş 4 ədəd kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Qərarda elan edildiyi vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar