Məhkəmə qərarları › İş №1(039)-103/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-103/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-103/2020 16.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təhsili olmayan, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Ü. Hacıbəyov küçəsi, 144 ünvanında qeydiyyatda olan, faktiki olaraq Yevlax şəhəri, C. Kərimov küçəsi, 115 ünvanında yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxxx 2020-ci il tarixdə, Yevlax şəhəri, Ü. Hacıbəyov küçəsində, saat 15:10 radələrində saxlanılıb üzərində saat 15:30-dan saat 15:50-dək olan müddətdə, müdafiəçi-vəkil iştirakı ilə və video çəkilişlə keçirilmiş baxışaxtarış nəticəsində, əyindəki göy rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə cəmi – 0,437 qram miqdarında heroin aşkar olunaraq qanuna uyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitələrdən istifadə edir. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 11:00-da, Yevlax şəhəri, C. Kərimov küçəsində gəzərkən yolun kənarında qırmızı rəngli kağıza bükülmüş bükülü tapmışdır. Bükülünü açdıqda içində narkotik vasitə olan heroin olduğunu görmüşdür, belə ki, əvvəllər də istifadə etdiyi üçün bu maddənin heroin olduğunu anlamışdır. Həmin bükülünü sonradan istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub üstündə saxlamışdır. Həmin gün, saat təxminən 15:10-də Yevlax şəhəri, Ü. Hacıbəyov küçəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir və o, buna etiraz etməmişdir. Ora müdafiəçi dəvət edilmiş və video çəkiliş aparılmaqla üstünə baxış keçirilmişdir. Bu zaman onun əynindəki şalvarın sağ yan cibindən həmin bükülü aşkar edilmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, bükülüdəki narkotik vasitə olan heroindir, küçədən tapmış və öz istifadəsi üçün saxlamışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ona elan edilmiş və protokolu imzalamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində CAB əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə ona məlumat daxil olmuş və bu müraciət əsasında raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Şöbə rəhbərinin əmri əsasında onun da daxil olduğu əməliyyat-axtarış qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü olan Şahid2la birlikdə Təqsirləndirilən şəxs onlar tərəfindən Yevlax şəhəri, Ü. Hacıbəyov küçəsində saxlanılmış və Yevlax Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərinə video çəkiliş aparılmaqla baxış keçiriləcəkdir. Bu məqsədlə ona müdafiəçi də təqdim edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qırmızı rəngli bükülü aşkar edilmişdir. Bükülüdə toz halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə heroindir, xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, C. Kərimov küçəsində yerdən tapmışdır. Həmin narkotik vasitə tərəzidə çəkilmiş, qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüşdür. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində İTB sahə rəisi vəzifəsində işləyir. Belə ki, Təqsirləndirilən şəxs bir Yevlax şəhər sakini kimi əvvəllər tanımış, onunla hər hansı bir ədavəti olmamışdır. Lakin, onun məhkum olunduğunu bilmişdir. xx xxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuşdur. Yevlax Rayon Polis Şöbəsinin CAB əməliyyat müvəkkili Şahid1 şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra əməliyyat qrupu yaradılmış və o, yaradılmış qrupa daxil edilmişdir. Təxminən saat 15:10-da, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Yevlax şəhəri, Ü. Hacıbəyov küçəsi istiqamətində getmiş və Təqsirləndirilən şəxs orada olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu, polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədən onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qırmızı rəngli bükülü aşkar edilmişdir. Bükülünün içində isə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir, bu bükülünü bir gün öncə Yevlax şəhəri, C.Kərimov küçəsindən tapmışdır. Aşkar edilmiş narkotik vasitə tərəzidə çəkilmiş, sonra isə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, habelə daha sonra ifadə verməsini özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli kağıza bükülmüş bükülü aşkar olunması müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərində narkotik vasitə saxlaması barədə etirafedici ifadə verməsi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxx 2020-ci il tarixli 17/295 saylı ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd qırmız-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,431 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh. 75) Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 510 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. (səh.96) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eləcə də səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 0,381 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi istintaq zamanı 43 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 258 manat və məhkəmə zamanı dövlət hesabına göstərdiyi 8 saat hüquqi yardıma görə 48 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,381 qram çəkidə narkotik vasitə -heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri- 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Dövlət hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 258 manat və məhkəmə dövrü üçün 48 (qırx səkkiz) manat, cəmi 306 (üç yüz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar