Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-103/2022 17.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə, xx xxx 1994-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə, qəsdən vahid niyyətlə qabaqcadan əldir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədi ilə 2021-ci ilin sentyabr ayının 20dən 25-dək olan müddətdə, istintaqla müəyyən edilməyən günlərdə və saatlarda əvvəllər kirayəçi kimi yaşadıqları Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən otaqlarından 176 manat dəyərində səkkiz ədəd döşəmə taxtasını, 80 manat dəyərində bir ədəd qaz sobasını, 100 manat dəyərində bir ədəd çarpayını, 150 manat dəyərində bir ədəd elektrikli süpürgəni, 80 manat dəyərində bir ədəd alüminium ləyəni, ümumilikdə 130 manat dəyərində iki ədəd alüminium vannaları, ümumilikdə 10 manat dəyərində iki ədəd kauçuk vannaları, 160 manat dəyərində bir ədəd “Samsung” markalı, 32 düym televizoru, 130 manat dəyərində bir ədəd elektrik sacını, 350 manat dəyərində büllur qabları, 50 manat dəyərində bir ədəd alüminium su qabını, 200 manat dəyərində bir ədəd samovarı, 380 manat dəyərində üç ədəd döşəyi 36 kiloqram qoyun yunu ilə birlikdə, 50 manat dəyərində beş ədəd taxta stulu və evin həyətindən 400 manat dəyərində bir ədəd əşyaları ilə birlikdə dülgər aparatını və 500 manat dəyərində bir ədəd darvazanın metaldan olan üzlüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 2,946 manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədilə 2021-ci ilin sentyabr ayının 20-dən 25-dək olan müddətdə istintaqla müəyyən edilməyən günlərdə və saatlarda əvvəllər kirayəçi kimi yaşadıqları Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətində qanunsuz daxil olaraq evin otaqlarından ümumilikdə 176 manat dəyərində səkkiz ədəd döşəmə taxtasını, 80 manat dəyərində bir ədəd qaz sobasını, 100 manat dəyərində bir ədəd çarpayını, 150 manat dəyərində bir ədəd elektrikli süpürgəni, 80 manat dəyərində bir ədəd alüminium ləyəni, ümumilikdə 130 manat dəyərində iki ədəd alüminium vannaları, ümumilikdə 10 manat dəyərində iki ədəd kauçuk vannaları, 160 manat dəyərində bir ədəd “Samsung” markalı, 32 düym televizoru, 130 manat dəyərində bir ədəd elektrik sacını, 350 manat dəyərində büllur qabları, 50 manat dəyərində bir ədəd alüminium su qabını, 200 manat dəyərində bir ədəd samovarı, 380 manat dəyərində üç ədəd döşəyi 36 kiloqram qoyun yunu ilə birlikdə, 50 manat dəyərində beş ədəd taxta stulu, evin həyətindən 400 manat dəyərində bir ədəd əşyaları ilə birlikdə dülgər aparatını və 500 manat dəyərində bir ədəd darvazanın metaldan olan üzlüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 2,946 manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, Təqsirləndirilən şəxs2la təxminən 2020-ci ilin sonlarından qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışdır. Yevlax şəhərində yaşamağa evləri olmadığından 2021-ci ilin iyul ayından Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evdə kirayəyə yaşamağa başlamışlar. Lakin, kirayə haqqını tam olaraq ödəyə bilmədikləri üçün həmin ilin avqust ayında həmin evdən çıxmışlar. 2021-ci ilin sentyabr ayında Sabirlə belə razılaşmışlar ki, Zərərçəkmiş şəxs həmin evindən ona məxsus ev əşyalarını oğurlasınlar. Birinci dəfə Sabirlə birlikdə həmin ünvana getmişlər və evin həyətinin qapısı açıq olduğundan həyətə daxil olmuşlar. Həyətdən müxtəlif adda dəmir əşyaları, dəmir darvaza torunu götürmüşlər. Sonra Sabir taksi çağırmış, həmin əşyaları taksiyə yükləyərək aparıb satmışdır. Bundan bir neçə gün sonra yenə də həmin ünvana gedərək həyətə, daha sonra isə evin ikinci mərtəbəsinə daxil olmuşlar. Oradan səkkiz ədəd döşəmə taxtasını götürüb Sabirin çağırdığı taksi ilə orada aparıb satmışlar. Eyni qayda ilə, bir neçə dəfə həmin evdən tam olaraq xatırlamadığı əşyaları götürüb satmışlar. Həmin əşyaları öz əşyaları kimi təqdim edərək tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışlar. Oğurladıqları əşyalar ittiham aktında qeyd edilən əşyalardan az olmuş, həmin əşyaların qiymətləri də ittiham aktında qeyd edilən qiymətlərdən az olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünə aid hissədə vurulmuş zərəri tam olaraq ödədiyini, əməlindən peşman olduğunu, himayəsində övladının olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 2020-ci ilin dekabr nikahlarını qeyd etdirmədən, ər-arvad kimi yaşamağa başlamışlar. 2021-ci ilin iyul ayından Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evdə bir ay kirayədə yaşamışlar. Kirayə haqqını tam olaraq ödəyə bilmədikləri üçün evdən çıxmağa məcbur olmuşlar. 2021-ci ilin sentyabr ayında Günayla razılaşmışlar ki, Zərərçəkmiş şəxs evindən ev əşyalarını oğurlasınlar. Günayla birlikdə həmin ünvana getmişlər və evə daxil olaraq müxtəlif dəmir əşyaları, dəmir darvaza torunu götürmüşlər. Bundan sonra eyni qayda ilə, bir neçə gün fərqlə həmin evdən adlarını xatırlamadığı məişət əşyalarını oğurlayıb satmışlar. Lakin, oğurladıqları əşyalar ittiham aktında qeyd edilən əşyalardan az olmuşdur. Bundan başqa, həmin əşyaların qiymətləri də yüksək göstərilmişdir. Zərər çəkmiş şəxsə özünə aid hissədə vurulmuş zərəri tam olaraq ödədiyini, əməlindən peşman olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında bildirmişdir ki, ünvan 3 nömrəli ev ona məxsusdur, həmin ev iki mərtəbədən ibarət olmaqla ikinci mərtəbəsi təmirsiz, birinci mərtəbəsi isə yaşayış üçün yararlıdır. Evi kirayəyə vermək qərarına gəlmiş və 2021-ci ilin iyul ayında Günay adında şəxs ona zəng edərək həmin evi kirayəyə götürmək istədiyini və valideynləri, əri və oğlu ilə orada yaşamaq niyyətində olduğunu bildirmişdir. Kirayə haqqını 170 manata razılaşmışlar və Günyala Sabir həmin pulu iki dəfəyə, birinci dəfə 150 manat, ikinci dəfə isə 20 ödəməklə orada yaşamağa başlamışlar. Lakin, onlar növbəti ayların kirayə haqqını ödəyə bilmədikləri üçün onlardan evi tərk etməyi xahiş etmişdir. 20 sentyabr 2021-ci il tarixdə həmin evə gəlmiş və Sabiri çağıraraq evin açarını ondan almışdır. Bu zaman evin bütün əşyaları yerində olmuşdur. Bundan sonra Bakı şəhərinə getmiş və yalnız 25 sentyabr 2021-ci il tarixdə Yevlax şəhərinə, öz evinə gəlmişdir. Lakin, evin həyətinə və otaqlara daxil olduqda özünə məxsus əşyaların, o cümlədən 176 manat dəyərində səkkiz ədəd döşəmə taxtasının, 80 manat dəyərində bir ədəd qaz sobasının, 100 manat dəyərində bir ədəd çarpayının, 150 manat dəyərində bir ədəd elektrikli süpürgənin, 80 manat dəyərində bir ədəd alüminium ləyənin, ümumilikdə 130 manat dəyərində iki ədəd alüminium vannaların, ümumilikdə 10 manat dəyərində iki ədəd kauçuk vannaların, 160 manat dəyərində bir ədəd “Samsung” markalı, 32 düym televizorun, 130 manat dəyərində bir ədəd elektrik sacının, 350 manat dəyərində büllur qabların, 50 manat dəyərində bir ədəd alüminium su qabının, 200 manat dəyərində bir ədəd samovarın, 380 manat dəyərində üç ədəd döşəyin 36 kiloqram qoyun yunu ilə birlikdə, 50 manat dəyərində beş ədəd taxta stulun, evin həyətindən 400 manat dəyərində bir ədəd əşyaları ilə birlikdə dülgər aparatının və 500 manat dəyərində bir ədəd darvazanın metaldan olan üzlüyünün olmadığını görmüşdür. Bu barədə Sabirdən soruşduqda Sabir etiraf etmişdir ki, həyətdə olan döşəmə taxtalarını və çarpayını o götürüb satmış, digər əşyaları isə Günay götürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəyən ziyanın tam olaraq ödənildiyini təqsirləndirilən şəxslərdən hər hansı bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2021-ci il tarixli rəyində qeyd olunur ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 416.00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri haqqında rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 15 adda mallar haqqında kifayət qədər məlumat (markası, model, istehsal yeri, istismar müddəti, ölçüləri, tutumu, materialı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı (səh. 104-105). Qiymətləndirilməsi mümkün olmayan digər əşyaları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdiyi qiymətlər əsasında müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü nün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsi: Maddə 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Maddə 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə daxil olmaqla oğurluq etmədə təqsirli olmaları, özlərinin qarşılıqlı etirafedici ifadələri, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Hər iki təqsirləndirilən şəxs özlərini qismən təqsirli bildiklərini qeyd etsələr də, məhkəmə hesab edir ki, bu özünü müdafiə xarakteri daşıyır. Belə ki, vurduqları zərəri etiraf edərək tam olaraq ödəmişlər. Bu səbəbdən onlara qeyd edilən maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir övladının olmasını, habelə törətdiyi əməldə peşman olmasını, vurulmuş zərəri tam olaraq ödəməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəzasının əvvəli icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesab edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların оlmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın tətbiq edilməsi onun islah olunmasına xidmət etməyəcəkdir. Bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Hazırkı cinayət əməli Təqsirləndirilən şəxs2 tərəfindən, onun barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılanadək törədildiyindən həmin hökmlə ilə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə birləşdirməklə qəti cəzaya hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar, Yevlax Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “Samsung” markalı televizor və bir ədəd samovar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyərinin 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdikləri hüquqi yardıma görə hər birinə 16 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 29 sentyabr 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 1(039)-65/2022 saylı xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə birləşdirilərək qəti olaraq üzərində 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 28 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 və 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-103/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-103/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver