Məhkəmə qərarları › İş №1(039)-103/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-103/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-103/2024 08.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Müdafiəçi – Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Goranboy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş. Məhkumluğu ödənilməmiş və götürülməmiş, Goranboy rayon Qızılhacılı qısıbısində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Barəsində bu iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəməninbinasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Ağdaş rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu X5 1000 manat müqabilində 1 ay müddətinə həbsdən azad olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 28 aprel 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən “Birinci market”də olan «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC aid olan 4169 7385 2843 5575 nömrəli bank kart hesabına köçürdüyü 1000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən təkrarən özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə vətəndaş Zərərçəkmiş şəxs2 Ağır cinayətlər məhkəməsinin xx.xx.2014-cü il hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş oğlu X3 2000 manat pul müqabilində 1 ay müddətinə vaxtından əvvəl cəzaçəkməkdən azad olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməyən günlərdə vahid niyyətlə Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Birinci market”də yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC aid olan 4169 7385 2843 5575 nömrəli bank kartı hesabına köçürdüyü cəmi 2000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən təkrarən vahid niyyətlə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 qohumu X1 3.750 manat pul müqabilində 1 ay müddətinə Ağdaş şəhəri ərazisində fəaliyyət göstərən məktəblərdən birinə laborant vəzifəsinə işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla vahid niyyətlə onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs2 2022-ci ilin may ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə və saatlarda Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Birinci market”də olan «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC aid olan 4169 7385 2843 5575 nömrəli bank kartı hesabına hissə-hissə olmaqla köçürtdüyü Zərərçəkmiş şəxs3 məxsus olan 3.750 manat pulu vahid niyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 Məhəmmədiyyə qızına cəmi 3750 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa, o qəsdən təkrarən vahid niyyətlə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun tanışı Zərərçəkmiş şəxs4 övladı X10 5.000 manat pul müqabilində 1 ay müddətində Bakı şəhəri Xətai rayon ərazisində fəaliyyət göstərən məktəblərin birinə müəllimə kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Ağdaş şəhəri, M.İsayev küçəsindəki “Birinci market”də yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC aid olan 4169 7385 2843 5575 nömrəli bank kart hesabına hissə hissə olaraq göndərdiyi Zərərçəkmiş şəxs4 məxsus 2500 manat pulu və Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsində yerləşən “Araz market”də yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC aid olan 4169 7385 2843 5575 nömrəli bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs4 məxsus 2500 manat pulu alıb ələ keçirməklə ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs4 aldatma yolu ilə cəmi 5000 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən vahid niyyətlə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqədilə 2022-ci ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə və saatda Zərərçəkmiş şəxs1 övladı Şahid1 Gəncə Dövlət Universitetinin idman fakultəsinə tələbə olaraq qəbul etdirəcəyinə yalandan vəd verib aldadaraq vahid niyyətlə "xxxx"ın Goranboy rayon filialının yaxınlığında Zərərçəkmiş şəxs1 1000 manat pulu, 2022-ci ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə və saatda Goranboy rayonunda yerləşən «Qarabağ» restoranında Zərərçəkmiş şəxs1 1000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 cəmi 2000 manat ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs5 2 ay ərzində təqaüd düzəldəcəyi barədə yalandan vəd verib aldadaraq bu adla 2023-cü ilin mart ayının 24-də günorta saatlarında Goranboy rayonu, Vüqar Bayramov küçəsində Zərərçəkmiş şəxs5 800 manat pulunu alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs5 cəmi 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqədilə Zərərçəkmiş şəxs6 övladı Kənan Məmmədovu müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidməti etdiyi MN-nin N nömrəli hərbi hissəsindən xidməti iş yerini Yevlax rayonu ərazisində yerləşən MN-in “N” saylı hərbi hissəsinə dəyişəcəyinə yalandan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə günorta saatlarında Yevlax şəhəri ərazisində yerləşən avtovağzalda Zərərçəkmiş şəxs6 1500 manat pulu alıb ələ keçirməklə qəsdən təkrarən dələduzdluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Goranboy rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdir və cinayət işi hazırda Goranboy rayon Məhkəməsinin icraatındadır. Bu iş üzrə isə bir daha qeyd etdi ki, hazırda özünü təqsirli bilir, lakin cinayət işinin bəzi epizodlparı üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə həmin epizodlar üzrə cinayət məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə aparılan cinayət işi üzrə özünü təqsirli bildiyini, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs2 1000 manat və 2000 manat olmaqla cəmi 3000 manat, Zərərçəkmiş şəxs3 1750 manat, Zərərçəkmiş şəxs4 5000 manat, Zərərçəkmiş şəxs1 2000 manat ziyan vurulmasına dair hissələr üzrə müddətin keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının cinayət məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, və ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Vasif Yusibov onun doğma oğludur. Vasif 2020-ci ildə təhsil aldığı tam orta məktəbdən Bərdə rayonunda yerləşən texnikoma imtahan vermiş və nəticədə qəbul olmuşdur. Neyman adlı şəxs onunla təhsili barədə söhbət etdikdən sonra onu Gəncə Dövlət Universitetinin İdman fakultəsinə qəbul etdiricəyinə söz verməsini demişdir. Bundan sonra 2022-ci ilin iyun ayında Nemanın mobil telefonuna zəng vurub onunla danışmış,.Nemanla telefonla danışan zaman ona Vasifin atası olduğunu və oğluna dedikləri ilə bağlı zəng etdiyini demiş, Neman telefonda ona oğlunu Gəncə Dövlət Universitetinin İdman fakultəsinə qəbul etdirəcəyini deyərək bunun müqabilində ondan 2000 manat pul istəmişdir. .O isə bir neçə dəfə telefonda Nemandan 2000 manat pul müqabilində oğlunu İdman Akademiyasına qəbul etdirə biləcəyini soruşmuş,.Neman hər dəfəsində hər hansısa problemin olmadığını və əvvəlcədən 2000 manat verdiyi təqdirdə oğlu X18 Universitetinin İdman fakultəsinə tələbə kimi qəbul etdirəcəyini demiş, O da Nemanın dediklərinə inanmış və bundan sonra 2022ci iln iyul ayının əvvəlində Goranboy şəhəri ərazisində yerləşən Poçtun inzibati binası ilə Kapital Bankın inzibati binasının arasındakı yolda Nemanla görüşərək cibində olan 1000 manat pulu çıxarıb Nemana vermişdir. Neman pulu götürdükdən sonra isə ona qalan 1000 manat pulu da təxminən yeddi gün ərzində verəcəyini demişdir.Neman da onunla razılaşıb oradan getmiş, O təxminən yeddi gün sonra isə Nemanla əlaqə saxlayıb ona qalan 1000 manat pulu hazır etdiyini demişdir. Neman 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı gündə onun həmin vaxt işlədiyi Goranboy şəhərində yerləşən “Qarabağ” adlanan kafeyə gəlimiş və orada 1000 manat pulu təklikdə Nemana vermişdir. Bundan sonra isə Neman oğlu Vasifi iki dəfə İdman Akademiyasına tələbə kimi qəbulla bağlı normativlərin götürülməsi üçün ondan icazə alıb aparmışdır. Neman bir dəfə oğlunu Qazax rayonuna aparmış, ikinci dəfə haraya aparmasını xatırlamır. Aradan bir xeyli müddət keçməsinə baxmayaraq oğlu X19 Universitetinin İdman fakultəsinə tələbə kimi qəbul olmamış.belə olan halda Elnur Neman tərəfindən aldadıldığını bilərək Nemandan pulunu istəməyə başlamış, Neman isə hər dəfəsində müxtəlif bəhanələr gətirmişdir. Neman ondan aldığı 2000 manat puldan ona bir dəfə 288 manat ödəniş etsə də yerdə qalan 1712 manat pulumu hazırkı vaxta qədər ödəməmişdir. O da buna görə məcbur olub onun barəsində şikayət etmişdir. İş üzrə Şahid1 ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 əvvəlki məhkəmə iclaslarında Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştrakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında Şahid2 iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, Zərərçəkmiş şəxs4 eyni zamanda Şahid2 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş üzrə Şahid1 ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İnzibati ərazi Dairəsi Üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 5-45-6/2-88/2023 nömrəli arayışdan görünür ki, Eminov X8 rayonu Qızılhacılı qəsəbəsində, atası – X6, anası – X7 və qardaşı – X11 ilə birgə qeydiyyatdadırlar. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İnzibati ərazi Dairəsi Üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Eminov X8 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Goranboy rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 154092/9-0-2021 nömrəli məktubdan görünür ki, Eminov X9 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 7(003)-503/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Təqsirləndirilən şəxs şərti cəzasının müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında iştrak edən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyinolunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 (xx.xx.2022-ci il və XX.05.2022-ci il), Zərərçəkmiş şəxs3 (XX.05.2022-ci il), Zərərçəkmiş şəxs4 (xx.xx.2022-ci il) və Zərərçəkmiş şəxs1 (XX iyul 2022-ci il) qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2022-ci ilin iyul ayınadək törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlbedilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddətimüstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan 288 (iki yüz səksən səkkiz) manat pulun ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cəza çəkmə müddətinin əvvəli bu iş üzrə 08 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 (doqquz) saat 30 (otuz) dəqiqəyə görə 57 (əlli yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yevlax şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində bu iş üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyandan 288 (iki yüz səksən səkkiz) manatın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilən hüquqi yardıma görə cəmi 57 (əlli yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar