Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-104/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi X2 Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 66-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə saat 14:50 radələrində, Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 15:25 radələrində, üzərində müdafiəçinin iştirakı və videoçəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,406 qram miqdarında narkotik vasitə-heroini aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ilk dəfə narkotik vasitə olan heroindən 2017-ci il tarixdə istifadə etmiş və həmin vaxt heroin onun xoşuna gəlmişdir. Bu səbəbdən də o, mütəmadi olaraq heroin istifadə etmişdir. Bir müddət sonra heroindən asılılığı yaranmış, yəni narkotik vasitələrdən istifadə etməyə aludə olmuşdur. Bədənində ağrılar yaranmış, heroin istifadə etdikdən sonra isə həmin ağrılar bir neçə saat ərzində itmişdir. 0,5 qram heroini şüşə ampulaya töküb üstünə su əlavə edərək qarışdırmış, sonra, heroin məhlulunu alışqanla qızdırmışdır. O, hazırladığı heroini tibbi şpiris vasitəsi ilə damarına vuraraq qəbul etmişdir. Hər gün bir dəfə heroin istifadə etmişdir. Heroin istifadə etdikdən sonra bədənində olmuş ağrılar azalmış və ya tamamilə itmişdir. Bu səbəbdən də heroin istifadə etməyə məcbur olmuşdur. Təxminən iki aydır o, Bakı şəhərindən Yevlax şəhərinə gəlmişdir. Pulu olmadığı üçün heroin ala bilməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Yevlax şəhəri, C.Cabbarlı küçəsində olmuşdur. Həmin vaxt yolun kənarında yerdə bir ədəd siqaret kağızından ibarət olmuş bükümün olduğunu görmüşdür. O, həmin bükümü götürüb içərisinə baxmış və təxminən yarım qrama yaxın heroinin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün heroini götürüb saxlamağı və həmin gün axşam saatlarında istifadə etməyi qərara almışdır. O, heroini kağız bükümlə birlikdə əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 15 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində olmuşdur. Bu vaxt Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu, üzərinə baxış keçirəcəklərini demişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Zauru Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynində olmuş şalvarının sağ yan cibindəki bir ədəd kağız bükümü çıxararaq təqdim etmişdir. O, bükümün içərisində təxminən 0,5 qram miqdarında narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını demişdir. Polis əməkdaşları bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Təhqiqatçı heroini bükümlə birlikdə elektron tərəzidə çəkmişdir. Təhqiqatçı heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Zaur zərfin üzərinə imza etmişlər. Təhqiqatçı heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ona Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 66-da yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Namiqin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid1 Namiqin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli əmri ilə onun, Şahid1 və baş təhqiqatçı Şamil Xəlilovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 14:30 radələrində o, polis əməkdaşı Şahid1la birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri, C.Cabbarlı və Q.Quliyev küçələrinə getmişlər. Saat 14:50 radələrində onlar Namiqin Q.Quliyev küçəsində, Mərkəzi poçtun qarşısında olduğunu görmüş və sonuncuya yaxınlaşmışlar. Sərvər Namiqə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Namiq üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, Sərvərlə birlikdə Namiqi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək baş təhqiqatçı Şamil Xəlilova təhvil vermişlər. X13 şübhəli şəxs qismində tutulması barədə qərar qəbul etmiş və Yevlax şəhər Vəkil Bürosunun vəkili işləmiş Zaur Bərxudarovu müdafiəçi təyin etmişdir. Xidməti iş otağında Şamil Xəlilov onun, Şahid1 və Zaur Bərxudarovun iştirakı ilə Namiqin üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Namiq əynindəki şalvarın sağ yan cibindən qızılı rəngli bir ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Namiq bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, heroini yaşadığı küçədə, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şamil Xəlilov kağız bükümü açmış, bükümdə qəhvəyi rəngli heroinə bənzər maddənin olduğunu görmüşdür. Şamil Xəlilov heroinə bənzər maddəni kağız bükümlə birlikdə elektron tərəzidə çəkmiş, bir ədəd zərfə qoyaraq qablaşdırmış və möhürləmişdir. Namiq və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişlər. Şamil Xəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Namiqin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Şamil Xəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs təxminən iki il əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Namiq heroin aludəçisi olmuş və həmin narkotik vasitədən asılı vəziyyətə düşmüşdür. Həmin xəstəliyi ilə əlaqədar olaraq Namiq Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Narkoloji dispanserdə dörd dəfə müalicə olunmuşdur. Buna baxmayaraq Namiq heroindən istifadə etməkdə davam etmişdir. Namiq heroini tibbi şpiris vasitəsi ilə bədəninə vuraraq qəbul etmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Yevlax şəhərində yaşadığı evdə olmuşdur. Həmin vaxt Namiq istifadə etdiyi heroinin azaldığını, yenə heroin almaq istədiyini demiş və heroin almaq üçün ondan təxminən 30 manat pul istəmişdir. O, Namiqə pulunun olmadığını demiş və sonuncuya pul verməmişdir. Namiq cibindəki bir ədəd kağız bükümdə olmuş heroini ona göstərərək az miqdarda qaldığını demişdir. Buna baxmayaraq o, Namiqə pulunun olmadığını demişdir. Namiq yaşadığı evdən çıxaraq getmişdir. Həmin gün günorta saatlarında Yevlax rayon polis şöbəsinin əməkdaşlarının Namiqi tutduğunu, Namiqin üzərindən narkotik vasitə heroin aşkar edildiyini bilmişdir. Namiq iki gün müddətində Yevlax rayon polis şöbəsində saxlanılmış və sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Namiqin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxx 1997-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 66da yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Namiqin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Namiqin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli Ə-276-195-20 saylı əmri ilə onun, Yevlax rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis leytenantı Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X6 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müəvvəkili, polis mayoru X8 həmin qrupun rəhbəri təyin edilmişdir. Saat 14:30 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri, C.Cabbarlı və Q.Quliyev küçələrinə getmişlər. Saat 14:50 radələrində Namiqin Q.Quliyev küçəsində Mərkəzi poçtun qarşısında olduğunu görmüş və ona yaxınlaşmışdır. Namiqə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Namiq üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, Rəşadla birlikdə Namiqi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək baş təhqiqatçı Şamil Xəlilova təhvil vermişlər. O, Namiqin gətirilməsi barədə raport yazmışdır. Şamil Xəlilov onun tərtib etdiyi sənədlər əsasında Namiqi şübhəli şəxs qismində tutmuşdur. Namiq Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X10 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Şamil Xəlilov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Namiqin üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Namiq əynindəki şalvarın sağ yan cibindən qızılı-ağ rəngli bir ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Namiq bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, heroini yaşadığı küçədə, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şamil Xəlilov kağız bükümü açmış və bükümdə qəhvəyi rəngli kristal formasında heroinə bənzər maddənin olduğunu görmüşdür. Şamil Xəlilov heroinə bənzər maddəni kağız bükümlə birlikdə elektron tərəzidə çəkmişdir. Şamil Xəlilov heroinə bənzər maddəni kağız bükümdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Namiq və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişlər. Şamil Xəlilov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Şamil Xəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Namiqin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Şamil Xəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əynindəki şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin X1 xx xxxx 2020-ci il tarixli 20/976a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş kağız bükümdə təmiz çəkisi 0,406 qram olan (tədqiqata istifadə olundu 0,005 qram) maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/406 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,351 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 15:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs bacısı Şahid4 və babası Göyüşov Surxay Məhəmməd oğlunun məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrədn istifadə edir, qardaşı Namiq onu və ailə üzvlərini tez-tez narahat edir, evdə olan əşyaları satır və narkotik vasitə əldə edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, azadlıqda qalarsa ailə üzvləri ilə münaqişə yaradacağını nəzərə alaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburu müalicə təyin edilməli narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0,351 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ X3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0,351 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 27 (iyirmi yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 162 (bir yüz altmış iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-104/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-104/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver